MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə44/228
tarix30.12.2017
ölçüsü4,78 Mb.
#18712
1   ...   40   41   42   43   44   45   46   47   ...   228

 

70

Rəqabətin gərginliyi – rəqib növlər üçün müəyyən yem növünə olan tələbatın onun təbiətdəki bolluğuna 

nisbəti ilə müəyyənləşdirilir. Məsələn, su kənarında yaşayan gəmiricilər (qunduz, ondatra, su siçanı) üçün ən 

mühüm qida yeri qamış və cilotu sayılır. Bu bitkilər isə təbiətdə başdan-başa cəngəllik yaradaraq yüksək bioloji 

kütləyə və məhsuldarlığa malikdir. Odur ki, belə şəraitdə məskunlaşan növlərin qidaya ehtiyacı praktiki olaraq 

ödənilir, onların rəqabəti formal xarakter alır və real neqativ qarşılıqlı əlaqə yaranmır.  

Rəqabətin həcmi və gərginliyi onun ümumi gücünü təyin edir: bu parametr rəqabət aparan növlər arasında 

müxtəlif qarşılıqlı əlaqə formalarının konkret baş verməsinin əsasını təşkil edir. 

Bitkilərdə  rəqibin boğulması kök sisteminin mineral qida maddələrini, torpaq nəmliyini və yarpaqlarla 

günəş şüasını tutub saxlaması, həmçinin toksik birləşmələri ayırması nəticəsində baş verir. Məsələn, iki yonca 

növünün qarışıq səpinində Trifolium repensin növünün yarpaq çətiri tez əmələ gəlir, lakin sonra onu daha iri 

saplağı olan T.Fragiferum kölgə altına alır.  

Bitkilərin maddələr mübadiləsi məhsulu vasitəsilə qarşılıqlı kimyəvi təsiri allelopatiya adlanır. Bir-birinə 

belə üsulla təsir heyvanlara da xasdır. Q.F.Qauze və Parkın apardığı  təcrübələr göstərir ki, rəqibəlrin 

sıxışdırılması əsasən mühitdə mübadilənin toksik məhsullarının toplanması nəticəsində baş verir, növlərdən biri 

digərinə nisbətən toksik maddələrə daha həssasdır.  

Azota az tələbkarlıq göstərən bitkilər dincə qoyulmuş torpaqları ilk növbədə  zəbt edir, kök ayırmaları 

vasitəsilə paxlalılarda kök yumrularının əmələ gəlməsini  və sərbəst yaşayan azot fiksasiya edən bakteriyaları 

sıxışdırır. Bununla da torpağın azotla zənginləşməsinin qarşısını alaraq azota çox ehtiyacı olan bitkilərlə 

rəqabətdə üstünlük təşkil edir. Ciyən otu su hövzəsində digər su bitkilərinə nisbətən allelopatik aktiv olduğun-

dan rəqabətsiz təmiz su hövzələrini basır.  

Heyvanlarda rəqabət mübarizəsində bir növün digərinə bilavasitə hücumu hallarına da rast gəlinir. Məsələn, 

yumurtayeyənlərin (Diachasoma tryoni və Opius humilis) sürfələri bir sahibin yumurtasında olduqda 

qidalanmağa başlamazdan qabaq əlbəayaq olaraq rəqibini öldürür.  

İri çəmən qarışqaları Formica pratensis torpaq təpəsi yuvası düzəldir (tikir) və onun ətrafındakı  ərazini 

mühafizə edir. Daha xırda qarışqanın (F.Cunicularia) yuvası isə torpaq təpəciyi şəklində kiçik olur. Onlar tez-tez 

çəmən qarışqalarının yuvaları ərazisinin kənarlarında yerləşərək onların yem sahələrində ova çıxırlar.  

4.9. Ekoloji sığınacaq (ekoloji məskən, ekoloji nişa).  Ekoloji sığınacaq konsepsiyası növlərin birgə 

yaşamaq qanunlarını dərk etmək üçün əlverişli oldu. Ekoloji sığınacaq haqqında anlayışı ilk dəfə Amerika zoo-

loqu C.Qrinnel (J.Çrinnell, 1914) irəli sürmüşdür. O, bu anlayışa  əsasən növ populyasiyasının  ərazidə 

yerləşməsi və müəyyən dərəcədə növün bioloji tələbatı mövqeyindən yanaşmışdır.  

«Ekoloji nişa» anlayışının professğor Q.T.Mustafayev «ekoloji mövqe» kimi işlətməyi təklif edir. 

Ekoloji sığınacaq haqda Ç.Eltonun (Ch.Elton, 1927) konsepsiyası daha məhsuldardır. O, «ekoloji 

sığınacaq» anlayışı dedikdə növün qidalanmasını, yəni onun trofik zəncirdə tutduğu yeri nəzərdə tutmuşdur. 

Trofik sığınacaq haqqında müasir təsəvvür (anlayış) məhz Ç.Eltonun şərhi ilə bağlıdır.  

Ekoloji sığınacaq problemi daha tam şəkildə Ç.Hatçinson (Ç.Hatchinson, 1957) tərəfindən işlənmişdir. O, 

«ekoloji sığınacaq» anlayışını ilk dəfə olaraq müəyyən növün orqanizmlərinin mühitin abiotik şəraiti və canlı 

orqanizmlərin digər növləri ilə əlaqələrinin məcmusu kimi formalaşmasını gəstərmişdir.  

Ekoloji sığınacaq konsepsiyası haqqında Y.Odumun (1975) mövqeyi xüsusi yer tutur.  

Y.Odumun sığınacaq anlayışında üç hissədən ibarət məna qoyulur: növ populyasiyasının fiziki ərazisi, xarici 

faktorlar qradiyenti sistemində növün yeri və onun ekosistemdə funksional rolu. Y.Oduma görə bəzi orqanizmin 

ekoloji sığınacağı onun yalnız harada məskunlaşmasından (yaşamasından) deyil, həmçinin onun nə etməsindən – 

fəaliyyətindən (o enerjini necə dəyişir, onun davranışı necədir, o, fiziki və bioloji mühitə necə münasibət göstərir), 

asılıdır və o, digər növlərlə necə məhdudlanır. Y.Odum ekoloji sığınacağı növün qruplaşmada «sahibi» kimi canlı 

surətdə təyin etmişdir. Belə mövqe ekoloji sığınacaqda anlayışı növün biosenozda yerini inteqrasiya ifadəsi kimi 

daha dəqiq təyin edir.  

«Ekoloji sığınacaq biliyi (məlumatı) növün nə ilə qidalanması, onun kimin şikarı olduğu, nə tərzdə və hara-

da istirahət etməsi və çoxalması suallarına cavab tapmağa imkan verir» (Dajo, 1975).  

Ekoloji sığınacaq növün təbəitdə, əksəriyyət halda biosenozda yerini, eyni zamanda həm ərazidə vəziyyətini, 

həm də qruplaşmada fəaliyyət rolunu, abiotik şəraitə münasibətini göstərir (Xrustalyev, Matişov, 1996). «Ekoloji 

sığınacaq» anlayışını  məskunlaşma (yaşama) yerindən) ayırmaq lazımdır. Məskunlaşma yeri dedikdə növün 

yayıldığı və onun mövcudluğu üçün vacib olan abiotik şəraitə malik olduğu yer nəzərdə tutulur. Növün ekoloji 

sığınacağı yalnız mühitin abiotik şəriatindən deyil, həm də onun biosenotik ətraf  şəraitindən asılıdır. Ekoloji 

sığınacağın xarakteri həm növün ekoloji imkanları, həm də  həmin imkanların konkret biosenozlarda nə  qədər 

həyata keçməsi ilə müəyyən edilir. 

Növün qidalanmaya, ərazidən istifadəyə, aktivlik dövrünə və digər şəraitə görə ixtisaslaşması, həm ekoloji 

sığınacağın daralması, həm də  əks proseslər – onun genişlənməsi ilə xarakterizə olunur. Qruplaşmada ekoloji 

sığınacağın daralması  və ya genişlənməsinə  rəqiblər böyük təsir göstərir. Ekoloji cəhətdən yaxın olan növlər 

üçün Q.F.Qauzenin formalaşdırdığı  rəqibliyin istisnası qaydası belə ifadə oluna bilər: iki növ bir ekoloji 

sığınacaqda keçinmir. Rəqabətdən çıxmaq mühitin tələblərinin ayrılması, yaşayış  tərzinin dəyişməsi, başqa 



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə