MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə43/228
tarix30.12.2017
ölçüsü4,78 Mb.
#18712
1   ...   39   40   41   42   43   44   45   46   ...   228

 

69

bitkilərin köklərində aşkar edilmişdir. Mikroorqanizmlərlə simbiozun tarixi bəzən çox uzaq keçmişə gedir, ona 



görə simbiotik bakteriya koloniyalarına çoxhüceyrələrin xüsusi orqanları kimi baxmaq olar.  

Sibir sidr şamı ilə, sidr ağaclarında yuva quran quşlar (sidrquşu, sitta quşu və kukşa) arasındakı mutualistik 

əlaqələr mütləq olmasa da, olduqca zəruridir. Bu quşlar Sibir sidrinin toxumları ilə qidalanaraq, yem toplamaq 

instinktinə  də malikdir. Onlar xırda toxumları (qozaları) hissə-hissə mamır qatının və  meşə töküntüsünün 

altında gizlədirlər. Bu «ehtiyatın» çox hissəsini quşlar tapa bilmir və toxumlar cücərir. Beləliklə, bu quşların 

fəaliyyəti sidr şamının təbii bərpasına kömək edir, belə ki, toxumlar torpaqla əlaqəni kəsən qalın meşə 

döşənəyinin səthində cücərə bilmir. Qarğaların qoz ağacının toxumlarını gizlətməsi də buna uyğun misaldır. 

Şirəli meyvəsi olan bitkilərlə quşlar arasında da qarşılıqlı faydalı  əlaqələr vardır, onlar bu bitkilərin 

meyvələri ilə qidalanır və adətən həzm oluna bilməyən toxumları əraziyə yayırlar.  

Məsələn, Türyançay qoruğunda ardıc ağacları bol toxumverən illəri meşəlikdə çoxlu miqdarda qaratoyuq və 

digər quşlar qışlayır. Onlar ardıcın toxumları ilə qidalanır və peyinləri ilə Bozdağ  ərazisində bu toxumların 

yayılmasında böyük rol oynayır. Ədəbiyyat məlumatına əsasən 1 m

2

 sahəyə quşlar orta hesabla 12-15 ədəd ardıc 



toxumu yayır. Cücərtilərin əmələ gəlməsində də quşların digər müsbət rolu vardır. Onlar onurğasız heyvanları 

axtarıb taparkən mamır örtüyünü eşir və bununla da ardıcın toxumlarını torpağın üzərinə çatdırır.  

Qaraçöhrə ağacının bütün orqanları (iynələri, gövdəsinin qabığı və s.) zəhərli olsa da, toxumları həm dadlı, 

şirin, həm də parlaq qırmızı rəngə malik olub quşların diqqətini özünə cəlb edir, onun yayılmasında böyük rol 

oynayır. Belə ki, quşlar bu toxumlarla qidalanır, onları mədələrində «stratifikasiya» edir, «səpinə» hazırlayır və 

ərazilərdə yayırlar.  

Bir çox qarışqaların da bitkilərlə mutualistik əlaqələri formalaşır: 3000-dən artıq bitki növünün qarışqaları 

özünə cəlb etmək qabiliyyəti vardır.  



4.6. Neytralizm – biotik  əlaqələrin bir forması olub iki növ bir ərazidə  məskunlaşaraq (yaşayaraq) bir-

birlərinə nə müsbət, nə də mənfi təsirləri olmur. Neytralizmdə növlərin bir-birilə bilavasitə əlaqələri olmur, la-

kin hər ikisi qruplaşmanın vəziyyətindən asılıdır. Məsələn, dələ ilə  sığın, yaxud fil ilə meymun bir meşədə 

yaşasalar da, praktiki olaraq bir-biri ilə  əlaqəsi olmur. Lakin uzunsürən quraqlığın təsirindən meşənin məhv 

olması, yaxud zərərvericilərin kütləvi çoxalaraq ağacları «çılpaqlaşdırması» (yarpaqsızlaşdırması) eyni dərəcədə 

olmasa da hər iki növə təsirini göstərir. Neytralizm əlaqəsi tipi xüsusilə ekoloji baxımdan müxtəlif üzvlər daxil 

olan zəngin növlü qruplaşmalarda inkişaf etmişdir.  

4.7. Amensalizm. Bu biotik əlaqə formasında iki qarşılıqlı təsir göstərən növlərdən birinə birgə (bir yerdə) 

yaşamaq mənfi nəticə göstərir, digəri isə ondan nə fayda alır, nə  də  zərər çəkir. Belə qarşılıqlı  əlaqə  təsirinə 

əsasən bitkilərdə rast gəlinir. Məsələn, işıqsevər ot növləri fıstıq və ya küknar meşəsində ağac çətirlərinin güclü 

kölgəsi altında sıxışdırılır, lakin ağaclara belə «qonşuluq» heç bir fərq göstərmir. Bitkilərdə  bəzən birinin 

ayırdığı məhsul digərinin (amensalın) böyüməsini ləngidir. Bu əlaqə adətən birbaşa rəqabətə aid edilir və anti-

bioz adlanır. Bu əlaqə forması bitkilərdə yaxşı öyrənilib, bunun əsasında resurs uğrunda rəqibə qarşı mübarizə 

məqsədilə müxtəlif zəhərli maddələrdən (herbisid) istifadə olunur. Bu hadisə allelopatiya adlanır.  

Amensalizm su mühitində də yayılmışdır. Məsələn, göy-yaşıl yosunlar suyun çiçəkləməsinə səbəb olur, bu-

nunla da su faunası, bəzən suvata (su içməyə) gələn heyvanları (mal-qaranı) da zəhərləyir. Digər yosun növləri 

də bu xassəyə malikdir, onların ayırdığı peptid, xinon, antibiotiklər və digər maddələr hətta kiçik dozada da 

zəhərlidir. Bu zəhərlər ektokrin maddələr adlanır.  



4.8. Rəqabət (konkurensiya). Oxşar ekoloji tələbatı olan növlər arasında baş verən qarşılıqlı əlaqə rəqabət 

adlanır. Y.Oduma (1975) görə  rəqabət-eyni məqsədə can atan iki orqanizmin mənfi qarşılıqlı  təsiridir. Belə 

növlər bir yerdə məskunlaşdıqda biri digərinin qida ehtiyatını, sığınacaq yerini azaldır (daraldır). Rəqabət – eko-

loji əlaqələrin qarşılıqlı təsir göstərdiyi hər iki partnyora mənfi təsir göstərir. Rəqabət qarşılıqlı təsir forması ol-

duqca müxtəlif – birbaşa fiziki mübarizədən sülh vəziyyətində yaşamağa qədər ola bilər. Bununla belə, eyni 

ekoloji tələbata malik olan iki növ bir qruplaşmada məskunlaşırsa, əvvəl-axırı rəqiblərdən biri digərini sıxışdırıb 

çıxarmalıdır. Rəqib növlərin birgə olmağının qeyri mümkünlüyü (uyuşmazlığı) hələ Ç.Darvin tərəfindən qeyd 

olunmuşdur. O, rəqabəti növlərin təkamülündə böyük rol oynayan, yaşamaq uğrunda mübarizənin mühüm 

tərkib hissəsi hesab etmişdir.  

Rəqabət mübarizəsində bir qayda olaraq həmin ekoloji vəziyyətdə digərinə nisbətən üstünlüyə malik olan, 

yəni ətraf mühit şəraitinə daha çox uyğunlaşan növ qalib çıxır.  

Qruplaşmanın daxilində müxtəlif növlər arasında  ən çox qida (yem) uğrunda rəqabət gedir. Güclü qida 

rəqabəti bütövlükdə biosenoz üçün sərfəli deyil, ekosistemin təkamülündə növlərin bir hissəsi qruplaşanın 

tərkibindən ya sıxışdırılıb çıxarılıb, yaxud da növarası rəqabət formalaşaraq rəqabətin gücünü zəiflətmişdir.  

Qida rəqabətinin zəifləməsi mümkünlüyü daha çox rəqabətin həcm və gərginlik göstəriciləri ilə təyin olunur 

(Şorıqin, 1952). Rəqabətin həcmi rəqiblər üçün ümumi qida növünün sayı ilə müəyyən olunur. Bu aspektdə 

rəqabətin zəifləməsi bir və ya bir neçə rəqib növün qida spektrini genişləndirməklə – yem obyektlərinin yığınını 

çoxaltmaqla rəqabəti nisbətən azaltmaq olar. Rəqabətdən çıxmağın ən effektiv yolu onun həcmini azaltmaqla – 

qidada yüksək ixtisaslaşma apararaq yem spektrinin ayrılması gedir.  



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə