MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə34/228
tarix30.12.2017
ölçüsü4,78 Mb.
#18712
1   ...   30   31   32   33   34   35   36   37   ...   228

 

52

etməməsilə  əlaqədar populyasiyada eyni vaxtda yanaşı yaşların sürfələrinə  də rast gəlinə bilər, lakin bütün 



populyasiya tədricən imaginal vəziyyətə keçir və yayın sonunda yalnız yaşlı yarımyetişmiş formalardan ibarət 

olur.  


Eyni vaxtda yaşayan müxtəlif generasiyalı növləri iki qrupa bölmək olar: həyatında bir dəfə  və  dəfələrlə 

artan.  


May böcəyinin dişiləri yazda yumurta qoyduqdan sonra tezliklə məhv olur. Sürfələr torpaqda inkişaf edir və 

dördüncü ilində puplaşır. Populyasiyada eyni vaxtda dörd generasiyanın nümayəndələri iştirak edir, onların hər 

biri özündən əvvəlkindən sonrakı ili peyda olur. İlbəil bir generasiya özünün həyat tsiklini başa vurur və yenisi 

gəlir. Belə populyasiyada yaş qrupları dəqiq fasilələrlə ayrılır.  

Təkrar çoxalan növlərin populyasiyalarının yaş strukturu daha da mürəkkəbdir. Bu zaman iki kənar 

vəziyyət mümkündür: 1) yaşlı  vəziyyətdə  həyat uzun sürmür  və 2) yaşlı  fərdlər uzun yaşayaraq dəfələrlə 

çoxalır. Birinci halda hər il populyasiyanın böyük hissəsi  əvəz olunur. Onun sayı sabit deyil və növbəti 

nəsilvermə üçün əlverişsiz olan ayrı-ayrı illərdə kəskin dəyişə bilər. Populyasiyanın yaş strukturu güclü dəyişə 

bilər.  

İkinci halda populyasiyanın müxtəlif nəsillərinin mövcud olduğu nisbətən davamlı (sabit) strukturu əmələ 

gəlir. Belə ki, Hindistan filləri 8-12 yaşında cinsi yetişkənliyə çatır və 60-70 il yaşayır. Dişilər dörd ildə bir, 

nadir halda iki bala verir. Sürüdə adətən müxtəlif yaşlı fillər 80%, cavanlar isə 20% olur.  

Yüksək nəsilvermə qabiliyyəti olan növlərdə yaş qrupları müxtəlif ola bilər, lakin populyasiyanın ümumi 

strukturu həmişə kifayət qədər mürəkkəb qalır, bura müxtəlif nəsillərin nümayəndələri və onların müxtəlif yaşlı 

nəsilləri də daxil olur.  

Heyvanların təbii populyasiyalarının insan tərəfindən istismarı zamanı onların yaş strukturunun uçotu 

mühüm əhəmiyyət daşıyır. Hər il çoxlu artım verən növlərin populyasiyasının xeyli hissəsini götürdükdə onların 

sayının azalmasına təhlükə yaranmır. Mürəkkəb yaş strukturuna malik olan populyasiyanın çoxlu yaşlı fərdləri 

məhv edilərsə, onun bərpasını olduqca ləngidər. Məsələn, ikinci ili yetişkənliyə çatan qorbuşanın (qızılbalıqlar 

fəsiləsindən balıq növü) kürüverən fərdlərinin 50-60%-ni populyasiyanın sayının azalmasına ziyan vurmadan 

tutmaq olar. Gec yetişən və daha mürəkkəb yaş strukturuna malik olan keta balığının cinsi yetişkən sürüsündən 

tutulan balığın norması az olmalıdır. 



 

Øÿêil 3.1. Ùåéâàí ïîïóëéàñèéàëàðûíäà ãèäà åùòèéàòëàðûíûí ãÿáóë 

îëóíìàñûíû íèçàìëàéàí ãîìåîñòàç 

 



 

53

 Yaş strukturunun analizi populyasiyanın həyat boyu yaxın nəsillərdəki sayını proqnozlaşdırmağa imkan 



verir. Belə analizlərdən sənaye sürülərinin (məs. balıq sənayesində) dinamikasını  əvvəlcədən görməkdə geniş 

istifadə olunur. Əgər yaş strukturu üzrə əldə olunan göstəricilər təbii populyasiyaya mühitin real təsirini düzgün 

əks etdirirsə, bir çox illər üçün qabaqcadan ovlama planını planlaşdırmağa imkan verən yüksək dərəcədə etibarlı 

proqnozlar alınar.  



 

3.7. Populyasiyanın məkan (ərazi) strukturu 

Populyasiyanın  ərazi (məkan) strukturu fərdlərin və onların qruplaşmalarının landşaftın müəyyən 

elementlərinə və bir-birinə nisbətən yerləşmə xarakterini göstərir və növə uyğun ərazidən istifadə tipini əks etdi-

rir.  Ərazidə  fərdlərin qanunauyğun yayılması (paylanması) mühüm bioloji əhəmiyyət kəsb edir və  əslində 

populyasiyanın normal fəaliyyətinin bütün formalarının əsası sayılır. Məkanca strukturlaşma hər şeydən əvvəl 

mühit resurslarından (qida, qoruyucu, mikroiqlim və s.) daha effektiv istifadə etməyi müəyyənləşdirir, populya-

siya daxilində  fərdlərin rəqabətlik münasibəti səviyyəsini aşağı salır. Bunun əsasında növün biokütləsinin və 

bioloji aktivliyinin yüksək səviyyədə qalmasına imkan yaranır. Bu, həmin populyasiyanın biosenozun digər 

növləri ilə qarşılıqlı əlaqəsində mövqeyini möhkəmlədir və onun sabit mövcudluğu ehtimalını artırır. 

Ərazi strukturlaşmanın bioloji rolunun digər aspekti fərdlər arasında populyasiyadaxili kontaktı  (əlaqəni) 

lazımi səviyyədə sabit saxlamağın əsası sayılır. Populyasiyanın həm növ (çoxalma, yayılma və s.), həm bioseno-

tik funksiyasının (dövranda iştirakı, bioloji məhsulu yaratmaq, digər növlərin populyasiyalarına təsir) yerinə 

yetirilməsi yalnız ayrı-ayrı  fərdlər və onların qruplaşmalarının arasındakı sabit qanunauyğun qarşılıqlı  təsirlər 

əsasında mümkündür. Strukturlaşmış sistemdə belə qarşılıqlı  təsirin saxlanması  ərazidə populyasiya 

elementlərinin nizamsız, təsadüfi yayılmasına nisbətən daha etibarlı təmin olunmuşdur.  

 

Ərazi yayılması tipləri  

Populyasiyada fərdlərin  ərazidə (məkanda) yayılmasının aşağıdakı prinsipial tipləri ayrılır: bərabər 

(müntəzəm), diffuz (təsadüfi) və qrupla (mozaik). 



Bərabər paylanma (yayılma) tipində hər bir fərd bütün qonşu fərdlərdən bərabər məsafədə yayılır. Nəzəri 

baxımdan belə yayılma tipində minimal rəqabətlik dərəcəsində resursdan tam istifadə edilməsinə uyğun gəlir. 

 Lakin təbiətdə fərdlərin bərabər paylanmasına çox nadir halda rast gəlmək mümkündür. 

Øÿêil 3.2. Ïîïóëéàñèéàäà ôÿðäëÿðèí ÿðàçè ïàéëàíìàñû òèïëÿðè: 

À - áÿðàáÿð; Á - äèôôóç; Ú - ìîçàèê 

 

Belə yayılma xarakteri yaxın bəzi eyninövlü bitki qruplarına (kolluğuna) xasdır, burada bəzi oturaq 



onurğasızların sıx populyasiyalarına rast gəlinir. Bərabər yayılma tipinin praktiki olaraq mümkünsüzlüyü hər 

şeydən əvvəl yaşama mühitinin müxtəlifliyi olub fərdlərin bərabər paylanmasını pozur.  



Fərdlərin diffuz tipli yayılmasına  təbiətdə tez-tez rast gəlinir, burada fərdlər  ərazidə qeyri-bərabər, 

təsadüfi yayılmışdır. Belə halda fərdlər arasındakı  məsafə eyni deyildir, bu əsasən mühitin eynicinsli 

olmamasından irəli gəlir. Belə yayılma tipi bitkilər və bir sıra heyvan taksonları arasında geniş yayılmışdır. Dif-

fuz yayılma tipində  təbiətdə populyasiysnın üzvləri bir-birindən nisbətən asılı olmayab onun üçün eynicinsli 

mühitdə yaşayır. Buna un böcəyi Tribolium confusumun unda yerləşməsi, kiçik çay suyunda birgünlük böcəyin 

sürfələri, çəməndə qaraqurd hörümçəyinin yuvaları misal ola bilər.  



Mozaik yayılma tipində  yaranmış  fərd qrupları arasında böyük boş  ərazilər qalır. Bioloji cəhətdən belə 

yayılma tipi ya mühitin kəskin müxtəlifcinsli olması, yaxud da fərdləri bir-birinə aktiv yaxınlaşdırma əsasında 

baş verən aydın ifadə olunan sosial strukturla bağlıdır. Fərdlərin aktiv yaxınlaşması xüsusilə ali heyvanlara (po-

limorf koloniya yaradan bir çox onurğalılar, həşəratlar) xasdır.  

Senopopulyasiyada bitkilər çox vaxt olduqca qeyri-bərabər yayılaraq bu və ya digər dərəcədə bir-birindən 

ayrılan qruplar (mikrosenopopulyasiya, subpopulyasiya) əmələ  gətirir. Bu qruplar bir-birindən fərdlərin sayı, 

sıxlığı, yaş strukturu, böyüklüyü ilə seçilir.  

Bitkilərdən fərqli olaraq heyvanlarda, onların hərəkətdə olması  nəticəsində  ərazi əlaqələrini nizama (qay-

daya) salma üsulları çox müxtəlifdir. Hətta oturaq formalarda ərazidə  səmərəli yerləşmək üçün bir sıra 

uyğunlaşmalar vardır.  




Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə