MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə161/228
tarix30.12.2017
ölçüsü4,78 Mb.
#18712
1   ...   157   158   159   160   161   162   163   164   ...   228

 

302


1. Türyançayın sol sahilində yerləşən Qəbələ meşə təsərrüfatının ərazisinə daxil olan qiymətli ardıc meşə 

massivini Türyançay qoruğu ilə birləşdirmək daha məqsədəuyğun olardı. Qoruqda mühafizə  işini daha da 

gücləndirmək üçün şose yolu boyunca və mal-qaradan qorunan sahələrin ətrafını tikanlı məftil və ya dəmir torla 

hasarlamaq lazımdır. Qanıx çayı boyunca yerləşən ardıc meşələrində qoruq rejimi təşkil etmək vacibdir. 

Qışlaqlardan mal-qaranın girməməsi üçün meşənin ətrafında lazımi yerlərdən tikanlı məftillər çəkilməlidir.  

Kiçik Qafqazda Həkəriçay hövzəsində mövcud olan ardıc meşə massivi də qoruq elan edilməlidir.  



2. Türyançay qoruğunda xarakterik ardıc meşəliyində toxumluq təsərrüfatı  və müvəqqəti tinglik sahəsi 

yaratmalı, bu təsərrüfatlarda seleksiya yolu ilə davamlı və məhsuldar ardıc formaları aşkar etməli, həşəratlara 

qarşı mübarizə  tədbirləri işləyib hazırlamalı, yüksək keyfiyyətli ardıc toxumları  və  əkin materialı  əldə etmək 

üzrə təcrübələr aparılmalıdır. 



3. Respublikamızın müxtəlif coğrafi regionlarında ardıc meşələrində stasionarlar təşkil edilməlidir. Bu 

stasionarlarda kompleks elmi-tədqiqat işlərini aparmaqla uzun illərdən bəri ardıc meşələrində baş verən 

dəyişiklikləri aşkara çıxarmaq, yeni üsullar tədqiq etmək və ardıc meşələrində gedən spesifik torpaq proseslərini 

öyrənmək lazımdır.  Əldə edilən kompleks nəticələrdən istifadə edərək, mövcud ardıc meşələrinin qorunub 

saxlanması və artırılması üzrə elmi cəhətdən əsaslandırılmış tədbirlər layihəsi hazırlanmalıdır.  

 

14.7. Qaraçöhrə (Taxus baccata) 

Həmişəyaşıl ağac növləri arasında adı Azərbaycanın qırmızı kitabına salınan, üçüncü dövrün relikti 

giləmeyvəli qaraçöhrə müstəsna yer tutur.  

Dünyada 8 qaraçöhrə növü məlumdur. Bunların iki növü Rusiyada bitir: giləmeyvəli (yaxud Avropa 

qaraçöhrəsi) və Uzaq Şərq qaraçöhrəsi. 

Azərbaycanda giləmeyvəli qaraçöhrə yayılmışdır. Bu nadir ağac növü vaxtilə, Avropada, Kiçik və Şərqi 

Asiyada,  Şimali-qərbi Afrikada Atlas dağları, Türkiyə,  İran və Suriyada geniş sahələr tuturmuş. Hazırda bu 

rayonlarda ona tək-tək və qrup halında rast gəlmək olar. Ədəbiyyat məlumatına əsasən Qafqazda bu qiymətli 

ağac növünün kiçik sahələrdə meşəliyinə 110 yerdə təsadüf olunmuşdur (Ruquzov, 1972). Bunlardan ən böyüyü 

Batsara meşəsi (800 ha) və 700 ildən çoxdur ki, mühafizə olunan Xostin meşəsi (238 ha) hesab olunur. Batsara 

dərəsində indiyə kimi qalmış qaraçöhrə meşəsi ərazinin genişliyinə və ilkin halını saxlamasına görə dünyada ən 

gözəl və cazibədar meşə sayılır.  

Karpatda 80 yerdə qaraçöhrə ağacının bitdiyi yer aşkar edilmişdir. Krımda isə ona tək-tək və qrup şəklində 

rast gəlinir.  

Alp dağlarında qaraçöhrə  dəniz səthindən 1360-1500 metr, Priney və Karpat dağlarında 1600 metr, 

Qafqazda 2100 metr, Tavr dağlarında (Türkiyə) 2300 metrə qalxır.  

Qaraçöhrə meşələri Azərbaycanda az sahə  təşkil etsə  də, bu ağacın yayılma arealı olduqca böyükdür. 

Azərbaycanda qaraçöhrə ağacı tək-tək və qruplar halında Böyük Qafqaz dağlarının cənub yamacı rayonlarında 

(Balakəndən Şamaxıya qədər), Kiçik Qafqaz dağları rayonlarında (Tovuz, Gədəbəy, Daşkəsən, Kəlbəcər, Dağlıq 

Qarabağ) və Talış dağlarında dəniz səthindən 400-1800 metr yüksəkliklərdə bitir.  

Qaraçöhrə ən çox Girdiman ilə Vəndam çayları arasında orta dağ-meşə qurşağında dəniz səthindən 1100-

1600 metr yüksəklikdə bitir. Qərb rayonlarında isə ona ən çox Kiş və Qatex çayı hövzələrində rast gəlinir.  

Giləmeyvəli qaraçöhrə uzunömürlü ağacdır. Əlverişli şəraitdə 3 min il və daha uzun ömür sürür.  

Qaraçöhrənin oduncağı qonur-qırmızı olduğuna görə onu çox vaxt qırmızı ağac da adlandırırlar. Möhkəm, 

gözəl, yaxşı cilalanmış oduncağından mebel, kiçik hədiyyələr, mücrü, gəmiçilikdə sualtı qurğuların 

hazırlanmasında və dülgərlik işində istifadə edilir.  

Başqa iynəyarpaqlılardan fərqli olaraq qaraçöhrə  ağacında qatran yoxdur. Lakin onda efedrin alkoloidi

toksin, toxumunda 30 faizdən çox yağ, yarpağında toksikatın qlükozası və s. vardır.  

Dünya miqyasında qarçöhrə meşələrinin azalmasına, yoxa çıxmasına səbəb yalnız müntəzəm davam edən 

insan fəaliyyəti olmuşdur. Qaraçöhrənin oduncağından keçmişdə kaman və oxların düzəldilməsi onun ən 

qədimdən istismar olunmasını göstərir.  

Antik dövrdə qaraçöhrə  bədbəxtlik və  kədər ağacı hesab edilmişdir. Qaraçöhrədən düzəldilən tabutlarda  

misir fironlarını dəfn etmişlər. Qədim Romada qaraçöhrə ağacının budaqları matəm mərasimlərinin adəti əşyası 

olmuşdur. 1983-cü ildə İngiltərədə sualtı arxeoloji tədqiqatı zamanı 1536-cı ildə batan gəmi tapılmışdır, onun 

içində qaraçöhrə oduncağından düzəldilmiş 2500 ədəd ox və 139 ədəd kaman olmuşdur. Bir metr uzunluğunda 

olan bu iri kamanlar 450 il keçməsinə baxmayaraq sudan və dəniz orqanizmlərindən heç bir ziyan çəkməyib çox 

yaxşı vəziyyətdə qalmışdır. Kamanların dəmir ucluqlarından isə əsər belə qalmamışdır. Keçmiş müharibələrdə 

minlərlə qaraçöhrə  ağacı  məhv edilmişdir.  Əfsanələrdə deyilir ki, Xust qalasını Krım xanlığının hücumundan 

müdafiə etmək məqsədilə Zakarpatye döyüşçüləri qaraçöhrə  ağacı oduncağından top güllələri hazırlamışlar. 

Belə güllələr ağır, möhkəm və elastiki olub dəydiyi yerdə qalmayaraq sıçrayıb başqa səmtə yönəlmiş  və 

düşmənə zərbə çalmaqda böyük rol olynamışdır.  

Avropada XIV əsrdə gəmiçiliyin inkişaf etdiyi dövrdə qaraçöhrənin kütləvi məhv edilməsinə başlanmışdır. 

Ondan ən çox gəmi maçtaları hazırlanırmış. Onun yüksək keyfiyyətli oduncağa malik olması insanları həmişə 




 

303


özünə cəlb etmiş və hər yerdə məhv edilməsinə başlıca səbəb olmuşdur. Respublikamızda qaraçöhrə ağaclarının 

azalmasının əsas səbəbi ondan tikinti materialı, üzümlüklərdə şpaler, elektrik dirəkləri, ot tayası üçün payalar, 

yarımzirzəmi tikililərdə örtük kimi istifadə edilməsi olmuşdur.  

Qaraçöhrə xüsusi gözəl dekorativ görünüşə malik olub həmişəyaşıl iynəyarpaqlı ağacdır. Çətri yumurtavari 

silindr  şəkilli olub, sıx tünd yaşıl iynələrdən təşkil olunmuşdur.  İynəyarpaqları yumşaq, yastı, ucu sivri olub, 

uzunluğu 4 santimetr, eni isə 2 millimetr olur. Bu iynələrin üst tərəfi parlaq, tünd yaşıl, alt tərəfi isə açıq yaşıl 

rənglidir. Onlar yan budaqlarda növbəli düzülərək ağacın çətrinə qeyri-adi yaraşıq verir. Yarpaqlar ağacda 4-8 il 

qalır və  tədricən yenisi ilə  əvəz olunur. Yaşıl ağacların gövdəsi xırda çatlı, qırmızımtıl-bozdur. Cavan 

budaqlarının qabığı isə hamar olub qırmızı-qonur rənglidir. Toxumları xırda, ucu sivri, yumurtavari olub üstü 

moruğa oxşar, qırmızı giləvari, lətli təbəqə ilə örtülü olur (ona görə də bu növ, giləmeyvəli qaraçöhrə adlanır). 

Hər il bol meyvə gətirir. Gözəl meyvələri avqust və sentyabrda yetişərək uzun müddət yetişmiş halda (noyabra 

qədər) ağacın üstündə qalır. Bu xassələrinə görə  də o, yaşıllaşdırma işlərində müstəsna qiymətli ağac növü 

hesab edilir. Qaraçöhrə qayçılamanı olduqca yaxşı qəbul edir və ona verilən formanı uzun müddət saxlaya bilir. 

Qayçı ilə düzəldilən dekorativ çəpərlərin, bardyurların və bəzəkli kompozisiyaların yaradılması üçün ən klassik 

növ sayılır. Hələ  qədim romalılar qayçılamaqla qaraçöhrədən insan və fantistik heyvan fiqurları yaradırmış 

iynələrinin rənginə və çətirinin formasına görə qaraçöhrənin bir sıra dekorativ formaları mövcuddur. Məs: qızılı, 

ağ cilli, sütunvari, sallaq, kürəvari, cırtdan, yaşıl, sarı iynəli və s.  

Qaraçöhrə hazırda bir çox ölkələrdə  bəzək bitkisi kimi becərilir. Lvov, Rostov, Ujqorod, Odessa, 

Volqoqrad, Kiyevdə qaraçöhrədən düzəldilən bardyurlar və həndəsi fiqurlar xüsusən qışda olduqca cəlbedicidir. 

Bu ağaca bəzən Bakı  və  Gəncə  şəhərlərində yaşıllaşdırmada rast gəlinir. Respublikamızda bu qiymətli ağac 

növündən dağ rayonlarında dəniz səthindən 1800 metrə qədər istifadə etmək məsləhətdir.  

Yuxarıda göstərilən bioloji keyfiyyətlərini və meşələrinin olduqca azalmasını nəzərə alaraq qədim dövrün 

nadir relikt bitkisi sayılan giləmeyvəli qaraçöhrə ağacının bütün dünyada qırılması qadağan edilmişdir. Hazırda 

onun meşə sahələri və tək-tək ağacları dünyanın hər yerində qorunur.  

Göründüyü kimi, respublikamızda qaraçöhrə sahələri çox azdır. Təbiətin bu qiymətli həmişəyaşıl incisi 

Zaqatala və  İsmayıllı dövlət qoruqlarında yaxşı mühafizə olunur. Qalan yerlərdə isə qaraçöhrə  ağaclarının 

qorunmasını  qənaətbəxş hesab etmək olmaz. Pirqulu dövlət qoruğunun «Araxçın»  sahəsində qaraçöhrə 

ağaclarına qonşuluqda yerləşdirilən qoyun fermaları böyük ziyan vurur. Burada qaraçöhrə meşənin yuxarı 

sərhədinə qədər qalxıb böyük elmi əhəmiyyət kəsb edir, onun ciddi qorunması olduqca vacibdir. Həmin qoruğun 

qonşuluğunda yerləşən «Cənut» meşəsində qaraçöhrə ağaclarına bir tərəfdən mal-qara otarılması, digər tərəfdən 

turistlər ziyan yetirir. Geniş ərazidə olan bu qiymətli qaraçöhrəliyin Pirqulu dövlət qoruğuna birləşdirilməsi və 

lazımi səviyyədə mühafizə olunması təbiətin qorunması işində günün vacib məsələsi kimi qarşıda durur.  

Xaltan qaraçöhrəliyinə insanlar tərəfindən daha çox divan tutulur, burada daim mal-qara otarılır, ağaclar 

qanunsuz olaraq kəsilir. Böyük Qafqazın  şimali-şərq yamacında mövcud olan bu nadir meşə sahəsi qiymətli 

təbiət abidəsi kimi qorunmalıdır. 

Talışda Lerik rayonundakı qaraçöhrəlikdə  ağacların qanunsuz kəsilməsinə az təsadüf edilir. Lakin sahə 

ilboyu mal-qaraya otarılır. Bu isə  gələcəkdə bu meşəlik üçün təhlükə törədə bilər. Bu sahəni qiymətli təbiət 

abidəsi elan edilib ciddi mühafizə olunmalıdır.  

Qeyd edildiyi kimi, Böyük və Kiçik Qafqaz dağları meşələrində qaraçöhrə  tək-tək və qrup halında 

yayılmışdır. Lakin bu ağacların kəsilməsi hallarına tez-tez rast gəlinir. Odur ki, onlar böyüyüb iri ağac şəklini 

ala bilmir. Belə vəziyyətlə heç cür razılaşmaq olmaz. Qoruqlarımızda, meşə təsərrüfatları ərazisində bitən qədim 

dövrün yadigar relikti, təbiətin solmaz incisi olan bütün qaraçöhrə  ağacları qorunub gələcək nəsillər üçün 

saxlanmalıdır.    

 

14.8. Adi qozun (Yuglans regia) yetişdirilməsi və  



artırılması yolları 

Qoz ağacının hər bir hissəsi insan həyatı və xalq təsərrüfatı üçün faydalıdır. Onun oduncağından sənayenin 

müxtəlif sahələrində istifadə olunur. Bu, üst oduncaqdan və nüvədən (özəkdən) ibarətdir. Özəyi boz-qəhvəyi, 

üst oduncağı isə boz rəngli olur. İsti rayonlarda qoz oduncağının rəngi tündləşir. Rütubətin təsirindən qabarmır, 

əyilmir, əlverişsiz hava şəraitinə qarşı çox davamlıdır, yaxşı yarılır, kəsilir və cilalanır. Odur ki, onu müxtəlif 

məqsədlər üçün işlətmək asan olur. Oduncağı, xüsusilə  fırları yaraşıqlı teksturaya malikdir. Sənayedə yüksək 

çeşidli, keyfiyyətli mebellərin hazırlanmasında geniş istifadə olunur. Həyətyanı bağlarda bitən qozun bağ 

formaları bu baxımdan xüsusilə qiymətli sayılır. Belə ağacların oduncağından möcüzəli bəzəkli hissələr almaq 

məqsədilə dibindən kəsilir, hətta bəzən torpaqda yerləşən enli gövdə hissəsilə birlikdə  çıxarılır. Qozun 

meyvəsinin qabığından linolium, sumbata, tol alınmasında və dinamit hazırlanmasında istifadə edilir. Ondan 

aktivləşdirilmiş kömür də alınır. Ağacın gövdəsinin qabığından yun və ipək parçaları boyamaq üçün rəngi 

çıxmayan boyaq alınır.  

Son zamanlar qoz ağacının müxtəlif hissələrindən və meyvəsindən xalq təbabətində və elmi təbabətdə daha 

geniş istifadə edilir. Yarpağı və meyvəyanğılığı böyük müalicəvi əhəmiyyətə malik olub, tərkibində çoxlu «C» 




Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   157   158   159   160   161   162   163   164   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə