MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.

səhifə164/228
tarix30.12.2017
ölçüsü4,78 Mb.
1   ...   160   161   162   163   164   165   166   167   ...   228

 

307


Azərbaycan Dövlət Torpaq Layihə İnstitutu tərəfindən suvarma və kollektor-drenaj şəbəkələrinin ətrafının 

yaşıllaşdırılması üçün 3840 hektar, su anbarı və göllərin kənarlarının yaşıllaşdırılması üçün isə 2480 hektar tor-

paq sahəsi müəyyənləşdirilmişdir. Bundan başqa, həmin institut Kür və Araz çayları boyunca meşə olmayan 

sahələrdə 20 cərgə (2754 hektar) meşə  əkininin aparılmasını layihələşdirmişdir. Yaşıllaşdırma məqsədi üçün 

nəzərdə tutulan bu sahələrin çoxunda qozdan əsas ağac cinsi kimi istifadə etmək olar. Həmin ərazinin əlverişli 

bitmə şəraitində qoz ağacları əkməklə respublikamızda əlavə 10 tonlarla qoz meyvəsi əldə etmək mümkündür.  



 

14.9. Pekan ağaclıqlarının artırılması 

Pekan (Carya pecan Engl.) və ya Amerika qozu qoz fəsiləsinin gikori-kariya cinsinin bir növüdür. 

Vətəni  Şimali Amerikadır. Təbii halda ABŞ-ın  şərq yarısında, enliyarpaqlı meşələrin tərkibində bitir. Onun 

arealı Amerikada Böyük Çöllərdən başlayıb Meksika və Floridaya qədər uzanır. Dağlarda dəniz səviyyəsindən 

200 m-ə qədər yüksəkliyə qalxır.  

Pekan nəhəng ağacdır və vətənində boyu 50-65 m-ə, diametri 2,5 m-ə çatır. Uzunömürlüdür, 500 ilə qədər 

yaşayır.  

Pekan ağacı nisbətən gec çiçək açır, adi qozdan 3-4 həftə sonra çiçəkləyir. Gec çiçəkləməsi onun mühüm 

bioloji xüsusiyyəti sayılır. Bu səbəbdən o, yaz şaxtalarına məruz qalmır. Pekanın meyvəsini bərk lətli təbəqə 

örtür. Yetişərkən bu təbəqə çatlayaraq 4 hissəyə ayrılır. Meyvələri salxımda yerləşir, hər salxım 3-10-a qədər 

meyvə gətirir. Meyvəsi adi qozdan xırda olub, uzunluğu 2,5-6,0 sm, eni 1,0-2,5 sm-dir, iki barmaqla asan sınır. 

Ləpəsi açıq sarı rəngdədir.  

Pekanın toxumundan törəyən ağacları 8-10 yaşında, calaq ağacları isə 4-5 yaşında meyvə verir.  

Pekan güclü inkişaf edən kök sisteminə malikdir. Əsas kökü dərinə  işləyir, yan kökləri ilə  ətrafa geniş 

yayılır, odur ki, bu ağac küləyə qarşı davamlı olur.  

Pekan torpağa və onun nəmliyinə çox tələbkardır, çay terraslarında, gətirmə torpaqlarda yaxşı inkişaf edir. 

Adi qozun davam gətirmədiyi çox rütubətli torpaqlarda pekan normal böyüyür, lakin bataqlaşmış və duzlu tor-

paqlarda bitmir. Neytral və az turş torpaqlarda da pekan normal böyüyür, hətta turş torpaqlarda da bitir.  

Təbii  şəraitdə pekanın nəmli torpaqlarda yayılması onun rütubətə  tələbkar növ olduğunu göstərir. Pekan 

ağacının təbii arealında 1000 mm və daha çox yağmur düşür. Arealının qərb hissəsində isə yağmurların miqdarı  

500 mm olur. 

Pekanın 400-dən artıq sortu məlumdur. Bu sortlar meyvəsinin forma və ölçüsünə, meyvə qabığının rənginə 

və qalınlığına, ləpəsinin forma və dadına görə müəyyən edilir. 

Pekanın meyvəsi adi qozdan da qiymətli sayılır. Onun dadlı  ləpəsi yağ, karbohidrat, vitamin və başqa 

maddələrlə zəngindir. Bir meyvəsinin çəkisi 4-6 qramdır, ləpəsi meyvəsinin 40-50%-ni təşkil edir. Tərkibi isə 

belədir: su – 3,4%, zülal – 12,1%, yağ – 70,7%, karbohidratlar – 8,5%, sellüloz – 3,7%, kül - 1,5%. Bununla 

yanaşı, ləpənin tərkibində azotsuz ekstraktiv maddələr – fosfor, kalsium, «B» qrupu vitaminləri və s. də vardır.  

Respublikamızda pekan əkinlərinin tarixi nisbətən qədimdir. Onun ağaclarına Lənkəran və Astara 

rayonlarında daha çox rast gəlmək olar. Ən yaşlı və iri ağac hazırda Lənkəran şəhərindədir. Bu ağacın nə yolla 

buraya gətirildiyi məlum deyil. Deyilənlərə görə, XIX əsrdə Lənkəranda olan iki nəfər xarici səyyah bir evdə 

qonaq qalarkən pekanın toxumlarından ev sahibinə verərək onu əkməyi məsləhət görmüşlər.  

A.İ.İvaşenko 1938-ci ildə  həmin ağac 40 yaşında ikən boyunun 15 m, diametrinin 60 sm olduğunu 

göstərmişdir. O, qeyd edirdi ki, bu ağacın məhsuldarlığı ayrı-ayrı illərdə 35-80 kq olmuşdur. 2000-ci ilin iyu-

lunda biz həmin ağacı yenidən müşahidə etdik. Təxminən 110 yaşında olan bu ağacın boyu 45 m, döş 

bərabərində yoğunluğu 110 sm-dir. Ağacın 50 m-ə çatan geniş çətri var. Ev sahibinin dediyinə görə, məhsulu 

birdəfəlik yığmaq mümkün olmadığından ağacda nə  qədər məhsul olduğunu təyin etmək çətindir. Belə ki, 

cəsarət edib bu nəhəng ağaca çıxa bilən adam olmadığından meyvələr yalnız yerə töküləndən sonra yığılır və 

hesaba alınmır. Təsvir etdiymiz ağacdan yığılmış toxumların tam quru halda göstəriciləri aşağıdakı kimidir: 

toxumun orta uzunluğu 2,50 sm. bir toxumun orta çəkisi 3,10 q, ən iri toxumun çəkisi 3,48 q, ləpə çıxarı isə 

44% olmuşdur. Lənkəran və Astara rayonlarında və ümumiyyətlə, respublikamızın ayrı-ayrı bölgələrində rast 

gəlinən pekan ağacları fikrimizcə, bu ağacdan artırılıb.  

Lənkəran zonasında müxtəlif pekan əkinləri mövcuddur. Gərmətük kəndində 4 hektara yaxın sahədə pekan 

plantasiyası mövcuddur. Burada ağaclar 10x10 m sxemi əsasında şahmat qaydasında əkilmişdir. Sahədə 350-yə 

qədər ağac vardır. Kəsilmiş köhnə bir kötüyə əsasən ağacın təxminən 61 yaşı (2000-ci ildə) olduğunu təyin et-

dik. Ağacların orta boyu 30 m, ən iri ağacın diametri isə 86 sm-dir. Ağaclığın çətri birləşərək meşəliyə 

çevrilmişdir. Kənar cərgələrdə olanların çətri daha geniş olub işığa doğru 25-30 m-ə qədər inkişaf etmişdir. Bu 

ağaclar bol meyvə gətirir. Sahədə pekanın cücərtilərinə və yaşı 15-20-yə qədər olan çoxlu cavan ağclara da rast 

gəlinir. Cətir altında yeniyetmələr işığın azlığından zəif böyüyür. Onlardan yalnız əkin materialı kimi istifadə 

etmək lazımdır.  

Kəndin yaxınlığındakı  qəbiristanlıqda çoxlu cavan pekan ağacları bitir, onların boyu 10-15 m-ə çatır. bu 

ağaclar qeyd etdiyimiz, pekan plantasiyasından quşlar vasitəsilə yayılan toxumlardan əmələ gəlmişdir. Planta-

siyada ağacların intensiv inkişaf edərək meşəlik yaratması göstərir ki, Lənkəran ovalığının münbit torpaqlarında 





Dostları ilə paylaş:
1   ...   160   161   162   163   164   165   166   167   ...   228


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə