MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə61/228
tarix30.12.2017
ölçüsü4,78 Mb.
#18712
1   ...   57   58   59   60   61   62   63   64   ...   228

 

103


bilir; 3) sualtı vegetasiya zonası – tamamilə suyun altına (dibinə) köklənmiş və bərkimiş bitkilər, fotosintez və 

mineral mübadiləsi sü mühitində yerinə yetirilir (su çiçəyi və yapışmış yosunlar - xaralar).  

Litoral zonada heyvanlar, konsumentlər su hövzəsinin digər zonalarına nisbətən daha çox müxtəlifliyi ilə 

seçilir. Perifiton molyuska, rotatorilər, mşanka, həşəratların sürfələri və s. ibarətdir. Nektonun bir çox heyvanları 

atmosfer havası ilə nəfəs alır (qurbağa, tısbağalar, salamandr-səməndər və b.). Balıqlar həyatının çox hissəsini 

litoralda keçirir və orada da çoxalırlar.  Zooplankton  xərçəngəbənzərlərdən ibarət olub balıqların 

qidalanmasında böyük əhəmiyyət kəsb edir.  

Limnik (göl) zonasının qruplaşmalarında fitoplankton produsent hesab olunur. Mülayim qurşağın su 

hövzələrində onun populyasiyasının sıxlığı mövsüm üzrə kəskin dəyişir. Yazda suyun «çiçəkləməsi» sərin suya 

uyğunlaşan diatomit (trepel) yosunların kütləvi inkişafı ilə, yayda yaşıl yosunların, payızda isə azot fiksə edən 

göy-yaşıl yosunların inkişafı ilə bağlıdır. Zooplankton bitki ilə qidalanan xərçəngkimilər və rotatorilərdən 

ibarətdir, qalanlar isə yırtıcılardır. Limnik zonanın nektonu yalnız balıqlardır.  

Profundal zonanın qruplaşmaları işıqsız həyat sürür. Buranın fauna və florası bakteriya və göbələklərdən 

(redusentlər), həmçinin bentos formalardan – həşəratların sürfələri, molyusklar, həlqəli qurdlardan ibarətdir 

(konsumentlər). 

Su hövzələrinin çirkab suları ilə çirklənməsinin artması  nəticəsində  qırmızı  həlqəli qurdların miqdarı 

çoxalır, yəni bu göstərici ilə su hövzəsinin çirklənmə dərəcəsi haqqında fikir yürütmək olar.  

Durğun su hövzələrinin qruplaşmalarında oksigenin miqdarı, temperatur, işıqlanma kimi limitləşdirici 

faktorların təsiri bu su hövzələrinin spesifik xüsusiyyətlərindən (göl, xırda göl – prud və süni su anbarı) asılıdır.  

Göllər – təbii şirinsulu su hövzələri olub geoloji baxımdan nisbətən yaxın keçmişdə – son bir neçə on min 

illərdə  əmələ  gəlmişdir, yalnız bəzi göllərin yaşı milyon illərlə hesablanır (məs.  Baykal gölü). Göllərin 

əksəriyyətində profundal zonanın mövcudluğu su qatının temperatur rejiminə, onun «qarışmasına» və orada ok-

sigenin paylanmasına təsir göstərir. Bu proseslər gölün temperatur rejimi kimi mövsümi xarakter daşıyır (şəkil 

6.14.). 

Mülayim qurşağın göllərində yay dövründə şaquli kəsikdə üç zona ayırmaq olar: epilimnion – suyun kon-

veksiya (sirkulyasiya) etdiyi dərinliyə qədərtermoklin – aralıq zona, burada su yuxarı (üst) zonanın suyu ilə 

qarışmır; hipolimninon – soyuq su sahəsi, burada sirkulyasiya getmir (Şəkil 6.16).  

 

Øÿêil 6.14. Ýþëöí ö÷ ÿñàñ çîíàñû 

 

Termokilın adətən işıq düşən sərhəddən aşağıda yerləşir, oksigen ehtiyatı, ondan ayrılmış  hipolimnionda 

tükənir. Yayda – durğunluq dövrü başlayır. Payızda – temperaturun bərabərləşdiyi dövrdə suyun ümumi qarışması və 

hipolimnionun oksigenlə zənginləşməsi baş verir. Qışda – buzun altında suyun temperaturu +4

0

C-dən aşağı olur, bu 



onun sıxlığını azaldır və yenidən gölün stratifikasiyasına və qış durğunluğuna səbəb olur. Yazda buz əridikdən sonra 

suyun temperaturu 4

0

C-yə çatır, o, ağırlaşır və yenidən yaz qarışması baş verir. Bu klassik sxem Avropa və Şimali 



Amerika gölləri üçündür. Subtropik rayonlarda suyun qarışması il ərzində bir dəfə – qışda, tropikada isə daim və 

qeyri müntəzəm olur. 

Məhsuldarlığına görə göllər iki qrupa bölünür: 1) Oliqotrof (biogen maddələr və plankton az olan) və 2) 

evtrof (biogen maddələrlə zəngin) göllər. Lentik ekosistemlərin məhsuldarlığı həm də ətraf mühitdən və gölün 

dərinliyindən daxil olan maddələrdən asılıdır. Kiçik göllər daha məhsuldar olur. 

 



 

104


 

Øÿêil 6.15. Ëåíòèê ãðóïðàøìàëàðûí áÿçè ïðîäóñåíòëÿðè: ñó 

ùþâçÿëÿðèíèí äèáèíÿ áÿðêèìèø ñàùèëéàíû áèòêèëÿð (1-7), ñàïøÿêèëëè 

éîñóíëàð (8-9) âÿ  ôèòîïëàíêòîí (10-20). Ôèòîïëàíêòîíóí òÿðêèáèíäÿ 

éàøûë (10-13), äèàòîì (14-17) âÿ ýþé-éàøûë (18-20) éîñóíëàð 1 - 

Úèéÿí; 2 - ãàìûø; 3 - îõéàðïàã; 4- ñóçàíáàüû; 5âÿ 6 - ñó÷è÷ÿéèíèí èêè 

íþâö; 7 - Chara. 

  

Prudlar – yaxşı inkişaf etmiş litorala malik olub stratifikasiya praktiki olaraq mövcud deyildir. Prudlar 

müxtəlif çökəkliklərdə əmələ gəlir, çox vaxt müvəqqəti hal daşıyır – yayda və ya quraqlıq dövründə quruyur. 

Prudların faunası quraqlıq dövründə sükutluq vəziyyətində yaşamağa qabildir və ya digər su hövzəsinə (qışda 

suyu olan) köçür. Təbii prudlar yüksək məhsuldar olur. Süni prudlarda balıqları insan özü yemləndirir.  

Su anbarları – hidroenergetik və hidromeliorasiya kompleksləri yaradılarkən insan tərəfindən tikilir. Bu 

təbii sistem olmayıb təbii-texniki sistem sayılır. Burada istilik və biogenlərin paylanması su anbarı  bəndinin 

tipindən asılıdır. Əgər su bəndin dibindən buraxılırsa, bu zaman su anbarı istilik toplayır və biogen maddələr 

xaric olunur, su bəndin üstündən axıdıldıqda isə istilik xaric olunur, biogen maddələr toplanır. Birinci halda su 

hipolimiondan, ikinci halda isə epilimiondan axıdılır (buraxılır). Dərin şlüzlərdən çaya daha duzlu sular da axır, 

biogenlər isə çay sahəsini evtrofikasiyaya uğradır.  



 

7.2.2. Lotik ekosistemlər – çaylar – Durğun su hövzələrindən üç əsas  şəraiti ilə  fərqlənir: 1) axın – 

mühüm limitləşdirici və nəzarətedici faktordur; 2) su ilə quru arasında mübadilə daha aktivdir; 3) praktiki olaraq 

stratifikasiya olmadığından daha bərabər paylanır.  

Axının sürəti çayda balıqların paylanmasına təsir göstərir – onlar daşların altında, növbəli dayazlıqların alt 

hissəsində yaşaya bilir, bunlar müxtəlif növlər olub konkret şəraitlərə adaptasiya olunurlar. Çay açıq ekosistem 

olub, ora ona bitişik sahələrdən çoxlu miqdarda üzvi maddələr daxil olur.  



Detrit qidalanma – lotik ekosistemlərin trofik zəncirinin əsasını təşkil edir: konsumentlər enerjinin 60%-

dən çoxunu gətirmə materiallarından alır, lakin çaylarda oksigen kifayət qədərdir və onun miqdarı daimidir.  

Növbəli dayazlıqların və növbəli dərinliklərin lotik qruplaşmaları ayrılır. Növbəli dayazlıqlarda substrata 

bərkimək (yapışmaq) qabiliyyəti olan orqanizmlər (sapvari yosunlar) və ya yaxşı üzücülər (alabalıq) 

məskunlaşır. Dərinlik qruplaşmaları prud qruplaşmalarını xatırladır. 

 



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə