MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə219/228
tarix30.12.2017
ölçüsü4,78 Mb.
#18712
1   ...   215   216   217   218   219   220   221   222   ...   228

 

412


Ekoloji etikaya məxsus olan əsas xassələr içərisində aparıcı xüsusiyyəti gələcək nəsillərin yaşayacağı  təbii 

mühitə olan qayğı təşkil edir. Ekoloji etikanı onun ənənəvi istiqamətlərindən fərqləndirən onun üzünü gələcəyə çe-

virməklə, indinin qayğısına qalmasıdır. 

 

Ekoloji etikanın vəziyyəti artıq indi aşağıdakı tələbləri təklif etməyə imkan verir: gələcək nəsillərin yaşaması 



imkanını pozan istənilən hərəkətdən imtina etmək; təbii mühitin vəziyətinə təsir göstərən qərarların qəbulunda 

gələcək nəsillər qarşısındakı məsuliyyət ölçüsü aparıcı olmalıdır; indiki nəsillərin mənafeyinə görə gələcək nə-

sillərə ziyan vurulmasına yol verilməməlidir. 

 

İnsanla təbiət arasında qarşılıqlı münasibətlərin harmoniyasının təmin edilməsinə xidmət edən ekoloji etika-



nın müddəaları o zaman reallaşa bilər ki, o, insan fəaliyyətinin bütün sahələrini (təhsil, tərbiyə, siyasət və s.) 

əhatə etsin. Yalnız bu halda ekoloji məzmunla dolmuş etik normalar xoş arzular kimi qalmayıb, yeni ekoloji cə-

miyyəti yaxşılaşdıra bilər. 

 

Sivilizasiyanın sonrakı inkişafı üçün insanların həyat fəaliyyəti, onların təşkili qaydası tənzimlənməlidir. Mil-



li mədəniyyət dəyərlərini tamamlayan ümumbəşəri dəyərlərin zəruriliyi aşkar olur. Birləşdirici humanist müd-

dəalar ekoloji etika sayəsində inkişaf edir. Bu mədəniyyətlərin dialoqu, millət və xalqların qarşılıqlı anlaşması 

üçün əsas verir. Ekoloji etika əsasında təbiətə yeni münasibət, ondan şüurlu, düşüncəli istifadə mədəniyyəti for-

malaşır. 

 

21.4. Siyasi ekologiya 

Siyasi ekologiya təbii mühitin vəziyyətinin siyasi proseslərə təsirini, ekoloji problemlərin həllinin vəziyyətini 

öyrənir. 

Siyasət (yun. politike – dövləti idarəetmə bacarığı) – təşəkkül tapmış ictimai qaydaları cəmiyyətdə qorumaq 

məqsədilə müxtəlif sosial qruplar və siniflər arasındakı münasibətləri tənzimləyən xüsusi fəaliyyət formasıdır. 

Siyəsət tarixən özünün əsas məqsədini müəyyən hakimiyyətin reallaşdırılmasından ötrü əlverişli şəraitin yaradıl-

masında görmüşdür. 

Cəmiyyətin iqtisadi maraqları son nəticədə siyasi hərəkətlərin əsas səbəbi kimi çıxış edir. Lakin siyasət də öz 

növbəsində iqtisadiyyatın inkişafına əks təsir göstərir, bəzən isə yeni iqtisadiyyatın yaranmasına səbəb olur. 

Müəyyən siyasətin həyata keçirilməsi uyğun siyasi hakimiyyətsiz mümkün deyildir. Bura dövlət aparatı, si-

yasi partiyalar, həmkarlar ittifaqı və başqa siyasi təşkilatlar daxildir. 

Mövcud hakimiyyətin saxlanması ikitərəfli, həm daxili, həm də xarici siyasətin yeridilməsini nəzərdə tutur. 

Əgər birinci ölkə daxilində sosial-iqtisadi və başqa proseslərə nəzarət və idarə etmək üçündürsə, ikincisi bu mə-

sələlərin yerinə yetirilməsi üçün əlverişli dövlətlərarası münasibətlər yaratmalıdır. 

Siyasət elmi məlumatlara əsaslanmalı, əxlaqın yüksək kriterilərinə uyğun gəlməlidir. Bu gün məlum olmuş-

dur ki, siyasət insanların təkcə sosial, mədəni, iqtisadi tələblərini deyil, həm də ekoloji tələblərini də nəzərə al-

malıdır. Əgər hava ilə nəfəs almaq, suyu içmək, qidanı yemək mümkün deyilsə, onda bütün siyasi problemlər öz 

gücünü itirir. 

Təbii mühitin vəziyyəti problemi planetin praktiki olaraq bütün regionlarının əhalisində böyük maraq və hə-

yəcan hissi yaradır. İnkişaf etmiş ölkələrdə ekoloji məsələlər milli problemlər siyahısında birinci yerdə durur. 

Yaşama şəraitinin keyfiyyətcə pisləşməsi sosial ziddiyyətlərin kəskinləşməsinə, sosial sahədə gərginliyin art-

masına gətirib çıxarır. Ekoloji ziddiyyətlər müasir cəmiyyətdə çox vaxt sosial ədalətsizliyin dərinləşməsinə sə-

bəb olur. «Ekoloji cəhətdən təmiz mühitdən»  istifadə əsasən inkişaf etmiş ölkələrin və varlı təbəqələrin imka-

nında olur. 

Belə  vəziyyət ekoloji məsələlərə siyasi partiyaların yüksək maraq göstərməsini müəyyən edir. Belə ki, bu 

gün heç bir partiya əhalinin ekoloji tələblərini nəzərə almadan seçkilərdə qələbəyə ümid bəsləyə bilməz. Siyasi 

partiyaların proqram sənədlərində onların ekoloji məsələlərə dair mövqeyi əks olunmuşdur. 

Siyasi ekologiya ictimai həyatın demokratikləşdirilməsinə, söz azadlığına, ekoloji informasiyanın aşkarlığına 

xüsusi  əhəmiyyət verir. Bu, ekoloji problemlərin həlli üçün vacib şərtdir. Demokratikləşmə, cəmiyyətin idarə 

edilməsində inzibati metodlardan imtina edilməsi, təbii mühitin vəziyyətinə dair informasiyaya məhdudiyyətlə-

rin qoyulmaması təbiətin mənimsənilməsinin, onun ehtiyatlarından optimal istifadənin alternativ yollarının se-

çilməsi üçün real zəmin yaradır. 

Əhalinin geniş təbəqələri tərəfindən ekoloji istehlakın zəruriliyinin dərk edilməsi və ekoloji biliklərin popul-

yarlaşdırılması kütləvi ekoloji hərəkatların yaranmasını şərtləndirmişdir. Hazırkı vaxtda bu hərəkatların ideyala-

rının yayılması dünyadıkı siyasi prosesləri bir çox cəhətdən müəyyən edir, dövlət təşkilatlarının, ənənəvi siyasi 

partiyaların və həmkarlar təşkilatlarının fəaliyyətinə təsir göstərir. 

Müasir ekoloji hərəkat təşkilati cəhətdən formalaşaraq sürətlə siyasiləşir. «Yaşıllar» partiyaları əksər inkişaf 

etmiş ölkələrdə mövcuddur, onların nümayəndələri isə bir çox milli parlamentlərin tərkibinə daxildir. 

«Yaşıllar» partiyası üçün az və ya çox ümumi olan əsas siyasi prinsiplər aşağıdakılardır: 



 

413


-

 

əsas diqqətin ekoloji problemlərin səbəb və konkret təzahürlərinə verilməsi; 



-

 

dünyada möhkəm sülhə nail olunması və ümumi tərk-silah; 



-

 

ictimai həyatın müxtəlif sahələrində demokratik inkişaf yollarının müdafiə edilməsi; 



-

 

ekoloji etika və mədəniyyətin təbliği; 



-

 

ekoloji iqtisadiyyatın, energetikanın və texnologiyanın alternativ növlərinin inkişafına köməklik göstər-



mək. 

«Yaşıllar»ın beynəlxalq təşkilatlara birləşməsi baş verir. «Qrinpis» ekoloji təşkilatının fəaliyyəti hamıya yax-

şı məlumdur. 

Biosfer ehtiyatlarının tükənməsi, təbii mühitdə müxtəlif tip çirklənmələrin toplanması və bununla əlaqədar 

xəstəliklərin və ölümün artması siyasətçilər qarşısında ayrı-ayrı dövlətlərin və bəşəriyyətin bütövlükdə təhlükə-

sizliyi problemini qoymuşdur. 

Bir çox ölkələrdə milli təhlükəsizlik konsepsiyasına ekoloji amil mütləq nəzərə alınmaqla baxılır. 

Beynəlxalq siyasətdə  də ekoloji amil güclü rol oynamağa başlamışdır. Bu, dünya ictimaiyyətinin ekoloji 

problemlərinin həm qlobal, həm də regional təzahürlərinin həllində əməkdaşlığının zəruriliyindən irəli gəlir. 

Siyasi ekologiyada mərkəzi yeri dövlətlərarası ziddiyyət və konfliktlər tutur. Onların səbəbləri: 

1) çirkləndirici maddələrin dövlətlərarası daşınması (hava və su yolları və s. vasitələrlə); 

2) qonşu ölkələrin təbii mühitinə ziyan vuran sənaye qəzaları; 

3) bütün bəşəriyyətə məxsus olan ehtiyatlardan (Yaxın Kosmos, Dünya okeanı, Antraktida və s.) istifadə; 

4) hərbi fəaliyyət ilə (silahların sınaqdan keçirilməsi, hərbi əməliyyatlar və s.). 



Ekoloji ziddiyyətlərin dərinləşməsi yerlərdə insanların gələcək üçün məsuliyyətini artırır, onların siyasi qə-

rarların qəbulunda iştirakına təsir göstərir. Bu özünü konkret olaraq ekoloji hərəkat və təşkilatların formalaş-

masında biruzə verir. Onlar yeni həyat formalarının təşkilinin tapılması ilə çıxış edən alternativ hərəkatlara aid 

edilir. Son onilliklərdə ekoloji hərəkatlar ayrı-ayrı ölkələrin siyasətinə xeyli təsir göstərmişlər. Bir çox ənənəvi 

partiyalar da «yaşılların»şüarlarını qəbul etmişlər. Ekoloji təhlükəsizliyin təmin edilməsi milli və dünya siyasə-

tinin tərkib hissəsi olmuşdur. 

 

21.5. Ekoloji hüquq 

Davamlı inkişafa keçid yalnız hərtərəfli əsaslandırılmış qanunun aliliyi və icra edilməsi təmin edilən, insa-

nın və ekosistemin hüquqi müdafiəsi mövcud olan hüquqi dövlət şəraitində mümkündür. 

Hüquq – cəmiyyətdə insanların münasibətini tənzimləyən, müəyyən mənada dövlət tərəfindən müəyyən edi-

lən və qorunan normaların məcmusudur. Hüquqi dövlətin yaranması kimi cəmiyyətin mövcudluğu sivilizasiya 

formasına keçid ilə əlaqədar yaranmışdır. İbtidai icma cəmiyyətində insanlar arasında münasibətlər normalarla 

həyata keçirilirdi, yəni təbii zəruriliyə əsaslanan adətlər vasitəsilə tənzimlənirdi. Sivilizasiyanın hələ ilk mərhə-

lələrində bu normaları dəqiq formalaşdıran və ciddi şəkildə gözləyən qanunlara ehtiyac yarandı. 

Uzun müddət hüquq qanunlar şəklində dövlət hakimiyyətinin əlavəsi, davamı kimi mövcud olmuşdur. Qa-

nunları dövlət müəyyənləşdirir, onların həyata keçirilməsini təmin edirdi. 

Hüquq tam inkişafına və öz rolunun həyata keçirilməsinə yalnız demokratiya şəraitində çatır. Hüququn alili-

yi təsdiq edilir, o dövlət hakimiyyəti üzərində yüksəlir, yəni hüquqi dövlət yaranır. 

Hüquq demokratik cəmiyyət şəraitində: 

-

 



dövlət hakimiyyətini əlaqələndirir və özünə tabe etdirir; 

-

 



dərin əsaslanmalar əldə edir və ölkə konstitusiyasında möhkəmlənir; 

-

 



müstəqil və güclü olan məhkəmə ilə birləşir. 

Hüquq dövlət haqqında təsadüfi təsəvvürlərin formalaşmasına Qədim Yunan və Romanın hüquqi ideyaları, 

antik demokratiyanın təcrübəsi xeyli təsir göstərmişdir. 

Antik aləmdə ədalətli dövlət hakimiyyəti kimi simvolik olaraq hüquq və qüvvənin birləşməsini təmsil edən 

ilahə obrazı qanun və hüquqi qaydada Femidada ifadə edilmişdir (gözlərdə sarğı, qılınc və ədalət tərəzisi ilə:) 

hamı üçün zəruri olan bərabər ölçüdə qanunçuluq ilahə tərəfindən mühafizə olunur. 

«Hüquqi dövlət» termininin özü (almanca Rechtsstaat) XIX əsrin birinci üçdə bir hissəsində ədəbiyyatda təs-

diq edilmişdir. 

Lakin hüquqi dövləti tərənnüm edən müxtəlif təlimlər Yeni dövrdə formalaşmağa başlamışdır. Onlar feodal 

özbaşınalığının tənqidi, humanizm ideyaları və insan hüquqları məcrasında inkişaf edirdi. 



Hüquqi dövlətin ən vacib fərqləndirici əlamətlərinə qanunun aliliyi, fərdlərin hüquq və azadlığının reallığı, 

suveren dövlət hakimiyyətinin qanunvericilik, icra və məhkəməyə bölünməsi əsasında təşkili və fəaliyyəti daxil-

dir. 

Hüquq insan üçün əlverişli təbii şəraitin təmin edilməsində müəyyən rol oynaya bilər. Hüquqi dövlət şəraitində 

o, «cəmiyyət - təbiət» münasibətlərinə normativ, vacib səciyyə yetirə bilər.  

Ekoloji münasibətlərin (o cümlədən ictimai) hüquq vasitəsilə tənzimlənməsi yeni əsaslandırılmış qanunların 

qəbulu ilə başlamalıdır. Qanunçuluğun əsasını ölkə konstitusiyası təşkil edir. Beynəlxalq normalara uyğun ola-

raq, konstitusiya ekoloji münasibətlərin tənzimlənməsində dövlətin ümumi yanaşmasını müəyyənləşdirir. Belə 




Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   215   216   217   218   219   220   221   222   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə