MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə6/228
tarix30.12.2017
ölçüsü4,78 Mb.
#18712
1   2   3   4   5   6   7   8   9   ...   228

 

15

itirməmişdir. Təsadüfi deyildir ki, Amerika ekoloqu Y.Odum (1975) V.V.Dokuçayevi ekologiyanın 



banilərindən biri saymışdır. XIX əsrin 70-ci illərinin sonunda alman hidrobioloqu K.Mebius (1877) biosenoz 

haqqında mühüm anlayış irəli sürür və onu müəyyən mühit şəraitində orqanizmlərin qanunauyğun əlaqələnməsi 

(birləşməsi) hesab edir.  

Moskva Universitetinin professoru Karl Franseviç Rulye 1841-1858-ci illər  ərzində praktiki olaraq 

ekologiyanın prinsipial problemlərinin tam siyahısını vermiş, lakin bu elmi adlandırmaq üçün ifadəli termini 

tapa bilməmişdir. O, ilk olaraq orqanizm və mühitin qarşılıqlı  əlaqəsi prinsipini dəqiq təyin etmişdir. Heç bir 

üzvi canlı orqanizm öz-özünə yaşamır; hər biri onun üçün xarici aləmlə qarşılıqlı təsirdə olduğu üçün yaşamağa 

cəlb olunur və yaşayır. Bu ünsiyyət qanunudur və ya həyat başlanğıcının ikiliyidir (iki tərəfliliyidir), bu onu 

göstərir ki, hər bir canlı həyata (yaşamağa) imkanı qismən özündən, qismən də xaricdən alır.  

Bu prinsipi inkişaf etdirərək K.F.Rulye mühitlə qarşılıqlı  əlaqəni iki kateqoriyaya bölür: «fərdi yaşayış 

hadisəsi» və «ümumi yaşayış hadisəsi», bu, orqanizm səviyyəsində  və populyasiya və biosenoz səviyyəsində 

ekoloji proseslərin müasir təsəvvürünə uyğun gəlir. Rulye çap olunmuş mühazirələrində  və  məqalələrində 

dəyişkənlik, adaptasiya, miqrasiya, insanın təbiətə  təsiri kimi problemlər irəli sürürdü. Orqanizmlərin mühitlə 

qarşılıqlı əlaqə mexanizmlərini Rulye Ç.Darvinin klassik prinsiplərinə yaxın mövqedə müzakirə edirdi, ona görə 

də onu həqiqətən Darvinin sələfi hesab etmək olar. O, zoologiyada xüsusi istiqamətin – heyvanların həyatının 

hərtərəfli öyrənilməsi, onların  ətraf aləmlə mürəkkəb qarşılıqlı  əlaqəsinin aşkar edilməsi məsələlərinin 

tədqiqinin inkişaf etdirilməsini geniş təbliğ edirdi. Beləliklə, K.F.Rulye heyvanların geniş ekoloji tədqiqat sis-

temini, onun əsasında «zoologiya»nı  işləyib hazırlamış, tipik ekoloji məzmunda bir sıra  əsərlər, məsələn, su, 

yerüstü və eşici onurğalıların ümumi xüsusiyyətlərinin tiplərə ayrılmasını və b. yazmışdır.  

K.F.Rulyenin baxışları onun şagirdlərinin tədqiqatlarının istiqamətinə  və xarakterinə  dərindən təsir 

göstərmişdir. Onun şagirdlərindən biri olan N.A.Seversov (1827-1885) ilk dəfə Rusiyada ayrıca bir regionun 

dərin ekoloji tədqiqatı  əsasında «Voronej quberniyasının vəhşi heyvan, quş  və  həşəratlarının həyatında dövri 

hadisələr» adlı əsər çap etdirdi.  

Üzvi aləmin əsas evolyusiya faktorlarının aşkar edilməsi ilə Ç.Darvin (1809-1882) ekologiyanın əsaslarının 

inkişafına mühüm qiymətli hədiyyə bağışladı. Evolyusiya mövqeyindən Ç.Darvinin «yaşamaq uğrunda 

mübarizə» ifadəsini canlı aləmin xarici aləmlə, abiotik mühitlə və bir-birləri ilə, yəni mühitlə qarşılıqlı əlaqəsi 

kimi izah etmək olar.  

1859-cu ildə Ç.Darvinin «Təbii seçmə yolu ilə növün mənşəyi və ya həyat uğrunda mübarizədə yararlı 

cinslərin saxlanması» kitabı  çıxır. Ç.Darvin göstərirdi ki, təbiətdə «yaşayış (həyat) uğrunda mübarizə» təbii 

seçməyə gətirib çıxarır, yəni bu mübarizə evolyusiyanın hərəkətdə olan faktorudur.  

Ekologiya termini birdə-birə yaranmayıb və o, yalnız XIX əsrin sonunda ümumi təsdiqini aldı. XIX əsrin 

ikinci yarısında ekologiyanın əsas məzmunu əsasən heyvan və bitkilərin həyat tərzinin, onların iqlim şəraitinə 

(temperatur, işıq rejimi, rütubətlilik və s.) adaptasiyanın öyrənilməsi idi. Bu sahədə bir sıra mühüm ümumi 

nəticələr çıxarıldı. A.Qumboltun «fizionomik» istiqamətini davam etdirərək Danimarka botaniki A.N.Beketov 

(1825-1902) bitkilərin coğrafi yayılması ilə, onların anatomik və morfoloji quruluşlarının xüsusiyyətləri 

arasındakı əlaqəni aşkar etdi və ekologiyada fizioloji tədqiqatların əhəmiyyətini göstərdi. A.F.Middendorf Ark-

tika heyvanlarının quruluşunun ümumi xüsusiyyətlərini və  həyatını öyrənərək Qumboltun təlimini zooloji 

obyektdə öyrənilməsinin əsasını qoydu. D.Allen (1877) Şimali Amerika məməli heyvanlarının və quşların iqli-

min coğrafi dəyişilməsilə əlaqədar bədənlərinin və hissələrinin proporsiyasını (nisbətini) və rənginin dəyişməsi 

üzrə bir sıra ümumi qanunauyğunluqları aşkar etdi.  

Alman bioloqu-təkamülçü Ernst Hekkel (1834-1919) ilk dəfə olaraq ekologiya elmini biologiyanın 

müstəqil və mühüm sahəsi kimi ayıraraq ona ekologiya adını verdi (1866). Özünün «Orqanizmlərin ümumi 

morfologiyası» kapital əsərində o yazırdı: Ekologiya dedikdə biz təbiətin iqtisadiyyatına aid olan biliklərin cəmi 

kimi başa düşürük: ekologiya heyvanların onu əhatə edən mühitlə (həm üzvi, həm də qeyri-üzvi) qarşılıqlı 

əlaqələrinin bütün məcmusunu, hər şeydən əvvəl təmasda olduğu heyvan və bitkilərlə bilavasitə və ya dostluq 

və ya düşmənçilik  əlaqələrini öyrənir. Bir sözlə, ekologiya bütün mürəkkəb qarşılıqlı  əlaqələri öyrənir, bu 

əlaqələri Darvin «yaşamaq uğrunda mübarizə»ni törədən şərait adlandırmışdır.  

Dokuçayevin tədqiqatları Q.F.Morozov tərəfindən davam etdirilərək «Meşə haqqında təlim»  əsərində 

meşənin ekologiyasının  əsasını qoydu. Sonralar Q.N.Vısotskinin işləri meşənin ekologiyası elmini 

zənginləşdirdi.  

XX  əsrin  əvvəllərində hidrobioloqlar, fitosenoloqlar, botaniklər və zooloqların ekoloji məktəbləri 

formalaşır, onların hər birində ekoloji elmin müəyyən tərəfləri inkişaf etməyə başladı. Brüsseldə III Botanika 

konfransında (1910) bitki ekologiyası  rəsmi olaraq fərdlərin ekologiyasına (autekologiya) və qruplaşmaların 

ekologiyasına (sinekologiya) parçalandı. Belə bölgü heyvan ekologiyası və ümumi ekologiyaya da aid edildi.  

Müstəqil bir elm kimi ekologiya 1920-ci illərin  əvvəlində  qəti formalaşdı. Bu dövrdə Amerika alimi 

Ç.Adams (1913) ilk ekoloji məlumatı – heyvanların ekologiyasının öyrənilməsinə dair dərslik, V.Şelvordun 

yerüstü heyvanların qruplaşmaları (1913), S.A.Zernovun hidrobiologiya (1913) üzrə və digər alimlərin (Ç.Elton, 

1927; R.Qessa, 1924; K.Raunkor, 1929) ekoloji məlumatları meydana gəldi. 1913-1920-ci illərdə ekoloji elmi 




Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə