MəMMƏdov qəRİb xəLİlov mahmud


 Energetikanın ekoloji aspektləri



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə212/228
tarix30.12.2017
ölçüsü4,78 Mb.
#18712
1   ...   208   209   210   211   212   213   214   215   ...   228

 

397


 

20.3. Energetikanın ekoloji aspektləri 

Energetika insan fəaliyyətinin mühüm hissəsidir. Enerjidən istifadə etmədən insanın digər fəaliyyətləri prak-

tiki olaraq qeyri mümkündür: təbii resursların çıxarılması və istehsalı, sənaye məhsulunun istehsalı, nəqliyyat, 

kənd təsərrüfatı, isitmə, səhiyyə və s. cəmiyyətin təkamülü və sivilizasiyası energetikanın inkişafı ilə sıx qarşı-

lıqlı əlaqədə keçmiş və keçməkdədir. 

Tanınmış ekoloq D.Bruksu demişdir: «Fiziki dünyanın» (aləm) mövcudluğu enerjisiz mümkün deyil, belə ol-

duqda enerji axınlarının miqyasını və ya xarakterini dəyişmədən inkişafı təsəffür edə bilmərik. Enerji bu qədər 

fundamental əhəmiyyət kəsb etdiyindən bu dəyişgənliyin hər biri ekoloji nəticə ilə tamamlanır. 

İntensiv inkişaf edən dünya iqtisadiyyatı getdikcə çox enerji ixracını, dünya ölkələrinin təsərrüfatlarının 

enerji ilə təminatının durmadan inkişafını, istehsalatın mexanikləşdirilməsi və avtomatlaşdırılmasının yüksəldil-

məsini tələb edir. Ənənəvi enerji resursları – daş kömür, neft, təbii qaz tükənir. Onların yeni yataqlarının aşkar 

edilməsi və istifadəsi baha başa gəlir və xeyli vaxt tələb edir.  

Dünyada son onilliklərdə enerjinin istehsalı və istifadəsi durmadan artmışdır. 20 il  ərzində (1971-1991) dün-

yada enerjinin istifadəsi 45% artmışdır. 

Mütəxəssislərin hesablamalarına görə müasir (indiki) həcmdə enerjidən istifadə edilərsə Yer kürəsində kəşf 

olunan yanacaq 150 ilə, o cümlədən neft – 35 ilə, təbii qaz – 50 ilə, daş kömür – 425 ilə çatar. Neft və təbii qaz 

həmişə olduğu kimi dünyada enerji balansının əsasını təşkil edir (60 %-dən artıq inkişaf etmiş, 40 %- inkişaf et-

məkdə  olan). 

Enerji – beynəlxalq iqtisadiyyatda mühüm məhsul sayılır, ölkələrin enerji mənbələri ilə etibarlı təmin olun-

ması XX-XXI əsrlərin mühüm strateji problemi olmuşdur. Qlobal enerji strategiyası və problemləri sistemli ola-

raq əsas ümumdünya məsələlərilə qarşılıqlı əlaqədədir. Bunlar aşağıdakılardır: əhalinin sayının artımı, yoxsullu-

ğun yayılması,  ərzağın və suyun defisitliyi, insanların sağlamlığı  və  səhiyyənin vəziyyəti,  şəhərlərdə havanın 

keyfiyyətinin əlverişsizliyi, iqlimin dəyişməsi, ekosistemlərin deqradasiyası, onların asidifikasiyası, nüvə silah-

larının yayılması və s. Odur ki, energetikanın məsələləri elə həll edilməlidir ki, digər qlobal problemlərin vəziy-

yəti pisləşməsin. 

Dünya energetikası inkişafının tarixi ibrətamiz olmuşdur.  İnsanın hər bir fəaliyyət növünün ilkin mənbəyi 

özü, onun əzələ enerjisi olmuşdur. Sonralar odunu yandırmaq üsullarını kəşf etdikdən sonra insan isti yemək, 

məskunlaşdığı yeri isitmək, tunc və dəmir kimi yeni materiallar əl-

də etmək imkanına malik oldu. Ev heyvanlarının enerjisindən isti-

fadə edilməsi kənd təsərrüfatı, nəqliyyat və sənaye sahələrində yeni 

bir inkişaf oldu. Buxarın işçi qüvvəsi kimi kəşf edilməsi sənaye in-

qilabının texnoloji faktoruna çevrildi və daş kömür, neft və  təbii 

qaz kimi enerji ehtiyatlarının mənimsənilməsinə  şərait yaratdı. O 

vaxtdan indiyə kimi sivilizasiya qazıntı yanacaqlarına əsaslanır.  

Dünyada istehsal olunan və ya istifadə edilən enerjinin ümumi 

gücü 10 teravat və ya 10

10

 vt təşkil edir və getdikcə artır. Bunun 90 



%-ə  qədər enerji daş kömür, neft və  təbii qazın yandırılmasından 

alınır. Yəqin ki, bu göstərici yaxın onilliklərdə qalacaq, istehsal 

olunan enerji isə artmaqda davam edəcəkdir. 

Atom enerjisinin həcmi və payı ehtimal ki, yaxın vaxtlarda o 

qədər də dəyişməyəcəkdir. Hidroelektrik enerji istehsalının ümumi 

ölçüsü artacaq, lakin onun istehsalatda payı və istifadəsi bir qədər 

azalacaqdır. 

Günəş, külək, dəniz qabarmaları, su dalğaları  enerjisi, geoter-

mal enerji və başqa bərpa olunan enerji mənbələrinin bəzi optimist 

proqnozlarına baxmayaraq o qədər yüksək yer tutmur. Bərpa olu-

nan məsələlərdən istehsal edilən (alınan) enerjiyə  çəkilən iqtisadi 

və ekoloji xərclər durmadan azalır və onların praktiki istifadəsində xeyli nailyyətlərin olmasına baxmayaraq 

dünya enerji balansında bu mənbələrin payı 1%-ə çatmır. 

Əsas istilik enerjisi mənbələrinin istehsalı və istifadəsi müvafik fəsildə qeyd etdiyimiz kimi praktiki olaraq 

həmişə əlverişsiz nəticələrə səbəb olaraq ekosferə və insanların sağlamlığına mənfi təsir göstərir.  Enerjinin göz-

lənilən sonrakı istehsalının və istifadəsinin artması ekoloji problemlərin daha da gərginləşməsinə səbəb olacaq-

dır.  

Üç əsas mənbədən (neft, daş kömür və təbii qaz) atmosferi ən çox çirkləndirən istilik elektrik stansiyalarıdır. 



Müasir energetika atmosferdə parnik qazlarının toplanmasında mühüm faktor sayılır və iqlimin antropogen də-

yişməsində əsas rol oynayır.  

Hazırda Fransada əldə olunan elektroenerjinin 70 %-i atom enerjisidir. 2030-cu ilə  qədər Yaponiyada 120 

nüvə reaktorlarının tikilməsi nəzərdə tutulur. 

 

 

Шякил 20.4. 1980-ъы илин 



яввялиндя цмумдцнйа илкин 

енержи истещсалында мцхтя-

лиф енержи ещтийатларынын 

пайы


 

398


Atom elektrik stansiyalarının qəzası nəticəsində ekosferə radioaktiv izotoplar ayrılaraq böyük fəlakətlər törə-

dir. Çernobıl AES-nin yalnız bir atom reaktorunun partlaması nəticəsində insanların ölümünə, sağalmayan xəs-

təliklərinə səbəb olmuş, təbii və aqroekoloji sistemləri zəhərləmiş, Belorusiya, Rusiya və Ukraynanın geniş əra-

zilərinin normal istifadəsini dayandırmışdır. 

Atom energetikasında AES-lərin fəaliyyətinin radioaktiv tullantılarının saxlanması  və  təkrar işlənməsi həll 

olunmamış problem kimi qalır. İlk elektrik stansiyalarının (Rusiyada və başqa ölkələrdə) işləmə müddəti qurtar-

dığına baxmayaraq hələ də istismar olunur. Bu stansiyalar konservasiya olunmalıdır, bu işi təhlükəsiz və effektli 

həyata keçirmək üçün hələ məsələ yaxşı həll olunmamış qalır.  

Energetikanın ekoloji problemlərini azaltmaq strategiyasının  əsas istiqaməti – bərpa olunan və ekoloji ba-

xımdan daha təmiz enerji mənbələrinin rolunu artırmaqdır. Lakin mütləq zərərsiz mənbələr praktiki olaraq yox-

dur.  

Yuxarıda qeyd etdiyimiz kimi SES –lər də özünəməxsus ekoloji problemlər yaradır: subasar qiymətli torpaq 



sahələrinin itirilməsi, yaşayış məntəqələrinin subasar ərazidən köçürülməsi, su və yerüstü ekosistemlərin və on-

ların münbitliyinin dəyişməsi, tropik və ekvator rayonlarında həm də su ilə əlaqədar bir çox ciddi tropik xəstə-

liklərin güclənməsinə (malyariya, şistosomatoz, çay korluğu və s.) səbəb olur.  

Günəş enerjisindən bilavasitə istifadə edilməsi də ekoloji baxımdan tam özünü doğrultmağa qadir deyil: 

müxtəlif tipli günəş enerjisi akkumulyatorları çox vaxt geniş ərazi tutur. Günəş enerjisini toplamaq həm də me-

teoroloji, deməli, fiziki – coğrafi faktorlardan (buludluluq dərəcəsi, günəşin düşmə bucağından və s.) asılıdır. 

Odur ki, o, əksərən günəş şüası uzunmüddətli olan tropik rayonları üçün effektli sayılır.  

Enerji almaq üçün külək, dalğa, qabarmadan istifadə etdikdə belə ekoloji problemlərdən yan keçilmir. Məsələn, 

külək elektrik stansiyaları qəbulolunmayan (güclü) səs effekti yaradır, ona görə yaşayış məntəqələrindən uzaqda 

yerləşdirilməlidir; dəniz dalğalarının enerjisi böyükdür, lakin ondan elektrik enerjisi istehsal etmək üçün konsen-

trasiyası məsələsi texniki cəhətdən sadə deyildir. 

Geotermal enerjidən istifadə etdikdə su, hava və torpaq xeyli çirklənir. 1000 mvt gücü olan geotermal 

elektrostansiyaları atmosferə il ərzində 10

4

-10



5

 ton qaz buraxır, 10

5

-10


8

 m

3



 suyu çirkləndirir və böyük sahə tələb 

edir (1 stansiya üçün 20 km

2

).  


Enerji sistemlərinin texniki  xüsusiyyətləri və ya kifayət dərəcədə effektiv olmayan insan fəaliyyətinin 

nəticəsində gündəlik istehsal olunan enerjinin yarıdan çoxu itir. Vahid məhsula sərf olunan enerjiyə  qənaət 

olunması enerjiyə qənaətin strategiyasının bir hissəsi olmalıdır, lakin bu zaman əhalinin sosial-iqtisadi inkişafı, 

yaxud ilkin yaşayış tərzi pisləşməməlidir. 1970-ci ildə iki dəfə enerji krizisindən sonra inkişaf etmiş ölkələrdə 

enerjidən istifadə effektivliyi xeyli yüksəlmişdir. Məsələn, 83% idxal yanacağından asılı olan Yaponiya öz 

təsərrüfatında enerji həcmini 50 % azaltmışdır və enerjiyə  qənaət iqtisadiyyatında dünya lideri olmuşdur. 

Almaniyanın dövlət idarələrində temperatur 18

C-dən yuxarı olmur, evlərin pilləkanlarında işıq yalnız ehtiyac 



olduqda yandırılır, öz mərtəbəsinə çatdıqda isə işıq söndürülür. 

Keçid iqtisadiyyatına malik olan inkişaf etməkdə olan ölkələrdə enerjiyə qənaət olunması üzrə tədbirlər və 

onun effektivliyi aşağıdır, burada sənaye bu və ya digər məhsulu əldə etmək üçün 2 - 3 dəfə artıq enerji sərf 

olunur, belə ki, təchizat, texnoloji proseslər, nəqliyyat sistemləri və s. köhnəlmiş, yeniləşdirilməyə ehtiyacı 

vardır. 

 

20.4. Azərbaycanda energetika  

Bölmə  əsasən «Azərenerji» aksioner (səhmdar) cəmiyyətinin (AC) birinci vitseprezidenti M.Novruzovun 

(1999) məlumatlarına əsaslanaraq yazılmışdır.  

Azərbaycanda energetika öz inkişafında mərhələlərlə böyük inkişaf yolu keçmişdir. Birinci mərhələ az güclü 

elektrik stansiyaların birləşdirilməsi və milli sənaye, ilk növbədə neft sənayesinin formalaşması tipini daha yüksək 

təmin etmək üçün yeni stansiyaların tikilməsilə başlanmışdır.  

Respublikanın müxtəlif regionlarında sənayedə və kənd təsərrüfatında elektrik enerjisinin geniş istifadəsi enerji 

sisteminin yeni keyfiyyətli inkişafı ilə bağlı olaraq ikinci mərhələyə keçid üçün şərait yaratdı, inkişafın üçüncü 

mərhələsində enerji sistemimizlə, başqa respublikaların elektrik sistemləri ilə paralel iş aparılması  təşkil olunaraq 

SSRİ-nin Vahid enerji sistemi yaradıldı. Respublikanın «Azərenerji» Aksioner (səhmdar) Cəmiyyəti 1998-ci ildə 11 

elektrik stansiyasını birləşdirir: gərginliyi 500, 330 və 220 kvt elektrik şəbəkələrinin ümumi uzunluğu 3000 km, 

gərginliyi 110 kv və aşağı olan bölüşdürücü şəbəkələrinin uzunluğu – 8000 km təşkil edir. 1990-cı ildə «Azərenerji»-

də elektrik enerjisinin buraxılışı 21 mlrd kvt /saat olmuşdur. 

 

Azərbaycanda energetikanın yaranma mərhələləri 

XIX əsrin sonunda dünyada ilk dəfə elektrik enerjisinin istehsalı başlanmışdır. Bu dövrə qədər Azərbaycanda artıq 

neft çıxarılmasına başlandığı vaxtdan elektrik enerjisindən istifadə olunmuşdur. Bu dövrdə (1898-ci il) Bakının neft 

sənayesi dünyada istehsal olunan neftin yarısından çoxunu təşkil etmişdir. Neft mədənlərini elektriklə təmin etmək 

üçün ilk dəfə olaraq 5-50 kvt-lıq elektrik stansiyaları quraşdırılmışdır. Neft sənayesinin intensiv inkişafı elektrik 

enerjisini yüksəltməyi tələb edirdi. Bu problemin perspektivliyini və mənfəətliyini bilən bir sıra xarici elektrotexniki 




Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   208   209   210   211   212   213   214   215   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə