MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə199/228
tarix30.12.2017
ölçüsü4,78 Mb.
#18712
1   ...   195   196   197   198   199   200   201   202   ...   228

 

366


Yalama meşələrində qoruq və kurort zonalarının ayrılması təklif olunur. Qoruq zonasında həmin ərazi üçün qiy-

mətli ağac sayılan palıd və qovaqdan ibarət düzən-meşə landşaftı bir təbiət abidəsi kimi qorunub saxlanılmalı, müxtə-

lif meşəçilik tədbirlərini həyata keçirərək bu meşələrin davamlılığı, ömrü artırılmalı, estetik görünüşü daha da yax-

şılaşdırılmalıdır. 

Kurort meşə zonasında aparılacaq tədbirlər bura gələnlərin rahat istirahət etməsinə imkan yaratmağa doğru yönəl-

dilməlidir. Bu məqsədlə meşələrin normal funksiyası saxlanılmaqla rekreasiya həcmi genişləndirilməlidir. Kurort me-

şələrinin rekreasiya davamlılığını artırmaq məqsədilə meşə sahələrində abadlıq işləri görülür: piyada marşrut yolları, 

mənzərəli yerlərə gedən yaxın və uzaq məsafəli gəzinti cığırları düzəldilir, qısamüddətli istirahət üçün çardaqlar, 

skamyalar, yağışdan daldalanmağa örtüklər, idman və oyun meydançaları təşkil edilir.  

Qoruq zonasından fərqli olaraq burada istirahət edənlər müxtəlif istiqamətdə gəzişməyə çıxmaq, müəyyən məhdu-

diyyət daxilində göbələk, meyvə, giləmeyvə, dərman bitkiləri yığmaq imkanına malik ola bilər.  

Ziyanverici həşəratlar Yalama meşələrinin rekreasiya vəziyyətini aşağı salır. Bu meşələrdə bəzi illər dəyişik 

ipəksarıyanın həddindən artıq çoxalması nəticəsində bir tərəfdən ağaclar yarpaqdan məhrum olaraq çılpaqlaşır, 

digər tərəfdən isə meşə sahələri həşəratların tırtılları ilə çirklənir, onları tapdaladıqda isə adama xoşagəlməz təsir 

bağışlayır.  

Meşədə qış qarışcası artdıqda gəzintiyə çıxan adamın üst-başı ağacdan hörümçək kimi sallanan tırtıllara bulaşır, 

onlar üzə-gözə dırmaşdıqda isə tez meşədən qaçıb çıxmağa tələsirlər. Odur ki, istirahət üçün nəzərdə tutulan kurort meşələ-

ri təmiz olmalı və estetik cəhətdən adamın zövqünü oxşamalıdır. Belə sahələrdə zərərvericilərə qarşı bioloji mübarizə təd-

birlərinin aparılması vacibdir. 

Milli parkın kurort hissəsində meşə bərpa işləri aparıldıqda dekorativ, gözoxşayan ağac və kol cinsləri- ipək akasiyası, 

cökə, şabalıd, qafqaz və yapon xurması; ağcaqayın növləri, çinar, dəmirağac, yemişan, moruq, alça, əzgil, alma, armud və 

s. istifadə edərək xeyirli həşərat və quşları cəlb etməyin böyük əhəmiyyəti vardır.  

- Parkın kurort zonası meşələrinə qiymətli vəhşi heyvanlardan maral, cüyür, quşlardan qırqovul, turac və s. gətirib bu-

raxmaq, bu meşələrin heyvanat aləmini daha da zənginləşdirmək vacib məsələdir.  



 

 

XIX Fəsil 

 

BEYNƏLXALQ TURİZM 

 

Bu bölmənin tərtibində əsasən C.A.Məmmədov, H.B. Sultanova, S.H.Rəhimov (2002),  A.A.Əhmədov, E. M. 



Hacıyev, Z.A. Zamanov (2000), C.A. Məmmədov, B.Ə. Bilalov (2004), A. Aleksandrovanın (2001) əsərlərin-

dən və S.K. Əsədovun (2003) buraxılış işindən istifadə olunmuşdur. 

Müasir dövrdə intensiv fiziki və zehni əməklə məşğul olan insanlar səyahətə, xüsusilə təbiətin qoynuna daha 

çox can atırlar. Turist axınının sürətlə artması ilə əlaqədar bir sıra ölkələrdə, o cümlədən zəngin rekreasiya re-

surslarına malik olan qərb ölkələrində iqtisadiyyatın gəlirli sahəsinə çevrilən turist təsərrüfatının inkişafına daha 

çox fikir verilir. 

Bununla yanaşı, turizm xalqların yaxınlığına, elm, texnika, texnologiya, mədəniyyət və sabit siyasət sahələ-

rində onların qarşılıqlı yüksəlişinə, həm cəmiyyətin, həm də ayrı-ayrı şəxslərin maddi və mənəvi zənginləşməsi-

nə köməklik edir. Təbii ki, inkişaf etmiş turizm təsərrüfatına malik olan qərb, həmçinin şərq ölkələrinin təcrübə-

sindən respublikamızda istifadə edilməsinin olduqca böyük əhəmiyyəti ola bilər. 

Turistləri zəngin təbiət, tarixi abidələr, müalicə əhəmiyyətli mineral bulaqlar, yerli əhalinin adət-ənənələri və 

s. ilə yanaşı yerli dövlət təşkilatları tərəfindən onların təhlükəsizliyinin təmin edilməsi cəlb edir. Bütün bu sər-

vətlərə və sabit siyasi vəziyyətə qərb dövlətləri kimi respublikamız da malikdir.  Turist təsərrüfatı inkişaf edən 

digər ölkələrin təcrübəsindən istifadə etməklə ölkəmizdə də iqtisadiyyatın gəlirli sahəsi olan beynəlxalq turizmi 

inkişaf etdirmək olar. 

 

Turizmin tarixi inkişaf xüsusiyyətləri və növləri 



a)Turizmin yaranması və inkişafı üçün ilkin şərtlər. 

İnsanların həyat fəaliyyətinin çox maraqlı tərzi olan səyahətlərdən tamamilə yeni bir forma ayrılmışdır, bu, də-

qiq və mütəşəkkil xüsusiyyətlərə malik olan turizmdir. Səyahətdən fərqli olaraq turizm iqtisadiyyata və siyasətə güclü 

təsir göstərən kateqoriyadır. 

Müasir turizmin bünövrəsi və başlanğıcı barədə müxtəlif fikir və rəylər mövcuddur. Bir sıra müəlliflər (M. Ne-

molyayeva və L. Xadarkov) ingilis ədəbiyyatına istinad edərək turizmin əsasən 1841-ci ildə qoyulduğunu və ilk 

xarici səyahətin 1855-ci ildə Parisdə keçirilən ümumdünya sərgisində təşkil olunduğunu qeyd edirlər. Digər mü-

əlliflər (P. Zaçinyayev və N. Falkoviç) xarici turistlərdən təşkil edilmiş ilk mütəşəkkil turist qrupunun 1863-cü il-

də İsveçrəyə səyahət etdiyini, üçüncü qism (M. Bircakov) isə İngiltərədən Fransaya ilk mütəşəkkil turların hələ 

1815-ci ildə təşkil olunduğunu qeyd edirlər. Geniş kütlə üçün nəzərdə tutulan və Londondan Parisə təşkil edilən 

belə turların təşəbbüskarı, yazıçı və səyyah D. Qalinyani olmuşdur. Artıq 1829-cu ildə dünyada ilk dəfə olaraq K. 



 

367


Baydeker tərəfindən hazırlanmış və nəşr olunmuş «Səyahətçilərin soraq kitabı» işıq üzü görmüşdür. Səyahət edən-

lərin mütəşəkkil və kütləvi  şəkildə yerləşməsinin səmərəsini və mahiyyətini ilk olaraq anlayan ingilis keşişi To-

mas Kuk, müasir turizmin banisi hesab olunur. O, 1841ci ildə öz zəvvar yoldaşları üçün ilk səyahəti təşkil etmiş-

dir. 


Qeyd etmək lazımdır ki, texniki tərəqqi kütləvi turizmin inkişafına təkan vermişdir. 1830-cu ildə ilk dəfə ola-

raq Mançesterlə Liverpul arasında çəkilən dəmiryolu prinsip etibarı ilə səyahət etmənin zaman çərçivəsini də-

yişdirdi. Əvvəllər bir həftə davam edən səyahət indi daha tez, asan və ucuz başa gəlir. 

Daxili turizmin inkişafı, məntiqi olaraq xarici turistlərin təşkilini zəruri etdi. İlk  belə səyahət 1855-ci ildə 

Ümumdünya sərgisinin keçirilməsi ilə əlaqədar Parisdə təşkil olunmuşdur. 1856-cı ildən başlayaraq Avropaya 

səyahətlər müntəzəm xarakter daşımışdır. 1870-ci ildə 500 min nəfərə qədər ingilis «Tomas Kukun» turist fir-

masının müştərisi olmuşdur. Yeni bazarın axtarışı və öyrənilməsi, işgüzar əlaqələrin yaradılması üçün turist sə-

fərlərindən fəal istifadə edilirdi. 

XIX  əsrin 50-70-ci illərində Avropaya səyahət edən xarici turistlərin böyük əksəriyyətini ingilislər təşkil 

edirdi. Ona görə də, həmin dövrdə qitədə «Anqlotyer», «Britanik», «London», «Vindzor» adlı mehmanxanalar 

yaranmış, «ekspress», «Komfort», «Layner» kimi ingilis sözləri məişətə daxil olmuşdur. 

1872-ci ildə Tomas Kuk bütün arzu edənlərə dünya səyahəti təşkil etməklə, bu cür səyahətin əsasını qoymuş-

du. 

Ötən əsrin 20-ci illərində xarici turizmin coğrafiyası genişlənməyə başladı. Müharibəyə qədərki dövrdə xari-



ci turistlər əsasən İtaliya və İsveçrəyə gedirdilərsə, müharibədən sonra demək olar ki, bütün Avropa ölkələri xa-

rici turizmə cəlb edirdilər. 1925-ci ildə Haaqada turizmin təbliği üzrə təşkilatların – Beynəlxalq Turizm İttifaqı-

nın birinci konqresi keçirildi. Konqresin işində 14 Avropa ölkəsindən gəlmiş nümayəndələr iştirak edirdilər. 

Ötən əsrin 30-cu illərində xarici turizmin inkişafında tempin azalmasına-iqtisadi böhranla yanaşı, faşist Al-

maniyasının müharibəyə hazırlığı ilə əlaqədar Avropada ümumi siyasi gərginilyin artması səbəb olmuşdur. 

50-ci ilərdə beynəlxalq turizmin inkişafında yeni mərhələ açıldı. 1960-cı ildə xarici səfərlərdə iştirak edən tu-

ristlərin sayı 71 mln. nəfərə çatdı. Əldə edilən gəlirin həcmi isə 3 dəfə artdı. 

Beynəlxalq turizmin inkişafına bir sıra amillər müsbət təsir göstərmişdir. Bu amillər arasında ilk növbədə 

dünyada siyasi vəziyyətin nizama salınmasını və beynəlxalq münasibətlərin tənzimlənməsini qeyd etmək lazım-

dır. Bu dövr aparıcı kapitalist ölkələrində iqtisadi yüksəliş və müharibədən sonra sənaye istehsalının yenidən qu-

rulması dövrü idi. Beynəlxalq turizmin inkişafına elmi-texniki tərəqqi yeni reaktiv texnikanın tətbiq edilməsi nə-

ticəsində sərnişin daşınması kəskin surətdə ucuzlaşmışdır. 

Tək-tək səfər edən varlılar üçün nəzərdə tutulan fərdi turizmi kütləvi turizm əvəz etməyə başladı. Bu cür tu-

rizm orta həyat səviyyəli, geniş əhali kütləsi üçün əlverişli idi. Kommersiya əsasında təşkil olunmuş turlarda 25 

mln. turistin iştirak etdiyi 1950-ci ili bazis kimi qəbul etsək, turizm dövriyyəsinin əhatə etdiyi insanların sayının 

1950-ci illə müqayisədə aşağıdakı artımını müşahidə etmək olar: 1960-cı ildə – 2,8, 1970-ci ildə 6,5, 1980-ci il-

də – 10, 1990-cı ildə 18, 2000-ci ildə 27,6 dəfə . 

Mütəxəssislərin fikrincə, beynəlxalq turizm, tarixi inkişafına görə, aşağıdakı  mərhələləri keçmişdir: birinci 

1841-ci ilə  qədər; ikinci 1841-ci ildən  1914-cü ilə  qədər; üçüncü 1914-cü ildən 1945-ci ilə  qədər; dördüncü 

1945-ci ildən 1990-cı ilə qədər; beşinci 1990-cı ildən sonra (Şəkil 19.1). 

 

Cədvəl 19.1.  

Beynəlxalq turizmin inkişaf dinamikası 

 

İl 



Turist səyahətində 

iştirak edənlərin sayı 

İl 

Turist 


səyahətlərində 

iştirak edənlər 

(mln. nəfərlə) 

1950 


 

25,3 1980 

285,0 

1955 


 

43,0 1985 

327,0 

1960 


 

71,0 1990 

458,0 

1965 


 

116,8 1995 

567,4 

1970 


 

165,8 1998 

636,7 

1975 


 

213,0 2000 

2001 

698,0 


693,0 

 



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   195   196   197   198   199   200   201   202   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə