MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə218/228
tarix30.12.2017
ölçüsü4,78 Mb.
#18712
1   ...   214   215   216   217   218   219   220   221   ...   228

 

410


özündədir və bu problemin həlli ilk əvvəl planetimizin bütün sakinlərinin əsl insan keyfiyyətlərinin inkişafı ilə 

bağlıdır. 

 

21.2. Davamlı inkişaf konsepsiyası 

Davamlı inkişaf dedikdə indiki nəsillərin tələbini ödəyən, gələcək nəsillərin tələbinin ödənilməsini təhlükə 

altına almayan inkişaf başa düşülür. 

«Davamlı» inkişaf konsepsiyası ilk dəfə 1987-ci ildə BMT Beynəlxalq Komissiyasının məruzəsində  təklif 

edilmiqdir. Bu sənədin işlənməsində 200-dən çox dövlət iştirak etmişdir. 1992-ci ildə ətraf mühit və inkişaf üzrə 

BMT-nin Rio-de-Janeyroda keçirilmiş konfransı bu konsepsiyanı planetin bütün ölkələri üçün XXI əsrdə fəaliy-

yət planı kimi təsdiq etdi. 

«Cəmiyyət - təbiət» qlobal sistemində davamlı inkişaf müxtəlif səviyyəli sosioekosistemlərdə dinamik müva-

zinətin gözlənilməsini tələb edir. Məlum olduğu kimi, sosioekosistemin komponentləri cəmiyyət (sosial sistem) 

və təbii mühitdir. (eko və geosistemlər) Sosioekosistemlərin dinamik müvazinəti göstərilən sistemlərin onların 

inkişaf prosesində müəyyən münasibətlərin gözlənilməsini nəzərdə tutur. 

Buradan belə nəticə çıxarmaq mümkündür ki, sosioekosistemin fasiləsiz inkişafı üçün sistemin mühit ilə tək-

cə maddə, enerji və informasiya mübadiləsi deyil, həmin mübadiləni təmin edən xarici mühit də qorunub saxla-

nılmalıdır. Bizim planetin, onun biosferinin məhdud imkanlar şəraitində bu şərtin yerinə yetirilməsi üçün cəmiy-

yət tərəfindən təbii mühit qorunmalı və inkişaf etdirilməlidir. 

Davamlı inkişaf konsepsiyasının əsas ideyası sosial-iqtisadi və ekoloji inkişafın qarşılıqlı bağlılığı üçün şəra-

it və mexanizmlərin yaradılması, təbii mühitin problemlərinin sosial-iqtisadi proseslərlə vəhdətdə baxılmasıdır. 

Yalnız bu halda cəmiyyət və təbii mühitin inkişafı üçün zəmin yaradıla bilər. 

Rio-de-Janeyroda yüksək səviyyədə toplanmış görüş  iştirakçıları prinsiplər məsələsini qəbul etmişlər. Bu 

prinsiplərdə xalqların inkişaf hüququ və onların ətraf mühitin qorunmasındakı vəzifələri müəyyən edilir. 



Ətraf mühitə və inkişafa dair Rio-de-Janeyro bəyannaməsinə aşağıdakı ideyalar daxildir

 



İnsanlar təbiətlə həmahəng sağlam və məhsuldar yaşamaq hüququna malikdir 

 



Bugünkü inkişaf indiki və gələcək nəsillərin ziyanına həyata keçirilməməlidir. 

 



Davamlı inkişafı həyata keçirmək üçün ətraf mühitin mühafizəsi inkişaf prosesinin ayrılmaz hissəsini təş-

kil etməli və ona ayrılıqda baxılmamalıdır. 

 

Sabit inkişafı təmin etmək və əhalinin çoxunun tələblərini ödəməkdən ötrü yoxsulluğun kökünün kəsil-



məsi və dünyanın müxtəlif hissələrində həyat səviyyələrinin qeyri-bərabərliyinin ləğvi. 

 



Dövlətlər Yer ekosistemlərinin qorunması, mühafizəsi və bütövlüyünü bərpa etmək məqsədilə əməkdaşlıq 

edir. İnkişaf etmiş ölkələr, davamlı inkişafı təmin etməkdə beynəlxalq cəhdlər  üçün öz məsuliyyətini dərk edir-

lər. 



 



Dövlətlər istehsalın həyat qabiliyyəti olmayan modellərini məhdudlaşdırmalı, ləğv etməli və uyğun de-

moqrafik siyasəti müdafiə etməlidirlər. 

 

Ekoloji məsələlər  ən səmərəli  şəkildə bütün marağı olan vətəndaşların iştirakı ilə  həll edilir. Dövlətlər 



ekoloji informasiyaya geniş yol açmaqla əhalinin iştirakını inkişaf etdirir və genişləndirirlər. 

 



Dövlətlər bütün ölkələrdə iqtisadi yüksəlişə və davamlı inkişafa gətirib çıxaracaq açıq beynəlxalq iqtisadi 

sistemin yaradılması işində əməkdaşlıq etməlidirlər. 

 

Ətraf mühiti çirkləndirən, bu çirklənməyə görə maliyyə məsuliyyəti daşımalıdır. 



 

Davamlı inkişaf problemin daha dərindən elmi dərk edilməsini tələb edir. 



 

Davamlı inkişafa çatmaq üçün qadınların hərtərəfli iştirakı vacibdir. Gənclərin yaradıcı qüvvələrinin işti-



rakı zəruridir. 

 



Müharibə davamlı inkişaf prosesinə dağıdıcı təsir göstərir. Ona görə də dövlətlər silahlı konfliktlər zama-

nı ətraf mühiti mühafizə edən beynəlxalq hüquqa hörmət etməlidirlər. 

 

Sülh, inkişaf və ətraf mühitin mühafizəsi bir-birindən asılı və ayrılmazdır. 



Sosioekosistemlərin davamlı inkişafı davamlı  cəmiyyətin, yəni insanların bir neçə  nəsli dövründə mövcud 

ola bilən cəmiyyətin imkanını müəyyən edir.  

Sosial baxımdan davamlı cəmiyyətdə əhalinin sayı, kapital və texnologiyanın ehtiyatı hamının yüksək həyat 

səviyyəsini təmin etməlidir. İqtisadi baxımdan davamlı cəmiyyətdə ehtiyatlardan və enerjidən istifadə aşağıdakı 

şərtlərə uyğun şəkildə həyata keçirilməlidir. 

-

 



bərpaolunan sərvətlərdən istifadə tempi onların bərpası tempini üstələməməlidir; 

-

 



bərpaolunmaz sərvətlərdən istifadə tempi onların bərpaolunan əvəzinin işlənib hazırlanması tempini üstə-

ləməməlidir; 

-

 

zəhərli çirkləndirici maddəlirin atılması ətraf mühitin onları udması imkanını aşmamalıdır. 



Davamlı cəmiyyətdə ədalətsiz bölgüyə yer olmamalıdır. Yoxsulluğa iki səbəbdən yol verilə bilməz. Birinci-

si, yoxsulluq davamlılığın rəmzi ola bilməz və olmamalıdır, ikincisi, cəmiyyət yoxsulluq zamanı əhalinin sayını 




 

411


sabitləşdirmək imkanından məhrum olur. Davamlı cəmiyyət əxlaqi və praktiki səbəblərdən hamını maddi cəhət-

dən təmin etməlidir. 

Davamlı dünya yekcins «donmuş» dünya demək deyildir. Əksinə, müxtəliflik təbiətdəki davamlılığın səbəb 

və nəticəsidir. Bu eynilə insan cəmiyyətində də müşahidə edilməlidir. Mədəni müxtəliflik və yerli muxtariyyət 

belə dünyada genişlənir. Başqa sözlə, davamlı cəmiyyətin qeyri-demokratik, cansıxıcı və yekcins olmasına sə-

bəb yoxdur. Davamlı  gələcəyi təmin etməkdən ötrü dünya iqtisadiyyatı demoqrafik siyasəti dəyişdirməli, bir 

çox dəyərlər yenidən dərk edilməli və ənənəvi həyat tərzindən imtina edilməlidir. Bütün bunları çox vaxt ekoloji 

inqilabla bağlayırlar. Bu doğrudan da, bəşər tarixində aqrar və sənaye inqilabı ilə yanaşı dura biləcək nəhəng so-

sial dəyişiklikdir. 

Əhalinin görünməmiş artımına səbəb olmuş aqrar inqilabdan fərqli olaraq ekoloji inqilabın məqsədi Yerdəki 

əhalinin sayı ilə təbii sərvətlər, sosial-iqtisadi inkişaf ilə ekoloji inkişaf arasında müvazinəti bərpa etməkdir. 

Əvvəlki hər iki inqilab texnologiyanın təkmilləşməsi nəticəsində baş vermişdi: əkinçiliyin yaranması aqrar 

inqilaba, buxar mühərrikinin kəşfi isə sənaye inqilabına səbəb olmuşdu. 

Ekoloji inqilabın əsas hərəkətverici qüvvəsi informasiya texnologiyasından istifadə və insanın təbiətin müx-

təlif amilləri ilə vəhdətinin nəzərə alınmasının zəruriliyi ilə şərtlənən, yeni texnika və iqtisadiyyatdakı dəyişik-

liklər ilə olacaqdır. 

Ekoloji inqilab daha iri addımla inkişaf etməlidir. Əgər aqrar inqilab 10 min il əvvəl başlamış, sənaye inqila-

bı isə (müxtəlif formalarda) artıq iki yüz ildən çox davam edirsə, ekoloji inqilab üçün bizə yalnız bir neçə on il-

lik vaxt verilmişdir. 

Kənd təsərrüfatı sahəsindəki inqilab ərzaq məhsulları istehsalının artımı ilə ölçülürdü. Bu məhsulların artıqlı-

ğı  əkinçiliyə  şəhərliləri  ərzaqla təmin etməyə imkan vermişdir. Eynilə  sənaye inqilabı da xammal və  sənaye 

mallarının istehsalının həcmi ilə ölçülürdü. Ekoloji inqilabın uğurları haqqında, onun cəmiyyətin davamlı inki-

şafını sabit, sağlam həyat tərzinin, indiki və gələcək nəsillərin mövcudluğunu təmin etmək imkanı əsasında mü-

hakimə yeritmək mümkündür. 



Davamlı inkişaf konsepsiyası ekoloji, iqtisadi və digər sosial problemlərin birliyini nəzərdə tutur. Bu konsep-

siya əhalinin artımının tənzimlənməsi imkanına, insanlarda şüurlu istehlakın formalaşdırılmasına, ekoloji mə-

dəniyyət və etikaya əsaslanır. 

 

21.3. Yeni sivilizasiyanın mədəniyyəti və əxlaqı 



XXI əsrin başlanğıcında bəşəriyyət görünməmiş miqyasda kəskinləşdiyi vəziyyətə düşmüşdür. Bu problemlər 

fonunda nəinki Yerin geofiziki vəhdəti, bizim sivilizasiyanın dəyərləri sisteminin, mədəniyyətin vahidliyi real şə-

kildə dərk edilməyə başlamışdır. 

Mədəniyyət insanların həyat tərzinin təşkili və adaptasiyası kimi onların bir-birinə və təbii mühitə münasibə-

tinin vacib göstəricisidir. Məzmunundan və istiqamətindən asılı olaraq o, xalqları bir-birinə yaxınlaşdıra və ayı-

ra bilər. Bizim zəmanəmizdə bəşəriyyətin sağ qalması, özünəməxsus milli mədəniyyətləri ümumbəşəri dəyərlər-

lə birləşdirən vahid dünya mədəniyyətinin yaranmasından asılıdır. 

Müasir dünyanın mürəkkəb problemləri şəxsiyyətin intellektual və humanist keyfiyyətləri haqqında məsələni 

kəskin şəkildə ortaya qoyur. Aşkar olur ki, fərdin formalaşması milli ilə yanaşı, dünya mədəniyyətinin təsiri al-

tında getməlidir. Bu iki ölçünün uyğunluğu insanın sosial və  ətraf mühitlə münasibətlərindəki birtərəflilikdən 

yayınmağa imkan verər. 

Dünya mədəniyyətinin təşəkkül tapmasını çox vaxt yalnız mədəniyyətin avropalaşması ilə eyniləşdirirlər. 

Dünya mədəniyyəti bütün dünya xalqlarının mədəniyyətinin nailiyyətlərini özündə birləşdirməklə, onların müs-

təqilliyini qoruyub saxlayır. Bəşəriyyətin vahid mədəniyyəti ayrı-ayrı xalqların mədəniyyətini əvəz etmir, onları 

zənginləşdirir, onlara müasir dövrün problemlərinin həllində köməklik göstərir. Başqa sözlə, mədəniyyət insan-

ların həyat fəaliyyətinin milli səviyyədə sadə təcrübəsi kimi deyil, çoxölçülü, qlobal proseslərlə əlaqədar hadisə 

kimi qarşımızda durur. 

Həm milli, həm də dünyəvi inkişafın əsasını insanla təbiətin harmoniyası təşkil etməlidir. İqtisadiyyatın inki-

şafına istiqamətlənmiş əvvəlki strategiyanın yerinə mərkəzində insanın durduğu strategiya gəlməlidir. İnsanların 

müasir həyat tərzi və onların məqsədi sənaye cəmiyyəti dövründə formalaşdığına görə əsaslı şəkildə dəyişməli-

dir. Ona görə də təkcə mədəni ənənələr deyil, yeni ekoloji mədəniyyətin məqsədyönlü inkişafı da zəruridir. 

Ekoloji mədəniyyət insanın təbiətlə onu dərindən dərk edilməklə birləşməsinin, barışmasının yeni üsuludur. 

Ekoloji mədəniyyətin ən vacib əlaməti sadəlövh antroposentrizmdən imtina edilməsi və biosferosentrik ba-

xışların qurulduğu baxışlara keçilməsidir. Bu o deməkdir ki, indi istənilən problemin həllində üstünlük sosial-iq-

tisadi amillərə deyil, təbii amillərə verilməlidir. 

Belə yanaşmanın son məqsədi də, bilavasitə olmasa da, onun mövcud olduğu təbii mühiti saxlamaqla yenə 

də insandır. Ekoloji mədəniyyətin ölçüsü kimi ekoloji etika çıxış edir. Ekoloji etikaya əxlaq münasibətləri sfera-

sında «insan-insan», «insan-cəmiyyət» ənənəvi münasibətləri ilə yanaşı «insan-təbiət» münasibətlərinin bir sıra 

cəhətləri daxil edilmişdir. 



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   214   215   216   217   218   219   220   221   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə