MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə172/228
tarix30.12.2017
ölçüsü4,78 Mb.
#18712
1   ...   168   169   170   171   172   173   174   175   ...   228

 

320


Cədvəl 14.4. 

  

Kür-Araz ovalığında vegetasiya dövründə suvarmanın vaxtı və sayı (qrunt sularının səviyyəsi 2,5 m 

və  

dərin olduqda) 

 

Aylar  

Məhdud olmayan 

meşəyə yararlı 

və 

meşəyə yararlı 

torpaqlar  

Məhdud meşəyə yararlı  və 

şərti meşəyə yararlı torpaqlar 

I il  


II 

il 


III 

il  


IV 

il 


Son

rakı 


illər  

I il   II il 

III il 

IV 


il 

Sonr


akı 

illər  


Aprel  







May  









İyun  








İyul-


avqust   

2 2 2 2 2  3 3  3  2 2 

Sentya

br  


1 1 1 - -  1 1  1  1 1 

Suvar


ma-nın 

cəmi  


6 6 5 4 3  7 7  6  5 4 

 

4) saqqızağac – göyrüş (2 lent saqqızağac – 1 lent yaşıl göyrüş və s.); 



5) qoz – (və ya pekan) xurma tipli (1 lent adi qoz – 1 lent qafqaz xurması və s.); 

6) şam – sərv tipli (2 lent eldar şamı – 1 lent sərv və s.); 

7) qarağac – çəkil tipli (2 lent qarağac  – 3 lent çəkil (tut) və s.); 

8) qovaq – çinar tipli (2 lent Kanada qovağı, ağyarpaq qovaq və ya digər qovaq növləri və sortları  – 1 lent 

çinar və s.); 

9) Qovaq-akasiya (2 lent qovaq – 2 lent ağ akasiya və s.); 

10) Akasiya tipli (sırf akasiya); 

11) Qovaq tipli (sırf qovaq növləri) 



II aqromeşəşorluq dərəcəsi – meşəyə yararlı torpaqlar üçün: 

1) saqqızağac – qarağac tipli (2 lent saqqızağac  – 1 lent qarağac və s.); 

2) göyrüş-saqqızağac-qarağac (1 lent yaşıl göyrüş – 2 lent saqqızağac – 1 lent qarağac və s.); 

3) göyrüş - akasiyalı (2 lent yaşıl göyrüş  – 2 lent ağ akasiya və s.); 

4) şam – sərv (2 lent eldar şamı  – 1 lent sərv və s.); 

5) qarağac – çəkil (2 lent qarağac  – 3 lent çəkil və s.); 

6) qovaq – çinar (2 lent qovaq  – 1 lent çinar və s.); 

7) qovaq – akasiya (2 lent qovaq  – 2 lent ağ akasiya və s.); 



III aqromeşə şorluq dərəcəsi – məhdud meşəyə yararlı torpaqlar üçün: 

1) qarağac – göyrüş-çəkil (2 zolaq qarağac  – 1zolaq yaşıl göyrüş – 1 zolaq çəkil və s.); 

2) göyrüş – akasiya tipli (1 zolaq yaşıl göyrüş  – 1 zolaq ağ akasiya və s.); 

3) akasiya-göyrüş – lələkağacı ( 1 zolaq ağ akasiya – 1zolaq yaşıl göyrüş – 1 zolaq lələk); 

4) lələk – maklüra (və ya safora) - (1 zolaq lələk-bir zolaq maklüra (və ya yapon saforası) və s.); 

5) lələkağacı – iydə (2 zolaq lələk  – 1 zolaq iydə və s.); 

6) qovaq – söyüd tipli (2 zolaq ağ yarpaq qovaq  – 1zolaq söyüd və s.); 

IV aqromeşəşorluq dərəcəsi – şərti meşəyə yararlı torpaqlar üçün: 

1) lələk – iydə - maklüra ( 1 zolaq lələk – 1 zolaq daryarpaq iydə – 1 zolaq maklüra – 1 zolaq iydə və s.); 

2) göyrüş – iydə - lələk ( 1 zolaq yaşıl göyrüş – 1 zolaq daryarpaq iydə – 1 zolaq lələk və s.); 

3) maklüra – iydə ( 1 zolaq maklüra – 1 zolaq daryarpaq iydə və s.); 

4) iydə – yulğun ( 2 zolaq dar yarpaq iydə – 1 zolaq yulğun və s.); 

5) iydə (sırf iydəlik); 

 

14.15. Suvarma şəbəkələri ətrafında qoruyucu  

(irriqasiya)  meşə zolaqlarının salınması 

Respublikamızda torpaqların meliorasiyası genişləndikcə suvarma şəbəkələrinin sayı  və su sərfi artır. 

Hazırda respublikamızda 300-dən artıq böyük və kiçik həcmli su anbarı, 8,5 min km uzunluğunda 



 

321


təsərrüfatlararası, 41 min km-ə qədər təsərrüfatlardaxili kanallar, 20 min km uzunluğunda kollektor-drenaj sis-

temi mövcuddur. Suvarma şəbəkələri hər yerdə layihə əsasında, sement-beton özlüklərlə inşa edilmədiyinə görə 

əksər hallarda obyektlərin istifadə müddətində onlardan müxtəlif miqdarda su filtrasiya olunur, üfiqi və şaquli 

istiqamətdə hərəkət edir. İllər keçdikcə bu sular təsir dairəsini genişləndirir, suvarma və qrunt sularına qarışır, 

torpağın səthinə  çıxır, müxtəlif xarakterli bataqlaşma və  şorlaşma prosesinin baş verməsinə  səbəb olur. 

Torpaqtökmə ilə inşa olunan suvarma şəbəkələrində filtrasiya prosesi daha intensiv gedir, onun təsir dairəsi də 

geniş olur. Baş-Muğan, Yuxarı Qarabağ, Yuxarı  Şirvan və s. kanallarda bu əlamət daha aydın nəzərə çarpır. 

1930-cu ildə Muğan düzündə qrunt suyunun dərinliyi 0,5 olan torpaqlar 67% olduğu halda, 1951-ci ildə 79%, 

1962-ci ildə isə 92% təşkil etmişdir. Kanallar boyunca torpaqların şorlaşması və bataqlaşması durmadan artır. 

Hazırda Yuxarı Qarabağ kanalına təhkim olunan 1499 ha sahənin 750 ha-rı, Yuxarı Şirvan kanalının 1336 ha-

dan 160 ha-rı bataqlaşmış, orta və  şiddətli dərəcədə  şorlaşmışdır. Suvarma şəbəkələrinin  ətrafında kənd 

təsərrüfatına yararsız sahələrdə irriqasiya mühafizəedici meşə zolaqlarının salınması böyük əhəmiyyət kəsb edir.  

Elmi  əsaslarla müəyyən edilmişdir ki, filtrasiya suları,  ətraf sahələrin  şorlaşması  və  təkrar  şorlaşmasının 

qarşısının alınmasında meşə zolaqlarının  əvəz olunmaz əhəmiyyəti vardır. Ona görə suvarma şəbəkələri 

layihələşdirilərkən onların ətrafında irriqasiya mühafizə zolaqları salmaq da nəzərdə tutulur, bu məqsədlə torpaq 

sahəsi ayrılır. Hesablamalara görə respublikamızın suvarma şəbəkələri boyunca onlara təhkim edilən, kənd 

təsərrüfatına yararsız 59 min hektar torpaq sahəsi var. Bu torpaqların  əksər hissəsi strukturu pozulduğuna, 

şorlaşdığına və bataqlığa çevrildiyinə görə istifadəsiz qalır. Həmin sahələrdə meliorasiya tədbirləri görməklə 

irriqasiya mühafizə meşə zolaqları salmaq olar. Meşə zolaqlarının salınması obyektlərin inşası ilə eyni vaxtda 

aparıldıqda daha yaxşı nəticə verir.  

Dövlət tarlaqoruyucu və eroziyaya qarşı yetişdirilən meşə zolaqlarından fərqli olaraq irriqasiya meşə 

zolaqları təsərrüfatlararası, təsərrüfatlardaxili kanallar, su anbarları və kollektor-drenaj sistemləri ətrafında, on-

lara təhkim olunan kənd təsərrüfatına yararsız, istifadəsiz torpaqlarda salınır. Onlar həm tarlaqoruyucu meşə 

zolağı rolunu oynayır, suvarma şəbəkələrindən filtrasiya olunan (sızılan) suların, həm də vegetasiya mövsümü 

ərzində suvarma şəbəkələrindən sızılan suların səviyyəsinin 60-70 sm, bəzən 100-110 sm aşağı enməsinə, 

bataqlıqların qurudulmasına,  ətraf sahələrin  şorlaşmasının, açıq sahələrdəki faydalı suların, kanal və su 

anbarlarının səthindən buxarlanmanın, obyektlər ətafında alaq otlarının əmələ gəlməsinin, suyun çirklənməsinin 

qarşısını alır, onların istifadə müddətinin, iqtisadi səmərəsinin artmasına və bərpa işlərinin asanlaşmasına imkan 

yaradır. Kanal boyunca yetişdirilən 1-3 cərgəli 14-16 metr hündürlüyü olan meşə zolağı kanalda su səthindən 

buxarlanmanı 30-40% azaldır, ətraf havanın nisbi nəmliyini 10-40% artırır. Bir ədəd 15 yaşlı qovaq ağacı vege-

tasiya mövsümü ərzində 62 kubmetr su buxarlandırır. Bu baxımdan ağacları haqlı olarar «bioloji drenaj» 

adlandırırlar. Bununla əlaqədar 1977-ci ildə Respublika Meliorasiya və Su Təsərrüfatı Nazirliyi nəzdində iki 



irriqasiya meşə  təsərrüfatı idarəsi yaradılır. Az dövr ərzində Yuxarı Qarabağ, Yuxarı  Şirvan, Tərtərçay

H.Hacıyev və s. təsərrüfatlararası kanallar, Baş Qarabağ kollektoru və digər drenaj sistemləri ətrafında 2000 ha-

dan çox sahədə irriqasiya meşə zolaqları salınmış, əvvəllər salınmış meşə zolaqlarında bəzi meşəçilik tədbirləri 

görülmüşdür. Hazırda respublikanın suvarma şəbəkələri ətrafında ekoloji şəraitə uyğunlaşmış ona müsbət təsir 

göstərən meşə zolaqları vardır. Bu baxımdan, Yuxarı Qarabağ kanalının Bərdə, Ağdam, Ağcabədi, Yuxarı 

Şirvan kanalının Yevlax, Ağdaş; Tərtərçay kanallarının Tərtər, Goranboy; Baş Muğan kanalının  İmişli və s. 

rayonları  ərazisində yerləşdirilən meşə zolaqları  təqdirəlayiqdir. Bununla belə, suvarma şəbəkələri  ətrafındakı 

torpaqların strukturunun pozulması, onların şorlaşması, bataqlığa çevrilməsi, konkrtet torpaq şəraiti üçün ağac 

və kol cinslərinin düzgün (uyğun) seçilməməsi, əmək işlərinin düzgün aqrotexniki qaydada aparılması üzündən 

hər yerdə meşə zolaqlarından yaxşı nəticələr əldə edilməmişdir. Suvarma  şəbəkələrinə təhkim olunmuş torpaq 

sahələrinin  şoran, bataqlıq strukturu pozulmuş  və dar zolaq şəklində olması ilə  əlaqədar  ərazidə  təsərrüfata 

lazım olan miqdarda və çeşiddə quraqlığa,  şoranlığa davamlı uzunömürlü ağac və kol cinsləri yaratmaq 

mümkün deyil. Ona görə də, bir qayda olaraq təsərrüfatlar asan tapılan, yerli şəraitə dözümsüz, azömürlü və az 

məsarif tələb edən ağac və kol cinslərini əkməli olurlar. Bu həm iqtisadi baxımdan təsərrüfatlara baha başa gəlir, 

həm də başqa torpaq-iqlim şəraitindən gətirildiyi üçün cinslərin bitiş faizi aşağı olur. Onlar yerli şəraitə 

uyğunlaşa bilmədiyinə görə  zəif inkişaf edir və  tədricən quruyub sıradan çıxır.  İrriqasiya meşə  təsərrüfatları 

üçün münasib yerdə torpaq sahəsi əldə etmək və növbəli əkin sistemi tətbiq olunmaqla tinglik yaratmağa nail 

olmaq lazımdır. Göstərilən tədbirlərin düzgün həyata keçirilməsi həm kənd təsərrüfatı bitkilərindən sabit, 

yüksək məhsul götürməyə, suvarma şəbəkələrindən filtrasiyanın zəifləməsinə,  ətraf sahələrin  şorlaşmasının 

qarşısının alınmasına, həm də respublikanın düzən rayonlarında 60 min ha sahədə meşə zolaqları salınmasına, 

regionda meşəlik faizinin artmasına, havanın saflaşmasına, ekoloji şəraitin yaxşılaşmasına və sudan səmərəli 

istifadə olunmasına imkan verir.  

 

Qoruyucu irriqasiya meşə zolaqlarının salınması 

Çay şəbəkəsi və digər suvarma şəbəkələri boyunca ağaclar əkmək xalqımıza xas olan qədim ənənədir. Baş 

Muğan, Yuxarı Qarabağ, Yuxarı Şirvan, Samur-Abşeron və s. kanalların inşası ilə yanaşı, onların ətrafında bəzi 

yerlərdə qoruyucu meşə zolaqları əkilmiş, bəzən onlardan yaxşı nəticə alınmışdır.  




Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   168   169   170   171   172   173   174   175   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə