MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə20/228
tarix30.12.2017
ölçüsü4,78 Mb.
#18712
1   ...   16   17   18   19   20   21   22   23   ...   228

 

34

hədsiz soyuma vəziyyəti bir neçə saat davam edə bilir. Bura bəzi həmişəyaşıl subtropik bitkilər aiddir. Vegeta-



siya dövründə bitkinin yarpaqlı budaqları şaxtaya davam gətirmir.  

3. Buzadavamlı və ya şaxtaya davamlı bitkilər qışı soyuq keçən mövsümi iqlimli vilayətlərdə bitir. Güclü 

şaxtalar zamanı ağac və kolların yerüstü orqanları donur, bununla belə həyat fəaliyyətini saxlaya bilir.  

Yüksək temperatura adaptasiya olunma dərəcəsinə görə orqanizmləri aşağıdakı qruplara bölmək olar: 

1.  İstiyə davamsız növlər - +30…+40

0

-də  zədələnir: eukariotik yosunlar, su çiçəkli bitkiləri, yerüstü 



mezofitlər. 

2. İstiyə dözümlü eukariotlar – güclü insolyasiya olan quru yerlərin (bozqır, səhra, savanna, quru subtropi-

ka və s.) bitkləri. +50…+60

0

C qızmaya yarım saat dözə bilir. 



3. İstiyə dözümlü prokariotlar – termofil bakteriyalar və göy-yaşıl yosunların bəzi növləri bura aiddir, on-

lar isti su mənbələrində +85, +90

0

C-yə dözür.  



Bəzi bitkilər müntəzəm olaraq yanğınların təsirini sınaqdan keçirərək qısa müddət  ərzində temperatur 

100


0

C-yə çatsa da, məhv olmurlar. Yanğınlar xüsusilə savanna, quru. sərtyarpaq meşələrdə və kolluqlarda baş 

verir. Orada yanğına davam gətirən bitkilər qrupu – pirofitlər bitir. Savannaların ağaclarının gövdələrində 

odadözümlü maddələrlə hopmuş qalın qabıq daxili toxumaları yanğının təsirindən etibarlı qoruyur. Pirofitlərin 

meyvə və toxumları qalın, çox vaxt ağaclaşmış örtüyə malik olur, odun (alovun) təsirindən çatlayır. Uzaq Şərq 

və Sibir meşələrində üstünlük təşkil edən qaraşam (Larix) da yanğına dözümlüdür. Bu meşələrdə gövdəsi oda 

məruz qalmayan ağac tapmaq çətindir.  

Bitkilərdən fərqli olaraq heyvanlar əzələyə malik olub daha çox daxili istilik yaradır. Əzələlər güclü və ak-

tiv olduqca heyvanlar daha çox istilik toplayır. Bitkilərdən fərqli olaraq heyvanlar olduqca müxtəlif imkanlarla 

daima və ya müvəqqəti olaraq şəxsi bədənlərində temperaturu nizamlayır. Heyvanların temperatura adaptasiya 

olunması aşağıdakı yollarla baş verir: 

1.  Kimyəvi termonizamlanma. Ətraf mühitdə temperaturun aşağı düşməsinə cavab olaraq istilik 

məhsulunun aktiv artması; 

2. Fiziki termonizamlanma – istilikvermə səviyyəsinin dəyişməsi, istiliyi saxlamaq və ya əksinə izafi isti-

liyi qovmaq (kənarlaşdırmaq). Fiziki termonizamlanma heyvanların xüsusi anatomik və morfoloji quruluşları ilə 

yerinə yetirilir: tük və lələk örtükləri, qan damarları sisteminin quruluşu, piy ehtiyanın paylanması, buxarlanma 

ilə istilik buraxma imkanı və s. 

3. Orqanizmin davranışı. Yerini dəyişməklə və ya daha mürəkkəb davranışı ilə heyvanlar hüdud tempera-

turdan aktiv surətdə uzaqlaşa bilər. Bir çox heyvanlar üçün davranış istilik balansını saxlamaq üçün yeganə və 

olduqca effektiv üsul sayılır.  

İstiqanlı heyvanlar yüksək kimyəvi termonizamlanmaya qabildir. Onlar yüksək intensiv maddələr 

mübadiləsi ilə fərqlənərək böyük miqdarda istilik hasil edir.  

Fiziki termonizamlanma ekoloji baxımdan daha sərfəlidir, belə ki, soyuğa qarşı adaptasiya əlavə istilik hasil 

etmək hesabına deyil, heyvanın bədənindəki istiliyi saxlamaq hesabına yerinə yetirilir.  

Məməlilərin xəz örtüyü, quşların lələk və pərğu (yumşaq tük) örtüyü bədən ətrafında hava qatının tempera-

turunu heyvan bədəninin temperaturuna yaxın saxlamağa imkan verir, bununla da xarici mühitə istiliyin 

ayrılmasını zəiflədir.  

Soyuq iqlim heyvanlarda dərialtı piy birləşdirici toxuma qatı bütün bədəndə paylanır, belə ki, piy-yaxşı isti-

lik izolyatoru hesab olunur. İsti iqlim heyvanlarında piy ehtiyatlarının belə paylanması izafi istiliyin xaric oluna 

bilməməsi ilə əlaqədar bədənin hədsiz qızması ölümə səbəb olardı. Odur ki, bu heyvanlarda piy ehtiyatı bədənin 

ayrı-ayrı hissəsində yerləşərək ümumi səthdən istiliyin xaric olunmasına mane olmur.  

Bitkilər aşağı temperatura morfoloji cəhətdən uyğunlaşaraq həyati formalar yaradır. Məsələn,  epifitlər – 

ayrı bitkilərin üzərində bitərək torpaqda kökləri olmur; fanerofitlər (ağac, kol, lianlar) tumurcuqları qarın 

səthində qalır və pulcuqlu örtüklə mühafizə olunur; kriofitlər – çoxillik ot bitkiləri olub, bərpa tumurcuqları 

kökümsovlarda, kök yumrularında, soğanaqlarda yerləşir və torpağın (geofitlər) altında olur; terofitlər – birillik 

bitkilər, əlverişsiz mövsümün başlanğıcında məhv olur, onların yalnız toxum və sporları ölmür.  

İqlim yaşama  şəraitinə, xüsusilə temperatura morfoloji adaptasiya heyvanlarda da müşahidə olunur. 

Məsələn, bütün pələnglərdən ən irisi olan amur pələngi -20...-40

0

C temperaturda sərt şimal şəraitində yaşayaraq 



qida maddələri toplama və bədəninin kütləsini artırmaq məcburiyyətində qalır. Belə qanunauyğunluğu Berqman 

irəli sürmüşdür, onun fikrincə istiqanlı heyvan fərdlərinin bədəninin ölçüsü onun daha soyuq arealı hissəsində 

yaşayan populyasiyası üçün səciyyəvidir.  

Heyvanların həyatında fizioloji adaptasiya daha böyük əhəmiyyət daşıyır, onlardan ən sadəsi akklimatiza-



siya (iqliməuyğunlaşma), yəni istiyə və ya soyuğa dözümlülüyə fizioloji uyğunlaşma hesab olunur. Məsələn, 

buxarlanmanı artırmaq yolu ilə çox qızmaya qarşı mübarizə, poykiloterm heyvanlarda bədənini qismən 

susuzlaşdırma və ya donma nöqtəsini aşağı salan xüsusi maddələrin toplanması yolu ilə, qomoyoterm heyvan-

larda – maddələr mübadiləsinin dəyişməsi hesabına gedir.  




 

35

İki cür iqliməuyğunlaşma ayırd edilir: 1) orqanizmlərin maddələr mübadiləsinin dəyişməsi ilə gedən 



uyğunlaşma; 2) növün genetik quruluşunun dəyişilməsi ilə gedən uyğunlaşma. İqliməuyğunlaşma populyasiya 

genefondunun zənginliyi ilə müəyyən olunur.  

İqliməuyğunlaşma mədəni bitkilər və heyvanlar arasında aparıldıqda süni iqliməuyğunlaşma, yabanı bitki 

və  vəhşi heyvan növləri arasında (heyvanların miqrasiyası, bitkilərin insan, heyvan, külək və s. vasitəsilə 

təsadüfən başqa sahələrə aparılması) baş verdikdə isə təbii iqliməuyğunlaşma hesab olunur.  

İqliməuyğunlaşmanın öyrənilməsi və inkişafında Ç.Darvinin böyük rolu olmuşdur.  İqliməuyğunlaşma 

təlimini İ.V.Miçurin və M.F.İvanov inkişaf etdirmişlər.  

Bitkilərdə iqliməuyğunlaşma həmişə arealın genişlənməsinə səbəb olur. Azərbaycanda Amerika aqavası, 



palmanın bir neçə növü, at şabalıdı, yapon saforası  və s. bitkilər iqlimə uyğunlaşdırılmışdır. Azərbaycan 

faunası iqliməuyğunlaşma nəticəsində xeyli dəyişmişdir (bataqlıq qunduzu, yenot, xallı maral və s.). 

Soyuqdan qorunmaq üçün daha radikal mühafizə forması mövcuddur: isti ölkələrə miqrasiya (quşların 

köçməsi, yüksək dağ keçisi qışda aşağı yüksəkliklərə enir və s.), qışlama – qış dövründə yuxuya gedir (marmot, 

dələ, boz ayı, yarasa-bunlar bədənlərinin temperaturunu sıfır dərəcəyə qədər endirərək metabolizmi və bununla 

da qida maddələrindən istifadəni ləngidir). 

Heyvanların  əksəriyyəti isə inkişafını dayandıraraq hərəkətsiz olur. Bu hadisə  diapauza adlanır və 

həşəratların müxtəlif inkişaf mərhələsində (yumurta, sürfə, barama, hətta kəpənək) baş verir, lakin mülayim en-

liyin bir çox orqanizmləri (canavar, maral, dovşan və s.) bu dövrdə daha aktiv həyat fəaliyyətində olur, bəziləri 

isə hətta çoxalır (şahzadə pinqvini).  

Beləliklə, temperatur mühüm limitləşdirici faktor olub orqanizm və populyasiyalarda adaptasiya 

proseslərinə əhəmiyyətli dərəcədə təsir göstərir.  

 

2.2.2. İşıq və onun orqanizmlərin həyatında rolu 

İşıq mühüm ekoloji faktor olub, böyük əhəmiyyət kəsb edir, o, fotosintez prosesləri üçün enerji mənbəyi 

olub Yerin qeyri-üzvi bitki örtüyündən üzvi birləşmələrin yaranmasında iştirak edir. İşıq özünün fiziki 

xassələrinə görə heyvanların müxtəlif həyat proseslərində böyük və çoxşaxəli rol oynayır.  

Qeyd etmək lazımdır ki, ekologiyada «işıq» termini dedikdə günəş şüalanmasının bütün diapazonu nəzərdə 

tutulur, bura 0,05-dən 3000 nm-ə (1 nanometr=10

-6

mm) qədər və daha yüksək dalğalı uzunluqda enerji axını 



nəzərdə tutulur. Bu radiasiya axını canlı orqanizmlərin həyatında fiziki xassələrinə və ekoloji əhəmiyyətinə görə 

bir neçə sahəyə ayrılır. Bu sahələrin sərhədləri (hüdudları) aydın deyil. Ümumi şəkildə onları  aşağıdakı kimi 

təsəvvür etmək olar:  

<150 nm – ionlaşma radiasiyası; 

150-400 nm – ultrabənövşəyi radiasiya (UB); 

400-800 nm – görünən işıq (müxtəlif orqanizmlər üçün sərhədləri fərqlənir); 

800-1000 nm – infraqırmızı radiasiya (İQ). 

Bütün orqanizmlərin həyat fəaliyyəti proseslərini yerinə yetirmək üçün daxil olan enerjinin əsas mənbəyi 

günəş radiasiyası sayılır, bu yerin enerji balansının 29,9%-ni təşkil edir. Yer səthinə düşən günəş enerjisini 

100% qəbul etsək, onun təxminən 19%-i atmosferdən keçərkən udulur, 34%-i geriyə kosmik fəzaya əks olunur

47%-i isə düz və səpilən radiasiya şəklində Yer səthinə daxil olur.  

İonlaşmış radiasiyaya kosmik şüalar, həmçinin təbii və süni radioaktivlik daxildir, Yer səthində bu 

radiasiyanın orqanizmə təsiri əsasən təbii radiasiya fonu ilə bağlıdır. Bizim dövrümüzdə bu, texnogen mənşəli 

radiasiyanın kəskin artması ilə əlaqədardır.  

Radiasiyanın bioloji təsiri  əsasən subhüceyrə  səviyyəsində (nüvə. mitoxondrin, mikrosom) baş verir. 

Müəyyən edilmişdir ki, belə  təsir  şüalanmanın dozasından asılıdır: kəskin dozalarda şüalanma ilə  zədələnmə 

effekti stimul yaratmaqla əvəz olunur. İonlaşmış radiasiyanın genetik aparata təsiri (mitogen effekt) məlumdur, 

spektrin bu hissəsinin ekoloji aspekti praktiki olaraq öyrənilməmişdir.  

Ultrabənövşəyi şüaların daha qısadalğalı (200-280 nm) zonası («ultrabənövşəyi C») dəri tərəfindən fəal ad-

sorbsiya olunur; Təhlükəlik baxımından UB-C X şüalara yaxındır, lakin o, praktiki olaraq ozon ekranı (qatı) 

tərəifndən tamamilə udulur. UB şüaların sonrakı zonası dalğasının uzunluğu 280-320 nm olan UB-B spektrin 

daha təhlükəli hissəsi olub kanserogen  təsir göstərir. UB-B zonasının  əsas hissəsi də ozon ekranı  tərəfindən 

udulur; Yer səthinə UB şüaların yalnız təxminən 300 nm-dən yuxarı uzunluqlu dalğaları çatır. Spektrin bu 

hissəsi böyük enerjiyə malik olub canlı orqanizmlərə əsasən kimyəvi təsir göstərir. UB şüalar qismən hüceyrə 

sintezi proseslərini stimullaşdırır. UB şüalanması kənd təsərrüfatı cavan (körpə) heyvanlarının məhsuldarlığını 

artırır. Bu şüaların təsiri altında orqanizmdə Ca və P-un mübadiləsini tənzimləyən və bununla da skeletin mi-

nimal böyümə və inkişafına şərait yaradan D vitamini sintez olunur. D vitamininin böyüməkdə olan cavan hey-

vanlar üçün əhəmiyyəti böyükdür. Odur ki, yuvalarda doğulan məməlilərin çoxu müntəzəm olaraq (çox vaxt 

səhər çağları) yuvanın yaxınlığında günəşlə işıqlanan yerə aparılır. Tülkü və porsuqları buna misal göstərmək 

olar. Bir çox quşlar da bu məqsədlə «günəş vannası» qəbul edirlər.  



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə