MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə46/228
tarix30.12.2017
ölçüsü4,78 Mb.
#18712
1   ...   42   43   44   45   46   47   48   49   ...   228

 

73

nan məhsulların çox hissəsi yağış suları vasitəsilə yuyularaq şibyələrdən kənara aparılır, ağacın gövdəsi boyu 



aşağı tökülür. Bununla yanaşı, heyvanların bir hissəsi digər yaşayış yerinə köçür. 

 

Øÿêèë 5.3. Áèîýåîñåíîçóí ñõåìè (Ã.À.Íîâèêîâà ýþðÿ) 

 

Bəzi ekosistem tiplərində maddələrin onların sərhədindən kənara aparılması o qədər yüksək olur ki, onların 



sabitliyi aparılan maddələrin miqdarı kənardan daxil olur. Bura axar su hövzələri, çaylar, dik dağ yamaclarında 

yerləşən sahələr aiddir. 

Digər ekosistemlər daha çox tam maddələr dövranına malikdir. (az meylli yamaclardakı meşələr, çəmənlər, 

bozqırlar, göllər və s.) Lakin heç bir ekosistem, hətta yerin ən böyük ekosistemləri tamamilə qapalı dövrana ma-

lik deyil. Qitələr okeanlarla intensiv maddələr mübadiləsi aparır, bununla belə bu proseslərdə atmosfer böyük 

rol oynayır, planetimizin hamısı materiyanın bir hissəsini kosmik fəzadan alır, bir hissəsini isə kosmosa qaytarır. 

Beləliklə, həyatın ekosistem təşkili onun mövcudluğu üçün mühüm şərtlərdən biri sayılır. 

5.1. Ekosistemin enerjisi 

Yer üzərində həyat günəş enerjisi hesabına mövcuddur. İşıq yer üzərində yeganə qida resursu olub, enerjisi 

karbon qazı və su ilə birləşərək fotosintez prosesini yaradır. Fotosintezdən bitkilər üzvi maddələr yaradır, onunla 

otyeyən və  ətyeyən heyvanlar və s. qidalanır, nəticədə bitkilər canlı aləmi «qidalandırır», yəni günəş enerjisi 

bitki vasitəsilə sanki bütün orqanizmlərə çatdırılır.  

Enerji orqanizmdən orqanizmə ötürülərək qida və ya trofik zənciri yaradır. Heterotroflar enerjini qida ilə 

birlikdə alır. Bütün canlı orqanizmlər digərinin qida obyekti sayılır, yəni bir-birləri ilə energetik əlaqədədirlər. 

Hər bir qruplaşmada qida əlaqələri bir orqanizmdən digərinə enerji ötürücüsü mexanizmidir. Beləliklə, 

biosenozların trofik zənciri olduqca mürəkkəbdir, onlara daxil olan enerji bir orqanizmdən digərinə uzun 

müddət miqrasiya edə bilər: avtotroflardan, produsentlərdən heterotroflara, konsumentlərə və beləliklə, bir trofik 

səviyyədən digərinə dörd-altı dəfə ötürülərək trofik zənciri təşkil edir.  

Qida zəncirində hər bir həlqənin yeri trofik səviyyə adlanır. Birinci trofik səviyyə – produsentlər – üzvi 

kütlənin yaradıcıları, qalanları isə  konsumentlərdir.  İkinci trofik səviyyə bitkiyeyən konsumentlər; üçüncü 

trofik səviyyə – bitkiyeyən formalarla qidalanan ətyeyən konsumentlər; dördüncü trofik səviyyə digər 

ətyeyənlərlə qidalanan konsumentlər və s. Beləliklə, konsumentləri də  səviyyəyə görə ayırmaq olar: birinci, 

ikinci, üçüncü və s. konsumentlər sırasına (ardıcıllığa) bölmək olar. Təbiidir ki, burada qida ixtisaslaşması əsas 

rol oynayır. Geniş qida spektrinə aid olan növlər (konsumentlər) müxtəlif trofik səviyyələrdə qida zəncirinə 

daxil ola bilər. İnsanın rasionuna həm bitki qidaları, həm də otyeyən və ətyeyən heyvanların  əti daxil olduğu 

üçün müxtəlif qida zəncirlərində birinci, ikinci və üçüncü konsumentlər sırasında iştirak edir.  

Yalnız bitki qidasına ixtisaslaşan növlər (dovşan, dırnaqlılar, mənənə) həmişə qida zəncirində ikinci 

həlqədə olur.  

Konsumentlərin enerji balansı aşağıdakı kimi formalaşır. Qəbul olunmuş qida adətən tam mənimsənilmir. 

Mənimsənilməyən hissə yenidən xarici mühitə qayıdır (ifrazat, nəcis halında) və sonradan digər qida zəncirinə 

cəlb olunur. Mənimsənilmə faizi qidanın tərkibindən və orqanizmin qida həzmedən fermentlərinin yığımından 

asılıdır. Konsumentlərin qəbul etdikləri qida tam mənimsənilmir. Bitkiyeyən heyvanlarda mənimsənilən qida 

12...20%, ətyeyənlərdə isə 75%-ə qədər təşkil edir. Enerji sərfi hər şeydən əvvəl metabolistik prosesləri saxla-

maqla  əlaqədardır, buna tənəffüs sərfi deyilir, o, orqanizmin ayırdığı CO

2

-nin ümumi miqdarı ilə 



qiymətləndirilir. Enerjinin xeyli az hissəsi toxumaların  əmələ  gəlməsinə, bir qədəri qida maddələrinin 

ehtiyatına, yəni böyüməyə sərf olunur. Qidanın qalan hissəsi ifrazat, nəcis halında ayrılır. Bununla yanaşı, ener-

jinin xeyli hissəsi orqanizmdə kimyəvi reaksiyalar zamanı istilik şəklində, xüsusilə aktiv əzələ işi vaxtı dağılır 

(səpələnir). Nəticədə metabolizmə istifadə olunan enerjinin hamısı istilik enerjisinə çevrilir və  ətraf mühitdə 

yayılır. 

  



 

74

Øÿêil 5.4. Òÿáèè åêîñèñòåìëÿðäÿ ìàääÿëÿðèí (áöòþâ õÿòò) âÿ 



åíåðæèíèí (ãûðûã õÿòò) þòöðöëìÿñè ñõåìè 

 

Beləliklə, enerjinin böyük hissəsi bir trofik səviyyədən digərinə keçərkən yüksək olur və itir. Bir trofik 



səviyyədən digərinə keçidikdə enerji itkisi təxminən 90%-ə  qədər təşkil edir; hər sonrakı  səviyyəyə  əvvəlki 

səviyyədən 10%-dən artıq olmayaraq enerji keçirilir. Belə ki, əgər produsentin (bitki orqanizminin) kaloriliyi 

1000 couldursa, otyeyən heyvan (fitofaq) tərəfindən tam yeyildikdə onun (fitofaqın) bədənində 100 coul, 

yırtıcının bədənində isə 10 coul qalır.  Əgər bu yırtıcı başqa yırtıcı  tərəfindən yeyilərsə, onun payına bitki 

qidasının kaloriliyindən cəmi 1 coul, yəni 0,1% düşür.  

Lakin enerjinin səviyyədən səviyyəyə belə ciddi şəkildə keçməsi o qədər də real deyildir, çünki ekosistemin 

trofik zəncirləri mürəkkəb surətdə qarışaraq trofik şəbəkələr əmələ gətirir. Ancaq nəticədə həyatın mövcudluğu 

üçün enerjinin dağılması və itirilməsi yenidən bərpa olunmalıdır.  

Fotosintezedən orqanizmlərdən başlanan zəncir  yeyilmə (yemə) zənciri (və ya otlaq, yaxud istifadəçi 

zənciri), bitkilərin ölmüş (çürümüş) qalıqlarından, heyvan cəsədlərindən və peyinlərindən (ifrazat, nəcis) 

başlanan zəncir isə parçalanmanın detrit zənciri adlanır.  

Müxtəlif ekosistem tiplərində yeyilmə  və detrit zəncirlərindən keçən enerji axınının gücü müxtəlifdir: su 

qruplaşmalarında enerjinin çox hissəsi birhüceyrəli yosunlarla fiksasiya olunaraq fitoplanktonla qidalanan heyvanla-

ra, daha sonra yırtıcılara daxil olur, enerjinin olduqca az hissəsi parçalanma (detrit) zəncirinə qoşulur. Qurunun 

ekosistemlərinin əksəriyyətində isə bu nisbət əksinə olur, yəni məsələn, meşədə bitki kütləsinin illik artımının 90%-

dən çoxu töküntü halında detrit zəncirinə daxil olur.  

Beləliklə, ekosistemə daxil olan enerji şüalarının axını iki hissəyə bölünərək iki trofik şəbəkə növünə 

yayılır, lakin enerji mənbəyi ümumi olub – günəş işığı sayılır.  

 

5.2. Bioloji toplantı prinsipləri 

Ekosistemin maddələr mübadiləsinə tez-tez kənardan da maddələr qarışır. Bu maddələr trofik zəncirlərdə 

yığılaraq orada toplanır, yəni bioloji toplanma baş verir. Bu hadisəni radionuklidlərin və pestisidlərin trofik 

zəncirlərdə toplanması misalında aydın görmək olar.  

Əvvəllər zərərverici həşəratlarla mübarizə məqsədilə geniş istifadə edilən, hazırda isə istifadəsi qadağan olunan 

DDT (dust) maddəsinin bioloji toplanma qabiliyyəti məlumdur. Y.Odum (1975) misallar çəkərək göstərir ki, ekoloji 

proseslərdə bioloji toplanma qanunauyğunluğunu nəzərə almadan DDT-dən istifadə olunması  və onun bioloji 

toplanması hidrobiontlarla qidalanan quşların ölümünə səbəb olmuşdur. O, qeyd edir ki, zəhərli çöküntülər detritdə 

adsorbsiya olunur, rediusentlərin (detritlə qidalananların), xırda balıqların, sonra isə  yırtıcıların (balıqla qidalanan 

quşların) toxumalarında toplanır. Detrit zəncirində  dəfələrlə qidalanma nəticəsində  zəhər balıq və quşların piy 

ehtiyatında toplanır. Əgər DDT-in dozası ölüm dozasından aşağı olsa da, quşlar ölməsə də yumurtalarının qabığının 

inkişafına maneçilik törədir və çox nazik olan qabıq cücə çıxmamışdan əvvəl partlayır (qırılır). Belə hadisə yırtıcı 

quşların (məs. su qaranquşu) populyasiyalarının məhvinə səbəb ola bilər.  

Beləliklə, mühitin istənilən çirklənməsində bioloji toplanma prinsipləri nəzərə alınmalıdır.  

 

5.3. Ekosistemin bioloji məhsuldarlığı 

İki məhsulvermə  səviyyəsi ayrılır: birinci (ilkin) və ikinci məhsul. Vahid zaman ərzində bitkilər 

(produsentlər) tərəfindən yaradılan üzvi kütlə qruplaşmanın ilkin (birinci) məhsulu adlanır. Məhsul kəmiyyətcə 

bitkinin quru və ya yaş halında kütləsi, yaxud enerji vahidi olub ekvivalent coul ədədi ilə ifadə olunur.  




Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə