MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə217/228
tarix30.12.2017
ölçüsü4,78 Mb.
#18712
1   ...   213   214   215   216   217   218   219   220   ...   228

 

407


 

1968 – ci  ildə Parisdə YUNESKO – nun Beynəlxalq konfransı  «İnsan və Biosfer» (MAB) elmi-tədqiqat 

Beynəlxalq  Proqramının başlanğıcını qoydu. Proqram biosfer ehtiyatlarının  qorunub saxlanması və səmərəli is-

tifadəsinin elmi əsaslarını hazırlamaq məqsədi daşıyırdı. 

Suyun kompleks istifadəsi və mühafizəsi, torpağın qorunub  saxlanması, bərpası və münbitliyinin artırılması, 

meşələrin və  heyvanat aləminin mühafizəsi BMT-in ərzaq və  kənd təsərrüfatı    məsələləri üzrə  təşkilatının 

(FAO) diqqət mərkəzindədir. Ümumdünya Səhiyyə  Təşkilatı (ÜST) sağlamlığın  ətraf mühitin  vəziyyətindən 

asılılığı ideyasını öyrənir. 

1970 – ci ilin sonunda YUNESKO-nun təşəbbüsü ilə təbiətin  və təbii ehtiyatların mühafizəsi Beynəlxalq İttifaqı 

yarandı. (MSOP). Onun vəzifəsi canlı təbiətin qorunması üzrə elmi məsləhətlər və hüquq məsələləri, müasir təbiəti 

mühafizə ideyasının  yaranması və  təbliğ  edilməsidir. 

1963 – cü  ildən  etibarən  Ümumdünya yabanı təbiətin mühafizəsi fondu işləyir, (VVF). Bu  fond  heyvanat  alə-

mi və təbii sahələrin mühafizəsi  üzrə konkret layihələr hazırlayır. 

 

 



Beynəlxalq əməkdaşlığın  nəticəsində beynəlxalq  konvensiyalar  və  razılaşmalar  həyata  keçirilir. Onlardan ən  

mühümləri  aşağıdakılardır:dünyanın 150 dövlətinin  təsdiq etdiyi  iqlimin  dəyişməsi  üzrə  konvensiya, ozon  qatının  

və  bioloji  müxtəlifliyin  qorunub  saxlanması.Bütün  dünya  alimləri  aşağıdakı beynəlxalq  tədqiqat layihəsində  ak-

tiv iştirak  edir: Beynəlxalq  geofizika – biosfer  «Qlobal  dəyişmə» proqramı, «Bəşəriyyət və qlobal  dəyişmələr»  

proqramı, Ümumdünya iqlimin  tədqiqatı  proqramı. 

Son on illiklərdə hər il bəşəriyyətin qlobal problemləri və onların  aspektləri üzrə iki – üç böyük beynəlxalq kon-

frans keçirilmişdir.Bu  konfranslarda problemlərin praktik, elmi, texnoloji (aztullantılı texnologiya, təbii  ehtiyatlara  

qənaət) tərbiyəvi məsələlərilə yanaşı, ətraf  mühitin  mühafizəsinin iqtisadi tədbirlərinin müzakirəsinə də xüsusi  diq-




 

408


qət  ayrılmışdı. 

Mütəxəsislər belə hesab edir ki, əgər dövlətlər tərəfindən ÜMM – dən (ümumi milli məhsuldan) 2 % təbiəti 

mühafizə məqsədinə (işinə) ayrılsa onun keyfiyyətinin pisləşməsinin azalmasına xeyli imkan yaradar, ÜMM 6 % 

ayrılarsa mühitin vəziyyətinin stabilləşməsinə imkan yaradar, ÜMM 8 – 10 % ayrılsa təbii mühitin keyfiyyətini 

bərpa etmək olar.Lakin bütün dünya cəmiyyətində istehsal olunan məhsuldan təbiətin mühafizəsi işinə ayrılan 

miqdar heç 1 % - ə çatmır.Odur ki, təbiəti mühafizə fəaliyyətinin dünya praktikasında məsarifin bölüşdürülməsi 

sistemi vasitəsi ilə kollektiv məsuliyyət prinsipi tətbiq olunmağa başlandı. 

1992 – ci ilin iyununda Rio - de - Janeyroda BMT – in ətraf mühit və inkişaf üzrə keçirilən Konfrans bizim 

nəsl, ola bilsin gələcək nəsl üçün əlamətdar hadisə hesab olunur.Konfrans dövlət başçıları ilə birlikdə dünyanın 

179 hökumət nümayəndələrinin , BMT idarələrinin, beynəlxalq təşkilatların və bir sıra qeyri hökumət təşkilatla-

rının nümayəndələrini bir yerə topladı.Konfransın nəticəsində Rio- de – Janeyroda Beynəlxalq sazişlər bağlandı. 

Onlardan aşağıdakı əsaslarını göstərmək olar.  

1. Ətraf mühit və inkişaf üzrə Deklarasiya (Rio – de - Janeyro), Onun 27 prinsipi dayanaqlı inkişafın təminatı 

işində ölkələrin hüquq və vəzifələrini müəyyənləşdirir. Deklarasiyada bildirilir ki, uzunmüddətli iqtisadi tərəqqi-

nin yeganə yolu , onun ətraf mühitin mühafizəsi ilə əlaqələndirməkdən ibarətdir.Buna yalnız bütün ölkələrin hö-

kümətləri, xalqların və əsas ictimai qrupların iştirakı ilə yeni və bərabər hüquqla əməkdaşlıq sayəsində nail ol-

maq olar. 

2. «Gündəlik məsələ XXI - əsr» - İnkişafı sosial, iqtisadi və ekoloji baxımdan necə dayanıqlı etmək olar 

proqramı. Proqramda ətraf mühitdə dəyişgənlik yaradan hərəkətedici qüvvələrin əhali, istehlak və texnologiya 

olduğu izah edilir.»Gündəlikdə» qeyd edilir ki, yalnız qlobal miqyasda partnyorluq - bütün xalqlara daha təhlü-

kəsiz və təminatlı gələcək bəxş edə bilər. 

3. İqlimin Dəyişməsi haqqında BMT – in Konvensiyası. O, «parnik qazlarının» dünya iqlim sistemində təh-

lükəli disbalansına səbəb olmayan səviyyədə stabilləşdirməyi nəzərdə tutur. 

4. Bioloji müxtəliflik üzrə Konvensiya, Konvensiyada dünya ölkələrindən biomüxtəlifliyi qoruyub saxlamaq 

üçün tədbirlərin görülməsi tələb olunur. 

5. İqtisadi inkişafı təmin etmək və bütün həyat formalarını saxlamaq üçün bütün meşə tiplərinin idarə olun-

ması, mühafizəsi və dayanıqlı inkişafı prinsipləri haqqında bəyanət. 

Konfrans aydın göstərdi ki, bəşəriyyət ətraf təbii mühitə və sosial – iqtisadi inkişafa daha təcrid edilmiş halda 

baxmamalıdır.Yüksək keyfiyyətli təbii mühitə  və dünyanın bütün xalqları üçün sağlam iqtisadiyyat kimi iki 

məqsədə nail olmaq vacibdir.  




 

409


XXI Fəsil 

 

YENİ SİVİLİZASİYA DÖVRÜNÜN 

EKOLOGİYASI 

 

21.1. İnkişafın alternativ yollarının axtarışı 

 

Bu fəsil Q.Ş.Məmmədov və M.Ş.Babayevin rus dilindən azərbaycan dilinə tərcümə etdikləri N.M.Məmmə-

dov və İ.T. Suraveginanın «Ekologiya» kitabının 7-ci fəsli əsasında yazılmışdır. 

Cəmiyyətlə təbii mühitin qarşılıqlı təsiri indiyə kimi kortəbii baş vermişdir. Bu gün məlum olmuşdur ki, cə-

miyyət təbiətin gələcəyi üçün məsuliyyəti öz üzərinə götürməli, kotrəbii qraşılıqlı təsirdən şüurlu istiqamətlən-

dirməyə keçməlidir. Bəşəriyyət indi daha çox başa düşür ki, təbiətin imkanları, indiki və gələcək nəsillərin ma-

raqları nəzərə alınmadan biosferin ehtiyatlarını və Yerin başqa sərvətlərini mənimsəmək olmaz. 

Ekoloji problemin məzmununu təşkil edən əksər məsələlər cəmiyyət qarşısında bu və ya digər dərəcədə bü-

tün tarix boyu mövcud olmuşdur. İnsanın əmələ gəldiyi vaxtdan onun biosferə təsiri daima artmışdır. Lakin yal-

nız industrial cəmiyyət və demoqrafik partlayış şəraitində insan fəaliyyətinin mənfi nəticələri qlobal xarakter al-

mışdır. Bu zaman əsas məsələ biosferin əsaslarını dağıtmadan Yerdə milyardlarla insanı necə yerləşdirməyə, on-

ların tələb və arzularını necə yerinə yetirməyə gətirib çıxarır. 

Bu gün Yerdəki bütün həyat formalarının taleyi birmənalı şəkildə insan fəaliyyətinin xarakterindən asılıdır. 

Cəmiyyət üçün öz inkişafının ağıllı yolunu, başqa sözlə, öz gələcəyini müəyyən etmək vacibdir. 

Ekoloji problem cəmiyyətin alternativ inkişaf ideyalarının əsası olmuşdur. Bu ideyalar istehlakı, insanların 

həyatının səviyyə və keyfiyyətini, istehsalı, texnologiya və s. radikal şəkildə dəyişməyi tələb edir. 

İnkişafın alternativ yollarının axtarılması, şübhəsiz ki, həyat normalarının, mədəni ənənələrin köhnəlmiş qay-

dalarına yenidən baxılması ilə əlaqədardır. Bəzən kənar tədbirlər təklif edilir. Məsələn, bəziləri güman edir ki

yalnız Şərqin qədim mədəniyyəti yeni sivilizasiya üçün əsas nümunə ola bilər. 

Əlbəttə, müxtəlif mədəniyyətlərdən dəyərli olanını qəbul etmək vacibdir. Lakin qədim mədəniyyətlərin «ana-

loqu» əsasında indikinə alternativ cəmiyyət yaratmaq mümkün deyil.  

İnkişafın alternativliyi o vaxt qəbul edilə bilər ki, o ya köhnədən hansı göstrəricisinə görəsə üstün, ya da heç 

olmasa onunla bir səviyyədə olsun. Bu baxımdan, elm və müasir texnologiyadan istifadə etməklə alternativ sivi-

lizasiyanın əsaslarını yaratmaq istəyənlər həqiqətə daha yaxındırlar. 

Bəşəriyyətin alternativ inkişaf yolunun seçilməsinin özü elmi analizsiz mümkün deyildir. Bununla əlaqədar 

xüsusi elm – qlobalistika yaranmışdır. Onun əsas vəzifəsi mürəkkəb dünya (qlobal) problemlərinin ictimai inki-

şafa təsirini öyrənməkdir. Bu problemlərə ekolojidən (mühitin çirklənməsi, sərvətlərin tükənməsi və s.) əlavə, 

əhali problemi, elm və texnikanın inkişafı, təhsil, qızğın silahlanma (hərbiləşdirmə) və s. aid edilir. Ekoloji 

problem onlar arasında mərkəzi mövqedə durur. 

Qlobalistikanın inkişafında «Roma klubu» nümayəndələrinin böyük xidməti olmuşdur. İtaliya alimi və icti-

mai xadimi Aurelio Peççeinin təşəbbüsü ilə 1968-ci ildə yaradılmış bu beynəlxalq təşkilat dünyanın ən tanınmış 

alimlərini özündə birləşdirir. «Roma klubu» 1972-ci ildə «İnkişafın həddi» adlı məruzə nəşr etdirildikdən sonra 

məşhurlaşdı. Bu məruzənin məqsədi – xəbərdarlıq etmək idi. Əhalinin artımında mövcud olan meylləri, istehsa-

lı, çirklənməni, sərvətlərdən istifadə edilməsini və ekoloji böhrandan xilas olmağa xidmət edən ictimai həyatın 

(siyasətdə, iqtisadiyyatda, mədəniyyətdə  və s.) müxtəlif sahələrində belə  dəyişmələrə  şərait yaradan nəticələri 

üzə çıxarmaq zəruridir. 

Məruzədən məlum olurdu ki, industrial eranın və insanlar üçün adi olan istehlakçılıq həyat tərzinin sonu çat-

mışdır. Cəmiyyətin biosferə təzyiqi elə bir həddə çatmışdır ki, onun özünü təbii təmizləmə mexanizmi kifayət 

etmir.  İnsanın istehsal fəaliyyətinin  əlverişsiz nəticələrini aradan götürmək üçün biosferdə davamlılıq ehtiyatı 

çatmır. 


Bəs insanın dünyada yeni mövqeyinin mahiyyəti nədən ibarətdir və ona hansı yeni rol nəzərdə tutulmuşdur? 

Bu suala «Roma klubu»nun və digər beynəlxalq təşkilatların məruzələrində cavab verilmişdir. 

 Ən əvvəl insanın xüsusi biosfer funksiyası – biosferi xilas etmək və qorumaq vəzifəsi məlum olmuşdur. Ar-

zuolunmaz ekoloji aqibətin qarşısını almaqdan ötrü bəşəriyyət kortəbii inkişafdan səmərəli, tənzimlənmiş, təbiət 

və cəmiyyətin təkamül qanunlarına əsaslanan inkişaf yolunu tutmalıdır. Yalnız bu halda cəmiyyətin inkişafı fa-

siləsiz və uzunmüddətli, xüsusi sosial sarsıntılarsız və təbii qəzalarsız ola bilər. Yalnız bu cür inkişafı davamlı 

hesab etmək olar. Lakin bundan ötrü böyük yaradıcı  iş  tələb olunur. Digər tərəfdən, insanların  şüuru, onların 

məqsəd və əxlaqi oriyentirləri əsaslı şəkildə dəyişməlidir. 

Bəşəriyyət bu gün öz tarixinin həlledici anını yaşayır. Bir tərəfdən o, qlobal dünya problemlərilə rastlaşmış, 

digər tərəfdən isə həmin problemlərin həlli üçün tələb olunan intellektual, texnoloji potensiala malikdir. Bundan 

ötrü bütün adamların tarix, gələcək qarşısında öz məsuliyyətlərini dərk etmələri vacibdir. Yaşamaqdan ötrü in-

sanlar inkişafın yeni tipinə keçməli, öz həyat fəaliyyətlərini dəyişməlidirlər. Qlobal ekoloji böyran insanın bios-

fer qarşısında öz vəzifəsini başa düşməməsindən irəli gəlir. Beləliklə, problem, insandan kənarda deyil, onun 



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   213   214   215   216   217   218   219   220   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə