MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə208/228
tarix30.12.2017
ölçüsü4,78 Mb.
#18712
1   ...   204   205   206   207   208   209   210   211   ...   228

 

388


1. Tokio (Yaponiya)…….27,0 

2. Mexiko (Meksika)……16,6 

3.San-Paulo (Braziliya)…16,5 

4.Nyu-York (ABŞ) . ……16,3 

5.Bombey(Hindistan)..….15,1 

6.Şanxay (Çin) ………….13,6 

7.Los-Anjeles (ABŞ) ...…12,4 

8.Kalkutta (Hindistan) …11,9 

9. Buenos-Ayres (Argen)..11,8 

10.Seul(Cən.Koreya)……11,6 

11.Pekin (Çin)…………11,3 

12. Osaka. (Yaponiya) ….10,6 

13. Laqos (Nigeriya)……10,3 

14. Rio-de-Janeyro (Braz)10,2 

15. Deli (Hindistan)…….9,9  

 

16. Karaçı (Pakistan)…….. 9,7  



17. Qahirə (Misir)………….9,7 

18. Paris (Fransa)………….9,5 

19. Tyan-Şan (Çin)………..9,4 

20. Manila (Filippin)………9,3 

21. Moskva (Rusiya)……….9,3 

22. Cakarto (İndoneziya)….8,6 

23. Dakka (Banqladeş)…….8,5 

24. İstambul (Türkiyə)……..7,9 

25. London (Böyük Brit.)….7,6 

26. Çikaqo (ABŞ)………..6,8 

27. Tehran (İran)…………6,8 

28. Lima (Peru)…………..6,7 

29. Banqkok (Tayland)…..6,5 

30. Essen (Almaniya) …….6,5 

 

İri şəhərlər və ona bitişik ərazilər böyük antropogen təzyiqlərə məruz qalır. 



Qeyd etmək lazımdır ki, çox iri şəhərlərlə yanaşı, şəhərlərin yığışması (toplanması), yəni konurbasiya baş 

verir.  Məsələn, Yaponiyada Xonsyu adasında şəhər salınması (tikilməsi) praktiki olaraq fasiləsiz Tokiodan Ko-

beyə qədər 500 km-dən artıq məsafədə uzanır və bu şəhərlərlə birlikdə Yaponiyanın ikinci böyük şəhəri Osaku, 

ölkənin iri limanı, mühüm sənaye mərkəzi Naqoya və digər şəhərlər birləşir. ABŞ-ın şərq sahilyanı ərazisində 

konurbasiya böyük zolaq şəklində şəhəpləri birləşdirərək Vaşinqtondan Bostona qədər uzanır, Nyuyorku, Fila-

delfiyanı, Baltimoru  və başqa şəhərləri də birləşdirir. 

Orta ölçülü şəhərlərin çoxu meqalopolislərdən daha tez böyüyərək sürəti ildə 5% -i keçir. 

 

Bəzi aqlomerasiyalar və meqapolislərdə 

əhali artımının dinamikası 

Cədvəl 20.2. 

Meqalopolislər və 

aqlomerasiyalar 

Əhalinin sayı, mln. nəfərlə. 

1950 il 

1985 il 


2000 il 

Tokio-Yokoqata 6,7  17,2 

17,1 

Nyu-York 12,3 



15,3 15,5 

Kalkutta 4,6 

11,0 

16,6 


Sanxay 5,8 

11,8 


13,5 

Böyük Buenos Ayres 

5,3 

10,9 


Mexiko - 

18,1 

26,3 


San-Paulo - 

15,9 


24,0 

Rio-de-Janeyro -  10,4  13,3 

Seul  

10,2 


13,5 

Böyük Bonbey 

10,1 


16,0 

Dehli - 


13,3 


 

Bunun nəticəsində əhalisi 1 mln-dən 10 mln-a çatan olduqca çoxlu şəhərlər meydana çıxır. 2025-ci ilə qədər 

dünyada 516 –ya qədər (1990-cı ildə 270 idi) belə şəhərlər olacaqdır. 

Şəhər ərazilərinin, xüsusən meqalopolislərin antropogen dəyişmə dərəcəsi olduqca yüksəkdir. Şəhərin təbii 

landşaftları çox primitiv olub bura parklar, xiyabanlar, bəzən süni salınmış meşəliklər, dəniz və çay sahilləri da-

xil olur. Sadə və davamsız ekosistemlərdə faunadan yalnız ayrı-ayrı quş və heyvan növləri qalır, insan fəaliyyəti 

tullantılarından parazitlik edən heyvanlar, (siçovul), quşlara (qarğalar) və həşaratlara (tarakanlar-tətbəx böcəklə-

ri) çox rast gəlinir. 

Böyük şəhərlərdə havanın sənaye müəssisələri və nəqliyyat vasitələri və s. ilə çirklənməsi böyük ekoloji prob-

lemlər yaradır. Bu haqda «Atmosfer havası» fəslində ətraflı məlumat verilmişdir. 

Mülayim qurşağın  şəhərlərində praktiki olaraq malyariya (qızdırma) zəstəliyinə rast gəlinmir. Buna səbəb  

buradakı ölkələrin nisbətən varlı və səhiyyəsinin yüksək səviyyədə olmasılə deyil, oranın iqliminin sərinliyi ilə 

bağlı olub malyariya törədiciləri tam inkişaf tsiklini keçirə bilmir. 

Cakarta şəhərinin  təbii şəraiti bir sıra ciddi ekoloji problemləri, o cümlədən suyun keyfiyyət problemini mü-




 

389


əyyənləşdirir. Şəhərin düzən relyefi ilə əlaqədar  kanalizasiya sistemi açıq kollektor şəbəkəsi olub məişət çirkab-

larını toplayır. Belə bir sistem şəhərin əhalisi yarım milyon olan vaxt tikilərkən effektli olmuşdur. Hazırda isə bu 

kanalizasiya sistemi sayı 12 milyona çatan  şəhər əhalisinin həyat fəaliyyətinin məhsullarının tullantılarına ca-

vab verə bilmir. Burada  çirklənmə yalnız yerin səthində deyil, hətta yeraltı sulara keçərək  su təchizatında ciddi 

təhlükə yaradır. Cakartada çirkli sudan istifadə edilməsi nəticəsində baş verən mədə-bağırsaq xəstəlikləri  ilə 

əlaqədar yaşı 5-ə qədər olan uşaqların 20% -nin ölümünə səbəb olmuşdur. 

Səhərlərin əhalisinin  sıxlığı sistemlərə antpogen təsirin əsas dərəcə göstəricisi hesab olunur. Bu təsir şəhərin salındı-

ğı yerdən, adət-ənənədən, nəqliyyat və digər şəraitdən asılı olaraq dəyişir. Şanxay və Kalkuttanın bəzi rayonlarında əhali-

nin sıxlığı hektarda 800-1000 nəfər/ təşkil edir. Bunu varlı ölkələrin mənzil və evlərindəki əhalinin sıxlığı ilə müqayisə et-

mək olar. Banqkoka və Seulda da əhalinin sıxlığı xeyli yüksək olub 300-400 nəfər//ha təşkil edir. ABŞ –ın şəhərlərində isə 

göstərici 70 nəfər//ha  və daha aşağıdır. 

Həm nəhəng aqlomerasiyalar, həm də bir qədər kiçik şəhərlər – «milyonerlər» müxtəlif növ ekoloji fəlakət (bədbəxt-

lik) və gərginlikdir. 

Urbanizasiyanın aspektləri inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə müxtəlifdir. Kasıb ölkələrin şəhərlərinin 

sürətlə (tez) böyüməsi ətraf mühitə kəsgin təzyiq göstərir. Bununla bərabər şəhərin yaşaması onsuz mümkün olmadan 

həyattəminedici sistemlərin hamısı həddən artıq yüklənmiş olur, onların inkişafı əhalinin artımını təmin etməyə çatışmır. 

Bunlara su təchizatı, kanalizasiya, zibilin toplanması və təkrar işlənməsi, elektrik enerjisi təchizatı və s., həmçinin təhsil 

sistemi, tibbi yardım və sosial təminat aiddir. Bunun nəticəsmdə şəhər əhalisinin yaşayışı və sağlamlığına təhlükəli və-

ziyyət yaranır. 

 



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   204   205   206   207   208   209   210   211   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə