MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə24/228
tarix30.12.2017
ölçüsü4,78 Mb.
#18712
1   ...   20   21   22   23   24   25   26   27   ...   228

 

39

uyğunlaşması onların köklərinin sorma gücü ilə bağlıdır, onun hüceyrə şirəsinin osmotik təzyiqi 60 atmosferə 



çatır. Bu rütubət az olduqda da torpaqdan suyu çəkməyə imkan yaradır. Sklerofitlər yüksək transpirasiya etmək 

qabiliyyətinə malikdir, lakin su ilə yüksək təmin olunduqda bu xassəyə malik olur. Su defisiti artdıqda isə trans-

pirasiya aktiv surətdə tormozlanır. Bu isə quraq şəraitdə sudan istifadəni azaldır. Sklerofitlər sərt yarpaqlara, 

bəzən yüksək xüsusi çəkili oduncağa malik olur. Bura sklerohiqrofitlər (məs. mantar palıdı, daş palıd), bir çox 



sklerokserofitlər (məs. saqqızağac), xüsusilə yarımkollar (məs. boyalıcı ebelek) aiddir.  

Halofitlər – duzlu bitmə  şəraitinə, xlorlu, kükürdlü duzlarla doymuş torpaq məhlulundan istifadə etməyə 

uyğunlaşan bitkilərdir. Bunlardan bir hissəsi ətli-şirəli zoğları olan sukkulentlər (duzlaq soğanı, qaraşoran, bir 

sıra  şorangələr) olub səhra və yarımsəhralarda qrunt suyu səthə yaxın yerləşən  şoran torpaqlarda bitir. Digər 

hissəsi sukkulent olmayan bir qədər kseromorfluq əlaməti olan, qrunt suyu bir qədər dərində yerləşən sahələrdə 

bitən bitkilərdir (məs. sirkan bitkisinin bəzi növləri), bunlar hüceyrə  şirəsində karbohidratlar toplayır. Bəzi 

halofitlər xüsusi uducu vəziciklərin köməyi ilə artıq duzları ayıraraq hüceyrə  şirəsinin osmotik qatılığını 

tənzimləyir (yulğun, dəvəayağı). Bunun nəticəsində onlar torpaqdan suyu effektiv sorur, izafi duz onlara ziyan 

yetirmir.  

Bütün halofitlər torpağın duzluluq dərəcəsini göstərən indikatorlar hesab olunur. Bir çox halofitlər (sirkan 

növləri, şorangələr, yulğun) yarımsəhra otlaqlarının quraqlığa və duzadavamlı yem bitkiləridir.  

Suya olan münasibətinə görə heyvanlar da ekoloji qruplara ayrılır: hiqrofillər (rütubətsevənlər); kserofillər 

– quraq mühitə, xüsusilə torpağın quraqlığına (səhralarda) uyğunlaşan heyvanlar. Kserofillərin bədən səthindən

tənəffüs orqanları qişasından və mübadilə  məhsulları ilə su itkisi olduqca azdır. Kserofillər metobolik sudan 

(dəvə, ərəb dovşanı, həşəratlar), sidik kisəsində topladığı ehtiyat sudan (Avstraliya qurbağası), yaxud qida ilə 

aldığı sudan istifadə etməklə (kərtənkələ, ilan, tısbağa, dovdaq və s.) uzun müddət yaşaya bilir. Metabolik südan 

istifadə edən heyvanlar (məs. dəvə, qoyun, it) uyğun olaraq 27, 23 və 17% su itirdikdə dözür. Lakin insan 10% 

su itirdikdə ölür. Peykiloterm heyvanlar istisevər heyvanlar kimi sudan bədənini sərinləşdirmək üçün istifadə 

etmədiyindən daha dözümlüdürlər. Kserofillərin çoxunda yay yuxusu, mövsümi diapauza, axşam-gecə fəallığı 

suyun qənaətlə  sərf edilməsinə  səbəb olur. Kserofillər susuzluğa dözümlü olsalar da, su içmək üçün uzaq 

məsafələr qət edirlər (qulan, büldürük).  



 

2.3.1. Su orqanizmlərinin su-duz mübadiləsi  

Təbii su hövzələri duzluluq dərəcəsinə görə şərti olaraq şirin sulara (duzluluq 0,5%), zəif duzlu (0,5-16%) 

və duzlu (16%-dən artıq) sulara bölünür. Okean sularının duzluluq dərəcəsi 32-38% (orta hesabla 35%) təşkil 

edir.  Ən yüksək duzluluğu ilə duzlu göllər deyilən daxili su hövzələri seçilir, bunlarda elektrolitlərin qatılığı 

370%-ə çatır. Təbiidir ki, belə müxtəlif  şəraitlərdə su orqanizmləri müxtəlif adaptasiya tipləri seçir. Su-duz 

mübadiləsinin xarakterinə görə hidrobiontlar aydın şəkildə şirin su və dəniz hidrobiontlarına bölünür, lakin evri-

qalin formalar hər iki şəraitdə yaşaya bilər.  

Şirin su orqanizmlərinin izotonik formaları ola bilməz; onların hüceyrə və toxumalarında mayelərin qatılığı 

ətraf mühitdən artıqdır. Başqa sözlə, şirinsulu orqanizmlər hipertonikdir (yüksək təzyiqli), buna görə orqanizmin 

daxilinə daima suyun osmotik axını istiqamətlənir. Odur ki, şirinsulu hidrobiontlar orqanizmin daxili mühitində 

osmotik təzyiqi aktiv saxlamalıdır. Onlar homoyosmotik formalara aiddir.  

Bir çox şirinsulu heyvanlarda olan müxtəlif örtüklər onların dərisindən suyun daxil olmasını  çətinləşdirir 

(zireh, pulcuq, selik və s.). Lakin orqanizmə suyun osmotik daxil olması tam təcrid oluna bilməz, belə ki, ən azı 

tənəffüs orqanları epiteli, selikli bağırsaq su ilə təmasda olur.  

Dəniz suyunda osmotənzimlənmənin vəzifəsi safsulu (şirinsulu) tipin əksinədir: dənizdə orqanizmin daxili 

mühitinin osmotik təzyiqi dəniz suyuna nisbətən aşağıdır, buna görə orqanizm daima susuzlaşır. Dəniz 

balıqlarında suyu güclü xaric etməyə yönəldilən böyrəklərin süzmə funksiyası  zəifdir, yumaqcıqların çox 

hissəsi, ümumiyyətlə, süzmə işində iştirak etmir.  

 

2.3.2. Dünya okeanının ekoloji zonaları  

Okean və ona daxil olan dənizlərdə hər şeydən əvvəl iki ekoloji sahə ayırırlar: su qatı – pelagial və suyun 



dibi (bental). Dərinlikdən asılı olaraq bental litoral zonaya, batial zonaya – dik yamac sahəsi və abissal zonaya 

bölünür.  Litoral zona okean dibinin çəkilməsi zamanı  ən aşağı  və qabarma zamanı  ən yuxarı su səviyyələri 

arasındakı sahilboyu ekoloji zonadır. Dərinliyi 40-50 sm-dən 200 m-ə qədərdir. Litoral sahə qabarma və çəkilmə 

nəticəsində gündə iki dəfə su ilə örtülür və sudan azad olur. Süxurların xüsusiyyətindən asılı olaraq gilli, qumlu, 

daşlı və qayalı litorallara ayırırlar. Təbiidir ki, litoralın sakinləri nisbətən yüksək olmayan təzyiq, gündüz günəş 

işığı, çox vaxt temperatur rejiminin dəyişməsi şəraitində yaşayır.  



Abissal sahə okean dibinin 2500 m-dən dərin olan sahəsidir (6000-7000 m-ə qədər). Bu sahə daim qaranlıq 

olub, temperatur aşağı  və sabit, yüksək təzyiq (yüzlərlə, bəzən min atmosferə yaxın) altında olur. Abissalın 

bitkisi bəzi bakteriyalardan və bir neçə növ saprofit yosunlardan ibarətdir, heyvanları ya gözsüzdür və ya böyük 

gözləri vardır, bir çox orqanizm isə özü işıq verir.  

Okean dibinin bütün canlıları bentos adlanır.  



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə