MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə171/228
tarix30.12.2017
ölçüsü4,78 Mb.
#18712
1   ...   167   168   169   170   171   172   173   174   ...   228

 

318


Dəmyə  şəraitində olan sahədə palıd ilk iki ildə  dənli bitkilərlə (çovdar və yazlıq arpa) birlikdə becərilmişdir. 

Dənli səpinlər ağacların bitişinə  və boyuna mənfi təsir göstərir. Relyefin hündür yerlərində bitiş faizi aşağı 

olmuş, bəzən 10%-ə enmişdir. Relyefin nisbətən düz hissələrində əkinin bitiş faizi 60-70% olmuşdur.  

Kür-Araz ovalığında və Gəncə-Qazax düzündə meşə zolaqlarının tədqiqi göstərir ki, torpaqdan səmərəli 

istifadə etmək məqsədilə birinci iki ildə zolaqlarda dənli bitkilər deyil, cərgəaraları becərilən bitkilərin 

(qarğıdalı, günəbaxan, kartof, bostan) səpinindən istifadə etmək məqsədə uyğundur.  

Kür-Araz ovalığında hətta ilin soyuq dövrlərində, çox vaxt yazın əvvəlində də quru küləklər əsir, bu zaman 

qışda yarpağını tökən ağaclar öz qoruyucu rolunu oynaya bilmir. Bunu nəzərə alaraq ovalığın mərkəzi 

hissəsində əsas ağac cinslərinin tərkibinə eldar şamı da əlavə etmək lazımdır. Bu ağac cinsinin bu rayonlarda 

20-25 yaşında boyu 14-18 metr, yoğunluğu 24-28 sm-ə çatır. Bununla yanaşı, digər həmişəyaşıl ağac 

cinslərindən (zeytun, sərv, daş palıd və s.) istifadə edilməsi məsləhətdir.  

Meşə  Təsərrüfatı Nazirliyinin (1980) məlumatına  əsasən müxtəlif meşə  təsərrüfatları tabeçiliyində 

aşağıdakı dövlət qoruyucu meşə zolaqları mövcuddur (9543 ha). Bundan başqa Baş  Şirvan kanalı  və Yuxarı 

Qarabağ kanalı boyu 2000 ha sahədə irriqasiya meşə zolaqları salınmışdır.  

Mövcud qoruyucu meşə zolaqları  

Ağdaş meşə təsərrüfatı – 957 ha 

Ağstafa meşə təsərrüfatı – 837 ha 

Astara meşə təsərrüfatı – 32 ha 

Bərdə meşə təsərrüfatı – 360 ha 

Dəvəçi meşə təsərrüfatı – 231 ha 

Beyləqan meşə təsərrüfatı – 987 ha 

Yalama meşə təsərrüfatı – 123 ha 

Gəncə meşə təsərrüfatı – 487 ha 

Lənkəran meşə təsərrüfatı – 140 ha 

Ağdərə meşə təsərrüfatı – 234 ha 

Masallı meşə təsərrüfatı – 742 ha 

Sabirabad meşə təsərrüfatı – 1314 ha 

Tovuz meşə təsərrüfatı – 184 ha 

Ağcabədi M.M.S. – 1480 ha 

Şəki M.t. – 314 ha 

Xırdalan M.t. – 511 ha 

Yevlax meşə tingliyi – 610 ha 



Cəmi: 9543 hektar 

1949-cu il Nazirlər Sovetinin qərarına əsasən meşə zolaqlarının və digər məqsədli meşəliklərin salınması 

üzrə nəzərdə tutulan planın, layihənin çoxusu yerinə yetirilməmişdir. Plan üzrə əsasən dövlət meşə zolaqlarının 

çox hissəsi, qismən isə, magistral suvarma kanalları, dəmir yolu və avtomobil yolları ətrafında qoruyucu zolaq-

lar salındı. Son illərdə dərc olunan məlumatlarda qeyd edilir ki, məlum səbəblərdən mövcud meşə zolaqlarının 

çox hissəsində qanunsuz qırıntı işləri aparılır, mal-qara sürüləri otarılır.  

Meşəsiz quru iqlim şəraitində yaradılmış meşə zolaqlarının tədqiq edilməsi, çox yerdə  ətrafının 

çəpərlənməsi və müvafiq meşəlik tədbirləri yerinə yetirməklə  bərpa olunması, yeni tarlaqoruyucu meşə 

zolaqlarının salınması günün vacib məsələsi sayılmalıdır.  

Kürqırağı tuqay meşələrinin bərpa edilməsi Kür-Araz ovalığında kənd təsərrüfatının daha da inkişafına 

kömək edəcəkdir. Bu meşələr qızmar günəşli Qarabağın,  Şirvanın, Milin, Muğanın iqlimini yaxşılaşdıracaq, 

burada istirahət və sağlamlıq ocaqları yaratmağa real imkanlar açacaq, ərazinin estetik vəziyyətinin daha da 

gözəlləşməsi üçün zəmin yaradacaqdır.  

 

14.14. Tarlaqoruyucu meşə zolaqlarının salınması 

Yuxarıda qeyd edildiyi kimi Kür-Araz ovalığında duzlu torpaqların yayılması, minerallaşmış qrunt sularının 

səthə yaxın yerləşməsi torpaqların meliorasiya baxımından əlverişsiz olduğunu göstərir. Burada aşağıdakı kimyəvi 

tərkibli düzlü torpaqlar mövcuddur: xlorlu-sulfatlı və sulfatlı. V.R.Volobuyevə (1948) görə Kür-Araz ovalığında 

xlorlu-sulfatlı tipli duzlu torpaqlar üstünlük təşkil edir. S.M.Məmmədova (1968) görə bu tipli duzlu torpaqlar ağac 

və kol bitkilərinin bitməsi üçün əlverişli hesab olunur, müəllif bunu duzların nisbətən az toksik olması ilə izah edir.  

Duzlu torpaqlarda meşəliklərin, meşə zolaqlarının salınması üçün duzadavamlı  ağac və kol cinslərinin 

seçilməsi olduqca vacibdir. S.M.Məmmədov (1968) Mil, Şirvan, Qarabağ, Muğan və Salyan yarımsəhralarında 

apardığı geniş  tədqiqatlara  əsaslanaraq bir sıra ağac və kol cinslərinin duzadavamlığını öyrənmiş  və onların 

duzadavamlılıq  şkalasını  tərtib etmişdir. Kür-Araz ovalığının xlorlu-sulfatlı duzlu torpaqları üçün müəllif 5 

aqromeşə şorluq dərəcəsi şkalasını tövsiyə edir: 



I dərəcə – məhdud olmayan (qeyri məhdud) meşə əkini üçün yararlı torpaqlar-quru qalıq 0,40%-ə qədər;  

II dərəcə – meşəyə yararlı torpaqlar (quru qalığın miqdarı 0,41%-dən 0,80%-ə qədər); 


 

319


III dərəcə – məhdud, meşəyə yararlı torpaqlar (quru qalığın miqdarı 0,81%-dən 1,00%-ə qədər);  

IV dərəcə – şərti meşəyəyararlı torpaqlar (quru qalığın miqdarı 1,01%-dən 1,30%-ə qədər); 

V dərəcə – meşə əkini üçün yararsız torpaqlar (quru qalığın miqdarı 1,31%-dən çox).  

Göstərilən aqromeşəşorluq dərəcələri hüdudunda meşə  əkinləri üçün zəif  şorlaşmış (quru qalığın miqdarı 

10qr/l-ə qədər), qrunt sularının səviyyəsi 150 sm-dən dərin, yüksək minerallaşmış (quru qalıq 10 qr/l-dən çox) 

qrunt sularının səviyyəsi 200 sm-dən dərin yerləşən torpaqlardan meşə  əkini üçün istifadə edilməsi məsləhət 

görülür.  

Alimlərin apardığı tədqiqatlar göstərir ki, ağac və kol, həmçinin kənd təsərrüfatı bitkiləri duzlu torpaqlarda 

adaptasiya olunduqda orqanizmdə  dərin daxili dəyişkənlik gedir və bitkilərdə maddələr mübadiləsi davamlı 

olur. Bitkinin qazandığı bu yeni xassələr onun toxumlarında da baş verir. Bu toxumlardan alınan bitkilər daha 

duza davamlılığı ilə seçilir. Odur ki, duzlu torpaqlarda meşə zolaqları salarkən səpin materialı kimi duzlu tor-

paqlarda bitən ağacların toxumlarından istifadə olunması məqsədəuyğundur.  

Kür-Araz ovalığında meşə zolaqları saldıqda həmin ərazidə park, bağ, meşə zolağında mövcud olan yaşlı 

ağac və kolların toxumlarından istifadə edilməsi tövsiyə olunur.  

Kür-Araz ovalığında müxtəlif dərəcədə şorlaşmış torpaqlarda meşə zolaqları və digər məqsədli meşəliklər 

salarkən S.M.Məmmədov (1968) iki üsul məsləhət görür. I üsul cərgələr arası enli götürülməklə eyni ağac 

cinsindən ağaclar suvarma şırımının hər iki tərəfində əkilir. Bu üsulda 2,6 metrdən bir dərin şırımlar açılır və 2 

cərgəli təmiz (sırf) cərgəli lent yaranır. Cərgələr arasında məsafə 0,6 m, cərgədə  ağacların arası isə 0,7 m 

götürülür. Bitkilərin yan cərgələri arasında olan məsafə 2 m təşkil edir. Bu da cərgə aralarında torpağı 

mexanizmlərlə becərməyə imkan yaradır. Lentin özündə isə torpağa qulluq işləri əllə aparılır. Bu üsulla I və II 

aqromeşəşorluq dərəcələrinə aid olan torpaqlarda meşə zolağının salınması məsləhət görülür.  

Meşə zolağının salınmasında 2-ci üsul enli cərgələrlə sıx meşə əkini aparmaqdır. Bu üsulla meşəlik məhdud 

meşəyə yararlı  və  şərti meşəyə yararlı torpaqlar üçün nəzərdə tutulur. Bu üsulla meşə zolağı saldıqda 

mərkəzlərinin arası 1,5 m olan iki dərin şırım açılır. Sonra 3 m məsafə qoyulur və yenidən iki şırım açılır və s. 

Əkin (səpin) şırımların hər iki döşündə aparılır. Beləliklə, iki lentdən ibarət 4 cərgəli zolaq yaranır. Lentlərin eni 

2,1 m, lentlər arası məsafə isə (enli cərgələr) 2,4 m təşkil edir.  

Duzlu torpaqlar üçün təklif olunan sıx və  sırf (təmiz) bioqruplar halında  əkinlərdə müxtəlif ağaclar bir-

birinə mənfi təsir göstərmir və vahid sahədə ağac və kollar yuxarı yaşlarında lazım olan miqdarda qalır. Bununla 

yanaşı, ağaclar arasında mexanikləşdirilmiş qulluq işləri üçün geniş imkan yaranır.  

Kür-Araz ovalığının duzlu torpaqlarında meşə zolaqları yetişdirildikdə ağacların ilk yaşlarında torpağa qul-

luq etməklə yanaşı, onların çətirləri birləşən dövrə  qədər suvarmanın aparılması da mühüm şərtlərdən sayılır. 

Suvarmanın sayı vegetasiya dövründə meteoroloji şəraitdən, zolağın yaşından, torpağın səthindən, ağac və kol 

cinslərinin bioloji xüsusiyyətlərindən və digər faktorlardan asılıdır (cədvəl 14.4.). 

Zolaqdakı  ağaclar iki yaşına çatdıqda qış suvarması da aparılmalıdır. Qeyri-məhdud yararlı  və meşəyə 

yararlı (I-II dərəcə) torpaqlarda qış suvarması bir dəfə (noyabr-dekabr), məhdud meşəyə yararlı və şərti yararlı 

(III-IV dərəcə) torpaqlarda isə iki qış suvarmasının (1-ci dekabrda, 2-ci isə fevralda) aparılması tövsiyə olunur. 

Aparılan təcrübə  işləri göstərir ki, lentlərdə  və zolaqlarda aqrotexniki qaydalara düzgün riayət edildikdə I-II 

aqromeşəşorluq dərəcəli torpaqlarda 2-3-cü ilində, III-IV dərəcəli torpaqlarda isə 3-4-cü ilində ağacların çətirləri 

tam birləşir. Bundan sonra torpağa  əllə olunan xidmətlər dayandırıla bilər. Geniş  cərgələr arasında isə 

mexanikləşdirilmiş qulluq işləri zolağın çətirləri tam birləşənə qədər davam etdirilir. 

Kür-Araz ovalığının duzlu torpaqlarında ayrı-ayrı aqromeşəşorluq dərəcələrinə uyğun olaraq 

S.M.Məmmədov (1968) meşə zolaqlarının salınması  işlərində  əsasən ağacların aşağıdakı qarışdırma tiplərini 

tövsiyə edir: 

I aqromeşəşorluq dərəcəsi – məhdud olmayan meşəyə yararlı torpaqlar üçün; 

1) palıd – göyrüş tipli (2 lent palıd – 1lent göyrüş və s.); 

2) palıd – qarağac tipli (2 palıd lenti – 1 qarağac lenti və s.); 

3) saqqızağac – qarağac-palıd (2 lent saqqızağac – 1 lent qarağac – 2 lent palıd – 1 lent qarağac və s.); 




Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   167   168   169   170   171   172   173   174   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə