MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə15/228
tarix30.12.2017
ölçüsü4,78 Mb.
#18712
1   ...   11   12   13   14   15   16   17   18   ...   228

 

27

zonasının arid meşə-bitmə şəriatində püstə, badam, saqqızağac, eldar şamı, iydəyarpaq armud və sərv ağacından 



ibarət salınan bağlar, meşə-bağlar təqdirə layiqdir. Hazırda bu bağlardan bol məhsul yığılır.  

H.Ə.Əliyev öz təşəbbüsü ilə 1975-ci ildə yaratdığı «Azərbaycan təbiəti» elmi kütləvi jurnalın baş redaktoru 

idi. Son 25 il ərzində bu dövri nəşrdə (redaktoru xalq şairi Məmməd Arazdır) respublikanın bitki örtüyünün 

vəziyyəti, orada gedən pozitiv və neqativ hallar, ayrı-ayrı bitki növlərinin yayılması, mühafizəsi və  bərpası 

haqqında maraqlı məlumatlar, tövsiyələr verilir.  

Uzun illər apardığı elmi-tədqiqat işlərinə  əsaslanaraq Həsən  Əliyevin təşəbbüsü ilə «Qarayazı Tuqay 

meşəsi» qoruğu və Böyük Qafqazın şərq qurtaracağında meşə örtüyünün şərq hüdudunda meşə üzərində elmi-

tədqiqat işlərini gücləndirmək və mövcud meşələri qorumaq məqsədilə Pirqulu dövlət meşə qoruğu 

yaradılmışdır.  

Azərbaycan EA coğrafiya institutunda respublikanın meşə örtüyünün hərtərəfli öyrənilməsi təbiəti mühafizə 

şöbəsi (1969) və biocoğrafiya laboratoriyasının (1982) yaranması ilə əlaqədardır.  

1969-1972-ci illərdə Kürqırağı tuqay meşələrinin strukturunu və müasir vəziyyətini tədqiq edərkən orada 

meşələrin (əsasən qovaq meşələrinin) Mingəçevir su anbarından aşağı  ərazilərdə quruması  səbəbləri aşkar 

edilmiş  və onların kserofil ağac-kol qruplaşmaları ilə  əvəz olunması müəyyən edilmişdir (H.Əliyev, 

M.Y.Xəlilov, 1975). Tuqay meşələrinin müasir vəziyyətini əks etdirən irimiqyaslı xəritə tərtib edilmiş, onların 

bərpası üçün elmə  əsaslanmış  tədbirlər sistemi hazırlanmışdır. M.Y.Xəlilovun apardığı (1969-1990) çöl 

tədqiqatları nəticəsində respublikanın ayrı-ayrı dağ və düzən regionlarının müxtəlif təbii zonalarında hələ az-çox 

ilkin (təbii) vəziyyətini saxlamış meşə obyektləri aşkar edilmiş  və onların mühafizə olunması üçün yeni 

qoruqların və yasaqlıqların təşkili üzrə təkliflər işlənib hazırlanmışdır. Aparılan tədqiqatların nəticələri mono-

qrafiya və kitabçalarda nəşr edilmişdir (H.Ə.Əliyev, M.Y.Xəlilov, 1975, 1982, 1983, 1988; İ.S.Səfərov, 

M.Y.Xəlilov, Ş.Q.Hüseynov, F.H. Məmmədova, 1986; M.Y.Xəlilov, 1985, V.Ş.Quliyev, M.Y. Xəlilov, 1998, 

Q.Ş.Məmmədov, M.Y.Xəlilov, 2002, 2003, 2004). 

Təbiəti mühafizə  şöbəsində N.H.Axundov (1992) tərəfindən pozulmuş meşələrin müasir vəziyyəti 

öyrənilmiş, meşələrin potensial məhsuldarlığının rayonlaşdırılması işi yerinə yetirilmiş, əsas meşəyaradan ağac 

cinslərinin oduncağının artım dinamikasının regional qanunauyğunluğu aşkar edilmiş və onun əsasında ilk dəfə 

respublika meşələri üzrə etalon ağaclıqların məhsuldarlığa görə modelləri hazırlanmışdır. 1:600000 miqyasında 

Azərbaycan Respublikasının meşə örtüyü xəritəsi tərtib edilmişdir.  

Q.Ş.Məmmədov meşə ekosistemlərinin məhsuldarlığına təsir göstərən  ərazilərin ekoloji xüsusiyyətlərinin 

aşkar edilməsi, meşə torpaqlarının münbitliyinin bal və pul vahidi ilə qiymətləndirilməsinin ekoloji əsasları, 

meşə torpaqlarının meşə-meliorativ qruplaşdırılması və yeni əsasda xəritələşdirilməsi, münbitliyinin mühafizəsi 

və idarəedilməsi üzrə təkliflərin hazırlanması istiqamətində geniş tədqiqatlar aparmışdır. Onların nəticələri mo-

noqrafiya, kitabça və məqalələrdə nəşr edilmişdir (Məmmədov, 1979, 1991, 1997, 1998, 2000 və s.).  

Azərbaycan Elmi-tədqiqat Çoxillik Bitkilər  İnstitutu yaşıllaşdırma və tarlaqoruyucu meşə zolaqlarının 

salınması  məqsədilə ağac və kol bitkilərinin introduksiyası üzrə elmi işlər aparmışdır. Bu institutun Lənkəran 

filialı  tərəfindən Hirkan meşə cinslərinin biologiyasının və ekzot cinslərin introduksiyasının öyrənilməsi üzrə 

maraqlı elmi tədqiqat işləri yerinə yetirilmişdir. Bu institutun ərazisində  Lənkəran təcrübə stansiyasının 

yaratdığı «Hirkan sahəsi» elmi və praktiki əhəmiyyət kəsb edir. Burada əsas Hirkan cinslərindən başqa 150-dən 

artıq ekzot növlər vardır, onların arasında evkomiya, mantar palıdı, evkalipt, pekan, tülpan və digər ağaclar 

xüsusi maraq doğurur.  

Zoologiya sahəsi 

Azərbaycanda zoologiya elminin tarixi və inkişafı M.Ə.Musayevin (1987) məlumatına  əsaslanaraq  şərh 

olunur.  

Azərbaycanın çoxcəhətli faunası bir çox təbiətşünasların və  səyyahların diqqətini cəlb etmişdir. Hələ 

eramızdan əvvəl IV-III əsrlərdə Qobustanda yaşayan ibtidai insanlar qayalar üzərində Azərbaycanın heyvanlar 

aləminin müxtəlif nümunələrini – öküz, maral, at və s. təsvir edirdilər.  

Azərbaycanın heyvanlar aləmi haqqında ilk məlumatlara qədim yunan və Roma səyyahlarının (Herodot, 

Klavdi Elian), coğrafiyaşünasların (Əl-İstəhri, Rubruk, Tavernye, Oleari, X-XII əsrlər)  əsərlərində, böyük 

Azərbaycan şairlərinin poemalarında (Nizami, XII əsr; Füzuli, XVI əsr) və s.-də rast gəlmək olar.  

S.Q.Qmelinin 1770 və 1773-cü illərdə  gəlişi Azərbaycan faunasının tədqiqinin başlanğıcı sayılmalıdır. 

Görkəmli təbiətşünaslardan Menetrie, Qoqenaker, Radde, Ber, Qrimm, Kessler və başqaları müxtəlif vaxtlarda 

Azərbaycanda olmuş və tədqiqatlar aparmışlar. Onlar bir çox yeni heyvan növləri təsvir etmişlər. 1867-ci ildə 

Tiflisdə Qafqaz muzeyi təşkil olunmuşdur. XIX əsrin ikinci yarısından etibarən bu muzeyin işçiləri 

Azərbaycanın müxtəlif quberniyalarının faunasını  tədqiq etmiş  və bir sıra zərərli gəmirici növlərin, 

çəyirtkəkimilərin və s.-nin kənd təsərrüfatında rolunu müəyyənləşdirmişlər. Burada həm də zərərvericilərə qarşı 

mübarizə tədbirləri hazırlanır və aparılırdı. Bu muzeyin (indi Gürcüstan Dövlət Muzeyi) mövcud olduğu dövr 

ərzində burada Azərbaycan faunası üzrə ayrı-ayrı  şəxslərin müxtəlif vaxtlarda yığdığı  zəngin material 

toplanmışdır.  

Beləliklə, XX əsrin əvvəllərinə qədər Azərbaycanın heyvanlar aləmini yalnız gəlmə alimlər öyrənirdi.  



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə