MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə23/228
tarix30.12.2017
ölçüsü4,78 Mb.
#18712
1   ...   19   20   21   22   23   24   25   26   ...   228

 

38

xaric edilməsindən ibarətdir. Su mübadiləsində suyun yalnız 5%-ə qədəri fotosintezə, qalanı isə buxarlanmanın 



kompensasiyasına və turqorun saxlanmasına sərf olunur.  

Heyvanlar suyu içməklə qəbul edir, bu yolla suyun qəbul edilməsi hətta su heyvanlarına da xasdır. Suyun 

xaric edilməsi sidik, ifrazat (nəcis), həmçinin buxarlanma yolu ilə gedir. Bir çox orqanizmlər, xüsusən suda 

yaşayanlar suyu örtüyü ilə və ya sukeçirən toxumasının xüsusi hissəsi ilə alıb-qaytarmaq qabiliyyətinə malidkir. 

Bu yerüstü mühitin sakinlərinə də aiddir: rütubəti şeh, duman və yağış kimi mənbələrdən almaq bir çox bitkilər, 

onurğasız heyvanlar və amfibiya üçün xarakterikdir.  

Heyvanlar üçün mühüm su mənbəyi qida sayılır. Müxtəlif mühitlərdə, coğrafi regionlarda su ilə  təmin 

olunma  şəraitinin geniş  dəyişməsi nəticəsində orqanizmlərdə geniş xüsusi adaptasiya evolyusiyası baş 

vermişdir. Suyun ekoloji əhəmiyyəti müxtəlif tipli su hövzələrində suyun toplanması ilə  məhdudlaşmır. Yer 

səthində yağıntılar böyük əhəmiyyət daşıyaraq su hövzəsinin su rejimini, torpağın rütubətliliyini və havanın 

rütubətliliyini müəyyənləşdirir. Yağıntılar olduqca qeyri-bərabər paylanmışdır. Tropik meşələrdə yağıntıların 

illik miqdarı 1000 mm-dən artıq (1mm yağıntı=1m

2

-da 1 litr suya uyğundur), tropik qurşağın səhralarında 200 



mm-dən az (Saxara, Cənubi Koliforniya) yağıntı düşür. Respublikamızda da yağıntıların miqdar və rejimi 

müxtəlifdir. Yağıntıların orta illik miqdarı 110 mm-dən (Puta) 1750 mm-ə (Kəkiran, Lənkəran) dəyişir. 

Yağıntılar mövsümə görə də kəskin dəyişir.  

Havanın rütubətliyi (nəmliyi) vahid həcmdə (1m

3

) havada olan su buxarının qramla miqdarı (mütləq 



rütubət) və nisbi rütubət - verilmiş temperaturda havada olan su buxarının elastikliyinin (təzyiqinin) doymuş 

buxarın elastikliyinə (təzyiqinə) nisbətinin faizlə ifadəsidir. Havanın nəmliyi orqanizmə örtük vasitəsilə suyun 

daxil olması, həmçinin həmin yolla tənəffüs yolları ilə suyun xaric edilməsini müəyyənləşdirir.  

Tropik yağışlı meşələrin alt yaruslarında – 100% nisbi rütubətlik şəraitində su itirməyə uyğunlaşan bitkilər 

var, səhrada isə  hətta uzunsürməyən quraqlıq dövründə belə  bəzi bitkilərin su balansı pozulmur. Bitkinin 

rütubətliyə adaptasiya üsullarından asılı olaraq bir neçə ekoloji qrup ayrılır: məsələn,  hiqrofitlər – olduqca 

rütubətli torpaqlarda yüksək rütubətlilik  şəraitində bitən bitkilər. Bu bitkilərin  əsas xüsusiyyəti onlarda su 

sərfinin qarşısını alan uyğunlaşmaların olmasıdır. Su hövzələrində sərbəst üzən və ya kökləri ilə hövzənin dibinə 

bərkimiş, tamamilə suya batmış su bitkiləri, bəzən yarpaqları və ya çiçəkləri suyun səthinə çıxır (üzür). İti axan 

çaylarda yaşayan bitkilər reofitlər adlanır (məs. liloderma, su mamırı). Hiqrofitlər üçün katikula buxarlanması 

səciyyəvidir. Bura düyü (çəltik), papirusu misal çəkmək olar; mezofitlər – orta dərəcədə rütubətli torpaqlarda 

bitən bitkilər.  Kserofitlərlə hiqrofitlər arasında keçid təşkil edir. Mezofitlərə  əsasən ağac və kollar, xüsusilə 

çəmən bitkiləri (çəmən qırtıcı, üçyarpaq yonca, pişikquyruğu və s.), kənd təsərrüfatı bitkilərinin çoxu və alaqlar 

daxildir; Mezofit qruplaşmaları müxtəlif bitmə şəraitlərində müxtəlif həyati formalara malik olur. A.İ.Şennikov 

(1950) mezofitləri 5 qrupa ayırır.  

1. Həmişəyaşıl mezofitlər – rütubətli tropiklərin ağac və kolları; 

2. Qışı yaşıl ağac mezofitləri – tropik və subtropik növlər olub, quraqlıq dövründə yarpaqlarını tökür və 

qeyri-aktiv vəziyyətə keçir;  

3. Yayda yaşıl ağac mezofitləri – mülayim zonanın ağac və kolları. Qış vaxtları yarpaqlarını tökür və 

donmuş hala keçir; 

4. Yayda yaşıl ot bitkiləri. Qışa yaxın bərpa tumurcuqlarından başqa yerüstü hissələri quruyur; 

5. Efemerlər və efemeroidlər – arid zonada məskunlaşır, qısa rütubətli dövr müddətində vegetasiya keçirir.  



Mezofitlər məhdud su ilə təmin olunmağa və havanın temperaturunun dəyişkənliyinə uyğunlaşır. Onlarda 

hüceyrə  şirəsinin osmotik təzyiqi kifayət qədər yüksək olduğundan kök sisteminin sorucu gücünü təmin edir. 

Bunun sayəsində turqor vəziyyətini saxlamaq və fotosintez prosesinin getməsi üçün kifayət qədər su olur. İlin 

əlverişsiz mövsümlərində qeyri-aktiv vəziyyətə («sakitliyə») keçməsi mezofitlərin kompleks faktorlara adapta-

siya olunmasıdır, bu faktorlardan aparıcı yeri su balansının saxlanması tutur. Kserofitlər – bir sıra 

uyğunlaşdırıcı əlamət və xassələrin köməyi ilə istiyə və susuzluğa dözüb, quraq yerdə yaşayan bitkilərdir, 20-

50% su itirildikdə solmağa dözür. Kserofitlər  əsasən aşağıdakı ekoloji-fizioloji qrupları  əhatə edir. 

Sukkulentlər – ətli yarpaq (aqava, aloye), yaxud gövdəsi (kaktuslar), kökü üst qatdan yayılan, istiyə davamlı, 

lakin susuzluğa dözumsuz bitkilərhemikserofitlər – kök sistemi qrunt suyuna çatan, quraqlığa davamlı, lakin 

uzun müddət susuzluğa dözməyən, transpirasiya və maddələr mübadiləsi intensiv gedən bitkilər. Bura çöldə 

(bozqırda) bitən istiyə davamsız (məs. sürvə) və səhrada bitən istiyə davamlı (məs. dəvətikanı) bitkilər daxildir;  



Evkserofitlər – kök sistemi yaxşı budaqlanan, lakin çox dərinə getməyən (məs. yovşan), susuzluğa və 

istiyə davamlı, maddələr mübadiləsi yavaş gedən bitkilər;  



Noykilokserofitlər – su çatışmadıqda (tərkibində 2-5% su olduqda) anabioz hala düşən, lakin tənəffüs tam 

mühafizə olduğu üçün hüceyrə təşkili pozulmayan bitkilər; 



Sklerofitlər – morfoloji əlamətlərinə və su balansını saxlamaq prinsipinə görə sukkulentlərə ziddir. Onlar 

orqan və toxumalarında su ehtiyatı toplamaq qabiliyyətinə malik deyil, əksinə azsulu olub xarici görünüşündən 

quru, sərt,  şirəsiz görünür. Sklerofitlər dehidratasiyaya qarşı möhkəm toxumalarının olması ilə seçilir, onlar 

25% su itirdikdə belə heç bir patoloji nəticəyə  məruz qalmır. Bu dərəcədə susuzlaşma  şəraitində onların 

sitoplazması öz xassələrini saxlayır, digər bitkilərdə belə hal məhvedici təsir göstərir. Sklerofitlərin mühüm 



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə