MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə64/228
tarix30.12.2017
ölçüsü4,78 Mb.
#18712
1   ...   60   61   62   63   64   65   66   67   ...   228

 

110


 

Şəkil 8.1. Atmosferin quruluşu 

 

Termosferdə  qütb  şəfəqlənməsi  baş  verir ,  meteoritlər  yanır. 



Ekzosfer  və  ya  səpələnmə  sferi – atmosferin  xarici  qatı. Buradan  yüngül  atmosfer  qazları  sayılan  hid-

rogen  və  helium  planetlərarası   fəzaya  keçə  bilər. Bu  qat  2000-3000 km – ə qədər  yayılır  və tədricən  kos-

mosa  keçir. 

Yuxarıda  göstərilən  sferalar  arasında  keçid  aralıq  qatlar  yerləşir. Onlara  tropopauza, stratopauza  və s. 

deyilir. Məs. Trapopauza  troposferi  strotosferdən  ayırır. 

 

8.2. Atmosferin tərkibi və  



onun həyatın  mövcudluğunda rolu 

Atmosferin 

10

9

 hissəsi  troposferdə  yerləşir. Strotosferdə  isə  atmosfer kütləsinin  cəmi 



1000

1

 hissəsi  yer-



ləşir. Göründüyü  kimi canlı aləmə daha zəruri  sayılan  hava  təbəqəsi  əsasən  troposferdədir.   

Atmosfer  havası – müxtəlif  qazların  qarışığından  ibarətdir. Onun  tərkibinin  78,08 % - i azot, 20,95 % - i oksigen , 

093 % arqon , 0,03 % – i karbon  qazından  ibarətdir.Qalan  qazların  payına  (neon, helium,metan, ksenon, rodon  və  

b.)  təxminən  0,01 % düşür. 

Atmosfer  oksigenlə  nəfəsalmanın  əsas  mənbəyidir . İnsan  bir  dəqiqə  ərzində  5 l – dən  100 litrə  qədər  

hava  udaraq  sutka ərzində 12-15 kq hava qəbul edir. Yəni insanın sutka ərzində qida və suya olan tələbatından 

artıq hava qəbul edir. 

Atmosfer insanı kosmosdan təhlükə yaradan bir sıra hadisələrdən xilas edərək meteoiritləri yerə daxil olmağa 

qoymur. Yalnız  il ərzində Moskva şəhəri üzərində 200 – ə qədər meteoritin  yanması müşahidə olunur. 

Atmosfer Yerin həddindən çox qızmasının qarşısını alır. Belə  ki, atmosfer olmasa gündüzlər Yer səthi  gü-

nəşdən + 100

o

 – yə  qədər qızar, gecələr isə əksinə - 100



o

 – yə qədər soyuyardı və  planetimiz də Ay kimi həyat-

sız olardı. Atmosfer olduğuna görə  Yerdə t

– r təxminən 15



təşkil  edir. 




 

111


Təbiətdə havanın əsas istehlakçıları (sərf  ediciləri) flora və  fauna sayılır. Hava  Yer  üzərindəki  bütün  can-

lılar  üçün  lazımdır. İnsan qidasız 5 həftə, susuz 5 gün, havasız isə 5 dəqiqə  yaşaya bilər. 

Lakin  insanların  normal  həyat  fəaliyyəti  üçün  yalnız  havanın  mövcudluğu  deyil, həm  də  havanın  mü-

əyyən  dərəcədə  təmizliyi  vacibdir. 

İnsanın  sağlamlığı  havanın  keyfiyyətindən, bitki  örtüyü  və  heyvanat aləminin  vəziyyətindən, istənilən  

evin, həmçinin  qurğuların  konstruksiyasından  asılıdır. Çirklənmiş  hava  su, quru, dəniz, torpaq  insan  üçün  

zərərlidir.  

Atmosferin  qaz  örtüyü  Yerdə  yaşayan  bütün  canlıları  ultrabənövşəyi, rentgen  və  kosmik  şüaların  məh-

vedici  təsirindən  qoruyur. Atmosferin  yuxarı  qatları  bu  şüaları  qismən  udur, qimən  isə  səpələyir. 

Atmosfer  bizi  «ulduz  qırıntılarından»  qoruyur. Belə  ki, xırda  meteoritlər  Yerin  cazibə  qüvvəsi  nəticə-

sində  böyük  sürətlə (11/64 km/san) planenitin  atmosferinə  girdikcə, orada  hava  ilə  sürtünərək  parçalanır, 

təxminən  60-70  km yüksəklikdə  onların  çoxu  yanır. Atmosfer, Yeri həmçinin  iri  kosmik  qırıntılarından  

mühafizə  edir.  

İşığın  paylanmasında (yayılmasında)  da atmosferin  böyük  əhəmiyyəti  vardır. Atmosfer  havası  günəş  şü-

alarını  milyonlarla  xırda  şüalara parçalayır, bu şüaları səpələyir və bizə vərdiş etdiyimiz qədər bərabər ölçüdə 

işıqlanma yaradır. 

Hava örtüyünün mövcudluğu göyə mavi rəng verir, belə ki, havanın əsas elementlərinin molekulları və onda 

olan müxtəlif  qarışıqlar əsasən qısa dalğalı şüalar, yəni bənövşəyi, göy və  mavi  şüalar  yayır (saçır). Yerdən 

uzaqlaşdıqca havanın sıxlığı və  çirklənməsi azaldığından göyün rəngi tündləşir, hava örtüyü sıx  göy rəng, stro-

tosferdə isə qara bənövşəyi rəng alır.  

Atmosfer  səsin  yayıldığı  mühitdir. Yer  üzərində  hava  olmasaydı  orada  səssizlik  hökm  sürərdi, insan  

danışığı  olmazdı (eşidilməzdi). 



 

8.3. Havanın  təbii  çirklənmə  mənbələri 

Qeyd  etdiyimiz  kimi  havanın  tərkibi  müxtəlif  qazların  qarışığından  ibarətdir. ( azot, oksigen, karbon qa-

zı, arqon, hidrogen, ksenon , rodon və s ). Lakin  təbiətdə  belə  tərkibdə  təmiz  havaya  rast gəlmək  qeyri  

mümkündür. Həqiqətdə  isə  havanın  qaz  mühitində  çoxlu  xırda  bərk  və  maye  hissəciklər mövcuddur . Be-

ləliklə, hava  areozol  və  ya  dispers  sistem  halında  olur . Bu  çirkləndiricilər  havaya  biosferdən  daxil  olur. 

Ona  görə  ki, hər şeydən  əvvəl  hava  biosferin  bir  hissəsidir, orada  rast  gəlinən  bərk  və  maye  hissəciklər  

havanın  biosferin  digər  komponentləri, yəni  su, torpaq  və  canlı  orqanizimlərlə  qarşılıqlı əlaqəsinin  nəticə-

sidir (təzahürüdür).  

Təbiətdə  baş  verən  təbii  proseslər  dispers  hissəciklərlə  havanın  təchiz  ediciləridir .Güclü  vulkan  püs-

kürmələri  zamanı  xırda  bərk  və  maye  hissəciklərin  böyük  kütləsi  havaya  qalxır. Qazlarla  birlikdə  bu  his-

səciklər  20 km - dən  də  çox yüksəkliyə  qalxaraq  həftələrlə  havada  qala  bilir. Məsələn, 1883- cü  ildə  İndo-

neziyada  Krakatau  vulkanı  püskürən  zaman  vulkan  tozu  24  km  hündürlüyə  qədər  qalxaraq  5  ilə  yaxın  

havada  qalmışdır . Havada  qalan  hissəciklər un  və  süd  tozundan  da  xırda  olub  diametri orta  hesabla  

0,002  mm  olmuşdur .  

1912-  ci  ildə  Alyaskada  Katmay  vulkanı  püskürən  zaman  20  miliyard  m

toz  50  km yüksəkliyə  qədər  



qalxmışdır. 1975 – ci  ilin  iyul – sentyabrında  Kamçatkada  püskürən  Tolbaçik  vulkanının  məhsullarından  

biri  olan  tozun  gün  ərzində  miqdarı  antropogen  toz  tullantılarının  30 % - ə  yaxınını  təşkil  edirdi. Vulkan  

püskürmələri  zamanı  havaya  CO 

2

 –dən  başqa



 

 CO , H


2

, SO 


, H 


2

S , karbohidrogen  qazları  və s. buraxılır .  

Akad . V.İ.Vernadski  göstərirdi  ki ,  atmosfer  tozu  planetin  kimyasında  olduqca  böyük  rol  oynayır .  

Hər  il  Amerika , Afrika , Avstraliya  və  dünyanın  başqa  ölkələrində  yüzlərlə  baş  verən  meşə  yanğınları  

nəticəsində  tüstünün  xırda  bərk  hissəcikləri  10  və  100  km – lə  ərazilərdə  yayılır . 

Bozqır və  torf  yanğınları  da  mineral  tozların  əmələ  gəlməsinə  səbəb  olur.  

Dağ  süxurlarının  aşınması  və  dağılması  ,  torpaq  eroziyası  və  onunla  əlaqədar  baş  verən  qum  tufanla-

rı  zamanı  da  hava  xeyli  miqdarda xırda hissəciklərlə  dolur . Xüsusən  karbonatlı  süxurların  aşınması  zama-

nı  onun  tərkibindən  CO 

2

 ayrılır  və  atmosferə  daxil  olur. 



Sahili  çırpan  dalğalar  zamanı  dəniz  «tozları»  bir  neçə km – lərlə  havaya  qaxır, havada  quruyaraq  orada  dəniz  

duzları  qalır. Hətta  dənizlər  arasında  qalan  Tasmaniya  adalarında  atmosferdə  dəniz  səthindən  2000 m  yüksəkliyə  

qədər  xırda  hissəciklərə  təsadüf  olunur. Onların  tərkibində  müxtəlif  elementlər,  o  cümlədən  mis  müşahidə  olun-

muşdur . 

Sutka  ərzində Yer  səthinə  10  min  tonlarla  kosmik  tozlar  düşür. Kosmosdan gələn  bu tozların  mənşəyi  

hələ o qədər məlum deyil. Ola  bilər  ki , Günəşin  fəalliyyəti  nəticəsində  əmələ  gəlmişdir. Bu  tozlar  meteo-

ritlərin  yanmış  qalıqları  da  ola  bilər. 

Havada  üzvi  tozlara  da  rast  gəlinir. Bu  tozlar atmosferdə  yaşayan  aeroplanktonlardan , bakteriyalardan , 

göbələklərin  sporlarından , bitkilərin tozcuqlarından , bitki və heyvanların  çürümə,  qıcqırma  və  parçalanması  

məhsullarından  ibarətdir . Bitkilərin böyüməsi, çiçəkləməsi  zamanı  da  havaya  tozcuqlar  buraxılır. 




Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə