MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə174/228
tarix30.12.2017
ölçüsü4,78 Mb.
#18712
1   ...   170   171   172   173   174   175   176   177   ...   228

 

324


Qrunt suyu torpaq səthinə yaxın olan, şorlaşma getməyən və  zəif duzlu torpaqlarda irriqasiya qoruyucu 

meşə zolaqlarını qoşalaşdırılmış (ikiləşdirilmiş) cərgələrlə salmaq faydalıdır.Belə  əkinlərdə tinglər  şırımın hər 

iki tərəfində  və ya qarşı-qarşıya  əkilir. Meşə zolaqlarının kənar cərgələrində meyvə, kol və ya alçaq boylu 

ağaclar, kanal tərəfdəki cərgələrdə isə kök sistemi dərin gedən, transpirasiya xüsusiyyəti yükək olan, ucaboylu, 

uzunömürlü və tezböyüyən ağac cinslərinin  əkilməsi faydalıdır.  Əkin cərgələrinin uzunluğunu 100 (meyilli 

yerlərdə 25-30 m) metrdən artıq götürmək məsləhət görülmür. Tinglər çalaya şaquli istiqamətdə qoyulmalı, kök 

sisteminin torpaqla təmasda olmasını təmin etmək üçün əvvəlcə çalaya azca torpaq tökməli, sonra ting çalaya 

qoyulmalı, çala torpaqla doldurulmalı  və bitkinin ətrafı taptalanmalıdır. Bütün cərgələr düz xətt boyunca 

əkilməlidir.  

Tinglərin yaxşı böyüməsi və qoruyucu xüsusiyyətlərini artırmaq üçün ilk növbədə onlara vaxtaşırı qulluq 

göstərmək lazımdır. Qulluq işlərinə  əkinin (səpinin) aparıldığı gündən suvarmaqla başlamaq lazımdır.  İlk 

suvarmadan sonra torpaq müəyyən qədər çökür, bəzi nüsxələr  şaquli vəziyyətini itirir (əyilir, yıxılır, bəzən 

köklərin üstü açılır). Ona görə belə bitkiləri  əvvəlki vəziyyətinə qaytarmaq və köklərin üstünü torpaqlamaq 

vacibdir. Əks halda bitkilərin gövdəsi düz inkişaf etmir, bitmə faizi aşağı olur.  

Kür-Araz ovalığında qrunt suyu səthə yaxın yerləşən sahələrdə əkinin 1-2-ci illəri vegetasiya dövründə 6-7, 

qrunt suyu dərində olan sahələrdə isə 8-10 dəfə suvarma aparmaq lazım gəlir. İlk suvarma əkin qurtaran kimi, 2-

ci suvarma 10-15 gündən, 3-cü və sonrakı suvarmalar 25-30 gündən bir aparılır. Hər 2-3 suvarmadan sonra 

cərgələr arasında alaq otlarına qarşı mübarizə  və bitkilərin  ətrafında torpağın yumşaldılması  tədbirləri 

görülməlidir. Bu tədbirlər suvarmadan 1-4 gün sonra və 2-3 suvarmadan bir təkrar olunur. Alaq otlarına qarşı 

mübarizə tədbirləri ağacların çətirləri birləşən dövrə qədər aparılır.  

Respublikada fəaliyyət göstərən irriqasiya meşə təsərrüfatları yaradıldığı ildən suvarma şəbəkələri ətrafında 

2 min hektardan artıq sahədə qoruyucu meşə zolaqları salınmışdır. Bu zolaqların çoxunun çətirləri  birləşərək 

meşəlik şəklini almış, lakin onlarda müvafiq xidməti meşə qırıntıları aparılmır.  

S.M.Məmmədov (1971) Yuxarı Qarabağ kanalı boyu geniş  tədqiqatlar apararaq orada irriqasiya meşə 

zolaqları yetişdirmək üçün torpaq sahələrini 8 qrupa ayırır:  

I qrup meşə zolağı salmaq üçün yararlı deyil. Bura filtrasiya suları basan sahələr, texniki səbəblər, relyef 

şəraiti və yüksək duzluluğa malik olan torpaq sahələri aiddir. Yüksək duzlu torpaqlarda meşə yetişdirmək üçün 

onlar duzlardan yuyularaq sağlamlaşdırılmalıdır. Lakin qrunt suyunun səthə yaxın yerləşməsi buna maneçilik 

göstərir. Yalnız yüksək kapital qoyuluşunun köməyilə drenaj qurğuları yaratmaqla meşə zolağı salmaq işinə nail 

olmaq mümkündür.  

II qrupa aid torpaqlarda kanallardan filtrasiya sularının sızması üzündən meşə zolaqları salmaq üçün yararlı 

sayılmır. Bunun qarşısının alınması üçün kanalın dib və döş hissələrində beton və ya digər sukeçirməyən 

materiallardan özlük yaradılmalıdır. Lakin bu tədbir də yüksək kapital qoyuluşu tələb edir.  

III qrupa meşə zolağı salmaq üçün yararlı olmayan planlaşdırılması tələb olunan relyef şəraiti ilə bağlıdır. 

Sahənin planlaşdırılması böyük həcmdə torpaq işlərinin görülməsini tələb edir, bu isə iqtisadi cəhətdən sərfəli 

deyildir. 

IV qrupa kanal boyu yerləşən hidrotexniki qurğular (su ötürücülər, dükerlər, akveduklar, körpülər və s.) 

kanalın istismarı xidməti binalar, ətraf təsərrüfat sahələri aiddir. Belə sahələrin çoxunda yaşıllaşdırma aparılmış, 

bağ, üzümlük və s. salınmışdır.  

V-VI qrupa ikinci növbədə meşə zolaqları salınacaq sahələr daxildir. Belə sahələr az həcmdə planlaşdırılma, 

mürəkkəb olmayan, az xərc tələb olunan meliorativ tədbirlərin (filtrasiya və qrunt sularının kənarlaşdırılması 

istiqamətində) aparılmasını tələb edir. 




 

325


Cədvəl 14.6. 

 

İrriqasiya meşə zolaqları salmaq üçün təklif olunan 

ağac və kol cinsləri 

 

Ağac və 

kollar  

Torpağın şorluq dərəcəsi  

Şorlaşmamış  və ya 

az duzlu torpaqlar  

Orta 

dərəcədə 

şorlaşmış  

Şoran  

Həmişəyaşıl ağac cinsləri  

Eldar şamı  





Sərv  



Hələb şamı  





İtaliya şamı  



Daş palıd  





Yarpaqlı ağac cinsləri  

Saqqızağac + 



Püstə  





Yaşıl göyrüş  



Adi qoz  





Şərq çinarı  



Ağ söyüd  





Ağyarpaq qovaq   + 



Ağ İtaliya qovağı   + 



Adi badam  



Heyva  




Tut  



Pekan  




Maklüra  



Aylant  




Kollar  

Amorfa  




Yulğun  



İydə  




 

 VII qrupa birinci növbədə meşə zolaqları salınacaq sahələr aiddir.  

VIII qrupa mövcud meşə əkini sahələri daxildir.  

 



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   170   171   172   173   174   175   176   177   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə