MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə52/228
tarix30.12.2017
ölçüsü4,78 Mb.
#18712
1   ...   48   49   50   51   52   53   54   55   ...   228

 

82

torpaq örtüyü və rütubətlik bərpa olunduqdan sonra törəmə tipli suksessiyalar seriyalarının edifikator (fıstıq) 



biosenozunun bərpası ilə başa çatması labüdlüyü gözlənilir. 

 

 



VI Fəsil 

 

BİOSFER 

 

«Biosfer» haqqında təlimi böyük rus alimi, akademik Vladimir İvanoviç Vernadski (1863-1945) yaratmış-



dır.Onun fikrincə biosfer Yerin həyat yayılan xarici qabığıdır. (sferi). Bura bütün canlı orqanizmlər və onların 

məskunlaşdığı mühit daxildir. V.İ. Vernadski təsdiq edirdi ki, Yerin canlı orqanizmləri biosferin ən güclü qüv-

vəsi olub onun funksiyasını maddi və enerji cəhətdən təyin edir. Onun fikrincə biosferin maddəsi mütəlif olub 

geoloji cəhətdən qarşılıqlı əlaqədə olan 7 hissədən (canlı maddə, biogen maddə, radioaktiv maddə, kosmik mən-

şəli maddə, seyrək yayılmış atomlar, atil (kosniy), biratil (biokos) ibarətdir. 

-

 



Canlı maddələrə  bitkilər, heyvanlar və mikroorqanizmlər daxildir. 

-

 



Biogen maddələrə geoloji tarix boyu canlı orqanizmlər tərəfindən yaradılan üzvi və üzvi-mineral maddələr 

(daş kömür, torf, neft, əhəng, gil, mərmər, qranit və b.) daxildir. 

-

 

Atil (kosnıy) maddələrə qeyri üzvi mənşəli dağ süxurları, su canlı orqanizmlərin yaşaması üçün substrat və 



ya mühit sayılır. 

-

 



Biokos maddələr canlı və cansız (atil) maddələrin sintezindən yaranır. V.İ. Vernadski yazır ki, bu maddələr 

biosferdə canlı orqanizmlərlə və atil proseslərlə eyni vaxtda yaranıb bir-birinin dinamik tarazlıq sistemini  təşkil 

edir. Orqanizmlər biokos maddələrdə mühüm rol oynayır. Planetin biokos maddələrinə çöküntü süxurları, aşın-

ma qabığı, bütün təbii sular, torpaq, sualtı torpaq (lil) və s. daxildir. Canlı və cansız maddələrin biokosda nisbəti 

tərəddüd edir. Məs. torpağın tərkibi orta hesabla 93% mineral (atil) və 7% üzvi (canlı və biogen) maddələrdən 

ibarətdir. 



 

Øÿêil 6.1. Úàíëû îðãàíèçìëÿðèí áèîñôåðèí êîìïîíåíòëÿðè èëÿ 

ãàðøûëûãëû ÿëàãÿñè 

 

6.1. Canlı maddə və biosferdə həyatın paylanması. 

Əvvəllər planetimizin səthində geoloji zaman ərzində bir-birini əvəz edən proseslərin əksəriyyətinə sırf fizi-

ki, kimyəvi və ya fiziki-kimyəvi hadisələr (yuyulma, həllolma, çökmə, hidroliz və b.) kimi baxılırdı. Vernadski 

isə ilk dəfə olaraq canlı orqanizmlərin geoloji rolu təlimini yaradaraq göstərdi ki, canlıların fəaliyyəti Yer qabı-

ğının dəyişməsində əsas faktor sayılır. 

Vernadski yazırdı ki, Yerin geoloji tarixində hər bir orqanizmin ayrılıqlı iştirakı cüzidir, lakin yerdə canlılar 

hədsiz dərəcədə çoxdur və onlar yüksək çoxalma potensialına malik olub yaşama mühiti ilə aktiv qarşılıqlı əla-

qədədir, son nəticədə birgə (müştərək) xüsusi qlobal miqyasda inkişaf faktoru olub yerin üst qabığını dəyişdirir. 

Canlı orqanizmlər hədsiz müxtəlifdir, hər yerdə geniş yayılmışdır, bir çox nəsillərdə təkrar yenidən təzələnir 

və təbiətin digər komponentləri ilə müqayisədə seçmə biokimyəvi fəaliyyətə və müstəsna yüksək kimyəvi aktiv-

liyə malikdir. 

Planetdəki bütün orqanizmlərin məcmusunu Vernadski canlı maddə adlandırır. O, yerdə olan canlı orqa-

nimzlərin rolu haqqında yazmışdır:  

Şişirtmədən təsdiq etmək olar ki, planetimizin, biosferin zahiri qabığının kimyəvi vəziyyəti bütövlükdə həya-

tın təsiri altındadır, canlı orqanizmlərlə təyin olunur, şübhəsiz, biosferə adi görünüş verən enerji kosmik mənşə 



 

83

daşıyır. 



O, Günəşdən  şüa enerjisi formasında çıxır. Lakin məhz canlı orqanizmlər, həyatın məcmusu bu kosmik şüa-

sının enerjisini Yerin kimyəvi enerjisinə çevirir və həyatımızın  sonsuz müxtəlifliyini yaradır. 

Bu canlı maddələr özünün tənəffüsü, qidalanması, metobolizmi, ölümü (məhv olması) və özünün parçalan-

ması, daim öz maddəsindən istifadə etməsi, başlıcası isə yüz milyon illərlə fasiləsiz olaraq nəsillərini dəyiş-

məsi, özünün doğulması, çoxalması, biosferdən başqa digər yerdə mövcud olmayan müdhiş planetar hadisə-

lərdən birini törədir. 

Yer sətinə daxil olan enerjinin 99%-dən çoxunu Günəş şüalanması təşkil edir. Bu enerji hidrosfer, atmos-

fer və litosferdə əksər fiziki və kimyəvi proseslərə hava və su kütlələrinin qarışmasına, buxarlanmaya, maddə-

lərin yenidən paylanmasına, qazların udulmasına, ayrılmasına və s. sərf olunur. 

Biosenozun(biotanın)  ətraf mühitin formalaşmasında və sabitləşməsində rolunu onun qlobal funksiyaları 

(energetik, destruktiv, konsentrasiya, mühit yaratma, nəqletmə) ilə göstərmək olar. 

Canlı maddələrin mühityaratma funksiyası bütün funksiyaların birgə nəticəsi hesab olunur: energetik funksi-

ya bioloji dövranın bütün həlqələrini enerji ilə təmin edir; destruktiv və konsentrasiya funksiyaları dağınıq (sey-

rək), lakin həyat üçün çox mühüm elementlərin təbii mühitdən çıxarılması və toplanmasına  şərait yaradır. 



 

Şəkil 6.2. Éåðèí áèîñôåðèíè òÿøêèë åäÿí ìàääÿëÿðèí ÿñàñ òèïëÿðè 

 



 

84

Cədvəl 6.1. 

 

Biosferin və onun əsas təşkilinin təkamülü 

(F.Romada görə, 1981) 

 

 



 

Cədvəl 6.2. 

Biosferdə canlı maddənin əsas funksiyaları 

 

Funksiya-

lar 

Baş verən proseslərin qısa səciyyəsi 

Energetik Fitosenoz 

zamanı Günəş enerjisinin, enerji ilə zəngin 

maddələrin parçalanması yolu ilə isə kimyəvi enerjinin 

udulması 

Konsentra-

siya 


Müəyyən növ maddələrin fəaliyyəti gedişində seçmə 

toplanması: 1) orqanizm gövdəsini qurmaq üçün istifa-

dəsi; 2) Metabolizm zamanı orqanizmdən kənar edilmə-

si 


Destruktiv 

1)Qeyri biogen üzvi maddələrin minerallaşması; 

2)Cansız qeyri üzvi  maddələrin parçalanması; 

3)Əmələ  gələn maddələrin bioloji dövrana cəlb (daxil) 

edilməsi; 

Mühitya-


ratma 

Mühitin fiziki-kimyəvi parametrlərinin dəyişməsi 

(başlıca olaraq qeyri biogen maddələrin hesabına) 



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə