MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə209/228
tarix30.12.2017
ölçüsü4,78 Mb.
#18712
1   ...   205   206   207   208   209   210   211   212   ...   228

 

390


Cədvəl 20.3. 

Dünyanın iri konurbasiyaları 

 

 



Adı və ölkə 

 

Konirbasiya



nın əsas 

şəhərləri 

Konur

basi-


yadakı 

eleme


nt-

lərin 


sayı 

Sahə, 


min 

kv.km. 


- lə 

Əhalis


i, mln. 

nəfər 


Sıxlığı 

nəfər/


kv.km 

Məsaf


ə 

Şimali-


Şərqi, 

ABŞ 


Boston, 

Nyu-York, 

Filadelfiya, 

Baltimor, 

Vaşinqton 

40 170 50  225 

1000 

Gölətrafı, 



ABŞ 

Detroyt, 

Klivlend, 

Pitsburq, 

Çikaqo 

35 160 35  220 



900 

Kaliforniy

a, ABŞ 

San-


Fransisko, 

Los Anjeles, 

San-Diyeqo 

15 100 18  180 

800 

Tokaydo, 



Yaponiya 

Tokio, 


İokoqama, 

Kavasaki, 

Naqoyo, 

Ktoto, 


Osaka, Kobe 

20 70 55 780 

700 

Midlands, 



İngiltərə 

London, 


Birmenqem, 

Mançester, 

Liverpul 

30 60 30 500 

400 

Reyn, 


Almaniya 

Kanştadt, 

Reyn-Pur, 

Pur-Mayn 

30 60 30 500 

500 


 

 

Hər halda hazırda 220 milyon şəhər əhalisi yararlı içməli su mənbəyindən məhrumdur, şəhərlərdə yaşayan 420 mil-



yondan artıq adamın hətta sadə tualeti belə yoxdur. Şəhər zibilinin 30…66%-i yığılmır. Zibillər, xüsusən ən kasıb əhali 

yaşayan zonalarda (məhəllələrdə) toplanıb qalır. Belə zonalar şəhərə bənzəmir, lakin məhz bu ərazilərdə əhalinin böyük 

hissəsi yaşayır, onları yalnız «şərti» olaraq şəhərli saymaq olar. 

İnkişaf etmiş ölkələrdə şəhərlərin mühüm ekoloji problemləri bu və ya digər dərəcədə həll olunmuşdur. Məsələn, bir çox 

şəhərlərdə son onilliklərdə havanın və suyun keyfiyyəti yaxşılaşmışdır. Tokioda 1960-cı illərdə küçə hərəkətini nizamlayan 

polis işçiləri oksigen maskalarından istifadə etmişlər. İndi isə havanın vəziyyəti xeyli yaxşılaşmışdır. 

Şəhər sistemləri xeyli su kütləsini, ərzağı və yanacağı istifadə edərkən, onları dəyişdirərək tullantılara çevirir. (şəkil 20.3.). Bu 

zaman inkişaf etmiş ölkələrin şəhərləri həyattəminedən sistemlərin xidmətindən olduqca yüksək dərəcədə istifadə etməsilə fərqlə-

nir. Nyuyorkun ortastatik bir sakini Bombeyin sakininə nisbətən üç dəfə çox su qəbul edir və səkkiz dəfə artıq zibil «istehsal» 

edir. Hətta bir şəhərin müxtəlif rayonları daxilində  əhalinin yaşayış səviyyəsindən asılı olaraq şəhərlərin həyattəminedici sistemlə-

rindən istifadə xidmətinin səviyyəsi də müxtəlif olur. 

 



 

391


Şək. 20.3. 1 milyonluq şəhərin metdolizmi sxemi (sutka ərzində) 

(Q.V. Stadniski və A.İ.Rodionova görə). 

 

İnkişaf etmiş ölkələrin ekoloji vəziyyətinin bir qədər yaxşılaşması onların sakinləri üçün əlverişlidir. Bununla belə 



bu şəhərlər kontinent və ya bütün dünya səviyyəsində ekosferin vəziyyətinə əlverişsiz təsir göstərir. İnkişaf etmiş öl-

kələrin bir nəfərinə düşən təbii resursların istifadəsi və parnik qazlarının emissiyası inkişaf etməkdə olan ölkələrin ka-

sıb şəhərləri üçün bu göstəricini xeyli ötüb keçir, son nəticədə isə inkişaf etmiş ölkələrin sakinləri qlobal ekoloji prob-

lemlərin güclənməsinə olduqca nəzərə çarpan təsir göstərir. 

Şəhərlərin ekoloji problemləri ətraf ərazilərin antropogen transformasiyasına böyük təsir göstərir. Bunun şəraiti  

və səbəbləri müxtəlif ola bilər. Məsələn, Afrikanın ayrı-ayrı ölkələrinin əhalisinin 90%-i hələ də yeməyi odunla hazır-

layır, ona görə də iri şəhərlərin 50-80 km radiusunda yararlı meşə sərvətləri deqradasiyaya uğramışdır. Odunun çatış-

mazlığı üzündən çox kasıb ailələr gündə yalnız bir dəfə isti yemək hazırlaya bilir. 

Sənaye müəssisələrinin və ya energetikanın fəaliyyəti nəticəsində havanın yüksək dərəcədə çirkləndiyi zonalarda 

şəhərlər ətrafında on kilometrlərlə məsafədə və ya hakim küləklər istiqaməti boyu bitki örtüyü transformasiyaya 

uğramış və ya tamamilə məhv edilmişdir. Mədən-metallurgiya mərkəzi olan Norilski şəhəri və onun ətrafında sənaye 

müəssisələrindən 100 km məsafədə təbii bitki örtüyü praktiki olaraq məhv edilmişdir. 

Çaylar üzərində yerləşən bütün iri şəhərlər bu çayların çirklənməsinə səbəb olaraq çay axını boyu neçə kilometr-

lərlə məsafədə suda həyatın tamamilə məhv olmasına səbəb olur. Tropik ölkələrdə iri şəhərləri kəsib keçən çaylarda 

patogen bakteriyaların qatılığı dəfələrlə yüksək olur. 

Dünyanın yüzlərlə iri şəhərləri və minlərlə bir qədər kiçik şəhərləri ətraf mühitin vəziyyətinin lokal pisləşməsinə 

səbəb olur. Bütövlükdə onlar qlobal vəziyyətə nəzərə çarpacaq dərəcədə təsir göstərir. 

Əhalinin artımı Yerin təbii sistemlərinə antropogen təzyiqi artırır. Daim artmaqda olan əhalini ərzaqla təmin et-

mək üçün məhsul istehsalını artırmaq tələb olunur, bunun üçün kənd təsərrüfatı istehsalına yeni (xam) torpaqlar daxil 

etmək, yaxüd mövcud torpaqları hədsiz istismar etmək lazımdır, bu isə torpaqların eroziyasına, səhralaşmasına və 

çirklənməsinə (toksifikasiyasına) səbəb olur. 

Dünyada sənaye istehsalı da durmadan yüksəlir və əhali tərəfindən onun məhsullarından istifadənin miqyası da ar-

tır. Bu isə təsərrüfat dövriyyəsinə daha çox yanacaq, enerji, xammal və geosferin digər resurslarını daxil etməyi tələb 

edir. Ətraf mühitə atılan antropogen fəaliyyətin tullantılarının həcmi də artır. Əhalinin sayı artdıqca su və maye tul-

lantıların miqdarı çoxalır, bu isə ya ətraf mühiti çirkləndirir, yaxud da lazımi texnoloji tədbirlər və əlavə investisiya 

tələb edir. 

Sosial-iqtisadi inkişaf səviyyəsindən asılı olmayaraq əhəli sayının artımını azaltmaq bütün ölkələrin mühüm vəzi-

fəsi sayılır. Lakin bu zaman müxtəlif ölkələrdə adət-ənənə, dini qadağalar və əhalinin bu problemə olan münasibəti 

nəzərə alınmalıdır. Bu məsələnin aktuallığı və onun həyata keçirilməsinə demoqrafik problemlərə həsr olunmuş bey-

nəlxalq forumlarda baxılmışdır. Orada qeyd olunmuşdur ki, demoqrafik problemin həlli dayanaqlı inkişafın milli stra-

tegiyasının bir hissəsi olmalıdır və bütün ölkələr demoqrafik proqramlar işləyib hazırlamalıdır. 

 

20.2. Azərbaycan respublikasında urbanizasiyanın vəziyyəti 



Bu bölmə N.H.Əyyubovun (1999) materiallarına əsaslanaraq yazılmışdır. 

Azərbaycan Respublikasında əhalinin 53%-i şəhərlərdə yaşayır. Şəhər əhalisinin xüsusi çəkisinə görə Azər-

baycan RSFSR, Estoniya, Latviya, Ermənistan, Litva, Ukrayna, Belorusiya respublikalarından sonra keçmiş itti-

faq respublikaları arasında 8-ci yeri tuturdu. Şəhər  əhalisinin miqdarca sürətlə artmasına baxmayaraq, artım 

tempi ittifaq göstəricisindən həmişə geri qalırdı. Əgər 1939-1959-cu illərdə Azərbaycanın ümumi əhalisi içəri-

sində şəhər əhalisinin xüsusi çəkisi 12%, 1959-1970-ci illərdə 2%, 1970-1979-cu illərdə 3%, 1979-1989-cu il-

lərdə cəmi 1% çoxalmışsa, ittifaq üzrə bu göstərici müvafiq olaraq 16%, 8%, 6% və 3,3% olmuşdu. Ümumiy-

yətlə, 1939-cu ildən 1989-cu ilə kimi Azərbaycanda şəhər əhalisi 3,3 dəfə artdığı halda, keçmiş SSRİ-də 3,1 də-

fə artmışdı. Lakin bu müddətdə Azərbaycanda ümumi əhali artımı 2,2 dəfə, əhalisinin ittifaq üzrə ümumi artım-

dan 2,4 dəfədən (50%) çox olduğu üçün, respublikada şəhər əhalisinin xüsusi çəkisinin artım tempi orta ittifaq 




Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   205   206   207   208   209   210   211   212   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə