MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə213/228
tarix30.12.2017
ölçüsü4,78 Mb.
#18712
1   ...   209   210   211   212   213   214   215   216   ...   228

 

399


firmalar  - «Simens - Qalske», «AEQ» və başqaları Bakıda daha güclü elektrik stansiyaları tikmək barədə müraciət 

etdilər. Bu məqsədlə 1898-ci ildə «Elektrik gücü» aksioner (səhmdar) cəmiyyəti yaradılır.  

1900-cu ilin martında «Elektrik gücü» AC Bakıda iki elektrik stansiyası layihələşdirir və onların tikilməsinə 

başlanır: «Belqorod» - 6000 l.s., və Bibi-Heybət  - 1000 l.s. (sonralar o «Krasnaya zvezda» İES və Krasin adına 

İES adlandırıldı).  

1902-ci ilin martında istismara buraxılan Belqorod elektrik stansiyasında «Zulcer» firmasının hər birinin 

1000 l.s gücü olan dörd buxar maşını, «Lezner» firmasının 2000 l.s. gücü olan buxar maşını, AEQ firmasının 

6000 v gərginlikli generatoru quraşdırıldı. Bibi – Heybət elektrik stansiyasında «Simens - Qalske» firmasının 

500 l.s. gücündə olan iki buxar maşını qoyuldu. Belqorod və Bibi – Heybət elektrik stansiyaları o dövr üçün 

Rusiyada ən böyük stansiyalar idi.  

1912-ci ildə Bibi – Heybət və Belqorod elektrik stansiyalarının növbəti genişləndirilməsinə başlandı.  İşə 

AEQ firmasının 8000 kvt gücündə olan turbogenerator daxil edildi. Belə turbogeneratorun daxil edilməsi Bibi – 

Heybət elektrik stansiyasının gücünü 10800 kvt-a çatdırdı.  

1914-cü ildə Bibi – Heybət və Belqorod stansiyaları arasında  əlaqə yaradıldı. Bu tarixi Azərbaycanda 

elektrik sisteminin yaranması tarixi hesab etmək olar. 1915-1917-ci illərdə Bibi - Heybət stansiyası Rusiyada ən 

böyük və Avropada ən faydalı stansiyaya çevrildi. 1915-ci ildə bu iki elektrik stansiyasının ümumi gücü 47000 

kvt-a çatdırıldı.  

1913-cü ildə Respublikanın Gəncə,  Şəki, Quba və  Lənkəran  şəhərində ümumi gücü 635 kvt olan bir sıra kiçik 

elektrik stansiyaları işə düşdü.  

Sovet dövründə energetika quruculuğunun mərhələləri 

1920-ci ildə «Elektrotok» energetika kompaniyası qabaqlar xüsusi firmalara məxsus olan daha beş  mədən 

elektrik stansiyasını (- Romanı –4000 kvt, Zabrat- 720 kvt, Sabunçu – 700 kvt, Suraxanı – 900 kvt və Artyom 

adası – 1420 kvt -) birləşdirdi. «Elektrotok» elektrik stansiyasının ümumi gücü 56000 kvt-a çatdırıldı. 

Bakının mədənlərində neft istehsalı dünyanınkinin 17,8%-ni  və SSRİ-nin neft hasilatının 80%- qədərini 

təşkil etməsini nəzərə alaraq QOELRO-nun planında Bakı  sənaye rayonunun elektrikləşdirilməsinə xüsusi 

diqqət ayrıldı. Elektrik stansiyalarının genişləndirilməsi ilə yanaşı elektrik şəbəkələri də inkişaf etdirildi. 1935-ci 

ildə elektrik sisteminin gücü 176 min kvt-a qədər artırıldı.  

Layihəyə uyğun olaraq «Krasnaya Zvezda» İES-də  hər birinin gücü 25000 kvt olan iki terlofikasiya turbini, 

Krasin adına İES-ə isə 25000kvt gücü olan bir kondensasiya turbini qoyuldu. 1939-cu ildə bütün aqreqatlar işə salındı. 

Sistemin gücü 251.6 min kvt-a çatdırıldı. 

1941-ci ildə Sumqayıtda  İstilik Elektrik Mərkəzi yaradılaraq gücü 24000 kvt olan kondensasiya turbini və gücü 

25000 kvt olan AP-25-1 tipli teplofikasiya turbini işə salındı. 

1940-cı ildə Azərbaycan energetika sisteminin gücü 251000 kvt-ə çatdırılaraq 1920-ci il sistemindən 5 dəfə çox 

təşkil etdi. 1940-cı ildə yarımstansiyaların sayı – 139, 20 – 110 kvt-lıq hava xəttlərinin uzunluğu 651 km, güc 

transformatorlarının ümumi gücü 589600 kvt təşkil edirdi. Bu illərdə «Severnaya» İES-i və Mingəçevir SES-i işə 

salındı, fəaliyyətdə olan elektrik stansiyalarında rekonstruksiya işləri aparıldı. «Severnaya» İES-də yeni enerji bloku 

montaj edildi, Əli – Bayramlı İES-i tikildi. 1980-ci illərdə hər birinin gücü 390 mvt olan iki aqreqatdan ibarət Şəmkir 

SES-i tikildi. 1983-cü ildə Azərbaycan  İES-də iki aqreqatın montaj işləri qurtardı. Hazırda  Azərbaycan  İES-in 

(Mingəçevirdə) 2400 mvt- gücünə malik olub Cənubi Qafqazda ən güclü elektrik stansiyası sayılır. O, 

respublikamızın yarısının tələbatını ödəyir. 1990-cı ilin əvvəlində Azərbaycan İES-nin axırıncı 7 və 8-ci enerji blokları 

istismara verildi. 

Ermənistanla olan münaqişə Azərbaycanın energetikasına mənfi təsir göstərdi, «Azərbaycan İES – Ağdam- İmişli» 

elektrik enerjisinin məsafəyə verilməsi sıradan çıxarıldı.  

Hazırda «Azərenerji» AC- tinin kollektivi tərəfindən konkret işlər yerinə yetirilir. Bir çox xarici banklar Azərbaycan 

iqtisadiyyatının gələcək inkişafına etibar edərək ona xeyli kreditlər ayırır. Belə ki, 1995-ci ildə Yenikənd SES-nın 

tikilməsi üçün Azərbaycana 53,4 milyon ABŞ dolları miqdarında kredit verildi. 

«Severnaya» İES-nin rekonstruksiyası üçün Yaponiya 160 milyon dollar miqdarında kredit ayırdı. Planlaşdırılmış 

işlər başa çatdıqdan sonra müəyyən edilmiş güc daha 400 mvt artacaqdır.  

Hazırda 500 və 300 kv gərginlikli elektrikin məsafəyə ötürülməsi müvafiq olaraq 594 və 1025 km təşkil edir.  

Bütün kompleks işlər yerinə yetirildikdən sonra Respublikanın enerji sisteminin gücü xeyli artacaq və sonralar 

Azərbaycan elektrik enerjisini Avropaya ixrac edə biləcəkdir. 

Cədvəl 20.7. 

1999-2010 illərdə yeni elektrik güclərinin işə salınması 

 

 

İllər 



 

Elektrik stansiyasının adı 

Əlavə 

edilən güc 



Tələb 

olunan xərc 

mln. ABŞ 

dolları 


1999-2002 Naxçıvan MR üzrə, kiçik  +32,5 

66,0 



 

400


SES-lər MVT 

2000 Azərbaycan İES (9-cu blok)  +270 MVT 

20 

2002 Bakı İEM-1, 2-ci aqreqat 



+56 MVT 

50 


2003 Sumqayıt 

İEM-1. (qaz 

turbinləri) 

+170 MVT 

120 

2004 Sumqayıt İEM-1 (buxar-qaz 



komp) 

+250 MVT 

175 

2005 


Əli-Bayramlı  İES (buxar-

qaz qurğ) 

+400 MVT 

300 


2007 

2007 


Tovuz SES 

Əli-Bayramlı  İES (buxar-

qaz qurğusuna qaz turbini) 

+380 MVT 

 

+170 MVT 



450 

 

120 



2008 

Əli-Bayramlı  İES (buxar-

qaz qurğusu) 

 

+250 



MVT 

 

175 



 

Cədvəl 20.8. 

Naxçıvan MR-da su elektrik stansiyalarının  

tikilməsi proqramı 

 

№-si Çayın adı SES-in 



gücü, 

MVT 


Layihənin 

təxmini qiyməti 

1. Naxçıvan çayı 4,9 

11.00 


2. Gilan 

çayında 


I-SES 

 

5,5 



 

10,75 


II –SES 

4,8 


9,80 

III - SES 

6,3 

10,75 


IV –SES  

6,5 


11,20 

3. 


Əlincə çayında 1,4 

6,10 


4. Nəsirvaz 

I –SES 


II –SES 

 

1,2 



1,5 

 

3,10 



3,30 

 

20.5. Dünyanın ərzaq problemi 

Sivilizasiyanın inkişafı həmişə aclıqla müşayiət olunmuşdur. XIX əsrdə yalnız Çində 100 mln. adam acından 

ölmüşdür. Hindistanda son 50 ildə acından ölənlərin sayı 20 mln.-na çatmışdır. 20-ci -30-cu illərdə aclıq fəlakəti 

5 mln. insanın ölümünə səbəb olmuşdur. 

Lakin bəşəriyyətin uzunmüddətli tarixində ərzaq problemi ilk dəfə həm ərazi, həm də kəmiyyət baxımından belə 

qlobal miqyas almışdır. BMT-in ərzaq və kənd təsərrüfat Təşkilatı (FAO) belə hesab edir ki, dünyada 1,2 mlrd. adam 

doyunca yemək tapmır. 

Müxtəlif aclıq formalarından iztirab çəkən əhalinin çox hissəsi dünya xəritəsində olduqca geniş ərazi tutur və 

enli zolaq şəklində ekvatorun hər iki tərəfi boyu uzanaraq bura praktiki olaraq bütün inkişaf etməkdə olan 

ölkələr daxil olur. Planetimizdə aclığın məkanı Afrika dövlətləri sayılır. 

Yetkin bir adamın bir kq cəkisinə 40-46 kilokalorı  tələb olunur, bu isə sutka ərzində  təxminən 2500 

kilokalori təşkil edir. İnsanın qəbul etdiyi kalori hər şeydən öncə qidanın gücündən (növündən), fiziki yükündən 

və yaşadığı yerin iqlimindən asılıdır. 

Ərzaq probleminə müxtəlif amillər təsir göstərir. Ən mühüm amillərdən biri inkişaf etməkdə olan ölkələrdə 

əhalinin artmasıdır. Son 50 il ərzində inkişaf etməkdə olan ölkələrdə  ərzaq istehsalının artımında yüksəliş 

olmuşdur, lakin əhalinin artımı iki dəfə çox olmuşdur.  Əhali sayının belə artımı  ərzaq istehsalı artımının çox 

hissəsini istifadə edir və onu aclıqdan xilas etmir. 

Bununla belə inkişaf etmiş ölkələrdə ərzaq məhsulu istehsalı iki dəfə yüksəlmiş, əhalinin sayı üçdə bir dəfə 

artmışdır.  

 



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   209   210   211   212   213   214   215   216   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə