MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə195/228
tarix30.12.2017
ölçüsü4,78 Mb.
#18712
1   ...   191   192   193   194   195   196   197   198   ...   228

 

358


18.4.2. Yasaqlıqlar 

 

Şəki yasaqlığı 

Şəki yasaqlığı, Əyriçayın hövzəsində Yevlax-Şəki  və Şəki-Oğuz şose yollarının arasında yerləşir. Yasaqlı-

ğın yaradılmasında məqsəd buradakı heyvan və quşları, xüsusən qırqovul və turacı, qonur ayı və qabanı qoru-

maqdır. 


Ərazidəki meşəliklərdə uzunsaplaq palıd, qızılağac, adi qoz və tut ağacı bitir. Çay dərələrində ağaclarla bir-

likdə yemişan, böyürtkan, əzgil, alça, sarmaşıqlar  keçilməz cəngəlliklər yaradır. Burada şabalıdı, boz-qəhvəyi 

və qəhvəyi-meşə torpaqları yayılmışdır. 

Yasaqlıqda qonur ayı, qaban, canavar, çaqqal, tülkü, meşə pişiyi, yenot, porsuq, dovşan, samur, meşə dələsi, 

sincab və b. heyvanlar, qırqovul, turac, meşə göyərçini, alabaxta, meşə cüllütü, bekas, bildirçin, boz kəklik, ya-

şılbaş ördək, cürələr, ağvağ, boz vağ və s. quşlar vardır. 

 

İsmayıllı yasaqlığı 

1969-cu ildə İsmayıllı, qismən Qəbələ rayonları ərazisində yaradılmışdır. Yasaqlıq şimaldan Böyük Qafqazın 

Baş silsiləsi, şərqdən Girdmançay, qərbdən Vəndamçay, cənubdan Qanıx-Həftaran vadisi ilə sərhədlənir, 3629m 

yüksəkliyə qədərki ərazini əhatə edir. Yasaqlığın yaradılmasında məqsəd buradakı heyvan və quşların qorunma-

sı və sayının artırılmasıdır. Sahəsi 34400ha-dır. Bitki örtüyü alp və subalp dağ-çəmən və meşə bitkiliyindən iba-

rətdir. Burada əsasən dağ-çəmən qonur və qəhvəyi dağ-meşə torpaqları yayılmışdır. 

Yasaqlıqda təkə, cüyür, maral, qaban, canavar, vaşaq, çaqqal, tülkü, porsuq, dovşan, dələ, meşə pişiyi, quş-

lardan kəklik, qırqovul, turac, alabaxta, bildirçin, ular və s. vardır. 



 

Qusar yasaqlığı  

1964-cü ildə Qusar rayonunda yaradılmışdır. Məqsəd buradakı bir sıra ov əhəmiyyətli heyvan və quşları qoruyub 

artırmaqdır. Samur və Qusar çaylarının arasında yerləşən yasaqlıq öndağ və alçaq dağlıq sahələri (Qusar düzü) əhatə 

edir. Ərazidə qaban, cüyür, canavar, çaqqal, meşə pişiyi, tülkü, dovşan, kəklik, qırqovul vardır. 



 

Qızılca yasaqlığı 

1984-cü ildə Gədəbəy rayonunda Qızılca meşəçiliyi sahəsində yaradılmışdır. Məqsəd ərazinin təbiət kompleksini 

qorumaqdır. Sahəsi 5135ha-dır. Ərazi 1500-2000m yüksəklikdə yerləşir, dağ silsilələri və dərin dərələrlə parçalanmış-

dır. Burada 1340ha fıstıq, 1240ha vələs, 900ha palıd meşəsi  mövcuddur. Qonur dağ-meşə, bozqırlaşmış dağ-çəmən və 

qaratorpaqlar yayılmışdır. Yasaqlıqda  cüyür, qonur ayı,  qaban, dovşan və müxtəlif quşlar məskunlaşmışdır. 

 

Laçın yasaqlığı 

1961-ci ildə Laçın rayonunun  ərazisində yaradılmışdır. Məqsəd buradakı heyvan(qayakeçisi, qaban və s.) və 

quşları (turac, kəklik və s.) qoruyub saxlamaqdır. Sahəsi 21370ha-dır. Orta və dağlıq əraziyə xas olan relyefə 

malikdir. Ən yüksək zirvəsi Qırxqızdır (2852m).  Şəlvə, Piçənis, Qorçuçay, Dambulaq və s. çayların dərələrilə 

kəskin parçalanmışdır. Heyvanlardan yalnız qayakeçisi, cüyür və qaban ov əhəmiyyətli sayılır. 

 

Qubadlı yasaqlığı 

1969-cu ildə Qubadlı, qismən  Laçın rayonlarının ərazisində yaradılmışdır, məqsəd ərazidəki heyvanlar alə-

mini, xüsusilə cüyür. qaban, qırqovulu qorumaqdır. Sahəsi 20 min ha-dır. Ərazi alçaq dağlıq sahələrin yuxarı 

hissələrini  əhatə edir, dərələrlə güclü parçalanmışdır. Burada qaban, qonur ayı, canavar, çaqqal, tülkü, cüyür, 

dovşan, porsuq yayılmışdır. 

 

Zuvand yasaqlığı 

1969-cu ildə Lerik və Yardımlı rayonları ərazisində 15 min ha sahədə yaradılmışdır. Lənkəran və Viləş çaylarının 

hövzəsinin yuxarı hissəsində, 1400-2500m yüksəklikdə yerləşir. Qoruğun yaradılmasında məqsəd dağ quru bozqır şərai-

tində bezoar keçisi və kəkliyin qorunmasıdır. Burada dağ şabalıdı torpaqlar yayılmışdır. 



 

Qarayazı-Ağstafa yasaqlığı 

1964-cü ildə Qarayazı meşələri sahəsində yaradılmışdır. Sahəsi 11970 ha-dır. Burada maral, qaban, qunduz, 

canavar, çaqqal, meşə pişiyi, tülkü, porsuq, dovşan, quşlardan qırqovul, qaratoyuq, alabaxta, su fərəsi, ördək, 

qaşqaldaq, göyərçin, hop-hop, ağacdələn, bildirçin və s. vardır. 

 

Şəmkir yasaqlığı 

1964-cü ildə Şəmkir rayonu ərazisində 10 min ha sahədə yaradılmışdır, məqsəd buradakı quşları və heyvan-

ları, xüsusilə qaban, kəklik, turac, qırqovul, və ördəkləri qorumaqdır. Şəmkir su anbarının yaradılmasilə əlaqə-



 

359


dar sahəsinin 5 min ha-ya qədəri  su akvatoriyasına çevrilmişdir. Yasaqlıqda tuqay və yarımsəhra bitki formasi-

yaları yayılmışdır. 

Torpaq örtüyü allüvial çəmən-meşə, adi və açıq şabalıdı torpaqlardan ibarətdir. Burada qaban, dovşan, canavar, 

çaqqal, tülkü, meşə pişiyi, quşlardan kəklik, turac, qırqovul, müxtəlif su quşları vardır. 



Bərdə yasaqlığı  

1966-cı ildə Bərdə və Ağdaş rayonları ərazisində 7500 ha sahədə yaradılmışdır. Yasaqlıq Kürün hər iki sahi-

lində meşə sahəsini, Əyricə qırqovul  yetişdirmə məntəqəsinin ərazisini və  Kür çayının yatağını əhatə edir. Ya-

saqlığın yaradılmasında məqsəd Kürqırağı tuqay meşələrini və onların faunasını qoruyub zənginləşdirməkdir. 

Ərazidə allüvial çəmən-meşə, boz-çəmən və qismən bataqlıq torpaqlar yayılmışdır. Burada qaban, çaqqal, tülkü, 

meşə pişiyi, qamışlıq pişiyi, porsuq, dovşan, meşə dələsi, qunduz və s. heyvanlar, qırqovul, turac, fitçi cücə, qır-

mızıbaş ördək, qarabatdağ, alabaxta, meşə cüllütü, bəzdək, vağ və s. quşlar məskunlaşmışdır. 

 

Korçay yasaqlığı 

1961-ci ildə Xanlar və Goranboy rayonları ərazisində 15000 ha sahədə yaradılmışdır, məqsəd ərazidəki ov 

əhəmiyyətli heyvan və quşları qorumaqdır. Ərazi yovşanlı-şoranlı yarımsəhradan ibarətdir. Torpaq örtüyü müx-

təlif dərəcədə şorlaşmış adi və açıq şabalıdı, qismən allüvial-çəmən torpaqlarından ibarətdir. Burada heyvanlar-

dan ceyran, dovşan, tülkü, çaqqal, canavar, quşlardan kəklik, turac və s.vardır 

 

Bəndovan yasaqlığı 

1961-ci ildə Salyan və Qaradağ rayonları ərazisində Cənub-Şərqi Şirvan düzünün Xəzər dənizinə qovuşduğu 

yerdə Bəndovan burnu ətrafında 22 min ha sahədə yaradılmışdır, məqsəd bu ərazidəki ceyranları,  köçəri və otu-

raq su və quru quşlarını qoruyub saxlamaqdır. Ərazi heyvanlar aləmi ilə zəngindir. Burada ceyran, qunduz, dov-

şan, canavar, çaqqal, tülkü, qamışlıq pişiyi, çöl pişiyi, porsuq və s. heyvan yaşayır, 70 növə qədər, o cümlədən 

10-dan çox yırtıcı quş qeydə alınmışdır.  

 

Gil adası yasaqlığı 

1964-cü ildə Bakıdan 60 km cənubda Xəzər dənizinin Gil adasında 400 ha sahədə yaradılmışdır. Əsasən ada-

dakı və onun ətrafındakı quşlar, xüsusilə gümüşü qağayılar qorunur. Burada qağayıların sayı bəzən 10 minə ça-

tır. 


Abşeron yasaqlığı 

Yasaqlıq 1969-cu ildə Abşeron yarımadasının cənub-qərb qurtaracağında – Şahdilində yerləşir. Yasaqlığın 

yaradılmasında məqsəd ceyranların, Xəzər suitisinin və su quşlarının qorunub artırılmasını təmin etməkdir. Sa-

həsi 815 ha-dır. Burada dənizsahili qumluqlar, şoranlıqlar, qamışlıq və digər torpaqlar vardır. Yasaqlıq heyvan-

lar aləmilə çox zəngin deyildir. Quru ərazisində ceyran, çaqqal, tülkü, porsuq, dovşan, Xəzərin sularında suiti və 

müxtəlif balıqlar, quşlardan gümüşü qağayı, fısıldayan qu quşu, boz və qırmızıdöş qazlar, bizquyruq, yaşılbaş, 

ördəklər, ağ vağ, qumluq cüllütü, qaşqaldaq və s. köçəri quşlar məskən salmışdır. 

Kiçik Qızılağac yasaqlığı 

1978-ci ildə Lənkəran rayonu ərazisində Kiçik Qızılağac körfəzinin orta və cənub hissəsində yaradılmışdır, 

məqsəd buradakı su, bataqlıq və quru ərazilərin köçəri və oturaq quşlarını qorumaqdır. Ərazisi  10700 ha olub 

əsasən su akvatoriyasıdır. Körfəz balıqlarla zəngindir. 



Daşaltı yasaqlığı 

1968-ci ildə  əsasən  Şuşa şəhəri ətrafında «Topxana» adlanan yerdə 460 ha sahədə  təşkil olunmuşdur. Ya-

saqlığın ərazisi zəngin meşə, kol və ot bitkiləri ilə zəngindir. Burada palıd, vələs, ağcaqayın, cökə, göyrüş, ye-

mişan, itburnu, zoğal, əzgil, alma, armud, alça, və s. ağac və kol cinsləri yayılmışdır. Yasaqlıq Qarqar çayının 

hövzəsində yerləşir. Burada cüyür, qaban, dələ, dovşan, canavar, tülkü, çaqqal və s. heyvan, onlarla quş növü 

məskunlaşmışdır. 



Qəbələ yasaqlığı 

1993-cü ildə  Qəbələ rayonunun əsasən dağlı, qismən düzən hissəsində 39700 ha ərazidə yaradılmışdır. 

Yasaqlığın yaradılmasında məqsəd dağla düzən meşə landşaftlarını və heyvanat aləmini qoruyub saxlamaqdır. 

Qax yasaqlığı 

2003-cü ildə rayonun vadi və öndağ hissəsində 36836 ha ərazidə bitki örtüyü və heyvanat aləminin 

mühafizəsi məqsədilə təşkil olunmuşdur. 



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   191   192   193   194   195   196   197   198   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə