MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə194/228
tarix30.12.2017
ölçüsü4,78 Mb.
#18712
1   ...   190   191   192   193   194   195   196   197   ...   228

 

356


nar, sarağan, acılıq kolları geniş yayılmışdır. Çay vadilərində qızılağac, ağyarpaq qovaq, uzunsaplaq palıd, sö-

yüd ağacları bitir. 

Qoruqda saqqız-ardıc meşələri altında qəhvəyi-meşə, seyrək meşəliklər və kolluqlar altında boz-qəhvəyi, yarım-

səhra ot bitkiliyi  altında qonur, çayyatağında allüvial-çəmən torpaqları yayılmışdır. 

Türyançay qoruğunda qaban, qonur ayı, porsuq, dələ, tülkü, dovşan, çaqqal, vaşaq və s. məməli heyvanlar 

məskən salmışdır. Sürünənlərdən müxtəlif ilanlara, kərtənkələlərə rast gəlinir. İlanlardan gürzə daha çox yayıl-

mışdır. Yerli quşlardan kəklik, göyərçin, adi qur-qur, ağbaş, Asiya kərkəzi, leşyeyən qartal, qara kərkəz, sərçə-

lər, qaratoyuqlar, zığ-zığ, payız bülbülü, dağ vələmir quşu, böyük və uzunquyruq arıquşu və s. məskunlaşmışdır. 

Burada oktyabr ayından başlayaraq Böyük Qafqazın cənub yamacından bir çox məməlilər və quşlar qışlayır. 

 

Göy-göl qoruğu 

Respublikamızda ilk dəfə (1925-ci ildə) yaradılan Göy-göl qoruğunun yaradılmasında məqsəd Göy-göl və 

onun  ətraf ərazisinin zəngin, füsünkar təbiət kompleksini – torpaq qoruyucu, sunizamlayıcı, kurort-iqlim əhə-

miyyətli dağ-meşə və dağ-çəmən ekosistemlərini, zəngin və qiymətli heyvanat aləmini qorumaq, füsünkar dağ 

və göllərini, dağ çaylarını təbii halında saxlamaq, elmi-tədqiqat işləri aparmaq üçün ərazidən daha səmərəli isti-

fadə etməkdir. Qoruğun «Eldar şami» filialını yaratmaqda məqsəd isə dünyada yeganə vətəni olan Ellər oyuğun-

da eldar şami meşələrini qoruyub saxlamaqdır. 

Göy-göl qoruğu Kəpəz dağının (3065m) şimal yamacında meşə və subalp qurşaqlarında dəniz səviyyəsindən 

1100m-lə 3065m yüksəklikdə yerləşir. Onun «Eldar şamı» filialı isə Qabırrı çayının sağ sahilində Ellər oyuğu 

dağının şimal yamacında (300-500 hündürlükdə) yerləşir. 

Göy-göl qoruğu ərazisində əsasən fıstıq (1270ha), vələs (1020ha) və şərq palıdı (400ha) meşələri yayılmışdr. 

Dəniz səviyyəsindən 1500-2200m yüksəklikdə zəlzələdən uçmuş Kəpəz dağının daş qalaqları üzərində «pioner» 

ağac cinsi kimi ilk dəfə bitərək meşə kimi formalaşmış qarmaqvarı şam meşəsi 149ha sahə tutur, ona fıstıq, pa-

lıd, tozağac, quşarmudu, vələs qarışır. Hazırda şam meşəsi «qocaldıqca» sıradan çıxaraq öz yerini buranın əsl 

sakini fıstığa verir, özü isə zəlzələnin «çılpaq» daş qalaqlarında məskunlaşaraq Maral gölünə doğru – Kəpəz da-

ğının zirvəsinə tərəf arealını təzələyir. 

Subalp qurşağında (2100-2700m) və alp qurşağında (2700-3000m) subalp (2211ha) və alp (200ha) çəmənləri in-

kişaf etmişdir. 

Qoruq ərazisində dəniz səviyyəsindən yüksəklikdən, relyef şəraitindən və bitki örtüyünün xarakterindən asılı 

olaraq çimli, yarımtorflu, qaratorpağa bənzər və bozqırlaşmış dağ-çəmən torpaqları (1600-(1700)-3000m) dağ 

çəmən meşə torpaqları, meşə qurşağında isə qonur dağ-meşə torpaqları yayılmışdır. 

Qoruğun ərazisində cücüyeyənlərin 6(kirpi, Qafqaz köstəbəyi, Radde qonurdişi, ağqarın ağdiş, dovşana bən-

zərlərin 1 (dovşan), gəmiricilərin 8 (müxtəlif siçanlar və siçovullar). vəhşi heyvanların 8 (tülkü, porsuq, ayı, daş 

dələsi, meşə pişiyi, gəlincik, samur, vaşaq), dırnaqlıların 3 (təkə, cüyür, Qafqaz maralı), quşların 40-a qədər (bil-

dirçin, meşə göyərçini, meşə cüllütü, ağqarın cüllüt, göl qağayısı, toğlugötürən, qara kərkəs, leşyeyən, iri yapa-

laq, bayquş, qu quşu, zığ-zığ, sarıköynək, baltadimdik, meşə torağayı, çil qara toyuq və s.), sürünənlərin 6 (ilan-

lar, kərtənkələlər), suda-quruda yaşayanların 3 (müxtəlif qurbağalar) növü yaşayır. 

Göygöldə və Ağsuçayında yalnız forel (qızılxallı) balığı yaşayır. Qoruğun «Eldar şamı» filialında özünəməx-

sus arid meşə landşaftı yaranmışdır. Burada  meşələr əsasən eldar şamı, ardıc növləri, saqqızağac, kollardan – 

nar, açılıq, zirinc, doqquzdon, qaratikan və s.-dən təşkil olunmuşdur. Ərazidə meşə ilə örtülü sahə 290ha təşkil 

edir. Onun 121ha şam, 170ha ardıc, 37ha saqqızağac meşəliyidir. 

16 dekabr 2004-cü ildə Respublika Prezidentinin sərəncamı ilə 2000 ha-ya yaxın ərazidə eldar şamı sahəsi 

Göy-göl qoruğundan ayrılaraq müstəqil Eldar Şamı Qoruğu elan edildi. 

Yaxın gələcəkdə Göygöl qoruğu və onun ətraf ərazilərində  Göygöl Milli parkının yaradılması nəzərdə tutu-

lur. 


 

Qızılağac qoruğu 

Qızılağac qoruğu 1930-cu ildə Xəzər dənizinin cənubi-qərbində Qızılağac körfəzində və Salyan düzünün bir 

hissəsində yaradılmışdır. Sahəsi 88400 hektardır. Sahəsinin böyüklüyünə görə respublikamızın ən iri qoruğu sa-

yılır. 


Qoruq oturaq və köçəri su, bataqlıq və göl quşlarının qorunması və çoxaldılması, həmçinin təbii su-bataqlıq 

landşaft sahələrinin mühafizəsi məqsədilə təşkil olunmuşdur. Qoruğun sahəsinin 59%-i su akvatoriyası, 20%-i 

qamış cəngəllikləri, 2% quru sahələrdir. Belə landşaft tipləri burada su, bataqlıq və quru mühitdə yaşayan köçəri 

və oturaq quşların, quru və bataqlıq heyvanlarının, balıqların məskunlaşmasına şərait yaratmışdır. Qoruq 1976-

cı ildən «Su-bataqlıq yerləri konvensiyası»nın suətrafı və suda üzən quşların məskunlaşması üçün 12 Beynəl-

xalq əhəmiyyətli qoruqlar sırasına daxil edilmişdir. 

Qızılağac qoruğunun ərazisində su, bataqlıq və quru ərazilərin ot və kol bitkiləri vardır. Bunlar quşlar üçün 

ən qiymətli yem bazası, yuvalamaq və yaşamaq üçün əlverişli yerdir. 

Qızılağac qoruğuna dünyanın müxtəlif yerlərindən çoxlu quşlar gəlir. Hər il buraya Taymır yarımadasından 



 

357


qırmızıdöş qazlar və qu quşları, tundranın başqa yerlərindən qızılquş, Yakutiyadan ağ durnalar, Qazaxstandan 

və Uraldan qızılqazlar gəlir. Qızılağac qoruğuna hər il yazda yuvalamaq üçün Misir, Sudan, İraq, Yeni Zenlan-

diya və başqa ölkələrdən qaravaylar, ərsindimdiklər, sarı və Misir vağları, qarıldaqlar və s. quşlar gəlir. Yuvala-

mağa gələn bu quşların bir mövsümdə yuvalarının sayı bəzən 60 mindən çox olur. Sentyabrda burada yaşılbaş 

ördəkləri, fitçi cücələri, qaşqaldaqları görmək olar. Oktyabrda mareklər, bizquyruq  ördəklər, qızılqazlar, qara 

ördəklər kütləvi şəkildə gəlir. Noyabr-dekabr aylarında müxtəlif qazlar və qu quşları gəlir. Körfəzin sahillərin-

dəki quru ərazilərdə soltan toyuğu, torağaylar, bəzdəklər, dovdaqlar, çobanaldadanlar və s. quşlar məskunlaşır. 

Ümumiyyətlə qoruq ərazisində 248 quş növü olduğu göstərilir. 

Qızılağac qoruğunda quşların sayı haqqında ayrı-ayrı alimlər müxtəlif məlumatlar göstərir. Lakin son onillik-

lərdə quşların sayı azalmışdır. Bunun səbəbi qoruğun ətrafında kənd təsərrüfatının intensiv inkişafı, bataqlıq sa-

hələrin qurudulması,  qoyun fermalarının saxlanması, iki böyük balıq yetişdirmə zavodlarının fəaliyyəti, suyun 

duzluluq dərəcəsinin müəyyən vaxtlar aşağı düşməsi, qanunsuz balıq və quşların ovlanmasıdır. Quşların çoxal-

ması üçün göstərilən neqativ hallar aradan qaldırılmalı, elmi əsaslarla qoruq rejiminə əməl olunmalıdır. 

Qoruqda məməlilərdən canavar, çaqqal, qamışlıq pişiyi, porsuq, tülkü, qafqaz gəlinciyi, dovşan, siçan, siço-

vul və s, sürünənlərdən xəzər və bataqlıq tısbağaları, zolaqlı kərtənkələ, biçimli ilanbaş,  gürzə və s, suda-quruda 

yaşayanlardan müxtəlif qurbağa növləri yaşayır. Qızılağac körfəzində xəzər suitinə də rast gəlinir. Su hövzəsin-

də 30-dan artıq balıq növü (siyənək, kütüm, çəki, naxa, suf, çapaq, kefal, xul və b.) sənaye əhəmiyyəti daşıyır. 

 

Qarayazı qoruğu 

Qoruq Ağstafa rayonu ərazisində Kür çayının sol sahilində əsasən Qarayazı düzündə yerləşir. Sahəsi 4855ha-

dır. Qoruq ərazisinin 40,9%-ni (1986) meşə ilə örtülü sahə, 11,8%-ni seyrəkliklər, 30,8%-ni meşə ilə örtülü ol-

mayan sahə, 28,3%-ni meşəsiz sahələr (o cümlədən su sahəsi 7,8%, qumluqlar 9,8%, bataqlıqlar 7,5%) tutur. 

Meşə ilə örtülü sahə  əsasən uzunsaplaq palıd (42,8%) və qovaq meşəliyindən ibarətdir. Kür çayının təsirilə 

qrunt suyunun səthə yaxın olması qoruq ərazisində allüvial-bataqlıq, allüvial-çəmən, allüvial çəmən-meşə və çə-

mən şabalıdı torpaq tiplərinin yaranmasına şərait yaratmışdır. 

Qarayazı qoruğu heyvanat aləmi ilə zəngindir. Burada maral, qunduz, dələ, gəlincik, dovşan, qaban, tülkü, 

çaqqal, porsuq, çöl pişiyi, süleysin və s. heyvanlar məskunlaşmışdır. Bura daimi yaşayan və köçəri quşlarla da  

zəngindir. Quşlardan qırqovul,göyərçin, alabaxta, qaratoyuq, ağacdələn, sığırçın, ördək, su fərəsini göstərmək 

olar. 


Suda-quruda yaşayanlardan göl və quru qurbağaları, bataqlıq tısbağası, sürünənlərdən müxtəlif ilanlar və 

kərtənkələlər vardır. Kürdə şamayı, çapaq, naxa, şirbit və s. balıqlar çoxdur. 

Qoruğun yaranmasında məqsəd mövcud tuqay meşələrini və onun heyvanat aləmini qoruyub saxlamaq, güc-

lü deqradasiyaya uğramış meşə sahələrinin vəziyyətini yaxşılaşdırmaq və bərpa etmək, didərgin düşmüş heyva-

nat aləmini qoruğa cəlb etməkdən ibarətdir. 

 

Bəsitçay qoruğu 

Qoruq Zəngilan rayonunda Bəsitçayın sağ sahilində yerləşir. Uzunluğu 15km-ə, eni 150-200m-ə çatır, sahəsi 

107ha-dır. (Respublikamızın ən kiçik qoruğu) ərazisinin 79,4%-ni meşəlik tutur. Çinar çox vaxt sırf , bəzən qa-

rışıq ağaclıq əmələ gətirir. qarışıq ağaclıqda üst mərtəbəni çinar və adi qoz ağacı tutur. Çayın kənarında çinara 

qovaq növləri də qarışır, bəzən uzunsaplaq palıda və qarağaca da  təsadüf edilir. Qoruqda çinar ağaclarının  bo-

yu 35-40m, diametri 80-100sm təşkil edir.  

Qoruq ərazisinin  dar və kiçik olması, onun kəndlərlə əhatə olunması orada heyvanat aləminin az olmasına 

səbəb olur. qoruqda bəzən canavar, qaban, porsuq, cüyür, dovşana, quşlardan kəklik, turac, göyərçinə  rast gəli-

nir. 


 

Qaragöl (İşıqlı Qaragöl) qoruğu 

Qaragöl dövlət qoruğu 1987-ci ildə yaradılmışdır. O, Kiçik Qafqazın Qarabağ vulkanik yaylasının cənub his-

səsində Böyük İşıqlı dağının (3553m) yamacında 2700m yüksəklikdə Laçın rayonu ərazisində yerləşir. Qoruğun 

yaranmasında məqsəd Buzlaq dövründən yadigar qalmış relikt dağ gölünü və onu əhatə edən təbii landşaft 

kompleksini mühafizə etməkdir. Sahəsi 240ha-dır, onun da 176ha-rı su, 64ha-rı gölü əhatə edən quru sahəsidir. 

13km


2

-lik kiçik su hövzəsinə malik olan Qaragöl Qarabağ sönmüş vulkan kraterində yerləşir, uzunluğu 1950m, 

ən enli yeri 1250m, dərinliyi 78m, həcmi isə 10mln m

–dur. Göl əsasən qar, yağış və qismən buz suları hesabı-



na qidalanır. 

Qaragöl mühüm hidroloji və təsərrüfat əhəmiyyəti kəsb edir, suyundan heyvandarlıq, əkinçilik və balıqçılıq-

da istifadə olunur. Gölün yüksəklikdə yerləşməsilə  əlaqədar ilin 6 aydan çoxunda 50sm-dən artıq qalınlıqda 

buzla örtülü olur, ona görə göldə fitoplanktonun və bentosun inkişafı və bioloji məhsuldarlığı aşağıdır. Qoruğun 

florasında 100-dən artıq ot bitkisi növü mövcuddur, əsasən alp çəmən bitkiləridir. 

Hazırda Qaragöl qoruğu Ermənistan tərəfindən təcavüzə məruz qalıb, ərazi işğal altındadır. 

 



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   190   191   192   193   194   195   196   197   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə