MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə210/228
tarix30.12.2017
ölçüsü4,78 Mb.
#18712
1   ...   206   207   208   209   210   211   212   213   ...   228

 

392


səviyyəsindən geri qalmışdı. Son məlumatların təhlili göstərir ki, belə bir vəziyyət hazırda da davam etməkdə-

dir. Azərbaycan Respublikasında şəhər əhalisinin xüsusi çəkisinin keçmiş ittifaq üzrə orta inkişaf tempindən və 

mövcud səviyyəsindən geri qalması burada şəhər əmələgətirici təsərrüfat sahələrinin zəif inkişaf etdirilməsi ilə 

izah olunur. 

Tədqiqatlar göstərir ki, yaranmış şəhər və şəhər tipli yaşayış məntəqələrinin 80%-i bilavasitə sənayenin və 

nəqliyyatın inkişafı ilə bağlıdır. Əgər keçmiş ittifaqın dağılması ərəfəsində sənaye və tikintidə çalışan əhali xalq 

təsərrüfatında işləyən əhalinin 39%-ə qədər idisə, Azərbaycanda bu rəqəm 26,1% olmuşdur. 



 

393


Cədvəl 20.4. 

 

Şəhər əhalisinin artım dinamikası (%-lə) (Əyyubov 1999)  

 

 

 



 

İllər 


 

 

 



Keçmiş SSR 

 

Azərbaycan  



dövr ərzində 

artım 


orta illik ar-

tım 


dövr ərzin-

də artım 

orta illik 

artım 


1926-1939 

1939-1959 

1959-1970 

1970-1979 

1979-1989 

1989-1994 

1994-1999 

229,7 


165,6 

136,0 


120,3 

115,4 


– 

– 

17,7 



3,38 

3,27 


2,25 

1,54 


– 

– 

138,5 



152,8 

145,1 


124,8 

111,8 


104,3 

102,8 


2,96 

2,64 


4,10 

2,9 


1,18 

0,9 


0,6 

 

1970-1980-ci illərdə respublikanın xalq təsərrüfatında çalışanların sayı 2 dəfədən çox artımşdısa, bu artım 



sənayedə 30%, tikintidə isə 20% təşkil etmişdi. 

Şəhər əhalisinin xüsusi çəkisinə və artım tempinə görə Azərbaycan ümumittifaq səviyyəsindən geridə qalsa 

da sovet hakimiyyəti illərində şəhər əhalisinin xüsusi çəkisi artmaqda davam etmişdir. Şəhər əhalisinin artımı və 

ümumi çəkisinin dəyişilməsini 20.5. saylı cədvəldən görmək olar. 

Şəhər əhalisinin sürətli artımı hər şeydən əvvəl bu dövrdə kənd təsərrüfatının kollektivləşdirilməsinə, sənaye-

nin inkişafına geniş meydan verilməsi ilə bağlı idi. Bu illərdə yalnız 90 nəhəng sənaye müəssisəsi tikilmiş və is-

tifadəyə verilmişdir. II Dünya müharibəsi şəhər əhalisinin artımına da təsir göstərdi. 1939-cu ildən 1950-ci ilə 

kimi keçən 20 il müddətində şəhər əhalisi cəmi sayca 54%, ümumi əhali içərisində payı 11,7% artdı, müharibə-

dən sonra respublika xalq təsərrüfatının yenidən qurulması, əhalinin ümumi sayının artıq 50-ci illərin ortasında 

müharibədən əvvəlki səviyyəyə çatması və onu ötüb keçməsi, nəhəng sənaye obyektlərinin tikilib istifadəyə ve-

rilməsi, habelə respublika xalq təsərrüfatı kompleksinin inkişaf tələbatı ilə əlaqədar yaranan ali və peşə hazırlığı 

məktəbləri şəbəkəsinin genişlənməsi və s. 60-cı illərdə Azərbaycan şəhər əhalisinin yüksək sürətlə artımı üçün 

geniş imkanlar açdı. 

 

Cədvəl 20.5. 



Şəhər əhalisinin miqdarı və xüsusi çəkisinin dinamikası   

 

 



İllər  

 

 



Şəhər əhali-

sinin sayı, 

min nəfər 

 

 



Xüsusi 

çəkisi, %-

lə 

 

İllər  



Şəhər əhali-

sinin sayı, 

min nəfər 

 

Xüsusi 



çəkisi, 

%-lə 


1913 

1920 


1926 

1939 


1959 

– 

– 



555,9 

409,5 


650,1 

1157,0 


1767,6 

– 

– 



 

24 


21 

28 


36 

48 


– 

– 

 



1970 

1979 


1980 

1985 


1989 

1994 


1999 

2002 


2564,7 

3196,3 


3254,0 

3524,5 


3790,0 

3952,8 


4064,3 

4142,2 


 

50 


53 

53 


53 

54 


53 

51 


51 

 

Abşeron yarımadasından kənarda təbii sərvətlərin istifadəyə verilməsi şəhər əhalisinin coğrafiyasının dəyiş-

məsinə səbəb oldu. 7-ci və 8-ci beşilliklərdə artıq 121 iri və nəhəng sənaye müəssisəsi tikilib istifadəyə verildi. 

Bu da bütün sovet hakimiyyəti illərində istismara verilən sənaye müəssisələrinin 26%-ə qədərini təşkil edirdi. 

(Əyyubov, 1999) Məhz bu dövrdə Mingəçevir SES-in istifadəyə verilməsi Gəncə- Daşkəsən sənaye qovşağının 

enerji tələbatını ödəməklə onun inkişafına təkan verdi. Abşeron neft-kimya sənaye kompleksi daha geniş inkişaf 

etməyə başladı, respublika sənayesinin bir hissəsi olan Sumqayıt şəhəri meydana gəldi və s. Belə bir iqtisadi –

sosial inkişaf fonunda Azərbaycanın şəhər əhalisi daha yüksək templə artmağa başladı və respublika tarixində 

ilk dəfə şəhər əhalisinin orta illik artım tempi müvafiq ittifaq göstəricisindən üstün oldu.1959-cu ildən 1970-ci 

ilə kimi olan dövrdə ittifaqda şəhər əhalisinin orta illik artımı 3,27% idisə, respublikada bu göstərici 4,1%-ə çat-




 

394


dı. Həmin müddətdə ümumi şəhər əhalisi ölkə üzrə 36% artdığı halda, respublikada 45% çoxaldı. Lakin 70-ci il-

lərdə şəhər yaradıcı istehsal və qeyri-istehsal sahələri, respublikanın sosial-iqtisadi inkişafına yönəldilən kapital 

qoyuluşunun ölkə ilə müqayisədə az mənimsənilməsi və bu məbləğin tədricən azaldılması ilə  əlaqədar olaraq 

zəif inkişaf etdi. Məsələn, təkcə 1979-cu ildə Azərbaycanın xalq təsərrüfatına hər min nəfər hesabı ilə sərf edi-

lən kapital qoyuluşunun səviyyəsi, bütün müvafiq respublikaların müvafiq göstəricilərindən xeyli az olaraq, 

ümumittifaq səviyyəsindən 67,7% geri qalmışdır. Hər 1000 nəfər əhaliyə düşən fəhlə və qulluqçuların orta illik 

miqdarı respublikada ittifaqdakından 31,6% və elmi kadrların sayı isə 40% az olmuşdu. Ümumiyyətlə, respublika-

da 1970-79-cu illərdə  əsas  şəhər yaradıcı  təsərrüfat sahələri olan sənaye və tikintidə əhalinin məşğuliyyəti 25% 

yüksəlmişdi. Halbuki xalq təsərrüfatında əhalinin ümumi məşğuliyyəti bu müddətdə 2 dəfəyə qədər artmışdı. Bu 

da hər şeydən əvvəl öz əksini şəhər əhalisinin artım tempində tapdı. Belə ki, 1970-1979-cu illər ittifaqda şəhər əha-

lisi 20,3% çoxaldısa, Azərbaycanda müvafiq göstərici 24,8%-ə bərabər oldu. Orta illik artım isə müvafiq surətdə 

2,25 və 2,9% təşkil etmişdi. Halbuki, respublikada əhalinin sayca artımı ittifaq əhalisinin müvafiq artımından 

9,2% çox olmuşdu. Bu isə respublika şəhər əhalisinin artım tempinin nəinki ümumittifaq səviyyəsindən geri qal-

mamasını, hətta ötüb keçməsini tələb edirdi. 

Rəqəmlərin təhlili göstərir ki, şəhəryaradıcı təsərrüfat sahələrinin nisbətən sürətli inkişafı ilə əlaqədar olaraq 

80-ci illərin başlanğıcında cüzi də olsa respublikada şəhər  əhalisinin artım tempi ümumittifaq göstəricisindən 

üstün olsa da, erməni separatçılığı ilə başlanan millətlərarası müharibə qeyri-sabit ictimai-siyasi həyat, böyük 

dövlət mənafelərinin Azərbaycan üzərində  cəmlənməsi ümumiyyətlə urbanizasiya prosesinə  ağır zərbə vurdu. 

Əgər 1979-1989-cu illərdə Sovet İttifaqında şəhər əhalisi artımı cəmi 15%, orta illik artım isə 1,5% olmuşsa, 

respublikada bu rəqəmlər müvafiq olaraq 11,8 və 1,18% təşkil edirdi. Halbuki, həmin dövrdə respublikada ümu-

mi əhalinin sayca artımı ittifaq üzrə əhali artımından 7,5% çox olmuşdu. 

 



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   206   207   208   209   210   211   212   213   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə