MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə178/228
tarix30.12.2017
ölçüsü4,78 Mb.
#18712
1   ...   174   175   176   177   178   179   180   181   ...   228

 

331


(parkda) saxlanılır. Badamdar yaylası  şəhərdən gələn səsin və  şimal küləyinin qabağını alır, eyni zamanda 

şəhərdən gələn sənaye çirkləndiricilərinin parka daxil olmasının qarşısını alır.  Ərazinin yaşıllaşdırılması başa 

çatdıqda  Şıxov parkı  Şıx yamacının Xəzərə baxan amfiteatrında «Dostluq» parkı  və Bayıl yamaclarının 

yaşıllıqları ilə birlikdə vahid cənub-qərb yaşıl qurşağını yaradacaq. Hazırda Xəzərin səviyyəsinin qalxması ilə 

əlaqədar dəniz kənarındakı yaşıllıqların bir hissəsi quruyur və yerində qamışlıqlar yaranır.  

Bayıl yamacları  və «Dostluq» parkı yaşıllıqlarında  əsasən eldar şamından, qismən həmişəyaşıl sərvdən 

istifadə edilmişdir. Bibi-heybət (Şıxov) qəsəbəsinə yönələn dik yamacın (35-45

0

) cənub cəhətində süxur 



qırıntıları, iri qayalıqlar arasındakı yaşı 100-dən artıq olan 5 ədəd püstə ağacı diqqəti cəlb edir. Ağacların boyu 

4-5 m, diametrləri 24-32 sm-dir. Ağaclar bol meyvə gətirir. Bu ağaclar yəqin ki, keçmişdə salınan püstə bağının 

yadigarlarıdır. Səhranı xatırladan bu yamacda tək-tək yovşana, qanqala, kəvərə  və efemerlərə  təsadüf olunur. 

Maraqlıdır, sahədə tək-tək püstə yeniyetmələrinə təsadüf olunur. Lakin onlar qoyunlar tərəfindən məhv edilir. 

Yayın qızmarında qoyunlar bu ağacların altında kölgədə daldalanır.    Bu  isə torpaq qatının yuyulmasına və 

qayalığın səthə çıxmasına səbəb olmuşdur.    



-  Şəhriyar parkı  (köhnə Dzerjinski) şəhərin sıx  əhali yerləşən massivində idman qurğuları kompleksi 

ərazisində salınmışdır. Əhalinin ən çox gəzinti və istirahət yeri hesab olunur. Parkda eldar şamı üstünlük təşkil 

edir. Böyük qruplarda zeytun ağacları yaxşı nəticə vermişdir, lakin onlar suvarılmadığı üçün bir qədər solğun, 

sıxıntılı görünür. Sərv və şam ağacları suvarılmasa da, alçaq boylu olmasına baxmayaraq, öz görkəmini saxlayır. 

Aylant və yapon saforası ağacları görkəmsiz olmaları ilə yanaşı, həm də qurumağa doğru gedir. Şam ağacları 

altında pittosporum kolları olduqda caczibədar görünür. Bağın aşağı girəcəyində fəvvarənin yanında yoğunluğu 

70 sm olan geniş çətirli daş palıd ağacı bağa yaraşıq verir. Onun yaxınlığında bağın mikroçökək hissəsində lələk 

və aylant ağacları quruyur, iydə və yulğun kolları isə yaraşıqlı görünür. Burada bir kökdən qoşa duran boyu 13-

14 m, diametrləri 24-28 sm olan ekvaliptlər öz gözəllikləri ilə seçilir. Stadiondan Çaparidze heykəlinə doğru 

Azadlıq prosepektinə  qədər parkda yalançı sabun ağacı, lələk, qarağac üstünlük təşkil edir, tut və malyüra 

ağacları da çox əkilmişdir. Lakin bu ağacların heç biri özünü doğrultmur, onlar suvarılmadıqda solğun görünür, 

göbələk xəstəliyinə tutulduğundan ağacların qurumaqları müşahidə olunur. Sonralar sərv ağacları müdaxilə 

edildiyindən xiyabanın görkəmində canlanma görünür.  

Azadlıq prospektindən Semaşko xəstəxanasına doğru  50    m  enində xiyaban eldar şamı, zeytun, sərv 

ağaclarından ibarət olub çox yaraşıqlı görünür. Xiyabanda tut, maklyura, lələk olan sahələrdə  ağacların 

quruması və seyrəlməsi müşahidə olunur.  

Bütün bunlar göstərir ki, Şəhriyar parkında və ondan ayrılan xiyabanda tədricən rekonstruksiya işləri 

apararaq, əsasən həmişəyaşıl ağac növlərindən (şam, sərv, zeytun, daş palıd, evkalipt, yapon əzgili, sidr və s.) 

istifadə edilməlidir.  

-  Ceyranbatan gölü ətrafında  1954-cü ildən başlayaraq 300 ha-dan artıq sahədə qoruyucu meşələr 

salınmışdır. Apardığımız tədqiqat işləri göstərdi ki, bu məqsədlə əsasən eldar şamı, yaşıl göyrüş, şabalıdyarpaq 

palıd və  sərvdən istifadə olunmuşdur. Həmçinin lələk, tut, gilənar, zeytun, ağcaqayın, mantar palıdı,  ərik, 

qarağac, badam, saqqızağac, qovaq, ağ akasiya, yulğun, birgöz, naz, nar, şaftalıdan istifadə edilmişdir. Qeyd 

edək ki, çox vaxt ağacların qarışdırılmasında onların bioloji xüsusiyyətləri nəzərə alınmamışdır. Son illər 

suvarma aparılmadığından ağacların çoxunda quruma müşahidə olunur. Bu baxımdan eldar şamı, sərv, palıd, 

saqqız, naz daha dözümlüdür.  

- Qanlıgöl meşə parkı, gölün şimal və şimal-qərb hissəsində salınmışdır. Lakin hazırda bu yaşıllıqlar hissə-

hissə  qırılıb yerində tikinti işləri aparılır. Burada ilboyu yaşıllığın mal-qaraya otarılması  nəticəsində  ağaclar 

məhv olmağa doğru gedir.  

- Neftayırma zavodu (NBNZ) ilə 8-ci kilometr qəsəbəsi arasında yaşıllıq Əhmədli yaylasının yaşıllıqları 

ilə geniş massiv yaradır. Bu böyük yaşıllıq massivi böyük səhiyyə-gigiyena  əhəmiyyəti daşıyır, 8-ci kilometr 

yaşayış massivini, Qara şəhəri bir neçə neftayırma və neft-kimya zavodlarının zərərli təsirindən qoyulur.  

Hazırda bu böyük yaşıllıq massivi demək olar ki, başlı-başına buraxılıb, onun çox hissəsində suvarma 

aparılmadığından ağaclarda quruma müşahidə olunur. Suvarmanın aparılmaması  nəticəsində  ən çox qovaq, 

topulqa, akasiya, ərkivan ağacları quruyub sıradan çıxır, göyrüş, itburnu, zeytun, qarağac, birgöz, oleandr da 

susuzluqdan solur, tədricən onlarda quruma müşahidə olunur. Safora və zeytun qurumasa da yarpaqları 

xırdalaşır, bürüşür və görkəmini itirir. Eldar şamı  və  sərv bütün ağac növlərindən daha dözümlü olduğunu 

göstərir və suvarılma dayandırıldıqda belə, öz həyatiliyini saxlayır. Qeyd edək ki, bu yaşıllıqlar da hissə-hissə 

məhv edilir və yerində müxtəlif tikintilər salınır.  



- Qaraçuxur qəsəbəsi rayonunda meşə-park 8-ci km qəsəbəsindəki yaşıllıqlarla birləşərək Bakı şəhərinə 

geniş panorama yaradır. Lakin bu yaşıllıqlar da hissə-hissə məhv edilərək, yerində müxtəlif tikinti işləri aparılır 

və sahəsi get-gedə azalır.  

- Biləcəri meşə parkı  Biləcəri yamaclarında, qayalı sahələrdə salınıb,  əsasən eldar şamından ibarət olub 

təbii meşəliyə bənzəyir. Bu meşə-park Bakı şəhərinə şimal tərəfdən daxil olub, Biləcəri rayonu əhalisinin gözəl 

istirahət məskənidir.  



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   174   175   176   177   178   179   180   181   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə