MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.

səhifə33/228
tarix30.12.2017
ölçüsü4,78 Mb.
1   ...   29   30   31   32   33   34   35   36   ...   228

 

50

eyni  şəraitə malik olan ərazilərdə  məskunlaşan, ümumi morfoloji tip və  həyat hadisələrinin vahid ritmi və 



orqanizmlərin dinamikası ilə seçilən fərdlərin məcmusudur. Coğrafi miqyasda belə qruplaşmalar fərdlərin bu və 

ya digər rayonda yarımnöv arealı hüdudunda eyni şəraitdə, eyni istiqamətdə uyğunlaşması prosesində  əmələ 

gəlir. Bioloji coğrafi populyasiyalar məhsuldarlıq səviyyəsinə, heyvanlarda isə həm də aparıcı qida tipi, fərdlərin 

hərəkətlik dərəcəsi, oturaq və ya miqrasiya həyat tərzinə görə  fərqlənə bilər. Bir coğrafi populyasiyanın 

fərdlərini birləşdirən xarakterik cəhət onların həyat ritminin birliyidir. Aşağı dərəcə (ranq) populyasiyalar üçün 

müxtəlif adlar işlənir. Bunlardan ekoloji biotopik, yerli, lokal, elementar və b. populyasiyaları göstərmək olar. 

Belə populyasiyalar müvəqqəti və qeyri-stabil ola bilər. Populyasiyanın ranqı (dərəcəsi) nə qədər aşağı olarsa, 

populyasiyalarla əlaqə də bir o qədər sıx, fərdlər arasında mübadilə dərəcəsi böyük, fərqləndirici xüsusiyyətlər 

isə az olar. Yarımnöv ranqının qruplaşmaları arasında fərq daha güclüdür, bu fərqlər ayrı-ayrı fərdlərin yalnız 

fizioloji və davranış  tərzi, həm də onlarda morfoloji tərzlərdə  nəslən möhkəmlənmişdir. Populyasiyların 

müxtəlif ranqları (dərəcələr) arasındakı əlaqələr növün vəhdətini və onun irsi fondunun zənginləşməsini təmin 

edir.  


Akademik S.S.Şvars təbii populyasiyaların ayrılmasına digər – tarixi-genetik cəhətdən yanaşır. Bu 

baxımdan, populyasiyaları genetik vahid kimi yalnız cinsi çoxalma və çarpaz mayalanma olan növlər üçün 

ayırmaq olar.  

Ölçüsünə görə karlik, adətən  lokal  və  superpopulyasiyalar ayırırlar. Superpopulyasiyalar başdan-başa 

geniş əraziləri əhatə edərək çoxlu miqdarda fərdlərdən ibarət olur.  

Populyasiyaları, həmçinin məkanca və yaş strukturuna, daimi yerində olan və ya məskunlaşdığı yeri 

dəyişən və digər ekoloji dərəcələrə görə ayırmaq olar.  

Müxtəlif növlərin populyasiyalarının ərazi sərhədi bir-birinin üstünə düşmür. Geniş populyasiya sərhədinə 

malik olan növlər də mövcuddur. Məsələn, hərəkətdə olan iri heyvan sayılan sığının bir populyasiyasının zəbt 

etdiyi ərazi müxtəlif bitki örtüyünü (müxtəlif cinslərdən ibarət meşələr, tarlalar, çəmənlər, yarğanlar, çay yatağı 

və s.) özündə cəmləşdirir.  

 

3.4. Populyasiyanın bioloji strukturu  

Populyasiyanın strukturunun əsas göstəriciləri – orqanizmlərin sayı, məkanda yayılması  və keyfiyyətcə 

müxtəlif fərdlərin nisbəti sayılır.  

Hər bir orqanizmin fərdi əlamətləri onun irsi proqramından, genetik tipindən və bu proqramın ontogenezin 

inkişafında necə  həyata keçməsindən asılıdır. Hər bir fərd müəyyən ölçü, cins, morfologiyasının fərqləndirici 

əlamətləri, davranış xüsusiyyətləri və  dəyişən mühitə qarşı uyğunlaşma dərəcəsinə malikdir. Bu əlamətlərin 

populyasiyada yayılması da onun strukturunu təyin edir.  

Populyasiyanın strukturu sabit deyildir. Orqanizmlərin böyümə  və inkişafı, yenisinin dağılması, müxtəlif 

səbəblərdən ölümü (məhv olma), ətraf mühitin dəyişməsi, düşmənlərinin sayının artma və ya azalması – bütün 

bunlar populyasiya daxilində müxtəlif nisbətlərin dəyişməsinə səbəb olur.  

 

Populyasiyanın cinsi strukturu  

Fərdlərin mühitə tələbatı və onun ayrı-ayrı faktorlara qarşı davamlığı qanunauyğun və əhəmiyyətli dərəcədə 

dəyişir. Ontogenezin müxtəlif mərhələlərində yaşayış yeri, qida tipi, yerdəyişmə xarakteri, orqanizmlərin 

ümumi aktivliyi dəyişə bilər. Çox vaxt növ daxilində ekoloji yaş müxtəlifliyi növlər arasındakı  fərqdən daha 

yüksək dərəcədə təzahür edir.  

Populyasiyanın yaş  fərqləri onun ekoloji müxtəlifliyini və bununla da mühitə müqavimətini  əhəmiyyətli 

dərəcədə gücləndirir.  Şəraitin normadan artıq güclü kənara çıxması zamanı populyasiyada yaşamağa qabil 

fərdlərin bir hissəsinin qalması və populyasiyanın mövcudluğunun davam etməsi ehtimalı çoxalır.  

Populyasiyanın yaş strukturu uyğunlaşma xarakterinə malikdir. O, növün bioloji xassələrinə əsaslanır, lakin 

həmişə ətraf mühit faktorlarının təsir gücünü əks etdirir.  

 

3.5. Bitkilərdə populyasiyanın yaş strukturu 

Bitki senopopulyasiyası müəyyən fitosenoz daxilində onun fenotik vəziyyətindən və ekotopik və genetik 

xüsusiyyətlərindən asılı olmayaraq növün bütün fərdlərini birləşdirir. Bitkilərdə senopopulyasiyanın yaş 

strukturu (yaxud konkret fitosenozun populyasiyasının) yaş qruplarının nisbətilə təyin olunur.  



Cücərtilər – toxumda olan ehtiyat maddələrindən və xüsusi assimlyasiyanın hesabına qarışıq qida alır. Bu 

kiçik bitkilər üçün rüşeym strukturun mövcudluğu səciyyəvidir: rüşeym kökün inkişafı başlayan ləpə  və bir 

qayda olaraq yaşlı bitkilərdən fərqli olaraq sadə formalı böyük olmayan yarpaqlı biroxlu zoğdur.  

İlkin bitkilər – (yuvenil bitkilər) – sərbəst qidalanmağa keçir. Bu bitkidə daha ləpə yoxdur, çox vaxt 

təkoxluluğunu saxlayır, yarpaqlar başqa formada olub yaşlı bitkilərə nisbətən xırdadır.  



İmmatur bitkilər – yuvenil bitkidən yaşlı vegetativ bitkiyə keçid əlamətlərə malikdir. Bunlarda çox vaxt 

zoğun budaqlanması başlayaraq fotosintetik aparatın böyüməsinə şərait yaradır.  




 

51

Yaşlı vegetativ bitkilərdə yeraltı  və yerüstü orqanların strukturunda növün həyati forması üçün tipik 

əlamətlər meydana gəlir və vegetativ üzvün quruluşu  əsasən generativ vəziyyətə uyğun gəlir, lakin hələ 

reproduktiv orqanlar yoxdur.  

Bitkinin generativ dövrə keçməsi təkcə çiçək və meyvələrin peyda olması ilə deyil, həm də orqanizmin 

dərin daxili biokimyəvi və fizioloji qurulması ilə təyin olunur.  



Cavan generativ bitkilər – çiçəkləyir, meyvə əmələ gətirir, yaşlı struktur formalaşmasının yekunlaşması 

gedir. Bəzi illərdə çiçəkləmədə fasilə də ola bilər.  



Ortayaşlı generativ bitkilər – adətən  ən yüksək böyümə  həddinə çatır, hər il böyük artım və toxum 

məhsulu verir.  



Qoca generativ bitkilər – reproduktiv funksiyası kəskin aşağı düşür, zoğvermə və köklərin inkişafı prosesi 

zəifləyir. Məhvolma prosesləri yenidənyaranma proseslərini üstələyir, dezinteqrasiya güclənir. Qoca vegetativ 



(subsenil) bitkilərdə toxumvermənin (meyvəvermə) dayanması,  əzəmətliyi aşağı düşür, destruktiv proseslər 

güclənir, zoğ  və kök sistemi arasındakı  əlaqələr zəifləyir, həyati formaların bəsitləşməsi nəzərə çarpa bilər, 

immatur tipli yarpaqlar peyda olur.  

Senil bitkilər – son dərəcə zəif olması, ölçülərinin azalması, bərpa olunduqda az miqdarda zoğun olması ilə 

səciyyələnir, bəzən – yuvenil əlamətlər görünür (yarpaqların forması, zoğların xarakteri və s.). 



Ölmüş fərdlər senil vəziyyətin son dərəcə təzahürüdür, bu zaman bitkidə təkcə ayrı-ayrı canlı toxumalar 

qalır.  


Populyasiyanın fərdlərinin yaş  vəziyyətinə görə bölünməsi onun yaş spektri adlanır. O, müxtəlif yaş 

səviyyələrinin nisbətini əks etdirir.  

Senopopulyasiya  əgər bütün yaş qruplarından (və ya ona yaxın) ibarət olarsa, (konkret növlərin bəzi yaş 

vəziyyətləri, məsələn, immatur, subsenil, yuvenil təzahür etməyə də bilər) ona normal senopopulyasiya deyilir. 

Belə populyasiya asılı olmayıb toxum və vegetativ yolla özünü saxlama qabiliyyətinə malikdir. Belə 

populyasiyada bu və ya digər yaş qrupu üstünlük edə bilər. Bununla əlaqədar olaraq cavan, ortayaşlı və qoca 

(yaşlı) normal senopopulyasiyalar ayrılır.  

Senopopulyasiyanın yaş strukturu əsasən növün bioloji xüsusiyyətləri ilə toxumvermənin - meyvəvermənin 

dövriliyi, məhsuldar toxumların və vegetativ rüşeymlərin sayı, toxumların bitiş faizinin qalma müddəti, fərdlərin 

bir yaş qrupundan digərinə keçmə sürəti, klon əmələgəlmə qabiliyyəti və b.) təyin olunur. Göstərilən bütün 

bioloji xüsusiyyətlərin təzahürü ətraf mühit şəraitindən asılıdır.  

Bir senopopulyasiyanın fərdlərinin inkişafı  və bir yaş qrupundan digərinə keçmə sürəti müxtəlif 

intensivlikdə ola bilər. Normal inkişafla, yəni yaş  vəziyyətləri biri digərini adi ardıcıllıqla  əvəz etməsi ilə 

müqayisədə inkişaf tezləşə və gecikə bilər, ayrı-ayrı yaş vəziyyətləri sıradan çıxa bilər, təkrar sükutluq başlaya 

bilər, fərdlərin bir hissəsi cavanlaşa və ya məhv ola bilər. Bir sıra çəmən, meşə, bozqır növləri istixanada və ya 

əkinlərdə yaxşı aqrotexniki fonda becərildikdə öz ontogenezlərini qısaldır, məsələn, çəmən topalotu və 

çobantoxmağı 20-25 ildən 4 ilə qədər, yaz gülülü (xoruzgülü) 100-dən 10-15 ilə qədər və s. Digər bitkilər isə 

şərait yaxşılaşdıqda (məs. adi zirə) ontogenez uzana bilər.  

Quraqlıq illərində  və intensiv otarma zamanı senopopulyasiyanın ayrı-ayrı yaş  vəziyyətləri sıradan çıxır, 

bəzi növləri vaxtsız senil vəziyyətinə keçir, bəzi növlərin isə cavan və yetişmiş generativ fərdlərində çiçəkləmə 

fasilə verərək elə bil ki, cavanlaşır və ontogenezini uzadır.  

Yaş spektri yalnız xarici şəraitlə deyil, həm də növün reaktivliyindən və davamlığından asılı olaraq 

tərəddüd edir. Otarmaya qarşı bitkilərdə müxtəlif maneələr olur: otarmada bəzi bitkilərdə cavanlaşma baş verir, 

belə ki, qocalma həddinə çatmamış  məhv edilir (məs. yovşan), digərində isə  bərpa aşağı düşdüyündən 

senopopulyasiyanın qocalmasına səbəb olur (məs. bozqır növü Ledebur çiləotu).  

Bəzi növlərdə arealın bütün sahəsində geniş diapazon şəraitində normal senopopulyasiyalar yaş 

strukturunun  əsas  əlamətlərini saxlayır (məs. adi göyrüş, dovşantopalı, çəmən topalı  və s.). Belə yaş spektri 

əsasən növün bioloji xassələrindən asılı olub baza spektri adlanır.  

Baza spektri ən çox davamlı qruplaşmalarda edifikator növlərin senopopulyasiyalarına xasdır.  

Fərdlər nə  qədər böyük olarsa, onun mühitə  və qonşu bitkilərə  təsiri geniş sferdə olur. Əgər 

senopopulyasiyanın yaş spektrində yaşlı vegetativ fərdlər, cavan və ortayaşlı generativ fərdlər üstünlük təşkil 

edərsə, bütün populyasiya bütövlüklə digərləri arasında davamlı vəziyyət tutacaqdır.  

Beləliklə, senopopulyasiyanın təkcə sayı deyil, həmçinin yaş spektri onun vəziyyətini və xarici mühitin dəyişən 

şəraitinə uyğunlaşmasını əks etdirir və biosenozda növün mövqeyini təyin edir.  

 

3.6. Heyvanlarda populyasiyanın yaş strukturu 

Növün çoxalma xüsusiyyətlərindən asılı olaraq populyasiyanın üzvləri bir və ya müxtəlif generasiyaya 

mənsub ola bilər. Bir generasiyada olduqda bütün fərdlər yaşa görə yaxın olur və  həyat tsiklinin növbəti 

mərhələləri təxminən eyni vaxtda keçir. Qeyri sürülü çəyirtkələrin çox növlərinin çoxalması yumurtalardan ilkin 

yaşlı sürfələr peyda olur. Sürfələrin nəsilverməsi mikroiqlim və digər şəraitlərin təsirindən bir qədər ləngiyir, lakin 

bütövlükdə kifayət qədər birgə keçir. Bu vaxt populyasiya yalnız ayrı-ayrı  fərdlərin bir bərabərdə inkişaf 






Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   228


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə