MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə57/228
tarix30.12.2017
ölçüsü4,78 Mb.
#18712
1   ...   53   54   55   56   57   58   59   60   ...   228

 

95

Ekologiyada landşaft baxımından yanaşma hər şeydən öncə təbiətdən istifadə məqsədilə böyük əhəmiyyət 



kəsb edir. Mənşəyinə görə iki əsas landşaft tipi ayrılır – təbii və antropogen. 

Təbii landşaft yalnız təbii faktorların təsiri altında formalaşır. Aşağıdakı təbii landşaftlar ayrılır:  

Geokimyəvi landşaft (Polınov, 1956) – kimyəvi elementlərin və birləşmələrin eyni tərkib və miqdara ma-

lik olan yer sahəsidir. Hər geokimyəvi landşafta müəyyən tip elementlərin və birləşmələrin miqrasiyası 

məzsusdur.  

Elementar landşaft    (Polınov, 1915) – eyni cinsli süxurda, eyni relyef elementində yerləşərək bir bitki 

assosiasiyası və bir torpaq tipi ilə səciyyələnir. Elementar landşaft ellüvial, subakval və superakval adlı üç tipə 

ayrılır.  Ellüvial landşaft – relyefin təpəlik (yüksəklik) elementlərində formalaşır. Maddələr və enerji 

atmosferdən daxil olur. Elementlərin aparılması prosesi həm səthi su axımları ilə  həll olmuş  şəkildə, həm də 

sülb maddələrin aşağıya doğru yerini dəyişməsi nəticəsində baş verir.  

Subakval landşaft – relyefin mənfi formalarında yaranır. Burada ellüvial və superakval landşaftlardan 

maddələrin toplanması prosesi üstünlük təşkil edir.  



Superakval landşaft – ellüvial və superakval landşaftlar arası  vəziyyət daşıyır. Burada həm maddələrin 

daxil olması (xaricdən və ellüvial landşaftlardan), həm də onların subakval landşaftlara aparılması baş verir.  



Mühafizə olunan landşaft – burada müəyyən təyin olunmuş qaydada təsərrüfat fəaliyyətinin hamısı və ya 

ayrı-ayrı növləri qadağan olunur.  

Hazırda quruda antropogen landşaftlar üstünlük təşkil edir.  

Antropogen landşaft – bu landşaft tipində insan fəaliyyətinin təsiri nəticəsində ilkin təbii landşaft 

dəyişərək təbii komponentlərin əlaqələri pozulmuşdur. Bura aşağıdakı landşaftlar daxildir: 



- aqrokultur (kənd təsərrüfatı) landşaftı – kənd təsərrüfatı əkin və səpinləri (sahələri) və bağlar bura dax-

ildir.  


- texnogen landşaft – insanın texnogen fəaliyyəti (güclü texniki vasitələrdən istifadə) nəticəsində torpaq pozulmuş, 

sənaye tullantıları ilə çirklənmişdir, iri sənaye komplekslərinin mühitə təsiri nəticəsində əmələ gələn sənaye landşaftı da 

bura aiddir.  

- şəhər (urbanizasiya) landşaftı – tikintilər, küçələr, parklar və s. bura daxildir.  

Yerin coğrafi (landşaft) təbəqəsinin sərhədləri biosferin sərhədləri ilə uyğun gəlir. Lakin coğrafi təbəqəyə həyat 

olmayan sahə də daxil olduğu üçün şərti olaraq biosferi coğrafi təbəqənin tərkibində olmasını qəbul etmək olar. Fak-

tiki olaraq bu əlaqəli birlikdir. Təbii ekosistem tiplərinin landşaft yanaşma baxımından ayrılması bunu təsdiq edir. 

R.X.Uittekerə görə Yer kürəsindəki ekosistemlərin məhsuldarlığının qiymətləndirilməsində istifadə olunan təsnifat 

buna misal ola bilər (cədvəl 6.3.).  



Cədvəl 6.3.  

Yer kürəsi ekosistemlərinin ilkin bioloji məhsuldarlığı 

(R.X.Uittekerə görə, 1980) 


 

96

 

 Landşaft təbəqəsi, həmçinin biosferin əsas (baş) enerji mənbəyi – Günəş radiasiyasıdır.  

6.3. saylı  cədvəldən göründüyü kimi biosferin məhsuldarlığı müxtəlif təbii ekosistemlərin (eyni zamanda 

landşaftların enerjisi) məhsuldarlığının cəmindən ibarətdir.  

Lakin günəş enerjisi bu məhsuldarlığı təmin edərək Yer səthinə çatan bütün enerjinin yalnız 2-3%-ni təşkil 

edir. Enerjinin qalanı onun fiziki-kimyəvi parçalanmasında (töküntü və b.) aktiv iştirakını  nəzərə almasaq, 

abiotik mühitə sərf olunur. Ancaq abiotik faktorlar biotik faktorlarla birlikdə orqanizmlərin təkamül inkişafını 

və ekosistemin homeostazını  təyin edir. Bitki örtüyü və heyvanat aləmi də öz növbəsində güclü təbii 

komponentlər kimi ətraf mühitə təsir göstərə bilir və müəyyən mikromühit (mikroiqlim) yaradır. Bütün bunlar 

canlı təbiətin, bütövlüklə landşaftın vahid enerji sahəsində mövcudluğunu təsdiq edir (cədvəl 6.3.). Cədvəldən 

göründüyü kimi müxtəlfi ekosistem tiplərinin məhsuldarlığı eyni olmayıb planetdə tutduğu ərazinin ölçüsü də 

müxtəlifdir. Məhsuldarlığın müxtəlifliyi iqlim zonallığı, mühitin xarakterindən (quru, su), ekoloji faktorların 

lokal qaydada təsiri və s. ilə bağlıdır. Y.Odum biosferin təbii ekosistemlərinin aşağıdakı  təsnifatını  təklif 

etmişdir.  

1. Yerüstü biomlar (ekosistemlər) 

- Arktika və alp tundrası 

- Boreal iynəyarpaqlı meşələr 

- Mülayim qurşağın bozqırları (çölləri, stepləri) 

- Tropik bozqırlar və savannalar  

- Çaparral – qışı yağışlı, yayı quraqlıq keçən rayonlar 

- Səhralar: otlu və kollu  

-Yarımhəmişəyaşıl tropik meşə (yağışlı və quraq mövsümləri aydın təzahür olunan) 

- Həmişəyaşıl tropik yağışlı meşələr 

2. Şirinsulu ekosistem tipləri  

- Lentik (durğun sular) ekosistemlər: göllər, nohurlar və s.  

- Bataqlaşmış sahələr: bataqlıqlar, bataqlıq meşələri 

 

3. Dəniz ekosistem tipləri  

- Açıq okean (pelagik) ekosistemi 

- Kontinental şelfin suları (sahilyanı sular) 




 

97

- Apvelinq rayonu (məhsuldar balıqçılığı olan münbit rayonlar) 



- Estuarı ekosistemi (sahilyanı buxtalar-kiçik körfəzlər, boğazlar, çayların mənsəbi, duzlu marşlar və b.) 

Biomların yayılma sərhədləri materiklərin landşaft komponentləri ilə  təyin olunur, adı isə üstünlük təşkil 

edən bitki ilə (meşə, kol və b.) ifadə olunur. Su ekosistemlərində bitki orqanizmləri dominantlıq etmir, odur ki, 

mühitin fiziki əlamətləri («durğun», «axar» sular, açıq okean və b.) əsas götürülür.  

Yuxarıda deyilənlər göstərir ki, biom sərhədləri regional səviyyədə landşaftın sərhədlərinə uyğun gələn 

ekosistemdir. Onun komponentləri landşaftın komponentlərindən ibarətdir, lakin onun əsas komponenti biota 

sayılır, burada üzvi maddələr yaradan proseslərə və maddələrin biokimyəvi dövranına əsas diqqət yetirilir.  

 

7.1. Yerüstü biomlar (ekosistemlər) 

Stabil ekosistem canlı orqanizmlərlə ətraf fiziki mühitin tarazlıq (müvazinət) vəziyyəti ilə səciyyələnir. Belə 

sistemin ümumi homeostazı onun təzyiqlərə qarşı müqavimətinə imkan yaradır.  

Məlum olduğu kimi Yer üçün iqlim zonallığı, bununla da yerüstü ekosistemlərin iqlim zonallığı xarakterik-

dir.  

Bütün Yer kürəsi üçün üfiqi iqlim zonallığından başqa dağ sistemlərində, həmçinin, şaquli və ya yüksəklik 



qurşaqlığı müşahidə olunur. Dağ sisteminin ətəyində iqlim ümumi coğrafi zonallığa uyğun gəlir, yuxarıya 

qalxdıqca və cənubdan şimala hərəkət etdikcə qurşaqlar dəyişir.  



 

7.1.1. Tundra 

Əsasən şimal yarımkürəsində, Arktika və Subarktika qurşaqlarında yayılmışdır. Cənub yarımkürəsində An-

tarktida yaxınlığındakı adalarda kiçik sahələri əhatə edir. Şimal yarımkürəsində Arktika səhraları zonası ilə (şm-

da), meşə-tundra zonası (c-da) arasında yerləşir. Eni 300-500 km-ə çatan zolaq şəklində Avrasiyanın və Şimali 

Amerikanın şimal sahilləri boyu uzanır.  

Tundra zonalarının yerləşdiyi enliklərdə illik radiasiya balansı aşağıdır (8-20 kkal/sm

2

), oktyabrdan aprelədək 



mənfidir. Qış 8-9 ay (bunun 60-80 günü qütb gecəsidir) davam edir. Orta temperatur yanvarda -5-dən -40

0

C-yə 



qədər, iyulda 5-10

0

C-dir.  İllik yağıntı 200-500 mm, bəzən 750 mm-ə çatır. Yay havanın nisbi rütubətliyinin 



yüksəkliyi, tez-tez duman və çiskin yağışın olması ilə səciyyələnir. Daimi donuşluq inkişaf etmişdir. Çoxlu göl və 

bataqlıq var. Torpaqları, əsasən qleyli, tundra tiplidir. Bitki örtüyündə şibyə, mamır, alçaqboylu otlar, kolcuqlar və 

kolluqlar üstündür. Bitkilərdən mərcangilə, dəstərək, karlik tozağac, qaragiləni göstərmək olar.  

 



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə