MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə36/228
tarix30.12.2017
ölçüsü4,78 Mb.
#18712
1   ...   32   33   34   35   36   37   38   39   ...   228

 

56

yırtıcı, parazit, xəstəliklərin təsirindən asılıdır. Hər nəslin həyat tsiklinin müxtəlif mərhələlərində bu amillərin 



təsir gücü müxtəlif olur. Bir generasiya fərdlərinin hamısı bioloji yaş həddinə çatması və sonra qısa müddətdə 

ölməsi ideal hadisə sayılır. buna populyasiyanın minimal ölümü müvafiq gəlir. Təbiətdə tez-tez rast gəlinən va-

riant həyatının erkən dövründə fərdlərin yüksək ölümü hesab olunur. Yaşlı formalar daha çox qorunmuş və dö-

zümlü olur. İnsanlarda da bütün tarix boyu uşaq ölümü yüksək olmuşdur, son vaxtlar səhiyyənin inkişafı ilə əla-

qədar uşaq ölümü azalmışdır. Ölümün sayı artdıqda populyasiyanın sayı azalır və bu zaman artımı stimullaşdı-

ran mexanizmlər işə düşür. Stress azalır, cinsiyyət hormonlarının səviyyəsi artır, doğum yüksəlir. Beləliklə, po-

pulyasiyada onun sayını optimallaşdıran özünütənzimləmə mexanizmləri mövcuddur. 

 

Yerləşmə (yerini dəyişmə),  yerdəyişmə 

Populyasiyadan fərdlərin köçməsi və ya  onun yerinin gəlmələrlə (yadlarla) dolması növün mühüm bioloji 

xüsusiyyətlərindən  biri – onun yerdəyişmə  qabiliyyətinə əsaslanır. Hər bir populyasiyada fərdlərin bir hissəsi 

müntəzəm olaraq onu tərk edərək qonşu sahədəki populyasiyanı doldurur və ya həmin növ olmayan yeni əraziyə 

köçür. Bu prosesə populyasiyanın dispersiyası deyilir. Yerdəyişmədə yeni biotoplar zəbt olunur, növün ümumi 

arealı genişlənir və yaşamaq uğrunda mübarizədə müvəffəqiyyət qazanılır. 

Müxtəlif heyvan və həşəratların yerdəyişməsi həyat tsiklinin müəyyən dövründə keçir. 

Bitkilər toxum və sporlar vasitəsilə yayılır (yer dəyişir). 

Yerdəyişmə dispersiyası populyasiyalar arasında əlaqə vasitəsini görür. Populyasiyanın sıxlığı artdıqda bu 

proses güclənir. Yerdəyişən fərdlərin həmin növ olmayan yeni əraziyə daxil olaraq oranı zəbt etməsi və yeni po-

pulyasiyalar əmələ gətirməsi invaziya adlanır. 



 

3.9.1. Say dinamikasının tipləri  

Canlı orqanizmlərin müxtəlif qrupları üzrə aparılan tədqiqatların nəticələri göstərir ki, təbii 

populyasiyaların sayı daimi qalmır. Onların dəyişməsi konkret faktorların müsbət və ya mənfi təsirlərindən 

asılıdır, bütün növlərdə praktiki olaraq sayın qalxma və enmə prosesi qanunauyğun  əvəz olunaraq dalğavari, 

dövri (tsikllik) xarakter alır və çox vaxt geniş əraziləri tutur.  

Populyasiyanın sayının qanunauyğun dəyişməsi xarakteri bütövlükdə növün bioloji xüsusiyyətlərindən, 

fiziologiyasından və təbii ekosistemdəki yerindən asılıdır. Hələ 1940-cı illərin əvvəlində S.A.Seversov (1941) 

məməlilər və quşların bir çox növlərinin sayının çoxillik gedişini təhlil edərək onun dinamikasının bir neçə tipi-

ni müəyyən etmişdir. 

Øÿêil 3.3. Ñ.À.Ñåâåðñîâà ýþðÿ îðãàíèçìëÿðèí äèíàìèêà òèïëÿðè 

Û - ñòàáèë, ÛÛ - ëàáèë, ÛÛÛ- åôåìåð 

 

O, məməlilərin növ xüsusiyyətlərinə görə (ömrünün uzunluğu, cinsi yetişkənlik müddətinə, il ərzində 



doğumun sayı  və  hər doğumda balaların sayı, yırtıcılarla orta məhvedilmə  dərəcəsi) 7 dinamika tipini təyin 

etmişdir. N.P.Naumov (1967) S.A.Seversovun sxemini ümumiləşdirərək üç fundamental dinamika tipində əks 

etdirir (şəkil 3.3.). 

Stabil tip – populyasiyanın kiçik amplitudu və sayının dəyişməsi dövrünün uzunluğu ilə səciyyələnir. Belə 

dinamika tipi uzun ömürlü, gec yetişkənliyə başlayan, az nəsilvermə qabiliyyətinə malik olan iri heyvanlara 

xasdır. Bu təbii ölümün aşağı normasına və  əlverişsiz faktorların təsirinə adaptasiya olma mexanizminin 

effektivliyinə uyğun gəlir. Bura dırnaqlı məməlilər (say dəyişkənliyi dövrü 10-20 il), kitəbənzərlər, hominidlər, 

iri qartallar, bəzi sürünənlər aiddir.  



 

57

Labil dinamika tipi – populyasiyanın sayının qanunauyğun, 5-11 il və çox dövrlərlə dəyişməsi və böyük 

amplituda ilə fərqlənir. Artımın dövriliyi ilə əlaqədar sayın bolluğunun mövsümi dəyişməsi səciyyəvidir. Belə 

dinamika tipi üçün müxtəlif, lakin bir qayda olaraq iri olmayan, bir qədər qısa ömürlü (10-15 il) və ona uyğun 

olaraq daha erkən cinsi yetişkənliyi və stabil tipə nisbətən yüksək nəsilvermə qabiliyyəti xarakterikdir. Orta 

ölüm norması da yüksəkdir. Bu dinamika tipinə məməlilərdən iri gəmiricilər, dovşankimilər, bəzi yırtıcılar dax-

ildir: bir çox quş, balıq. uzun inkişaf tsiklli həşəratlar və s. heyvanlarda da belə ümumi dinamika tipi xarakterik-

dir.  


Efemer tipli dinamika. Dərin depressiyalı, kəskin qeyri-sabit saylı olub, «kütləvi artma» partlayışı ilə seçi-

lir və hərdən populyasiyanın sayı yüz dəfələrlə çoxalır. Minimum və maksimum arası artım pillələri olduqca tez 

(bəzən bir mövsüm ərzində); sayın azalması (enməsi) da olduqca tez baş verir, belə halda o, «populyasiyanın 

iflası» adlanır. Dinamika dövriliyinin (tsikl) ümumi uzunluğu adətən 4-5 il sürür, bu dövr ərzində 

populyasiyanın say «zirvəsi» çox vaxt bir ildən artıq olmur; bəzi heyvanlarda (məs. xırda gəmiricilər) bu kiçik 

tsikllərdə uzunmüddətli (10-11 il) «böyük dalğalar» öz partlayışı ilə geniş əraziləri əhatə edir. Fərdlərin bolluğ-

unun mövsümi dəyişkənliyi kəskin təzahür olunur.  

Efemer tipli dinamika qısaömürlü (3 ildən artıq olmayan) fərdi adaptasiyanın qeyri-mükəmməl 

mexanizminə və ona uyğun yüksək ölüm normasına malik olan növlər üçün xasdır, bu iri olmayan heyvanlar 

yüksək nəsilverməsi (törəmə) ilə seçilirlər. Belə dinamika tipi xırda gəmiricilər və  qısa inkişaf dövrlü 

həşəratların bir çox növləri üçün səciyyəvidir.  

S.A.Seversov tərəfindən işlənib hazırlanmış sxem say dinamikası tipinin ayrı-ayrı növ və qrupların bioloji 

xüsusiyyətləri ilə  əlaqəsini yaxşı göstərir və sayın dəyişməsi növün, mühitin abiotik və biotik faktorlarla 

qarşılıqlı  təsirinin bütün formalarının inteqral effektini əks etdirdiyini aydın nümayiş etdirir. Dinamikanın 

müxtəlif tipləri faktiki olaraq müxtəlif həyati strategiyaları  əks etdirir. Bu fikir R.Mak-Artur və E.Uilsonun 

(K.Mac. Authur, E.Wilson, 1967) ekoloji strategiyasının konsepsiyasının  əsasını  təşkil edir və müasir ekolo-

giyada geniş vüsət almışdır. Bu konsepsiyanın mahiyyəti ondan ibarətdir ki, növün müvəffəqiyyətlə yaşaması və 

təzələnməsi ya orqanizmələrin adaptasiya olunmasının və  rəqabət qabiliyyətinin təkmilləşməsi (yaxşılaşması) 

yolu ilə, yaxud da fərdlərin yüksək ölümünü və kritik vəziyyətdə sayını tezliklə  bərpa olunmasını 

müvazinətləşdirən intensiv çoxalma yolu ilə mümkündür. Birinci yol «K-strategiya» adlanır; bu tipin 

nümayəndələri uzunömürlü çox vaxt iri formalardır; onların sayı xarici faktorlarla limitlənir. K-strategiya 

«keyfiyyətinə görə seçmə» - adaptasiya və möhkəmliyin (sabitliyin) yüksəlməsini ifadə edir, r-strategiya isə 

«miqdara görə seçmə» - böyük itkinin yüksək reproduksiya potensialı ilə kompensasiya (bərpa olunması) 

olunmasıdır. Bu strategiya tipi yüksək ölüm norması və yüksək törəyib artan xırda heyvanlar üçün daha xarakte-

rikdir. r- strategiyasına daxil olan növlər qeyri-stabil şəraiti olan əraziləri tez mənimsəyir və reproduksiyaya 

yüksək səviyyədə enerji sərf edir.  

Tamamilə analoji həyati strategiya bitkilərə xasdır. Hələ 1938-ci ildə L.Q.Ramenski üç strategiya tipi ayırır: 

Violent (lat. düc. zor) tipi – yüksək həyatiliyə malik, ərazini tez mənimsəmək qabiliyyətli, rəqabətə dözümlü 

növlər;  patiyent (lat. dözümlülük) tipi – əlverişsiz təsirlərə dözümlü və onunda əlaqədar digər növlər üçün 

əlçatmaz (çətin) olan yerləri mənimsəmək qabiliyyəti olan növlər: və eksplerent (lat. doldurmaq) tipi – tez çox-

alma qabiliyyətinə malik, aktiv yayılaraq pozulmuş assosiasiyalar olan yerləri mənimsəyən növlər (Ramenski, 

1938, Mirkin, 1985).  

Bu konsepsiya sonralar ingilis botaniki D.Qraym (Y.Çrime, 1979)  tərəfindən inkişaf etdirilərək onu «r» və 

«K» strategiyasının mövqeyi ilə yaxınlaşdırdı. D.Qraym aşağıdakı strategiyaları ayırır:  konkurent optimal 

şəraitli yerlərdə yüksək sıxlığa çatmaq (L.Q.Ramenskinin violent tipinin analoqu); strestolerant (patiyentə 

oxşar) tip – nisbətən az əlverişli yerləri tutan əlverişsiz faktorlara qarşı dözümlü, lakin az məhsuldar növlər və 

ruderal tip – yüksək reproduktiv potensialı və tez böyüməsi ilə fərqlənən növlər; pozulmuş ilkin bitki örtüyü 

olan sahələri tutur; xassələrinə görə eksplerenti xatırladır.        




Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə