MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə18/228
tarix30.12.2017
ölçüsü4,78 Mb.
#18712
1   ...   14   15   16   17   18   19   20   21   ...   228

 

32

əlverişli (müsbət) və ya əlverişsiz (mənfi) təsir göstərir. Mümkün kombinasiya tipləri qarşılıqlı  əlaqələrin 



müxtəlif növlərini əks etdirir: 

- neytralizm – hər iki növ müstəqildir (sərbəstdir) və bir-birinə heç bir təsir göstərmir

- rəqabət – növlərdən hər biri digər növə əlverişsiz (mənfi, pis) təsir göstərir; 

-  mutalizm – növlər bir-birindən ayrıldıqda yaşaya (mövcud ola) bilməz; 

- protokooperasiya (həmrəylik) – hər iki növ qruplaşma əmələ gətirir, qruplaşma onlar üçün faydalı olsa 

da, onlar ayrıldıqda da yaşaya (mövcud ola) bilər; 



- kommensalizm – növün biri kommensal olub, bir yerdə yaşadığı başqa növdən fayda alır, digər növ isə 

sahib olub, heç bir fayda götürmür (qarşılıqlı dözüm); 



- amensalizm – növün biri amensal olub digər növ onun böyümə və çoxalmasına təzyiq göstərir

- parazitlik – parazit növ öz sahibinin böyümə və çoxalmasını ləngidir və hətta onu məhv edə bilər; 

- yırtıcılıq – yırtıcı növ öz «qurbanına» (şikarına) hücum edir və onunla qidalanır. 

 Növarası əlaqələr biotik qruplaşmaların (biosenozların) mövcudluğu əsasında yaranır.  



Antropogen faktorlar.   İnsan cəmiyyətinin fəaliyyət forması olub, orqanizmlərin həyatına birbaşa təsir 

göstərir və ya dolayısı ilə yaşayış mühitinə bilavasitə  təsir göstərməklə. Bəşəriyyət tarixi gedişində ilk əvvəl 

ovçuluğun inkişafı, sonralar isə kənd təsərrüfatı, sənaye, nəqliyyat planetimizin təbiətini güclü dəyişmişdir.  

Canlı aləmə  və bütvölükdə biosferə antropogen faktorların təsiri sürətlə artmaqda davam edir və hazırkı 

şəraitdə çox vaxt hakimlik edir. İndiki dövrdə Yerin canlı aləmi və orqanizmlərin bütün növlərinin taleyi prakti-

ki olaraq insan cəmiyyətinin əlində olub antropogen amillərin təbiətə təsirindən asılıdır.  

Ekoloji faktorların  əksəriyyəti vaxta görə keyfiyyətcə  və  kəmiyyətcə  dəyişir. Məsələn, iqlim faktorları 

(temperatur, işıqlandırma dərəcəsi və s.) sutka, mövsüm, il ərzində dəyişir.  

Vaxta görə müntəzəm olaraq təkrarən dəyişən faktorlar dövri faktorlar adlanır. Bura iqlim faktorlarından 

başqa bəzi hidroloji faktorlar (qabarma və çəkilmələr, bəzi okean axınları) da aiddir. Gözlənilməz baş verən fak-

torlar (vulkan püskürməsi, yırtıcıların hücumu və s.) qeyri dövri faktorlar adlanır.  

Dövri və qeyri dövri faktorların ayrılması orqanizmlərin həyat  şəraitinə uyğunlaşmasının öyrənilməsində 

mühüm əhəmiyyət kəsb edir.  

 

2.1. Limitləşdirici faktorlar, optimum qanunlar 

Hər bir faktorun orqanizmə müsbət təsiri yalnız müəyyən həddə (dozada) olur. Dəyişkən faktorun təsirinin 

nəticəsi hər şeydən əvvəl onun təzahür gücündən asılıdır. Faktorun həm çatışmayan (az), həm də artıq miqdarda 

təsiri fərdlərin həyat fəaliyyətinə mənfi təsir göstərir. Faktorun əlverişli təsir gücü (dozası) müəyyən növün or-

qanizmi üçün ekoloji faktorun optimum zonası və ya sadəcə olaraq optimumu adlanır. Optimumdan kənara 

çıxma (sapma) güclü olduqca həmin faktorun orqainizmə məhvedici gücü yüksək olur (pessimum zonası). Eko-

loji faktorun maksimum və minimum dözümlülük rolu kritik nöqtə sayılır və bu nöqtədən kənarda artıq yaşayış 

(həyat) mümkün olmayıb ölüm başlayır. Kritik nöqtələr arasındakı dözümlülük həddi hər hansı bir konkret fak-

tora görə canlı orqanizmin ekoloji valentliyi adlanır. Müxtəlif növlərin nümayəndələri həm optimum 

vəziyyətinə, həm də ekoloji valentliyinə görə bir-birindən kəskin fərqlənir. 

Mühitin abiotik faktorlara münasibəti baxımından geniş ekoloji valentliyi göstərmək üçün faktorun adına 

«evri» önşəkilçisi  əlavə edilir. Evriterm növlər – temperaturun böyük tərəddüdünə davam gətirən,  evriqal 

orqanizmlər  – mühitin duzluluğunun və kimyəvi tərkibinin çox dəyişməsinə dözən,  evrioksibiontlar – suda 

oksigenin çox dəyişməsinə davam gətirən,  evrion növlər – PH mühitinin çox dəyişməsinə davam gətirən 

növlər,  əksinə, faktorun böyük dəyişməsinə davam gətirə bilməyən və ya dar ekoloji valentlik «steno» 

önşəkilçisi ilə qeyd edilir. Məs., stenoterm, stenoqal, stenotop, stenooksibiont orqanizmlər.  

Ekoloji faktorlar arasında həmçinin  limitləşdirici faktorlar ayrılır. Bu faktorlar müəyyən növ üçün ek-

stremal hesab olunan şəraitdə yaşamaq imkanını məhdudlaşdırır.  

Limitləşdirici faktorların  əhəmiyyəti haqqında fikri ilk dəfə XIX əsrin ortalarında alman aqrokimyaçısı 

Y.Libix irəli sürmüşdür. O, göstərmişdir ki, limitləşdirilmiş faktorlar (məsələn, istilik, işıq, su) yalnız faktorun 

azlığı (çatışmazlığı) deyil, həm də onun bolluğu (izafiliyi) ola bilər. Y.Libix «minimum» qanununu müəyyən 

etmişdir: məhsul minimum vəziyyətdə olan faktordan asılıdır. Məsələn,  əgər torpaqda faydalı komponentlər 

bütövlükdə tarazlaşdırılmış sistem təşkil edirsə  və yalnız fosfor minimum miqdardadırsa, bu faktor məhsulu 

azalda bilər. Lakin torpaqda mineral maddələr optimal miqdarda olduqca faydalı olduğu halda, onların hədsiz 

çox olması da məhsulun azalmasına səbəb olur. Deməli, faktorlar maksimum miqdarda olduğu halda da 

limitləşdirilmiş faktor ola bilər.  

Beləliklə, tələbatla (optimum miqdarla) müqayisədə özünün azlığı (çatışmazlığı) və hədsiz çoxluğu (izafi-

liyi) ilə orqanizmin inkişafını  məhdudlaşdıran faktorlar limitləşdirici faktorlar adlanır. Bəzən bu faktorlara 



məhdudlaşdırıcı faktorlar da deyilir. Deməli, orqanizmlər ekoloji minimum və ekoloji maksimumla 

xarakterizə olunur: bu iki miqdar (ölçü) arasındakı diapazonu tolerantlıq hüdudu (tolerantlıq qanunu) 

adlandırmaq qəbul edilmişdir (V.Şelford, 1913). Y.Odum (1975) tolerantlıq qanununu tamamlayan aşağıdakı 

məqamları göstərir.  




Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə