MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə53/228
tarix30.12.2017
ölçüsü4,78 Mb.
#18712
1   ...   49   50   51   52   53   54   55   56   ...   228

 

85

Nəqletmə Maddələrin ağırlıq qüvvəsinə əks və üfüqi  istiqamə-



tində aparılması 

  

Canlı  maddələrin  mühityaratma  funksiyaları nəticəsində Yerin təbii mühitində aşağıdakı mühüm hadisələr 



baş vermişdir: 

a) İlkin atmosferin qaz tərkibi dəyişmişdir. Təsdiq edilmişdir ki, biosenoz əsasən yerin oksigen atmosferini 

formalaşdırır və karbon qazının konsentrasiyasına təsir göstərir; 



b) İlkin okean sularının kimyəvi tərkibi dəyişmişdir. 

Dünya okeanı sularının əmələ gəlməsində biotanın iştirakı istisna olunmur.  



ç) Litosferdə bəzi dağ süxurları əmələ gəlmişdir. Dəmir, marqans, fosforit,  boksid, karbonat və silisium sü-

xurlarının geniş yataqlarının biotanın fəaliyyəti ilə əlaqədar yaranmasına aid çoxlu dəlillər vardır. V. İ. Vernads-

ki qraniti keçmiş biosferin izləri adlandırır.  

ç) Qurunun səthində nadir xassəyə- münbitliyə malik olan torpaq qatı əmələ gəlmişdir. 

d) Sahəsinə görə olduqca nəhəng yarpaq səthlərinin cəminin buxarlandırıcı səthi yaranmışdır. Bu, buxarlan-

dırıcı effektinə görə okean səthindən geri qalmır və təxminən Dünya okeanının sahəsinə bərabərdir, yaxud Yerin 

quru sahəsindən 2,5 dəfə böyükdür. Bu, qurunun biotasına güclü kontinental rütubətlik dövrünü yaratmağa im-

kan vermiş və ona 70-75% nəzarət edir.  



e) Yerdə  gətirmələrin böyük hissəsi formalaşmışdır. Təsdiq edilmişdir ki, bioloji aşınma dağ süxurlarının 

parçalanmasında əsas rol oynayır (xırda torpaq hissəciklərinin 80%-i monolit dağ süxurlarından əmələ gəlmiş-

dir); 

ə) canlı maddə biogenlərinin miqrasiyasının qlobal tsiklinə nəzarət edir, yaxud maddələrin konsentrasiyası 

biotanın fəaliyyətindən çox asılıdır. Belə bir misal gətirək: həll olunmuş karbon qazının konsentrasiyası okeanın 

dibində səthinə nisbətən bir neçə dəfə yüksəkdir. Okeanın səthində isə karbon qazının konsentrasiyası atmosfer-

də olan konsentrasiya ilə müvazinət  (tarazlıq) vəziyyətində olur. Okeanın üst qatında həyat dayandıqda karbon 

qazının konsentrasiyası okeanın səthində  və  dərinliyində  bərabərləşir. Bunun nəticəsində atmosferə CO

2

-nin 



atılması baş verir. Bu isə fəlakətli nəticələrə gətirib çıxara bilər. Beləliklə, okeanın biotası atmosferdə CO

2

-nin 



konsentrasiyasına nəzarət edir, bununla da parnik (istilik) effektini nizama salaraq ətraf təbii mühitin sabitliyini 

təmin edir.  

Beləliklə, müasir biosfer bütün üzvi aləmin uzunmüddətli tarixi inkişafının təbiətlə qarşılıqlı əlaqəsinin hasi-

lidir (yekunudur). Bu inkişaf prosesində biosferdə qarşılıqlı əlaqələrin və hadisələrin mürəkkəb şəbəkəsi yaran-

mışdır: abiotik və biotik faktorların qarşılıqlı təsiri nəticəsində biosfer daim hərəkətdə və inkişafdadır. O, insan 

həyata qədəm qoyan zamandan bəri, yəni 2-3 milyon il ərzində böyük təkamül keçirmişdir.  

Biosfer, Yerin canlı maddələrin təsiri yayıldığı mühiti əhatə edir. Biosferə ozon səthinə kimi atmosferin bir 

hissəsi (20-25 km), litosferin üst hissəsi, əsasən aşınma gedən qabığı (orta hesabla 2-3 km) və bütün hidrosfer 

(okeanın dibindən 1-2 km aşağı) daxildir. Biosferin ümumi qalınlığı 40 km-ə çata bilər. 

Yer qabığının süxurlarında bakteriyaların müşahidə olunan ən dərin yeri 4 km təşkil edir. Neft yataqlarında 

2-2,5 km dərinlikdə çoxlu miqdarda bakteriya müəyyən edilmişdir. Lakin, biosferdə həyat olduqca qeyri-bəra-

bər yayılmışdır. O, səhrada, tundrada, okeanın diblərində, yüksək dağlıq ərazidə zəif inkişaf etsə də, biosferin 

digər sahələrində olduqca zəngin (bol) və çoxmüxtəlifliyi ilə fərqlənir.  

Canlı maddənin ən yüksək konsentrasiyası əsas mühitlərin ayrıldığı sərhədlərdə: litosfer və atmosferin sər-

həd qatında, yəni torpaqda, üç mühitin – torpaq, su və havanın bir-birinə yaxın qonşuluğunda, yəni – okeanların 

üst qatlarında, su hövzələrinin dibində  və xüsusilə litorallarda, çayların estuarilərində müşahidə olunur. V. İ. 

Vernadski litosferdə orqanizmlərin ən yüksək konsentrasiyalı yerini «həyat təbəqəsi» (pərdəsi) adlandırmışdır. 

 



 

86

Øÿêil 6.3. Éåðèí áèîñôåðè äàõèëèíäÿ Ýöíÿø åíåðæèñèíèí äàõèë îëìàñû 



âÿ ïàéëàíìàñû 

  

Müasir baxışlara görə biosfer planetin möhtəşəm ekosistemi olub maddələrin qlobal dövranını saxlayır. Bi-



osfer anlayışının coğrafi təbəqə və ya coğrafi örtük anlayışı ilə xeyli oxşarlığı var. Bəzi tədqiqatçılar onları sino-

nim hesab etsələr də aralarında prinsipial fərq də var. Tərifə görə coğrafi örtük  litosfer, hidrosfer və biosferin 

bir-biri ilə qarşılıqlı təmasda olan Yer təbəqəsidir. Coğrafi örtükdə fasiləsiz olaraq quru, atmosfer, Dünya okeanı 

və orqanizmlər arasında maddələr və enerji axınları mübadiləsi baş verir. Beləliklə, coğrafi təbəqənin xarakteri-

nə onun bütün komponentlərinin eynidərəcəli təsvirləri daxildir. Biofer anlayışının isə mərkəzi həyatdır, hə-

yatın yayıldığı mühitdir, canlı maddədir. Bu canlı maddəyə atmosferin qaz tərkibi, suların, torpağın tər-

kibi və s. daxildir. 

6.2. Təbiətdə maddələrin dövranı  

Təbiətdə əsas iki maddələr dövranı mövcuddur – böyük (geoloji) və kiçik (biogeokimyəvi) dövran. 



6.2.1.Təbiətdə maddələrin böyük (geoloji) dövranı. Bu dövran Günəş enerjisi ilə Yerin dərinlik 

enenjisinin qarşılıqlı təsirilə baş verir və biosferdə Yerin daha dərin qatlarında maddələrin paylanması ilə yerinə 

yetirilir.  

 



 

87

Øÿêil 6.4. Ìàääÿëÿðèí áþéöê äþâðàíû 

 

Maqmatik süxurların aşınması hesabına  əmələ  gələn çökmə süxurlar yer qabığının hərəkətdə olan 



zonasında (hərəkət zonasında) yenidən yüksək temperatur və təzyiq zonasına yüklənir (daxil olur). Onlar orada 

əriyərək maqmanı – maqmatik süxurların yeni mənbəyini  əmələ  gətirir. Bu süxurlar yerin səthinə  çıxdıqda 

aşınma proseslərinin təsirilə onlar təzədən çöküntü süxurlara transformasiya olunur (şəkil 6.4.). Maddələr 

mübadiləsinin simvolu dairə deyil, spiraldır. Bu yeni mübadilə tsiklinin köhnə sikli olduğu kimi 

təkrarlanmadığı, onun yenilik gətirdiyini göstərir və vaxtı gəldikdə böyük dəyişikliyə səbəb olur.  

Quru ilə okean arasında atmosfer vasitəsilə suyun dövranı da böyük dövran adlanır. Dünya Okeanı 

səthindən buxarlanan su (buna Yer səthinə düşən Günəş enerjisinin demək olar ki, yarısı  sərf olunur) quruya 

aparılır, orada yağıntı şəklində düşərək səth və yeraltı axınlar şəklində yenidən okeana qayıdır. Suyun dövranı 

aşağıdakı sadə sxemlə gedir: okeanın səthindən suyun buxarlanması – su buxarının kondensasyası – həmin 

okeanın səthinə yağıntının düşməsi.  

İl ərzində Yerdə suyun dövranında 500 min km

3

-dən artıq su iştirak edir.  



Suyun dövranı planetimizdə  təbii  şəraitin formalaşmasında bütövlükdə  əsas rol oynayır. Suyun bitkilər 

tərəfindən transpirasiyası və onun biogeokimyəvi tsikldə udulması nəzərə alındıqda Yerdə su ehtiyatının hamısı 

2 milyon ilə bölünür və parçalanır. 

 

6.2.2. Biosferdə maddələrin kiçik (biogeokimyəvi) dövranı 

Böyük dövrandan fərqli olaraq yalnız biosfer daxilində tamamlanır. Bu dövranın mahiyyəti fotosintez prosesində 

qeyri-üzvi maddədən canlı maddənin yaranması  və parçalanma zamanı üzvi maddələrin yenidən qeyri üzvi 

birləşmələrə çevrilməsindən ibarətdir.  

Biogeokimyəvi dövran biosferin həyatı üçün əsas sayılır və o, həyatın yaradıcısıdır. Canlı maddə dəyişərək, 

yaranaraq (doğularaq) və ölərək (məhv olaraq) planetimizdə həyatı saxlayır, biogeokimyəvi maddələr dövranını 

təmin edir.  

Maddələr mübadiləsinin enerjisinin əsas mənbəyi günəş radiasiyası sayılır, o, fotosintezi yaradır. Yer kürəsində bu 

enerji bərabər paylanmayıb. Məsələn, ekvatorda vahid sahəyə düşən istiliyin miqdarı Şpisbergen arxipelaqından (80

0

 ş.e.d.) 



üç dəfə çoxalır. Bununla yanaşı, istilik enerjisi əks olunma yolu ilə itir, torpaq tərəfindən udulur, suyun transpirasiyasına 

sərf olunur və s. (şəkil 6.5.), qeyd edək ki, fotosintezə bütün enenjinin 5%-dən artığı sərf olunmur (çox vaxt 2-3%).  

Bir sıra ekosistemlərdə maddə və enerjinin ötürülməsi əsasən trofik zəncir vasitəsilə yerinə yetirilir. Belə 

dövran adətən bioloji dövran adlanır (şəkil 6.5.). O, dəfələrlə trofik zəncirlərlə istifadə edilən maddələrin qapalı 

tsikli sayılır. Kiçik dövran, şübhəsiz, su sistemlərində, xüsusilə intensiv metabolizmi olan planktonda yer ala 

bilər, «yağışlı» tropik meşələr istisna olmaqla yer ekosistemlərində kiçik dövran olmur. Belə ki, kök sistemi 

səthə yaxın yerləşən tropik meşələrdə qida maddələrinin ötürülməsi «bitkidən bitkiyə» təmin oluna bilər. 

 



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə