MəMMƏdov qəRİb xəLİlov mahmud


Şəkil 6.9. Təbiətdə azotun dövranı:canlı varlıqların kimyəvi çevril-



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə56/228
tarix30.12.2017
ölçüsü4,78 Mb.
#18712
1   ...   52   53   54   55   56   57   58   59   ...   228

 

92

 



Şəkil 6.9. Təbiətdə azotun dövranı:canlı varlıqların kimyəvi çevril-

mələrdə iştirakı (Məmmədov, Suravegina, 2000) 

 

Əsas biogen elementlərin (C, O, N, P, S) qlobal biokimyəvi dövranlarından (tsikllərindən) kükürdün tsikli 



insan fəaliyyətilə daha güclü pozulmuşdur. Bu, yanacaq qazıntılarının, xüsusidə daş kömürün yandırılması ilə 

bağlı kükürd oksidinin  (SO

2

)

 



atmosferə antropogen təsirinin nəticəsidir.  

Torpaqda və çöküntülərdə kükürdün ehtiyatı geniş, atmosferdə isə azdır. Kükürd mübadilə fondunda əsas ro-

lu xüsusi mikroorqanizmlər oynayır, onların hər bir növü oksidləşmə və reduksiyanın nəticəsində suyun dərinli-

yində yerləşən çöküntülərdən səthə hidrogen-sulfid qarışır. 

Kükürdün dövranının nizamlanmasında qlobal masştabda geokimyəvi və meteoroloji proseslər (eroziya, çö-

küntü  əmələgəlmə, yuyulma, yağış, adsorbsiya, desorbsiya və s.), bioloji proseslər (biokütlənin məhsulu və 

onun parçalanması), hava, su və torpağın qarşılıqlı əlaqələri iştirak edir. 

Kükürdün tsiklinin (dövranının) antropogen pozulması ekosistemin asidifikasiyası, stratosfer və troposferdə 

ozonun vəziyyəti, iqlimin dəyişməsi kimi qlobal ekoloji prosesləri təyin edir və ya onlara ciddi təsir göstərir. 

 



 

93

 



Øÿêèë 6.10. Êöêöðäöí äþâðàíû (Ðåéìåðñ, 1990) 

Fosforun dövranı 

Fosfor bioloji və biokimyəvi proseslərdə böyük rol oynadığı üçün ən mühüm kimyəvi elementlərdən biri sa-

yılır.  

Fosforun əsas rezervuarları (ehtiyatları) quru ekosistemləri, okeanlar və su hövzələrində gətirmələrin çökün-

tüləridir. Fosforun qazşəkilli formaları praktiki olaraq mövcud deyil, odur ki, ona atmosferdə rast gəlinmir. Li-

tosferdə fosforun əksər hissəsi kristal süxurlar olub apatitlərin tərkibində olur. (95%) İlk dəfə olaraq quruda fos-

forun demək olar ki, hamısı apatitlərin aşınması nəticəsində əmələ gəlmişdir. Çökmə çöküntülər törəmə xarakter 

daşıyıb-fosforitlərdən ibarətdir və bütün dünyanın fosfor ehtiyatının 80%-i qədərdir. Torpaq və bitki örtüyündə 

karbon və fosforun konsentrasiyasının orta nisbəti: C:P-750:1-ə  bərabərdir.fosforun biokimyası digər biogen 

elementlərdən (karbon, oksigen, azot, kükürd) fərqlənir, bu onun qaz formasında olmamasilə əlaqədardır. Bu, 

fosforun yamac boyu ağırlıq qüvvəsinin təsirilə bir istiqamətdə axınına imkan yaradır. Beləliklə, bu elementin 

çaylarla göl, su anbarları və dənizlərə axını baş verərək orada toplanır. Əks istiqamətdə fosforun axını olmur, bu 

isə quru ekosistemlərinin (o cümlədən aqroekosistemlərin) fosforla kasadlaşmasına və bununla əlaqədar onların 

bioloji məhsuldarlığının aşağı düşməsinə səbəb olur.  

Antrorogen fəaliyyət nəticəsində eroziya prosesinin güclənməsi,fosfor gübrələrinin yuyulub aparılması, çir-

kab sularının axıdılması dünyada fosfor axınlarının intensivliyini artırır. Bu isə su hövzələrinin evtrofikasiyası-

nın güclənməsinə səbəb olur. Fosforun hidrosferə ümumdünya illik axını 20 mln. tona yaxındır. Yer qabığında 

fosforun miqdarı 0,093% təşkil edir.  

Bu azotun miqdarından bir neçə dəfə çoxdur, lakin azotdan fərqli olaraq fosfor Yer qabığının əsas elementi 

sayılmır, lakin onun geokimyəvi tsiklinə Yer qabığından çox müxtəlif miqrasiya yolları, hidrosferdə intensiv bi-

oloji dövranı və miqrasiyası daxil olur. Fosfor əsas orqanogen element sayılır. 

Onun üzvi birləşmələri bütün bitki və heyvanların həyat fəaliyyətində mühüm rol oynayır, nuklein turşuları-

nın, mürəkkəb zülalların, fosfolipidlərin membranının (pərdəsinin) tərkibinə daxil olur, bioenerji proseslərinin 

əsasını təşkil edir. 




 

94

Øÿêèë 6.11. Ôîñôîðóí äþâðàíû (Ðåéìåðñ, 1990) 

 

Fosfor canlı maddələrdə toplanır, burada onun miqdarı Yer qabığından təxminən 10 dəfə çoxdur. Qurunun 



səthində «torpaq-bitki-heyvan-torpaq» sistemində fosforun intensiv dövranı gedir. Fosforun mineral birləşmələri 

çətin həll olur və onun tərkibindəki fosfor elementi bitkilər tərəfindən demək olar ki, mənimsənilə bilmir; bitki-

lər  əksərən üzvi qalıqların parçalanması zamanı  əmələ  gələn fosforun asan həll olunan formalarından istifadə 

edir. 


Fosforun dövranı «Quru-Dünya okeanı» sistemində gedir. Onun əsasını çay axınları ilə fosfatların aparılma-

sı, onların kalsiumla qarşılıqlı təsiri, fosforitlərin əmələ gəlməsi, vaxtı gələndə yataqlarının səthə çıxması və ye-

nidən miqrasiya proseslərinə daxil olması təşkil edir.  

İnsan  öz təsərrüfat fəaliyyətini təbii proseslərin dövriliyini nəzərə alaraq planlaşdırmalıdır, xüsusilə onu 

əkinçilik, otlaq heyvandarlığı, su təchizatı və naviqasiyada (gəmiçilikdə) dəqiq nəzərə almaq lazımdır. Şumla-

ma, mineral gübrələrdən istifadə, neft və ağır metallarla çirklənmə torpaq faunasını olduqca kasadlaşdırır. Bu 

zaman normal qida zəncirlərinin həlqələri və biokimyəvi tsikllər pozulur, hətta tamamilə sıradan çıxır. 

Məlum olduğu kimi Biosferə ozon səthinə kimi atmosferin bir hissəsi (20-25 km), litosferin üst hissəsi

əsasən aşınma gedən qabıq (orta hesabla 2-3 km) və bütün hidrosfer (okeanın dibindən 1-2 km aşağı) daxildir. 

Biosferin ümumi qalınlığı 40 km-ə çata bilər. 

Aşağıdakı fəsillərdə biosferin təbii ekosistemlərinin təsnifatı, onun ayrı-ayrı hissələrinin (atmosfer, hidrosfer, li-

tosfer) geniş xarakteristikası, müasir vəziyyəti, antropogen faktorların təsiri nəticəsində dəyişməsi (pozulması) və 

onların yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər təklif olunur. 

 

 

VII Fəsil 

 

LANDŞAFT ƏSASINDA BİOSFERİN 

TƏBİİ EKOSİSTEMLƏRİNİN TƏSNİFATI 

 

Biosferin təbii sistemlərinin təsnifatı landşaft istiqamətində yanaşmağa əsaslanır, belə ki, ekosistemlər Ye-



rin coğrafi (landşaft) örtüyünü (təbəqəsini) əmələ gətirən təbii coğrafi landşaftların ayrılmaz hissəsidir. Biogeo-

senozlar (ekosistemlər) Yer səthində biosferin əsasını  təşkil edən biosferi əmələ  gətirir, V.İ.Vernadski onu 



«həyat təbəqəsi», V.N.Sukaçov isə «biogeosenotik örtük» adlandırmışdır.  

Landşaft (coğrafi landşaft) – təbii coğrafi kompleks olub burada bütün əsas komponentlər (litosferin üst 

horizontları, relyef, iqlim, sular, torpaq, biota) mürəkkəb qarşılıqlı əlaqədədir və inkişaf səviyyəsinə görə eyni-

cinsli vahid sistem əmələ gətirir.  




Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə