MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə29/228
tarix30.12.2017
ölçüsü4,78 Mb.
#18712
1   ...   25   26   27   28   29   30   31   32   ...   228

 

45

Bərk komponentlər torpaqda üstünlük təşkil edib mineral və üzvi hissələrdən ibarətdir. Torpağın üzvi 



hissəsi mürəkkəb üzvi maddə sayılan humusdan ibarətdir. Humus torpağın bitki və heyvan qalıqlarının fiziki-

biokimyəvi çevrilməsi nəticəsində əmələ gələn tünd rəngli üzvi hissəsidir. Humusun tərkibinə humin turşuları 

(torpağın məhsuldarlığı üçün ən vacib olan) və fulfoturşular daxildir. Humusda mikroorqanizmlərin köməyi ilə 

bitkilərin ala bildiyi əsas qida elementləri (azot, fosfor, kükürd, karbon və s.) vardır. Humus torpağın 

məhsuldarlığını artırır, onun bioloji aktivliyini yüksəldir. Torpaqda humusun miqdarı faizin onda bir hissəsindən 

20-25%-ə çatır. Qaratorpaq humusla ən zəngin və ən münbit torpaq hesab olunur.  

Torpağın maye komponenti müxtəlif vəziyyətlərdə ola bilər:                        1) azad(qravitasiya) su – 

torpağın daha iri məsamələrini tutaraq öz  ağırlıq qüvvəsi ilə  tədricən aşağı  sızır; 2) əlaqəli (hiqroskopik və 

pərdə suyu) su – torpaq hissəciklərinin səthi ilə möhkəm adsorbsiya olunaraq onların üzərində  pərdə  əmələ 

gətirir; 3) kapilyar su-kiçik məsamələri tutaraq orada müxtəlif istiqamətlərdə hərəkət edə bilər; 4) buxar suyu – 

torpaq havasının tərkibində olur. Bitkinin kök sistemi üçün ən asan istifadə oluna bilən (əlverişli) azad və kapi-

lyar, çətin istifadə oluna bilən  əlaqəli (pərdə) su forması hesab olunur, buxar halında olan su isə böyük rol 

oynamır. Torpaqda olan bütün su kütləsinin, torpağın bərk komponentlərinin kütləsinə olan nisbəti (faizlə) 

torpağın nəmliyi (rütubətliyi) adlanır.  

Müxtəlif torpaq tiplərində və müxtəlif vaxtlarda suyun miqdarı eyni olmur. Qravitasiya suyu çox olduqda 

torpağın rejimi su hövzəsinin rejiminə yaxın olur. Quru torpaqda yalnız bağlı su qalır. Lakin hətta ən quru tor-

paqda havanın nəmliyi torpaq səthindəki havanın nəmliyindən çox olur. Odur ki, torpaq orqanizmləri torpaq 

səthindəki orqanizmlərə nisbətən qurumağa az məruz qalır.  

Torpağın bütün maye komponentləri  torpağın məhlulu adlanır. Onun tərkibində nitratlar, bikarbonatlar, 

fosfatlar, sulfatlar və digər duzlar, həmçinin suda həll olan üzvi turşular, onların duzları, əsasən azad və kapilyar 

suda olan şəkər olur. Əlaqəli suda maddələr çətin həll olur. Məhlulun konsentrasiyası torpağın rütubətliyindən 

asılıdr.  

Torpaq məhlulunun tərkibi və konsentrasiyası torpağın reaksiyasını müəyyən edir (pH). Bitki və torpaq 

heyvanları üçün neytral reaksiya (pH=7) daha əlverişli sayılır.  

Torpağın strukturu və məsaməliyi qida maddələrinin bitki və heyvanlar üçün istifadə edə bilmə dərəcəsini 

müəyyən edir. Molekulyar qüvvə ilə torpaq hissəciklərinin bir-birilə birləşməsi torpağın strukturunu yaradır. 

Onların arasındakı boşluqlar  məsamə adlanır. Torpağın ümumi həcminə görə onda olan bütün məsamələrin 

həcmlərinin cəminin faizlə ifadəsi torpağın məsaməliyi adlanır.  

Torpağın quruluşu.  Torpaqəmələgəlmə prosesi yuxarıdan aşağıya doğru gedərək, intensivliyi getdikcə 

azalır. Mülayim zonada bu proses 1,5-2,0 m dərinlikdə sönür. Torpağın şaquli kəsiyində torpaqəmələgəlmə pro-

sesinin xarakteri də dəyişir.  

Torpaqəmələgəlmə prosesində ayrılan və torpaq səthinə müəyyən dərəcədə paralel yerləşən, nisbətən oxşar 

qatlara torpağın  genetik horizontları deyilir. Onlar bir-birindən və ana süxurdan rənginə, strukturuna, 

quruluşuna, tərkibinə və digər əlamətlərinə görə seçilir. Torpağın genetik horizontlarının birliyi torpaq profilini 

əmələ gətirir. Profildə əsas üç horizont ayrılır: 1) üst çürüntü-akkumlyativ və ya humus horizontu (A), bu hori-

zontda üzvi maddələr toplanır və  dəyişir, birləşmələrin bir hissəsi su ilə yuyularaq aşağı qatlara aparılır; 2) 

yuyulma – illuvial qat, burada yuxarıdan yuyulan maddə çökərək mineral formalara çevrilir, karbonatlar, gips, 

gilli minerallar toplanır və s. Bu horizont tədricən ana süxura - horizonta (C) keçir.  



Torpağın mühüm ekoloji faktorları. Qeyd edildiyi kimi bu faktorlar fiziki və kimyəvi faktorlara bölünür. 

Fiziki faktorlara torpağın nəmliyi, temperaturu, strukturu və məsaməliyi daxildir.  



Torpağın nəmliyi, daha doğrusu bitkilər üçün istifadə olunan nəmlik bitkinin kök sisteminin sorucu 

gücündən və suyun fiziki vəziyyətindən asılıdır. Asan istifadə olunan «azad» su əvvəlcə iri məsamələrdən tez 

sızaraq, sonra isə xırda məsamələrdən tədricən sızaraq torpağın dərin qatlarına gedir; bağlı və kapilyar rütubətlik 

torpaqda uzun müddət qalır.  

Rütubətliyin bitkilər tərəfindən istifadəsi torpağın susaxlama qabiliyyətindən asılıdır. Torpaq nə qədər gilli 

və quru olarsa, susaxlama qabiliyyətinin gücü yüksək olur. Torpağın nəmliyi çox aşağı olub, yalnız istifadə olu-

na bilməyən möhkəm bağlı su qaldıqda bitki quruyur, hiqrofil heyvanlar (yağış soğulcanı və b.) aşağı rütubətli 

qatlara keçərək yağış düşənə  qədər orada «yuxuya» gedir. Lakin bir sıra çoxayaqlılar hətta torpağın quru 

həddində belə, aktiv həyatsürmə qabiliyyətinə malikdir.  

Torpağın temperaturu xarici mühitin temperaturundan asılıdır, lakin aşağı temperatur keçirməsi sayəsində 

temperatur rejimi xeyli stabildir, 0,3 m dərinliyində temperaturun dəyişmə amplitudu 2

0

-dən aşağıdır, bu hal 



torpaq heyvanları üçün vacib olub komfort temperatur şəraiti axtarmaq üçün torpağın aşağı qatlarına keçməyə 

ehtiyac olmur.  

Temperaturun sutkalıq dəyişməsi yalnız 1 m dərinliyə  qədər hiss olunur. Yayda torpağın temperaturu 

havanın temperaturundan aşağı, qışda isə yuxarı olur.  



Torpağın strukturu və məsaməliyi onun aerasiyasının yaxşılaşmasını təmin edir. Torpaq soğulcanları gil-

li, gillicəli və qumluca torpaqlarda aktiv hərəkət edərək onun məsaməliyini artırır. Sıx torpaqlarda aerasiya 




Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə