MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə22/228
tarix30.12.2017
ölçüsü4,78 Mb.
#18712
1   ...   18   19   20   21   22   23   24   25   ...   228

 

37

nisbətən qalın yarpağının sütunlu və süngər parenximinin hüceyrələrində 50-300 xırda xloroplast olur. 



Fotosintezin və tənəffüs intensivliyinin yüksək olması işıqsevən bitkilərin xarakterik fizioloji xüsusiyyətləridir.  

2. Kölgəsevər bitkilər və ya ssiofitlərə – kölgəli meşələrin alt yarusunun, mağara və dərin suların bitkiləri 

aiddir; bu bitkilər düz günəş  şüalarının güclü işıqlanmasına pis tab gətirir.  Şimal enliyarpaqlı  və tünd 

iynəyarpaqlı meşələrin sıx çətri cəmi 1-2% FAR keçirə bilərək onun spektral tərkibini dəyişir. Bu meşələrin 

ssiofitlərindən yaşıl mamırları, adi dovşan kələmi, armudgülü və plaunu göstərmək olar. Ssiofitlər heliofitlərə 

nisbətən yarpaqlarında az quru maddə saxlayır, hüceyrə  şirəsinin qatılığı da aşağıdır, bunlarda xlorofil də az 

olur.  

Kölgəsevən ağaclara küknar, ürəkyarpaq cökə, fıstıq, qaraçöhrə və b. göstərmək olar. 



3. Kölgəyə davamlı bitkilər və ya fakultativ heliofitlər, bu və ya digər dərəcədə kölgələnməyə dözür, 

işıqda da yaxşı bitir: bu bitkilər işıqlanma  şəraitinin dəyişməsilə özünü dəyişdirə bilir. Bu qrupa bəzi çəmən 

bitkiləri, meşəaltı otlar və kollar, meşə talalarında, kənarlarında, qırıntı sahələrində bitən bitkiləri aid etmək olar.  

İşıq böyük siqnal əhəmiyyəti də daşıyaraq orqanizmlərin nizamlanma adaptasiyasına səbəb olur. Vaxta görə 

orqanizmlərin aktiviliyini tənzimləyən ən etibarlı siqnallardan biri günün uzunluğu - fotodövr hesab olunur.  

Fotodövrlük – günün uzunluğunun mövsümi dəyişməsinə orqanizmlərin reaksiyası haidisəsidir. Hər hansı 

bir məkanda ilin eyni vaxtında günün uzunluğu həmişə eyni olur. Bu, bitkiyə və heyvana həmin en dairəsində 

ilin fəsilləri üzrə müəyyənləşməyə imkan yaradır, yəni çiçəklənmənin başlanğıcı, yetişkənlik və s. Başqa sözlə – 

fotodövrlük canlı orqanizmdə fizioloji proseslərin ardıcıllığıdır.  

Fotodövrlüyü sadəcə gündüzün gecə ilə  əvəz olunmasından asılı olan adi xarici sutkalıq ritmlərlə 

eyniləşdirmək olmaz. Lakin heyvanlarda və insanda həyat fəaliyyətinin sutkalıq tsiklliyi növün anadangəlmə 

xassəsinə keçir, yəni daxili (endogen) ritmlər təşəkkül tapır.  

Bu ritmlər orqanizmə vaxtı hiss etməyə kömək edir, orqanizmin bu qabiliyyəti «bioloji saat» adlandırılır. 

Bu başqa yerlərə köçdükdə quşların günəşə görə hərəkətində köməklik göstərir və ümumiyyətlə, təbiətin daha 

mürəkkəb ritmlərində orqanizmlərə istiqamət verir.  

Fotodövrlük ünsiyyətcə möhkəmlənsə  də, yalnız digər faktorlarla birlikdə  (əlaqəli) təzahür edir (məs. 

temperaturla). Əgər «X» günü soyuq keçirsə, bitkinin çiçəklənməsi gecikir və ya yetişməkdə olan dövr soyuq 

keçdikdə kartofun məhsuldarlığı aşağı düşür. Subtropik və tropik zonalarda, mövsüm üzrə günün uzunluğu az 

dəyişdiyindən fotodövrlük mühüm ekoloji faktor sayıla bilməz – onu quraqlıq və yağışlı mövsümlərin 

növbələşməsi əvəz edir. Yüksək dağlıq zonada isə temperatur əsas siqnal faktoru hesab olunur.  

Bitkilərdə olduğu kimi, hava şəraiti poykiloterm heyvanlarda da əks olunur, homoyoferm heyvanlar isə bu-

na öz davranışlarının dəyişməsi ilə cavab verir: yuvasalma, miqrasiya və s.-nin vaxtı dəyişdirilir.  

İnsan yuxarıda göstərilən hadislərdən istifadə etməyi öyrənmişdir.  İşıqlı günün uzunluğunu süni olaraq 

dəyişərək bununla da bitkinin çiçəkləmə  və meyvəvermə vaxtını  dəyişmək (qış dövründə istixanalarda şitil, 

hətta meyvə yetişdirmək), toyuqların yumurtalama qabiliyyətini artırmaq və s. olar.  

Canlı  təbiət ilin mövsümləri üzrə Xopkinskinin bioiqlim qanununa uyğun olaraq inkişaf edir: müxtəlif 

mövsüm hadisələri  (fenotarix) yerin en və uzunluq dairəsindən, onun dəniz səviyyəsindən yüksəkliyindən 

asılıdır. Deməli, ərazi şimal, şərq və daha yuxarı ərazilərdə yaz gec, payız tez gəlir. Avropada en dairəsinin hər 

dərəcəsində mövsümi hadisələrin vaxtı üç gündən bir, Şimali Amerikada isə orta hesabla hər bir en dairəsi, hər 

bir uzunluq dairəsi və dəniz səviyyəsindən hər 120 m-də dörd gündən bir başlayır.  

Fenotarix müxtəlif kənd təsərrüfatı  və digər təsərrüfat işlərinin planlaşdırılmasında böyük əhəmiyyət 

daşıyır.  

 

2.3. Orqanizmlərin həyatında suyun rolu 

Suyun miqdarı  kəskin dəyişməyə  məruz qalarsa (qabarma, çəkilmə), çox duzlu sularda osmotik yolla 

orqanizmlər tərəfindən itirilirsə, ekoloji baxımdan, həm yerüstü, həm də su ərazilərində limitləşdirici faktor he-

sab olunur.  

Su canlı orqanizmlərin fəaliyyətində mühüm əhəmiyyətə malikdir. O, biokimyəvi reaksiyalar üçün əsas 

mühit, protoplazmanın vacib tərkib hissəsidir. Qida maddələri orqanizmdə əsasən su məhlulu şəklində dövr edir, 

bu  şəkildə  də orqanizmdən dissimlyasiya məhsulu yüksək dərəcədə xaric edilir. Su bitki və heyvan 

orqanizmlərinin  əsas kütləsini təşkil edir; toxumalarda  onun nisbi miqdarı 50-80%, bəzi növlərdə isə daha 

yüksək olur. Belə ki, meduzaların bədənində 95%-ə, bir çox molyuskların toxumalarında isə 92%-ə  qədər su 

vardır. Hüceyrədaxili və hüceyrələrarası mübadilə, hidrobiontlarda isə xarici mühitlə osmotik qarşılıqlı  əlaqə 

suyun və onun tərkibində  həll olan duzların miqdarından çox asılıdır. Heyvanlarda qaz mübadiləsi yalnız 

rütubətli səthin mövcudluğu  şəraitində mümkündür. Yerüstü orqanizmlərdən buxarlanma mühitlə istilik 

balansının formalaşmasında iştirak edir.  

Orqanizmin mühitlə su mübadiləsi bir-birinə əks olan iki prosesdən ibarətdir: orqanizmə suyun daxil olması 

və onun ətraf mühitə verilməsi. Ali bitkilərdə bu proses kök sistemi vasitəsilə torpaqdan suyun sorulması, onun 

həll olan maddələrlə birlikdə ayrı-ayrı orqanlara və hüceyrələrə aparılması  və transpirasiya prosesi vasitəsilə 



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə