MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə222/228
tarix30.12.2017
ölçüsü4,78 Mb.
#18712
1   ...   218   219   220   221   222   223   224   225   ...   228

 

418


lardan səmərəli istifadə edilməsi, az enerji və metal tutumlu texnikanın, alternativ texnologiyanın yaradılması və 

ətraf mühitə atılan tullantıların azaldılması nəzərdə tutulur. 

Lazımlı geoekoinformasiyanın vaxtında alınması ekoloji monitorinqin funksiyasını, müşahidə sistemini, ana-

liz və proqnozu özündə birləşdirən ekoloji xidmət həddinə  qədər genişləndirməyə imkan verir. Bütün bunlar 

şübhəsiz ki, cəmiyyətin təhlükəsiz inkişafını təmin edəcək, insanların həyat səviyyəsini və keyfiyyətini yüksəl-

dəcəkdir. İnformasiya cəmiyyəti bu halda, informasiya-ekoloji cəmiyyət cizgiləri əldə edir. 



İnformasiyalaşdırma cəmiyyətin təkcə sosial, mədəni və iqtisadi deyil, onun mövcudluğunun ekoloji zəminini 

də dəyişir. İnformasiya texnologiyasının insan fəaliyyətinin müxtəlif sahələrində sürətlə tətbiqi təbiətdən istifa-

dənin intensiv tipinə keçidi şərtləndirmişdir. Bu, bizə informasiya -ekoloji dövrün artıq başlandığını söyləməyə 

imkan verir. 

 

21.8. İqtisadi ekologiyalaşdırma 

Ekonomika (iqtisadiyyat) və ekologiya sözləri arasındakı dərin əlaqə elə adlarından da görünür. Ekologiya 

yunancadan hərfi tərcümədə – ev, iqtisadiyyat (yun. oikonomike) isə ev təsərrüfatının idarəedilməsi mənasını 

bildirir. 

İqtisadiyyat müasir anlamaya görə istehsal şəraitini və onun formalarını,  əmtəə mübadiləsini, o cümlədən 

onun paylanmasını əhatə edir. 

İstənilən ölkənin iqtisadiyyatı çox böyük sistem olub, müxtəlif sahələrdən ibarətdir və bunların hər birində 

nəsə istehsal olunur. İqtisadiyyatın hər bir halqası, sistemin komponenti kimi başqalarından nə isə almaqla möv-

cud ola bilər. 

İlk baxışda iqtisadiyyatın ekologiya ilə heç bir əlaqəsi olmadığı görünür. Tarixi baxımdan da iqtisadiyyat 

ümumekoloji göstəricilərdən nisbətən sərbəst inkişaf etmişdir. Lakin cəmiyyət həmişə təbii ehtiyatlardan və bi-

osferin vəziyyətindən asılı olmuşdur. Sadəcə olaraq bu asılılıq iqtisadi sistemlərdə nəzərə alınmamışdır. 

İqtisadiyyatla ekologiya arasındakı dərin əlaqə insanın dəyişdirdiyi təbiətin insana, onun təsərrüfatına əks tə-

siri üzə çıxandan sonra dərk edilməyə başlanmışdır. 

Ekoloji böhran, əslində ənənəvi iqtisadi siyasətin nəticəsidir. Ekoloji böhranın bilavasitə səbəbi dar dü-

şüncə ilə qazanc dalınca qaçmaqdır, yəni bu halda təkcə fəhlə qüvvəsi deyil, təbii ehtiyatlar da istismar edilir, 

məhsulun maya dəyəri mühitin çirklənməsi hesabına aşağı salınır. 

Ekologiyalaşdırılmış iqtisadiyyatda istehsalın məqsədi ekologiyanın prinsipləri və insanların sağlamlığı üçün 

təhlükəsiz olan əmək şəraiti ilə müəyyən olunmalı, qazanc qanunlarına yer olmamalıdır. Bu o deməkdir ki, iqti-

sadiyyat təkcə gəlir üçün deyil, ümumi fayda üzərində qurulmalıdır. 

Müxtəlif təbii ehtiyatlardan istifadə (yəni onların tükənməsi), o cümlədən mühitin müəyyən dərəcədə çirk-

lənməsi istənilən iqtisadi fəaliyyət zamanı zəruridir. Bu bilavasitə istehsal prosesləri və istehlak ilə bağlıdır. Mə-

sələn, atmosferə düşmüş dəm qazının miqdarı müxtəlif tip avtomobil mühərrikləriklərində yandırılan yanacağın 

kəmiyyət və keyfiyyətindən asılıdır; çirklənmiş suyun bizim göl və çaylarımıza axıdılması polad, kağız, parça 

və s. istehsalının səviyyəsindən asılıdır. Çünki suların miqdarı hər bir halda konkret sahənin texnoloji səciyyəsi 

ilə müəyyən edilir. 

İqtisadiyyatçı yeni texnologiya kəşf edə bilməz. Lakin o texnologiyanın dəyişməsini, istehsalın ekoloji nəti-

cələrini (mühitin çirklənməsinin azalma, ya çoxalmasını, təbii ehtiyatların istifadəsini) izah və ya xəbərdarlıq 

edə bilər. 

O, ekoloji nəticələrin müxtəlif mal və xidmətlərin qiymətinə təsirini bilməyə borcludur. İstehsalın müxtəlif 

sahələrinin rəhbərləri təkcə təbii sərvətlərdən istifadəyə görə deyil, onların törətdiyi çirklənmənin aradan götü-

rülməsinə görə də maliyyə məsuliyyəti daşımalıdır. 

İqtisadiyyatın ekologiyalaşdırılması həm ictimai istehalın əsas istiqamətlərində, həm də əhali tərəfindən is-

tehlakın xarakter və mədəni səviyyəsində dəyişikliklərin edilməsini tələb edir. 

İqtisadiyyatın ekologiyalaşdırılmasının bu gün üçün ən vacib zəmini aşağıdakılardır: 

– təbiətdən səmərəli istifadənin hüquqi və təşkili şəraitinin formalaşması; 

– iqtisadiyyatı təbiətqoruyucu əsasa keçirməkdən ötrü elmi-texniki potensialın yaradılması; 

– ictimai istehsalın dəyişdirilməsi; onun son istehlak məhsulunun artırılmasına doğru istiqamətləndirilməsi, 

«istehsal xatirinə istehsal» minimuma endirilməli; 

– qapalı istehsal tsikllərinin yaradılması və istehsal tullantılarının minimuma endirilməsi; 

– təbii ehtiyatların tam dəyərini göstərmək məqsədilə məhsul istehsalının uçot sisteminin tənzimlənməsi. 

Təbii mühitin vəziyyətini adi istehlakçılar, iş adamları, fermerlər müəyyən edir. Ona görə də cəmiyyət tərə-

findən yeni istehsalın yaradılması, alternativ ehtiyatlardan istifadə edilməsi haqqında qərarların qəbulunda cə-

miyyətin bütün təbəqələrinin əməkdaşlığına arxalanan yeni iqtisadi siyasətin qəbul edilməsi vacibdir. 

Davamlı inkişafın əsasını açıq rəqabətli bazar təşkil edir ki, burada qiymətlər sərvətlərin dəyərini əks etdirir. 

Davamlı inkişaf sürətlə artan əhalinin tələblərini ödəmək üçün əmtəə istehsalının və xidmətlərin genişləndi-

rilməsini tələb edir.Bu zaman təbii ehtiyatlardan istifadə səmərəli, istehsal prosesləri və istehlak ekoloji baxım-

dan təmiz olmalıdır. Yalnız hökumət qərarları ilə davamlı inkişaf konsepsiyasını tənzimləmək mümkün deyildir, 




 

419


belə ki, istehal və istehlakda milyardlarla insan iştirak edir. Dövlət davamlı inkişaf üçün zəmin və şərait yarat-

malıdır. 

Azad bazarlar davamlı inkişafın əldə edilməsi üçün stimul ola bilər. Əgər ehtiyatların qiyməti obyektiv mü-

əyyən edilmişsə, rəqabət mübarizəsi istehsalçıları ehtiyatlardan qənaətlə istifadə etməyə məcbur edəcəklər. Əgər 

ətraf mühitin çirklənməsi sahibkarlar tərəfindən istehsal üçün «itirilmiş» sərvətlərlə eyniləşdirilərsə, onda qiy-

mətin aşağı salınmasına çalışmaq istehsalçıları zərərli tullantıları azaltmağa məcbur edəcəkdir, bu, xüsusilə eko-

loji çirklənmənin nəticələrini aradan götürdükdə, yaxud cərimə ödədikdə  çəkilən xərclərlə əlaqədar olacaqdır. 

Rəqabət mübarizəsi, azad bazar iqtisadiyyatı üçün səciyyəvi olub, yeni texnologiyaların yaradılmasının  əsas 

amilidir. Yeni texnologiyalar isə ehtiyatlardan daha səmərəli istifadə etmək üçün zəruridir. 

Dünya iqtisadiyyatı qarşısında duran ən vacib məsələ ekoloji xərclərin istehsal məhsullarının maya dəyərinə 

daxil edilmək yollarını müəyyən etməsidir. Əgər xammalın və hazır məhsulun üzərinə sosial xərclər əlavə edil-

məsə və əgər istifadə edilən, həmçinin hazırda pulsuz olan hava, su və torpaq sərvətlərinin dəyəri müəyyən edil-

məsə, bu ehtiyatlar bundan sonra da səmərəsiz istifadə ediləcəkdir, nəticədə çirklənmə dərəcəsi artmaqda da-

vam edəcəkdir. 

 

21.9. Ekologiya mühəndisliyi 



Ekologiya mühəndisliyinin məqsədi texnika ilə ətraf mühit arasında münasibətləri harmonizasiya etməkdir. 

Ekologiya mühəndisliyinin predmetini müəssisə, sənaye kompleksi və ya bütöv regionun texnosferi təşkil edə bi-

lər. 

Ekoloji iqtisadiyyatın tələbi ilə yeni texnikanın layihələşdirilməsi və yaradılmasının məqsədləri dəyişilir. 

Texniki obyektlərə olan tələblərdən biri, onların «ekologiyalılığıdır». Bu anlayış texniki obyektlərin ətraf mühit-

lə (təbii və sosial) qarşılıqlı təsirini (maddə, enerji, informasiya) səciyyələndirir. 

Ekologiya mühəndisliyində ekoloji yanaşma texniki obyektlərin ətraf mühitlə əlaqəsini təsvir edən əsas vasi-

tə kimi çıxış edir. Onun əsasında texniki sistemə və onunla qarşılıqlı əlaqədə olan ətraf mühitin ayrı-ayrı kom-

ponentlərinə vahid münasibət mümkündür. Ekoloji yanaşma texniki sistemlərin hərtərəfli sosial-ekoloji qiymət-

ləndirilməsində vacib əhəmiyyət kəsb edir. 

İndiyə kimi texniki sistemin onun üzərinə qoyulmuş funksiyanı nə dərəcədə yaxşı yerinə yetirməsi faydalı iş 

əmsalı (FİƏ) ilə ölçülürdü. Lakin FİƏ sistemin itirdiyi enerjini xarakterizə edir və texniki sistemin qiymətləndi-

rilməsinin obyektiv kriterisi kimi yararsızdır. 

Texiniki məqsədə nail olmaqla mahiyyət etibarilə texniki sistemlərin effektinin mövcud olan göstəriciləri 

qiymətləndirilmir. Bununla əlaqədar olaraq texniki yeni tətbiq edilənlərin (yeniliyin) kompleks qiymətləndiril-

məsinin metodları işlənib hazırlanır. Texiniki yeni tətbiq edilən dedikdə elə metodlar başa düşülür ki, məhz bu-

nun sayəsində hərtərəfli (texniki iqtisadi və sosial-ekoloji) olaraq yeni texnikanı qiymətləndirmək mümkün ol-

sun və onların seçilməsini hərtərəfli həyata keçirsin. Belə qiymətləndirmə texniki inkişafa nəzarət etməyə  və 

onu istiqamətləndirməyə imkan yaradır. Bu zaman xüsusi diqqət fərz edilən texniki yeni tətbiq edilənin əmələ 

gətirdiyi bilavasitə «xeyirə» deyil, məhz onun ətraf təbii və sosial mühitə təsiri nəticəsində əldə edilənin olduqca 

yüksək olmasıdır ki, bununla yeni tətbiq edilənlərə suallara cavab vermək yolu ilə qiymət vermək mümkün ol-

sun: yeni tətbiq edilənlər iqtisadi cəhətdən əlverişlidirmi? 

İstənilən texniki sistem bəzi funksiyaları yerinə yetirməklə ətraf mühitin bu və ya digər komponentinə müəy-

yən təsir göstərir. Uyğun olaraq texniki obyektlərin qiymətləndirilməsi zamanı bu öz əksini tapmışdır. İdeal ha-

lında biosfer, iqtisadi, sosial, texnoloji amillər nəzərə alınmalıdır. 

Texniki sistemlərin funksiyalarının nəticələrinin qeydə alınması xüsusi əhəmiyyət qazanır, belə ki, insan qabaqca-

dan planlaşdırılmış müsbət və həmçinin, gözlənilməyən neqativ nəticələr əldə edir. 

Texniki fəaliyyətin nəticələri modelləşdirmənin köməyi ilə ilkin qiymətləndirilir. Bu metod texnoloji təsirlər 

nəticəsində ətraf mühitdə yaranmış bir çox prosesləri üzə çıxarmağa imkan verir. Mühəndislik fəaliyyətinin ənə-

nəvi metodları ildə yanaşı ekologiya mühəndisliyi xüsusi vasitə və yanaşmalardan istifadə edir. Bu cür vasitə və 

yanaşmalara misal olaraq müxtəlif monitorinqləri göstərə bilərik. 

Monitorinq («monitor» – müəyyən parametrlərə nəzarət üçün cihaz hansı ki, verilmiş hüduddan kənara çıx-

mamalıdır) – ətraf mühitin müxtəlif tərəflərinin vəziyyəti üzərində müşahidə, qiymətləndirmə  və proqnozdan 

ibarətdir. Ekologiya mühəndisliyinin fəaliyyəti monitorinqlə başlayır. Monitorinqin üç əsas pilləsi mövcuddur: 

lokal (bioekoloji və ya sanitariya-gigiyenik); regional, geosistem (təbiət, təsərrüfat) və qlobal, biosfer. İxtisaslaş-

dırılmış monitorinq stansiyaları ekoloq- mühəndisə iri şəhərlərin və sənaye zonalarının hava hövzəsi üzərində 

nəzarət etməyə, biosfer qoruqlarında daimi müşahidələr aparmağa imkan verir. Peyk və başqa kosmik aparatlar-

da qoyulmuş cihazlar Dünya okeanı, quru, atmosferin vəziyyəti haqqında irihəcmli informasiya toplamağa, təbii 

prosesləri qeydə almağa, həm də insanın təbiətə təsiri üzərində müşahidə aparmağa imkan verir. 

Ekologiya mühəndisliyi metodları əsasında texniki obyektlərin mühəndis-ekoloji ekspertizası həyata keçiri-

lir. Mühəndis-ekoloji ekspertizanın məqsədi– təbii ehtiyatlardan səmərəli istifadəni və yeni müəssisələrin tikinti-

si, fəaliyyətdə olanın genişləndirilməsi və yenidən qurulmasının, yeni növ texnika və texnologiyanın ətraf mühi-

tə təsirinin yol verilən həddinin müəyyən edilməsidir. 



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   218   219   220   221   222   223   224   225   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə