MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə190/228
tarix30.12.2017
ölçüsü4,78 Mb.
#18712
1   ...   186   187   188   189   190   191   192   193   ...   228

 

348


Təşkil olunacaq qoruğun layihəsində qoruq üçün ərazinin seçilməsinin  əsaslandırılması, sahəsi, sərhədləri 

verilir. Qoruğun gələcək fəaliyyətinin istiqaməti, maliyələşdirilmə qaydası səciyyələndirilir, xəritələr, müxtəlif  

rəsmi sənədlər və digər materiallar əlavə olunur.  

Qoruğun layihələşdirilməsindən qabaq bioloji-iqtisadi tədqiqatlar aparılır.  Tədqiqat işlərində bioloqlar və 

cooğraflar iştirak edir. 

Layihələşdirmə prosesi üç mərhələdə keçirilir: hazırlıq, çöl  və kameral. 

Hazırlıq işləri dövrü – mütəxəssislərin çöl axtarış işlərinə çıxmamışdan qabaq görüləcək iş mərhələsi sayılır.  

Bu mərhələdə layihə işi hazırlanır və sifarişçi ilə layihə təşkilatı arasında müqavilə bağlanılır. Sifarişçi kimi qo-

ruq təşkil etmək istəyən idarə iştirak edir. Müqavilə və  layihə işinin vaxtı, layihəyə olan tələbatı layihə axtarış 

partiyasının tərkibi və maliyələşdirmə işləri müəyyənləşdirilir. 

Axtarış partiyasının tərkibinə daxil olan mütəxəssislər hazırlıq dövrü ərzində  tədqiqat rayonu ərazisi üzrə 

ədəbiyyatla, idarə və arxiv materialları ilə hərtərəfli və diqqətlə tanış olmalıdır. 



Çöl axtarış işləri – İcra hakimiyyətində axtarış partiyasının və sifarişçi təşkilatının nümayəndələrinin xüsusi 

yığıncağı keçirildikdən sonra başlanır.  Yığıncaqda qəbul olunmuş  qərar bu və ya digər ərazidə çöl axtarış işlə-

rinin aparılması üçün əsas sayılır. 

Çöl işləri dövrü adətən 3-4 ay davam edir. Bu dövr ərzində təbii şəraitə, diqqətəlayiq və maraqlı  təbiət ob-

yektlərinə qiymət verilməsi üçün material toplanır və onun köməyilə müəyyən yerdə qoruğun yaradılmasının la-

büdlüyü əsaslandırılır. 

Gələcəkdə təşkil olunan qoruq ərazisində axtarış partiyası flora və faunanı səciyyələndirmək üçün botaniki, 

zooloji və digər elmi tədqiqat işləri aparır. Bu istiqamətdə əldə olunan materiallar ədəbiyyat məlumatlarilə mü-

qayisə edilir və qabaqcadan qiymətli obyektlərin vəziyyəti aydınlaşdırılır. 

Çöl tədqiqatlarının  əsas məqsədi gələcək qoruğun sahəsini və  sərhədlərini müəyyənləşdirməkdir. Qoruğun 

sərhədləri yaxşı olar ki, suayırıcılarla keçsin və qoruğun ərazisi bir çay hövzəsinə düşsün. Buna həmişə nail ol-

maq çətindir. Burada qoruğun gələcək perspektivləri, yaşayış məntəqələrinin, yolların cığırların və s.-nin yerləş-

məsi də nəzərə alınmalıdır. 

Qoruqlar layihələşdirildikdə turizmin inkişafı  və zəhmətkeşlərin istirahəti məsələləri də  nəzərə alınmalıdır. 

Turistlər və yerli əhali üçün daha cəlbedici yerlər, obyektlər qoruq ərazisinə  daxil edilməlidir. 

Mümkünat daxilində qoruqların sərhədi eyni bir rayonun daxilinə salınmalıdır. Qoruğun mərkəzi idarəsinin 

qoruq ərazisində və ya onun yaxınlığında olması məqsədə uyğundur. 

Qoruq idarəsi ilə birlikdə kartonların, dayaq məntəqələrinin və bazaların yeri də təyin edilir. Çöl işləri qurtar-

dıqdan sonra rayon və ya vilayət mərkəzində tədqiqatın nəticələri müzakirə olunur və razılığa gəldikdə qoruğun 

təşkil edilməsi üçün axırıncı qərar qəbul olunur. 



Kameral işləri  dövründə layihə, xəritə materialları və yer quruluşu işi hazırlanır. Bu zaman tərtib olunan iza-

hat kitabçasına aşağıdakı bəndlər daxil olur.  

İzahnamənin giriş hissəsində müddət, işin həcmi, partiyanın tərkibi və s. verilir. 

1.Qoruğun təşkilinin mümkün variantları, onun təhlili və müqayisəsi. Bunlardan ən yaxşı variantın əsaslandı-

rılması; 

2.Layihələşdirilən qoruq ərazisinin fiziki-coğrafi səciyyəsi (sərhədləri, sahəsi, sahələrin eksplikasiyası (izahı, 

relyefi, iqlimi, hidroqrafiyası, torpağı); 

3. Bitki örtüyü; 

4. Heyvanat aləmi

5. İqtisadi-coğrafi səciyyəsi (layihələşdirilən qoruğun ərazisində və ona qonşu yerlərdə əhalinin sayı, təsərrü-

fatın əsas sahələri və i. a.). 

6. Xüsusilə qəti qorunmağa və öyrənilməyə ehtiyacı olan təbii obyektlər; 

7. Qoruğun daxili təsərrüfatının təşkili üzrə təkliflər (mərkəzi idarənin yeri, ərazinin təşkili, tələb olunan ştat-

lar və vəsait, maliyələşdirmə); 

8. Elmi tədqiqatların əsas istiqamətləri. 

Nəticələr, istifadə olunan ədəbiyyatın və əlyazmaların siyahısı. Tərtib olunan xəritə-sxemdə isə tədqiqat mar-

şrutları, qoruğun təyin olunmuş  sərhədləri, onun yerləşmə variantları,üstünlük təşkil edən bitki örtüyü tipləri, 

xüsusi qiymətli sahələrin və obyektlərin yerləşməsi, daxili təsərrüfat təşkilatlarının planı. 

Hazır layihə vilayət və ya rayon İcra hakimiyyətinin müzakirəsinə  təqdim olunur. Bu mərhələlərdən müsbət 

rəylərlə keçdikdən sonra İcra hakimiyyəti layihəni qoruğun təşkili haqda qərarı münasib ərizə-məktubla birlikdə 

respublika Nazirlər  Sovetinin sərəncamına göndərir. Bununla layihələşdirmə mərhələsi başa çatmış olur. 

 

Qoruğun vəzifələri   

Qoruqların vəzifələri olduqca müxtəlif olub, onun yaradılmasının məqsədi, yerləşdiyi landşaft zonası və qo-

ruğu əhatə edən ərazinin vəziyyətilə əlaqədardır. Qoruğun əsas vəzifəsi onun ərazisindəki zənginlikləri qoruyub 

ilkin (təbii) halında saxlanılmasıdır. Bunun üçün qoruğun ərazisi hərtərəfli öyrənilməlidir. 

Bütün qoruqlar üçün təbiətin salnaməsi işlənib hazırlanır və o, dövri olaraq təzələnir. 




 

349


Təbiətin salnaməsi

Təbiətin salnaməsi qoruğun əsas sənədi olub təbii proseslərin və hadisələrin müşahidələrinin əsas nəticələrini 

özündə cəmləşdirir. Salnamədə qoruğun elmi fəaliyyətinin xronikası əks olunur. 

Təbiətin salnaməsini tərtib etmək üçün elmi və mühafizə işçilərinin gündəlikləri, zooloji, botaniki və fenoloji 

kartotekalar, yerli meteoroloji stansiya və məntəqələrin materialları, meşə quruluşu işlərinin materialları, qoru-

ğun illik hesabatları və yerli ovçuluq təşkilatlarının məlumatlarından istifadə edilir. İl ərzində toplanan bitki və 

heyvanat aləminin kolleksiyaları da salnamə üçün qiymətli sayılır. Həmin ili qoruq ərazisində tədqiqat aparan 

digər təşkilatların əməkdaşlarının materiallarından da istifadə edilir. 

Təbiətin salnaməsi qarşıdakı ilin əvvəlində tərtib olunur və orada ötən ilin hadisələri əks olunur. Belə olduq-

da qış aylarının materiallarından tam istifadə etmək olmur. Odur ki. təbiətin salnaməsi üçün yeni il mart ayı he-

sab edilməsi daha məqsədə uyğundur və ilin sonu fevral ayı sayılmalıdır. 

Salnamənin tərtibatında obyektlərin, heyvan və bitkilərin şəkillərilə yanaşı, həm də dinamiki proseslərin şəkilləri 

də böyük əhəmiyyətə malikdir. Məsələn, qarın əriməsi, suyun qalxması və enmə səviyyəsi, su daşğını, vegetasiyanın 

gedişi və s. 

Təbiətin salnaməsinin tərtibi metodikasına uyğun olaraq salnamədə aşağıdakı başlıqlar olmalıdr. 

1. Qoruğun ərazisi. Salnamənin I kitabında qoruğun sahəsinin bitki örtüyü  və s-yə görə bölünməsi cədvəli, 

qoruq ərazisində və onun əhatəsində yerləşən yaşayış məntəqələrinin yerləşməsi sxemi, mühafizə kortonları və 

daxmaları, əsas yollar və cığırlar göstərilir. 

2. Landşaft, relyef və torpaq. Bu hissədə geomorfoloji dəyişilmələr, torpağın temperaturu, nəmliyi və s. gös-

tərilir. 

3. Hava. Salnamənin bu hissəsində il ərzində aylar üzrə. mümkün olsa kiçik vaxtlar ərzində havanın  əsas 

göstəriciləri verilir. Adi hava proseslərilə yanaşı biotaya təsir göstərən normadan kənara çıxan iqlim göstəriciləri 

də verilir. Əsas aylar üzrə elementlərin (havanın temperaturu, yağmurlar, qar örtüyü) çoxillik və ekstremal rə-

qəmlərlə müqayisə olunur. Qoruğun müxtəlif yerlərində, xüsusən dağın müxtəlif qurşaqları üçün orta aylıq ( və 

ya dekada) havanın temperaturu, mütləq maksimum və mütləq minimum temperatur, şaxtalı və şaxtasız keçən 

günlərin sayı, yağmurlu günlərin sayı və miqdarı, qar örtüyünün hündürlüyü və sıxlığı verilir. 

4. Sular. Qoruqda olan əsas su hövzələrində hidroloji rejimin qısa xronoloji təsvirlərinin verilməsi məsləhət 

görülür. yaz daşğınlarının vaxtı və gedişi qeydə alınır, suyun səviyyəsi və eni ölçülür. Bunula yanaşı suyun tem-

peraturu, buzun qalınlığı, quraqlıq ərazilərdə isə qrunt suyunun səviyyəsi verilir. 

5. Təbiətin təqvimi. Bu hissədə canlı aləmdə gedən fenoloji fəzaların qeydləri verilir. 

Fitofenoloji hadisələr eyni obyektlərdə, eyni sahələrdə və ya uyğun bitmə şəraitlərində öyrənilməlidir ki, əldə 

edilən materialları həm  həmin qoruqda, həm də digər qoruqlardakı materiallarla müqayisə etmək mümkün ol-

sun. 

Təbiətin salnaməsinin təqvimində aşağıdakılar mütləq olmalıdır: 



a) Marşrutların və müşahidə  məntəqələrinin adı, yerləşməsi planı  və onların qısa təsviri (dəniz səthindən 

yüksəkliyi, yamacın cəhəti, dikliyi və s.). Bu təsvirlər salnamədə marşrutlar və məntəqələr dəyişərsə və ya yeni-

dən salınarsa, bu dəyişikliklər sonrakı ilin kitabında qeyd olunur; 

b) Cari ildə aparılan fenoloji müşahidələrin illik cədvəli və çoxillik müşahidələrlə müqayisəsi; 

v) Mövsüm üzrə fenoloji hadisələrin qısa təsviri və onların orta illik rəqəmlərdən kənara çıxması; 

q) Ayrı-ayrı bitki və heyvan növləri üzrə dövri hadisələrin cədvəli. 

6. Flora və bitki örtüyü. 

Qoruqda bitki örtyündə gedən dəyişikliklər qeyd edilir, bu dəyişikliklərin heyvanat aləminə təsiri verilir. Ma-

teriallar verildikdə zonallığı və şaquli qurşaqlıq nəzərə alınmalıdır. Floranın dəyişilməsi qabaqlar burada yayılan 

həmin rayon üçün aborigen (yerli)  bəzi bitki növlərinin sıradan çıxması və qoruğa yeni yabançı (yad) kənardan 

gətirilən bitki növlərinin peyda olması istiqamətində gedə bilər. Bu dəyişilmə bu və ya digər bitki növünün aza-

lıb-artması və arealının dəyişilməsi istiqamətində də gedə bilər. Bu dəyişilmələrdə edifikator və dominant, həm-

çinin relikt və endem bitkilər üçün daha vacibdir. 

Ayrı-ayrı növlərin toxumvermə intensivliyinin öyrənilməsinin də böyük əhəmiyyəti vardır. 

Bitkilərin yaşının ötməsi, yanğın, bəzi heyvan növünün çoxalması, iqlimin  dəyişməsi, insan fəaliyyətinin təsirilə 

əlaqədar bitki örtüyünün suksesssiyasının müşahidə olunması böyük maraq doğurur. 

Qoruqda bitki örtüyünün dinamikası daimi təcrübə sahələrində öyrənilməlidir. Onların təsviri geobotanika 

üzrə olan standart  metodika ilə aparılır. Bütün təcrübə sahələrinin yeri naturada nişanlanır və qoruğun planına 

qeyd edilir. Hər təcrübə sahəsinin bitki örtüyü xəritələşdirilir və orada edifikator, dominant, az rast gəlinən və 

digər qiymətli bitki nümayəndələri dəqiq qeydə alınır. Təcrübə sahələrində müxtəlif bitki qruplarının  əlaqəsi, 

yaş tərkibi. mövsümi və illik dəyişməsi aydınlaşdırılır. 

7.Fauna və heyvanat aləmi. Bu hissədə heyvanat aləminin növlər üzrə yaşayış tərzi haqqında məlumat verilir. 

Salnamədə heyvanat aləminin miqdarca uçotu əsas tədbir sayılır. Belə uçot ayrı-ayrı heyvan növünün miqdarı-

nın dinamikası üzrə material toplamağa imkan verir. 




Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   186   187   188   189   190   191   192   193   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə