MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə16/228
tarix30.12.2017
ölçüsü4,78 Mb.
#18712
1   ...   12   13   14   15   16   17   18   19   ...   228

 

28

Beləliklə, Azərbaycanda 1920-ci ilə kimi zəif stasionar zooloji müəssisə – Bakı ixtioloji stansiyası var idi. 



1912-ci ildə  təşkil olunmuş bu stansiya ölkənin balıq təsərrüfatının öyrənilməsini lazımi səviyyədə  təşkil edə 

bilməmişdi. 1909-cu ildə Bakı, 1916-cı ildə Yelizavetpol-Zaqatala müvəqqəti entomoloji kabinetləri fəaliyyətə 

başladı. Bakı-Dağıstan bitki mühafizəsi bürosu (1916-cı il) çəyirtkə  və  gəmiricilərə qarşı mübarizənin təşkili 

üzrə iş aparırdı.  

Gəncə şəhərinin yaxınlığındakı Zurnabad taunla mübarizə stansiyasında (1902-ci il) mal-qaranın parazitar 

xəstəlikləri qismən öyrənilirdi.  

Azərbaycanın heyvanat aləminin planauyğun, sistemli tədqiqi yalnız sovet hakimiyyəti illərində elmi 

idarələrin və ali məktəblərin geniş şəbəkəsi yarandıqdan sonra mümkün oldü.  

1932-ci il Azərbaycanın inkişaf etməkdə olan zoologiya elmi üçün xüsusən  əlamətdar oldu. Həmin ildə 

hökumətin qərarı ilə SSRİ EA Zaqafqaziya filialı Azərbaycan şöbəsinin tərkibində zoologiya bölməsi yaradıldı. 

Onun tərkibində 2 seksiya fəaliyyət göstərirdi: quru və su faunası. Həmin ilin noyabrında üçüncü seksiya-ev 

heyvanları seksiyası yaradıldı və ona rəhbərlik prof. İ.İ.Kaluginə tapşırıldı.  

Protozooloji və parazitoloji tədqiqatlar akademik M.Ə. Musayevin rəhbərliyi ilə aparılır. Tədqiqatçılardan 

M.Ə. Musayev, Y.Y.Yolçiyev, F. Əliyeva, A.A. Manafov, Surkova, A. Abidinbəyova,  Ş.R.  İbrahimov, 

T.K.Mikayılov, Ş.R. İbrahimov və b. göstərmək olar.  

Entomoloji tədqiqatlar, həşəratlar qruplarının faunastik komplekslərinin öyrənilməsi ilə A.V.Boqarev, Çer-

nova, Miram, Sidorski, S.P.Tarbinski, N.P.Səmədov, V.N.Ruşanova,  Ş.M. Cəfərova, A.Ə.Abdinbəyova, 

N.B.Mirzəyeva, N.C.Vəzirov, R.M. Əfəndi, X.Ə.Əliyev, Z.M.Məmmədov, A.Ə.Əliyev, L.M. Rzayeva və b. 

tərəfindən aparılmışdır.  

Helmintoloji tədqiqatlar K.İ.Skryabin, P.P.Popov, S.M. Əsədov, H.Ə.Qasımov, İ.Ə.Sadıqov, fitohelminto-

loji tədqiqatlar isə Q.Ə.Qasımova tərəfindən yerinə yetirilmişdir.  

Quru faunası seksiyası üzrə məməlilər, quşlar, ilanlar, suda-quruda yaşayanlar, onurğasızlar, Qızılağac və 

Zaqatala qoruğunun faunası, qansoran həşərat, parazit qurdlar, əkinlərin nematodları, tərəvəz və bostan 

zərərvericilərin öyrənilməsi üzrə  tədqiqatlar aparılmışdır. Bu istiqamətdə  işlərin  əsas tədqiqatçılarından 

A.N.Arqiropulo, V.S.Yelpatyevski, N.K.Vereşaqin, A.M.Ələkbərov, X.M.Ələkbərov, ornitoloji tədqiqatların 

müəlliflərindən isə A.Y.Tuqarinov, M.Ə.  Əhmədov, Y.V.Kozlova-Puşkaryeva, N.K.Vereşaqin, A.N. 

Xanməmmədov, D.Q.Tuayev, V.İ.Vasilyev, İ.R.Babayev və b. göstərmək olar.  

Su faunası seksiyası üzrə Azərbaycan ərazisində Xəzərin balıqları, ali xərçəngkimiləri, kollektor suları və 

irriqasiya sistemlərinin biologiyası, Azərbaycanın hidrobiologiyası və s. öyrənilmişdir. Hidrobioloji və ixtioloji 

tədqiqatlar A.N.Derjavin, Ə.N. Əlizadə, Ə.H.Qasımov, M.Ə.Salmanov, Y.Ə. Əbdürrəhmanov, R.A.Qayıbova, 

H.S.Abbasov, A.N. Smirnov, Z.M.Quliyev və b. tərəfindən yerinə yetirilmişdir.  

Hazırda Azərb.MEA Zoologiya İnstitutu  əməkdaşlarının və digər müəssisə  və ali məktəblərdə çalışan 

zooloqların apardıqları çoxillik tədqiqatların nəticəsində Azərbaycanın zəngin heyvanlar aləmindən (təxminən 

18 min heyvan növü) aşağıdakılar müəyyən edilmişdir: 

1500 növdən artıq ibtidai, 1200 növdən çox heyvanlarda parazitlik edən qurdlar (helmintlər), 300 növdən 

artıq fitohelmint, təxminən 290 növ rotatori, 360 növdən çox xərçəngkimi, təqribən 14 min növ həşərat, 1100 

növdən artıq hörümçəkkimi, 181 növ ilbiz, 101 növ və forma balıq, 10 növ suda-quruda yaşayan, 54 növ 

sürünən, 348 növ quş, 97 növ məməli (o cümlədən 13 növ həşəratyeyən, 24 növ yarasa, 29 növ gəmirici, 2 növ 

dovşan kimi, 19 növ yırtıcı, 9 növ dırnaqlı, 1 növ kürəkayaqlı). Respublika faunasından 109 növ heyvan 

«Azərbaycanın Qırmızı kitabı»na daxil edilmişdir.  

Zoologiya institutu alimlərinin çoxillik tədqiqatlarının təhlili və ümumiləşdirilməsi nəticəsi olan 50-dən 

artıq monoqrafiya institutda əsaslı  tədqiqatların inkişafını  əks etdirir. Bunlardan «Azərbaycan faunası» 

seriyasından çoxcildli nəşrini (Azərb. dilində) xüsusilə qeyd etmək lazımdır. Artıq bu seriyadan 6 cild nəşr 

olunmuşdur («Balıqlar», «Quşlar», «Məməlilər», «Xərçənglər», «Rotatorilər», «Yarpaqyeyən böcəklər»). 

Müəlliflər kollektivinin «Azərbaycanın heyvanlar aləmi» adlı 3 cildlik əsəri rus dilində nəşr edilmişdir, əsərdə 

Azərbaycan  ərazisində  və  Xəzər dənizinə qonşu sahələrdə yaşayan bütün heyvan qruplarının zooloji tədqiqi 

ümumiləşdirilmişdir. Hazırda əsər Azərbaycan dilində nəşrə hazırlanır.  

Zoologiya  İnstitutunun nəzdində zooloji muzey 1971-ci ildən fəaliyyət göstərir və 1987-ci ilə  qədər ona 

A.İ. Xanməmmədov rəhbərlik etmişdir. Həmin ildən sonra İ.R.Babayev muzeyin müdiri vəzifəsində  işləyir. 

Hazırda muzeydə onurğasızlar və onurğalılar faunasını səciyyələndirən 800-dən çox eksponat vardır. Eksponat-

lar arasında sürünənlər, suda-quruda yaşayanlar, balıqlar, quşlar və  məməlilər sinfinin nümayəndələrinin 

müqəvvaları, müxtəlif heyvanların embrionları, molyuskların, xərçəngkimilərin, dərisitikanlıların, su 

həşəratlarının, eyni zamanda müxtəlif heyvanların helmintləri, Azərbaycan torpaq və bitkilərinin nematodları, 

eləcə də kənd təsərrüfatı bitkiləri zərərvericilərinin qrupları üzrə kolleksiyaları vardır. Muzeydə xarici ölkələrin 

faunasını əks etdirən nümunələrin müqəvvaları da vardır. Onlardan Hindistan fili, şir, zürafə seyrçilərdə böyük 

maraq doğurur.  

Hər il muzeyə 10 mindən artıq ekskursant gəlir. Bura kollektiv halında Bakı  şəhəri rayonlarının orta 

məktəblərinin şagirdləri, texnikumlarının, litseylərin və ali məktəblərin tələbələri gəlirlər. 




Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə