MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə31/228
tarix30.12.2017
ölçüsü4,78 Mb.
#18712
1   ...   27   28   29   30   31   32   33   34   ...   228

 

47

uzunayaqlılara aid milçəyin sürfələrini və b. göstərmək olar. Bir çox növlər torpaqda ekoloji cəhətdən sərfəli 



hərəkət tipi uyğunlaşması (qazıma və arxasınca yolu bağlama) inkişaf etmişdir. Qazıma torpağı yumşaltmaq və 

hissəciklərini kürümək yolu ilə aparılır. Bura müxtəlif həşəratların sürfələri aiddir. Bu orqanizmlərin bədənində 

qazıma və kürümək üçün xüsusi uyğunlaşmalar olur.  

Haqqında danışılan ekoloji qrupun əksər növlərində qaz mübadiləsi xüsusi tənəffüs orqanlarının köməyi ilə 

yerinə yetirilir, lakin bununla yanaşı, qaz mübadiləsi örtük vasitəsilə tamamlanır. Bəzi növlər yalnız dərisi ilə 

(məs. torpaq soğulcanı, enxitreid) tənəffüs edir. Torpaqeşən (yereşən) heyvanlar əlverişsiz vəziyyət baş verdikdə 

qatlardan çıxırlar. Quraqlıq vaxtı  və  qışa yaxın onlar daha dərin qatlarda, yerin səthindən bir neçə on 

santimetrdə konsentrasiya olunur.  



Torpağın meqafaunası – əsasən məməlilərdən ibarət olub iri yereşənlərdir. Bir sıra növlər bütün həyatını 

torpaqda keçirir (Avrasiyada – korsiçan, sokor, köstəbək; Afrikada – qızılköstəbək; Avstraliyada – kisəli 

köstəbək). Onlar torpaqda yollar və yuvalar sistemi qazırlar. Bu heyvanların xarici görkəmi və anatomik 

xüsusiyyətləri yeraltı eşmə həyat tərzinə uyğunlaşmanı əks etdirir. Onlar inkişafdan qalma gözlərə, qısa boğazlı 

kompakt, dalğalı  bədənə, qısa sıx xəz dəriyə, möhkəm dırnaqlı güclü qazıcı sonluğa malikdirlər. Torpağın 

meqafaunasına cənub yarımqütbündə tropikada məskunlaşan iri oliqoxetlər, xüsusilə Megascolecidae 

fəsiləsindən olan nümayəndələri aiddir. Onlardan ən böyüyü Avstaliya Megascolides australis olub uzunluğu 

2,5, bəzən 3 m-ə çatır.  

Torpağın daimi sakinlərindən başqa iri heyvanlardan yuvalarda yaşayan böyük ekoloji qrupu (marmot, 

sünbülqıran, dovşan, porsuq, ərəbdovşanı  və b.) ayırmaq olar. Onlar yerin üzərində qidalanır, lakin torpaqda 

çoxalır, qışlayır, istirahət edir, təhlükədən qorunur. Bir sıra digər heyvanlar da bu yuvalardan istifadə edir, bura-

da əlverişli mikroiqlim tapır və düşmənindən gizlənirlər.  

Bir sıra ekoloji xüsusiyyətlərinə görə torpaq su və yerüstü aralıq mühit hesab olunur. Torpağı su ilə 

yaxınlaşdıran cəhətlər onun temperatur rejimi, oksigenin azlığı, torpaq havasının su buxarları ilə doyması  və 

suyun müxtəlif formalarda mövcudluğu, torpaq məhlulunda duzların və üzvi maddələrin olmasıdır.  

Torpağı hava mühiti ilə yaxınlaşdıran torpaq havasının mövcudluğu, üst qatların quruma təhlükəsi və tem-

peratur rejiminin kifayət qədər kəskin dəyişməsidir.  

Heyvanların yaşama mühiti kimi torpağın aralıq ekoloji xassələrinə əsasən ehtimal etmək olar ki, torpaq, 

heyvanat aləminin təkamülündə mühüm rol oynamışdır.  

 

2.7. Yanğınlar ekoloji faktor kimi 

Y.Odum (1975, 1986) yanğınları (meşə, bozqır, torf bataqlığı və b.) iqlimin ayrılmaz hissəsi kimi yerüstü-

hava şəraitində ekosistemə özünəməxsus kompleks fiziki və kimyəvi təsir etdiyini göstərir və onu temperatur, 

yağıntı və torpaq kimi mühüm ekoloji faktor hesab edir. Buna uyğun olaraq biotik qruplaşmalar bu faktora da 

temperatur və suya olduğu kimi adaptasiya olunur. Əksəriyyət hallarda insan yanğın faktorunu həm gücləndirə, 

həm də zəiflədə bilir. 

Yanğınlar mülayim zonanın meşə  və bozqır rayonlarında və tropika rayonlarının quraqlıq mövsümündə 

xüsusilə böyük rol oynayır. Y.Odum (1975) qeyd edir ki, ABŞ-ın qərb və  cənubi-şərq rayonlarının 

əksəriyyətində son 50 ildə yanğın hadisəsi baş verməyən böyük sahə tapmaq çətindir. Sibir və Uzaq Şərq 

regionlarında da qaraşam meşələrində gövdəsi yanmayan ağaca təsadüf edilmir. Yanğının təbii başvermə səbəbi 

çox vaxt ildırımın vurması olur. Şimali Amerika induları meşə  və preriləri qəsdən (məqsədlə) yandırmışlar. 

Deməli, insan hələ  ətraf mühiti güclü dəyişməzdən çox-çox əvvəllər yanğınlar limitləşdirici faktor olmuşdur. 

Təəssüf ki, hazırkı dövrdə  də insanın ehtiyatsız davranışı  nəticəsində  məhsuldar meşə  və bozqır  əraziləri 

yanğınlara məruz qalaraq pozulur və ya məhv edilir. Ekoloji təsirinə görə «üst» və «alt» yanğınlar ayrılır. Üst 



yanğınlar zamanı çox vaxt bitki örtüyü və heyvanat aləmi tamamilə  məhv edilərək  əksəriyyət orqanizmlərə 

limitləşdirici təsir göstərir. Biotik qruplaşmaların öz ilkin vəziyyətinə qayıtması üçün bərpa işləri yenidən 

başlanır və buna çox illər tələb olunur.  

Alt yanğınlar,  əksinə, seçici təsir göstərir, orqanizmlərdə oda qarşı adaptasiyanın inkişafına köməklik 

göstərir, bakteriyaların parçalanma fəaliyyətinə  təkan verərək mineral maddələrin yeni yaranacaq ekosistem 

nəslinin qidalanması üçün əlverişli formaya çevirir, üst yanğınların başvermə  təhlükəsini zəiflədir, 

qruplaşmaların (biosenozların) bioloji müxtəlifliyinin çoxalmasına şərait yaradır. Alt yanğınlar azot fiksə edən 

paxlalı bitkilər üçün faydalıdır.  

Yanğından bəzən mühiti idarə edən faktor kimi də istifadə edilir. Bataqlıq şam meşələrinin məhsuldarlığını 

yüksəltmək, süpürgə kollu bataqlıqlarda ov heyvanlarını çoxaltmaq üçün yanğından zolaqlarla istifadə olunur. 

Pirogen (yanğın) faktoruna ekologiyada və bir sıra ekosistemlərin təkamülündə aparıcı faktor kimi baxmaq 

lazımdır. Yer kürəsinin bir çox regionlarında bitki örtüyü və heyvanat aləminin formalaşması bilavasitə təbii baş 

verən yanğınların (ildırım, vulkan püskürməsi) nəzarəti altında gedir. Biotaya təsir göstərən pirogen faktorların 

qədimliyini Q.Valter (1974) pirofit bitki qruplaşmalarının nisbətən çox olması ilə izah edir.  

Təbii faktorlardan başqa insan tərəfindən uzaq keçmişdən törədilən yanğınların bitki örtüyünə böyük təsiri 

olmuşdur.  Əkinçilik dövründən  əvvəl yanğınlar insanlar tərəfindən kütləvi ovçuluq zamanı törədilmişdir. Av-



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə