MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə160/228
tarix30.12.2017
ölçüsü4,78 Mb.
#18712
1   ...   156   157   158   159   160   161   162   163   ...   228

 

300


Türkiyədə qovaq əkinləri 

 

Növü  

Əkin sahəsi, ha  

İllik qırma 

sahəsi, ha 

Mələz qovaq 

90000 

7500 


Qara qovaq  

60000 


5000 

Cəmi  

150000 

12500 

 

Türkiyədə su kanalları boyu 100000 km məsafədə qovaq əkinləri mövcuddur, burada müxtəlif qovaq 

sortlarından istifadə edilmişdir. Qovaq əkinləri orta hesabla 12 yaşında oduncaq almaq üçün qırıntıya yararlıdır.  

Türkiyədə meşələr Dövlət mülkiyyəti sayılır, burada həm də özəl meşəçiliyi inkişaf etməkdədir. Özəl 

meşəçiliyə  ən çox qovaqçılıq daxildir. Türkiyədə qovaqçılığın inkişafı üçün Qovaqçılıq Tədqiqat  İnstitutu 

yaradılmışdır.  

Azmeşəli ölkələrin oduncaq ehtiyacının ödənilməsində qovaq ağaclıqarı əsas mənbə sayılır.  

Təəssüf ki, azmeşəli respublikamızda, xüsusilə Kür-Araz ovalığında qovaq meşəlikləri salmaq üçün geniş 

torpaq ehtiyatlarının mövcudluğuna baxmayaraq bu imkandan az istifadə olunur.  

 

14.6. Ardıc (Yuniperus) meşələrinin mühafizəsi və  



artırılması  

Ardıcın çoxtərəfli faydalı xassələri insanları qədimdən özünə cəlb etmişdir. Onun oduncağı çürüməyə qarşı 

davamlı olmaqla, həm də yüngül və olduqca möhkəmdir. Tikintidə ardıc 400-500 ildən çox qalır. Odur ki, yerli 

əhali ardıc oduncağını qədim vaxtlardan tikinti işlərində istifadə etmişdir.  

1981-ci ildə Sankt-Peterburq arxeoloqları Qırğızıstanda 2 min il əvvəl kəsilən ardıc ağaclarının hələ indiyə 

qədər çürüməyən tirlərini tapmışdır.  

Cənubi Tyan-şan, Kopet və Pamir dağları rayonlarında ardıc yeganə tikinti materialı hesab olunur. Hələ 

orta  əsrlərdə burada dağ-mədən işləri, duluzçuluq və  dəmirçilik sənəti də ardıc oduncağından alınan kömürə 

əsaslanırdı. Vaxtilə insanlar ardıc oduncağından iş alətləri və ev əşyaları – xış, həvəngdəstə, kasa, yaba, uşaq 

beşiyi, masalar, sandıq, yəhər və s. hazırlayırdılar.  Əsrimizin 30-cu illərində ardıc oduncağı karandaş 

istehsalında, süni mərmər və  bədii fanerlərin hazırlanması  işində  şöhrət qazanır. Bu məqsədlə ardıc oduncağı 

xaricə ixrac edilir. Dünyada ad qazanmış «Faber» firmasının buraxdığı karandaş ardıc oduncağından 

hazırlanırdı. Məşhur qədim Buxara və Səmərqənd saraylarının örtüyü ardıc ağacı sütunları üzərində dayanır.  

Ardıc ağacının tullantısı olmayıb sənayedə onun hər bir hissəsindən istifadə olunur. Çürüməyə olduqca 

davamlı olan oduncağı xoş balzamiyli, qırmızı  kərpici rəngli, gözəl teksturalı olub yüksək fiziki-mexaniki 

xassəyə malikdir, asan mişarlanır, yaxşı yonulur və pardaxlanır. Ondan xarratlıq və  rəssamlıq işlərində geniş 

istifadə olunur, qələm, musiqi alətləri, suvenirlər və s. hazırlanır. Ardıcdan alınan qətrandan hasil edilən maddə 

ağac məmulatını laklamaq üçün çox qiymətlidir.  

Ardıc ağacının budaqları, iynələri və qozaları tərkibində 5 faizə qədər efir yağları saxlayır. Az tapılan bu 

yağ çox faydalıdır. Ondan təbabətdə çürüyən ağır yaraları müalicə etməkdə, skorbuta (sinqaya) qarşı, 

sidikqovucu və  ağrını sakitləşdirən dərman kimi müvəffəqiyyətlə istifadə olunur. Ardıcın qozalarından alınan 

ekstrakt stafilokok bakteriyalarına qarşı antibiotik xassəyə malikdir.  

Bu deyilənlərdən  əlavə ardıc ağacının müxtəlif hissələrindən likyor, araq, pivə,  şərab, sirop, aseton, 

furfurol, qarışqa və sirkə turşusu, qlükoza, aşılayıcı maddələr, boyaq və vitaminlər alınır.  İynələrində  və 

meyvələrində 30-70 mq faizə qədər C vitamini olur. Köhnə SSRİ-də ədviyyə və ətriyyat məmulatları üçün hər il 

külli miqdarda (250-300 ton) ardıc qozalarından istifadə edilirdi. 

Ardıc meşələrinin səhiyyə-gigiyena və müalicə-profilaktiki  əhəmiyyəti  əvəzedilməzdir. Onu demək 

kifayətdir ki, bir hektar ardıc meşəsi sutka ərzində atmosferə 30 kiloqrama qədər fitonsid adlanan maddələr 

buraxır: bu maddələr havanı saflaşdırır və bir sıra mikrobların, bakteriyaların, göbələklərin zərərli təsirindən 

qoruyaraq bir şəhərin havasını  təmizləmək üçün kifayət edir. Orta Asiya respublikalarında istirahət evləri və 

kurortların yaradılması üçün ardıc meşələri olan ərazi olduqca əlverişli hesab edilir.  

Şəhər və yaşayış  məntəqələri  ətrafında yaşıllıqların, xiyabanların salınmasında ardıc növlərindən istifadə 

edilməsi həm estetik, həm də gigiyena cəhətdən olduqca sərfəlidir. Respublikamızın məşhur müalicə ocaqları 

sayılan Naftalan, İstisu və Abşeron kurortları  ərazisinin torpaq-iqlim şəraiti müxtəlif ardıc növlərinin 

yetişdirilməsi üçün daha əlverişlidir. Təəssüf ki, hələ indiyə kimi bu qiymətli ağac cinsinin növlərinə lazımi 

diqqət yetirilmir.  

Ardıc meşələrinin yamaclarda torpaqqoruyucu və dağ çaylarının su rejimini nizamlayıcı rolu onun xalq 

təsərrüfatında ən əhəmiyyətli xüsusiyyəti hesab olunur. Odur ki, ardıc meşələrinin qorunub saxlanması günün 

vacib problemi kimi irəli sürülür.  

24 yanvar 1982-ci il «Pravda» qəzetində «İnsan və təbiət» rubrikası altında «Ardıcın taleyi necə olacaq» və 

yenə  həmin il mayın 13-də «Pravda» qəzetində «dağları ardıc qoruyub saxlayır» adlı geniş  həcmli məqalələr 



 

301


dərc edilmişdi. Həmin məqalələrdə ardıc meşələrinin məhv edilməsi nəticəsində baş verən acınacaqlı 

hadisələrdən, bu meşələrin insan həyatında hərtərəfli əhəmiyyətindən, onların mühafizəsinin gücləndirilməsi və 

sahəsinin artırılması tədbirlərindən bəhs olunur.  

Yuxarıda göstərilən hərtərəfli və böyük xalq təsərrüfatı  əhəmiyyətini nəzərə alaraq, ardıc meşələrinin 

vəziyyətinin yaxşılaşdırılması və bərpa edilməsi respublikamızda da dövrün irəli sürdüyü ən mühüm tələblərdən 

sayılmalıdır. Ardıc meşələrinin bərpa edilməsi tədbirlərini hazırlayarkən meşənin təbii bərpasının öyrənilməsi 

mühüm şərtlərdən biridir.  

Tədqiqatlar göstərir ki, ardıcın təbii bərpası  əsasən qrup halında toxum vasitəsilə ana ağacların çətirləri 

ətrafında müşahidə olunur. Bəzən körpə ardıca kötüklərin, daşların kölgə düşən tərəfində rast gəlmək olar. Ardıc 

toxumları yalnız əlverişli şəraitə düşdükdə, əsasən meşə döşənəyi və mamır örtüyü olan yerlərdə əmələ gəlir. 

Belə yerlərdə torpağın qızmasının qarşısı alınır, toxumlar cücərməyə imkan tapır.  Əvvəlcə  şişir, bərk hissəsi 

çatlayır və cücərir. Birinci il cücərti 2-3 santimetr boy atır. Kök sistemi isə 10-15 santimetr inkişaf edir. İlk 

dövrdə cücərtilərin vəziyyəti vegetasiya zamanı düşən yığıntının miqdarından asılıdır. Bozdağ ərazisində iyul-

avqust ayları çox vaxt quraq keçdiyinə görə cücərtilərin 80-90 faizi məhv olur. Rütubətli illərdə isə cücərtilərin 

qalma faizi çoxalır.  

Təcrübələr göstərir ki, ardıc meşəsinin təbii bərpası, ümumiyyətlə, zəif gedir. Bu əlamət ardıc meşələri 

yayılan  ərazidə torpağın daşlı  və quru olması, morpaq səthinin çox qızması, toxumların çoxunun boş olması, 

onların tez-tez həşəratlarla zədələnməsi və ya gəmiricilər və  vəhşi heyvanlar tərəfindən yeyilməsi ilə 

aydınlaşdırıla bilər.  

Ardıc meşələrində  təbii bərpaya mənfi təsir göstərən  əsas səbəblərdən biri də orada daim mal-qara 

otarılmasıdır. Belə ki. mal-qara cücərtiləri tapdalayır və yaxud yeyərək məhv edir. Belə hallarda torpaq bərkiyir, 

onun susaxlama və susızdırma qabiliyyəti pisləşir, meşə döşənəyi, ot və mamır örtüyü dağıdılır. Beləliklə, ardıc 

meşələri get-gedə seyrəlir və məhv olur. Hazırda meşə təsərrüfatı işçiləri ardıc meşələrində təbii bərpaya kömək 

etmək məqsədilə meşə döşənəyinin və mamırın arasında 3-5 santimetr dərinlikdə ardıc qozası  əkir və yaxud 

torpağı müxtəlif üsullarla yumşaldıb toxum səpirlər və s. Lakin göstərilən tədbirlər istənilən nəticəni vermir. 

Odur ki, Orta Asiya respublikalarında 50 ildən çoxdur ki, süni ardıc meşələrinin yetişdirilməsi sahəsində böyük 

təcrübə  işləri aparılır. Gərgin tədqiqatlardan sonra ardıc meşələrinin yetişdirilməsində müsbət nəticələr 

alınmışdır. Bunun üçün qabaqcadan əkin materialı xüsusi suvarılan tingliklərdə yetişdirilir. Tingliklərdə səpmək 

üçün ardıcın təzə  yığılmış  və stratifikasiya olunmuş keyfiyyətli toxumları götürülür. Payızda yığılan qozalar 

xəndəklərdə qum və mamırla qarışdırılaraq stratifikasiya edilir. Belə toxumlar erkən yazda səpilir və ya səpin 

üçün sonrakı payıza saxlanılır. Payızda səpiləcək toxumlar yay dövründə süzgəclə müntəzəm olaraq 5-6 dəfə 

isladılır.  

Birinci il tinglikdə ardıc cücərtiləri kölgələndirilir. Bunun üçün onlara gündəyər tərəfdən işıqlı (seyrək) 

şitlər qoyulur. İkinci yaşdan sonra kölgələndirmə  işi dayandırılır. 3-4 yaşında ardıc  şitilləri daimi əkin yerinə 

köçürülür. Ardıc  şitilləri erkən yazda, bəzən isə payızda  əkilir.  Əkin 0,3x0,4 metr ölçülü yuvalarda və ya 

terraslarda aparılır.  Əkindən sonra yuvalar meşə döşənəyi, mamır, peyin və ya ağac kəpəyi ilə 3-4 santimetr 

qalınlığında mulçalanır.  

Son zamanlar daha məhsuldar ardıc meşələri yetişdirmək üçün yeni üsullar hazırlanır. Tədqiqatçıların ardıc 

şitillərinin stəkanlarda yetişdirmə üsulu müsbət nəticə vermişdir. Bu məqsədlə çoxmeyvəli və kəskin iyli ardıc 

növlərinin stratifikasiya edilmiş toxumları torf və mikorizalı torpaq tökülən xırda kağız stəkanlara səpilmişdir. 

Bu üsulla əldə edilən cücərtilər tinglik sahəsinə nisbətən daha tez böyümüş, güclü kök sistemi əmələ gətirmiş və 

daimi əkin yerinə köçürüldükdən sonra da üstün nəticə vermişdir.  

Türkmənistan meşəçiləri tərəfindən tinglikdə  əkin materialı kiçik polietilen torbalarda və briketlərdə 

yetişdirildikdən sonra torpaqla birlikdə meşə əkini sahəsinə köçürülmüşdür. Bu üsulla yetişdirilmiş ardıc şitilləri 

2-3 yaşında qapalı kök sistemi ilə  əkildikdə 90-100 faiz bitiş alınmışdır. Belə  əkində kök sistemində rütubət 

yaxşı saxlanılır, zərif kökcüklər zədələnmir və  şitillər sürətlə inkişaf edir. Hazırda bu üsuldan geniş istifadə 

olunur.  

Orta Asiya respublikalarında son zamanlar hər il yüz hektarla yeni məhsuldar ardıc meşəsi salınır. Təkcə 

Qırğızıstan meşə təsərrüfatlarında hər il 10 min ədəd standart şitil hazırlanır. İndiyə kimi bu respublikada min 

hektardan çox sahədə müxtəlif ardıc növlərindən süni meşəliklər salınmışdır. Özbəkistanda süni ardıc 

meşələrinin sahəsi hazırda 2 min hektardan çoxdur Təəssüf ki, hələ indiyə qədər respublikamızda bu qiymətli 

meşələrin salınması işi ilə məşğul olunmur. Halbuki Bozdağ, Qobustan, Ceyrançöl, Naxçıvan, Talışın Zuvant 

zonalarında ardıc meşələrinin salınmasına böyük ehtiyac vardır.  

Respublikamızda cüzi sahə tutan ardıc meşələrinin müasir vəziyyəti, onun qorunması, yuxarıda deyildiyi 

kimi, qeyri-qənaətbəxşdir.  Əgər biz bu qiymətli sərvəti yaxşı mühafizə etməsək, onlara vaxtında qayğı 

göstərməsək, yaxın gələcəkdə dağlarımızın həmişəyaşıl örtüyünü tamamilə itirmiş olarıq.  

Qədim dövrün yadigarı sayılan ardıc meşələrini qoruyub saxlamaq üçün aşağıda göstərilən bir sıra tədbirləri 

həyata keçirmək lazımdır.  




Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   156   157   158   159   160   161   162   163   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə