MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə220/228
tarix30.12.2017
ölçüsü4,78 Mb.
#18712
1   ...   216   217   218   219   220   221   222   223   ...   228

 

414


ki, dünyanın  əksər ölkələrinin konstitusiyası BMT tərəfindən 1948-ci ildə  qəbul edilmiş  «İnsan hüquqlarının 

ümumi Bəyannaməsi» və insan hüquqlarına dair başqa beynəlxalq sənədlərin ideyalarını özündə ifadə edir. 

İnsanın vətəndaşlıq və siyasi hüquqlarına dair BMT-nin 1976-cı ildə qəbul etdiyi Paktın mərkəzi yerini hər 

bir insanın inkişafı, ətraf mühitin sağlam və ekoloji cəhətdən tənzimlənmiş şəraiti, sülh şəraitində yaşamaq və 

bəşəriyyətin ümumi irsinə olan hüquqlar tutur. Həmin hüquqlar ayrı-ayrı ölkələrin konstitusiyasında dəyişiklik-

lərin edilməsinə təsir göstərir. Bu hüquqlar əsasında vətəndaşların ekoloji hüquqları, təbii mühitin mühafizəsi, 

təbii ehtiyatlardan səmərəli istifadə haqqında konkret qanunçuluq təkmilləşdirilir. 

 

 



Şəkil 21.1. Ekoloji hüququn əsasları  

(Nuriyev, Əsgərov, Əhmədov, 2003) 

 

Şəxsiyyətin ekoloji hüququnda ona bir tərəfdən təsərrüfat fəaliyyətinin subyekti, təbii mühitə təsir göstərən, 



ona görə  məsuliyyət daşıyan, digər tərəfdən belə təsirin obyekti, ekoloji ziyanın qarşısını almaq, bərpa etmək 

hüququna malik kimi baxılır. Bu zaman vətəndaşların ətraf mühitə olan hüququ iki əsas vəziyyət ilə müəyyən 

olunur: ekoloji tərbiyə və təhsillə, ekoloji hüquqların dövlət təminatı ilə. Mövcud vəziyyət onunla şərtlənir ki, 

hər bir vətəndaş (ixtisasından asılı olmayaraq) ekoloji biliklərin əsasını bilməlidir və işçiləri bu və ya digər vəzi-

fəyə qoyduqda onun ekoloji hazırlığının səviyyəsini nəzərə almaq lazımdır. 

Vətəndaşların ekoloji hüquqlarının dövlət təminatına vətəndaşların sığortası, dövlət və ictimai fondların ya-

radılması, təbii mühit üzərində nəzarət, müşahidə və s. daxildir. 

Vətəndaşların ekoloji hüquqları aşağıdakılardır: 

– təbii mühitin vəziyyəti və onun mühafizəsi tədbirləri haqqında düzgün informasiyanın verilməsi haqqında 

sorğu etmək; 

– ekoloji cəhətdən ziyanlı obyektlərin yerləşdirilməsi, tikintisi, istismarı haqqında qərarların ləğv edilməsini 

tələb etmək; 

 

ekoloji qanun pozuntularına görə məsul və günahkar şəxslərin məsuliyyətə cəlb edilməsini tələb etmək. 



Ekoloji qanunların yerinə yetirilməsi bütün dövlət orqanları sistemi, ekoloji ekspertiza təşkilatları, qorunan 

ərazi və obyektlərin təşkili vasitəsilə həyata keçirilir. Sonuncular ərazi-qoruq fondunu əmələ gətirir, bunlar bios-

fer qoruqları, yasaqlıqlar, milli təbii parklar, təbiət abidələri, «Qırmızı kitaba» daxil edilmiş nadir və nəsli kəsil-

məkdə olan bitki və heyvan növlərindən ibarətdir. 

Beynəlxalq səviyyədə insanın  əlverişli  ətraf mühitə olan hüququnun təmin edilməsində BMT-nin müxtəlif 

qurumlarının böyük rolu vardır. Onlar tərəfindən  ətraf mühitin vəziyyətinin yaxşılaşdırılması üçün çoxsaylı 

proqramlar işlənmişdir: ÜST (Ümumdünya Səhiyyə Təşkilatı) – «Ətraf mühitin gigiyenası»; ƏKTT (Ərzaq və 

Kənd Təsərrüfatı Təşkilatı) – «Kənd təsərrüfatı kimyəvi maddələri və tullantılar»; YUNİDO (sənaye əməkdaşlı-

ğı üzrə BMT təşkilatı) – «İstehsal mühiti»; YUNESKO (BMT təhsil, elm və mədəniyyət məsələləri üzrə) – «İn-

san və biosfer». Nəzərdə tutulmuş proqramların həyata keçirilməsinə YUNEP (ətraf mühit üzrə proqram) 1972-

ci ildən rəhbərlik edir. 

BMT-nin ətraf muhit və inkişaf üzrə Beynəlxalq komissiyası (MKOSR) tərəfindən bütün ölkələrə ətraf mü-

hitin mühafizəsi və davamlı inkişafın prinsiplərinin hüquqi toplusu təklif edilmişdir:  

İnsanın əsas hüququ 



 

415


 Bütün insanlar onların sağlamlığı üçün əlverişli olan ətraf mühitə əsas hüquqa malikdirlər. 

Nəsillər arası bərabərlik 

Dövlətlər ətraf mühiti və təbii ehtiyatları indiki və gələcək nəsillərin marağına uyğun olaraq qoruyur və isti-

fadə edir. 

Ekosistemlərin qorunması və onlardan davamlı istifadə 

Biosferin fəaliyyətindən ötrü vacib ekosistem və ekoloji proseslər, bioloji müxtəliflik dövlətlər tərəfindən qo-

runur və canlı  təbii sərvətlərdən və ekosistemlərdən istifadə zamanı optimal davamlı  məhsuldarlığın alınması 

prinsipi gözlənilir. 



Ekoloji normalar və monitorinq 

Dövlətlər ətraf mühitin mühafizəsinin uyğun normalarını müəyyən edir, ətraf mühitin keyfiyyətində dəyişik-

liklər və sərvətlərindən istifadə üzərində monitorinq tətbiq edir, həmçinin əldə edilmiş məlumatları nəşr etdirir. 

Dövlətlər qabaqcadan ekoloji qiymətləndirməni hazırlayır, yaxud təklif olunan fəaliyyət növü ilə  əlaqədar 

onları həyata keçirir bu da öz növbəsində xeyli miqdarda ətraf mühitə təsir göstərə bilər, yaxud hər hansı bir tə-

bii sərvət növündən istifadə edə bilər. 



İlkin xəbərdarlıq 

Planlaşdırılmış fəaliyyətin müəyyən dərəcədə toxunduğu bütün şəxslərə dövlət tərəfindən əvvəlcədən xəbər-

darlıq edilir, onların inzibati və məhkəmə məsələlərində hüquqları qorunur. 

Davamlı inkişaf və kömək 

Dövlətlər ətraf mühitin qorunmasının planlaşdırmanın tərkib hissəsi kimi baxıldığı şəraiti təmin edir, başqa 

ölkələrə, xüsusən də inkişaf etməkdə olan ölkələrə ətraf mühitin qorunması və davamlı inkişafın təmin edilmə-

sində köməklik göstərirlər. 



Ümumi əməkdaşlıq borcu 

Dövlətlər yuxarıdakı hüquq və vəzifələrin həyata keçirilməsi üçün başqa dövlətlərlə əməkdaşlığa çalışırlar. 

Hüquqi dövlətdə insanlar arasında münasibət hüquq normasını ifadə edən və hamı üçün məcburi olan qanun-

ların köməyi ilə  tənzimlənir. İnsanların təbiəti yenidən dəyişdirici fəaliyyəti nisbətən yaxın vaxtlarda hüquqla 

qaydaya salınmışdır. Sağlam ətraf mühit hüququ yeni hüquq nəslinə məxsusdur. Onun ayrı-ayrı ölkələrin konsti-

tusiyasına daxil edilməsi bütün dövlətləri düşünülməmiş ekoloji hərəkətlərə görə məsuliyyət daşımağa məcbur 

edir. 

C. Q. Nuriyev, Ə. T. Əsgərov, Z.V.Əhmədov (2003) «Ekologiya hüququ» haqqında yazdıqları  dərslikdə 

respublikamızda ekologiya ilə bağlı bütün hüquqi məsələlərin şərhi verilmişdir. Kitabda ekologiya hüququnun 

əsas mənbəyi – səlahiyyətli dövlət orqanları tərəfindən qəbul edilən normativ hüquqi aktlar (qanunlar, qərarlar, 

təlimatlar və s.) olduğu göstərilir. Ekoloji hüququn mənbələrinə aşağıdakılar aid edilir: Azərbaycan Respublika-

sının tərəfdar çıxdığı Beynəlxalq müqavilələr, AR Konstitusiyası, AR-nın Milli Məclisinin qəbul etdiyi qanun-

lar, məcəllələr, qərarlar, AR Prezidentinin qərarları, AR Nazirlər Kabinetinin qərarları, müxtəlif nazirliklərin və 

Baş idarələrin təlimatları və digər normativ aktlar, İcra Hakimiyyəti orqanlarının qanun quvvəli normativ hüquqi 

aktları. Onların arasında hər şeydən əvvəl AR –ın Konstitusiyasını və ekoloji münasibətləri tənzimləyən ən mü-

hüm normativ hüquqi aktları ayırmaq lazımdır. Belə normativ hüquqi aktlar içərisində baza rolunu oynayan 

«Ətraf mühitin mühafizəsi haqqında» Azərbaycan Respublikasının Qanunudur. Bu qanun ətraf mühitin keyfiy-

yətinin yaxşılaşdırılması, təbii ehtiyatların səmərəli istifadəsi və bərpası, ətraf mühitin mühafizəsi sahəsində qa-

nunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi məqsədilə cəmiyyətlə təbiətin qarşılıqlı əlaqəsini tən-

zimləyir. Böyük qrup normativ hüquqi aktları təbii komplekslərin – torpaq, meşə, su, yerin təki, xüsusi mühafi-

zə olunan təbiət əraziləri və s., həmçinin təbii ehtiyatların ayrı-ayrı növlərinin hüquqi rejimini nizama salan qa-

nunlar təşkil edir. (Nuriyev, Əsgərov, Əhmədov, 2003, səh- 17). 

Təbii ehtiyatlara mülkiyyət hüququ AR-in Konstitusiyası, Mülki Məcəlləsi və ekoloji qanunvericiliyin aktları 

ilə tənzimlənir. O, təbii ehtiyatların mənsubiyyətini möhkəmlədən hüquqi normaların məcmusu olub, onların əl-

də edilməsi şərtlərini tənzimləyir, onlarla sahibkarlıq, istifadə və idarəetmə qaydalarını həyata keçirir.  



 

21.6. Ekoloji təhsil 

Ekoloji mədəniyyətin formalaşmasında əsas vasitələrdən biri məqsədyönlü ekoloji təhsil olmalıdır. 

Ekoloji təhsilə ehtiyac insan həyatı üçün əlverişli mühitin təmin edilməsinə olan zərurətdən yaranmışdır. Ət-

raf mühitin keyfiyyəti, sağlamlığı – insanın əsas hüququnu və sivilizasiyanın inkişafının əsas məqsədini müəy-

yən edir. İnsanın mövcudluğu və inkişafı üçün zəruri olan təbii zəminsiz bütün sosial məsələlər öz əhəmiyyətini 

itirir. Ona görə də ekoloji təhsil təkcə təhsil sisteminə daxil olmaqla kifayətlənməməli, onun əsas hissəsinə çev-

rilməlidir.  Əgər  ədəbiyyat və tarix mədəni dəyərlərin, təbiətşünaslıq təbii qanunauyğunluğun mənimsənilməsi 

üçün lazımdırsa, ekoloji təhsil təbiətə həqiqi insani münasibətin formasındın ötrüdür, spesifik sosial-təbii qanu-

nauyğunluqları və davranışların normativlərini mənimsəmək üçündür. Bununla da gələcəkdə insanın  mövcudlu-

ğu və inkişafı mümükündür. 

 

Müəlliflər ekologiya hüququna aşağıdakı hüquq sahələrini daxil edir. 



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   216   217   218   219   220   221   222   223   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə