MəMMƏdov qəRİb xəLİlov mahmud


İstilik  elektrik  stansiyaları ( İES )



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə66/228
tarix30.12.2017
ölçüsü4,78 Mb.
#18712
1   ...   62   63   64   65   66   67   68   69   ...   228

 

115


İstilik  elektrik  stansiyaları ( İES ) 

İES –lərin  ətrafı  həmişə  ziyanlı  aerozolla  daha  zəngin  olur.  Pirogen  mənşəli  aerozolların  miqdarı  sərf  

olunan  yanacaq  növündən  asılı  olaraq  həm  kəmiyyət,  həm  də  keyfiyyətcə  dəyişir. Azərbaycanın böyük 

(iri) İES-ləri (1 mln.MVt)  Abşeron  rayonunda,  Mingəçevir  şəhəri  yaxınlığında (Azərbaycan  İES) və  Əli – 

Bayramlı  şəhərinin  10 – 15 km – yində (Əlibayramlı  İES)  yerləşir.Azərbaycanın  bütün  İES – ri  yanacaqla  

(mazut)  və  qazla  işləyir.Mazutun  kükürdlülük  dərəcəsi  2%  təşkil  edir.Tüstü  borularından  atmosferə  sut-

kada  700-1000  ton  kükürd  və  azot  oksidləri  atılır.Azərbaycanın  iri  İES  - nin  borularının  hündürlüyü  

100-330m, kiçik  İES  və  iri  istixana  borularının  hündürlüyü  isə  50-10 m olur. Azərbaycan  İES-i ətrafında 

3-5km radiusunda havada CO

2

  - in  qatılığı  yüksək  həddə  çataraq  0.4 – 0.6 mq/m



3

 təşkil  etmişdir. 

Tədqiqatların  nəticələri  göstərdi  ki, kükürd  qazının, azot  2- oksidin  və tozun  qatılığının  zonal  yayılması  

qanunauyğun  olaraq  stansiyanın yerləşdiyi  mənbədən  2,5 – 3 km  məsafədə  maksimum  çirklənmə  müşahidə  

edilir.

 

Azərbaycan  İES –də   (Mingəçevir)  qaz  işlədilərsə  adambaşına  ildə  250 – 300 kq  his  düşər,  mazut-



dan  istifadə  zamanı  bu  rəqəm  5  dəfə  yüksək  olar. 

Azərbaycan  İES – də   əsas  yanacaq  kimi  qazdan  (80 – 87 %), ehtiyat  yanacaq  şəklində  mazutdan  isti-

fadə   (13 - 20 %)  nəzərdə  tutulur. Təəssüf  ki,  1986 – cı  ildən   bəri  yüksək  kükürdlü  (4 % - ə  qədər)  ma-

zutdan  istifadə  edilir. 



 

Øÿêèë 8.5. Ãàçûíòû éàíàúàãëàðûíûí éàíäûðûëìàñû íÿòèúÿñèíäÿ 

CO2-íèí àòìîñôåðÿ èëëèê äàõèë îëìàñû. 

    


8.5. Alternativ  enerji  mənbələri (AEM) 

AEM – nə  günəş  və  külək  enerjisi, həmçinin  termal  suları  aid  etmək  olar. Günəş  və  külək  enerjisi  

respublikamızda  elektrik  enerjisini  əldə  etmək  üçün  perspektivli  və  ekoloji  cəhətdən  səmərəli  mənbələr-

dir. Günəşdən  yerə  il  ərzində  1500  trilyon  kilovat  saatdan  çox  enerji  gəlir. Bu  hazırda  planetimizdə  is-

tehsal  edilən  bütün  yanacaq  növləri  enerjisi  cəmindən  təxminən  150 min  dəfə  çoxdur. Günəş  enerjisinin  

yalnız  0.2% - i  bitkilər  tərəfindən  udulub  fotosintez  vasitəsilə  enerji  mənbəyinə  çevrilir.(Əzizov, Cəlilov, 

2003)  

Respublikanın  böyük  potensial  ehtiyatlara  malik  enerji  mənbələrindən  biri  də  termal  sulardır.Əlverişli  



təbii  şəraitdə  geotermal  sistemlər, ənənəvi  yolla  alınan  enerjidən  2.0 – 2.5 dəfə  ucuz  başa  gələn  enerji  is-

tehsal  etməyə  imkan  verir. Yaponiyada  XXI əsrin  əvvəllərində  geotermal  elektrik  stansiyalarının  gücünün  

50  milyon  kvt. saat, ABŞ – da  400  milyon  kvt saata çatdırmaq  nəzərdə  tutulmuşdur. 

Azərbaycanda  termal  sular  geniş  yayılmışdır.Onların  öyrənilməsinin  hazırki  vəziyyətində  yalnız  Abşe-

ron , Gəncə , Lənkəran, Şirvan, Muğan, Xaçmaz  və  Naxçıvan  rayonları  praktiki  əhəmiyyətə  malikdir.Tədqi-

qatlar  göstərdi  ki, (Əzizov, Cəlilov, 2003) respublika  ərazisində  termal  sulardan  isti  su  təchizatında, istixa-

naların  qızdırılmasında, balneoloji  məqsədlər  üçün, kimyəvi  xammal  kimi  istifadə  oluna  bilər. Respublika-

da  termal  sulardan  istifadəyə  yalnız  Kürdəmir  rayonu  ərazisində  başlanılmışdır.1980  - ci  illərdə  neft – 

qaz  axtarışı  məqsədilə  qazılan  quyudan  sutkada  6 – 10 min  m

3

 qədər  həcmdə, istiliyi  80 - 90



 - yə  çatan  

termal  su  çıxmışdır.İyirmi  ildən  yuxarı  müddət  ərzində  həmin  sular  istifadəsiz  qalaraq  ətraf  ərazilərə  ax-



 

116


mış  və  xeyli  torpaq  sahələrini  yararsız  hala  salmışdır.Hazırda  həmin  sulardan  balneoloji  məqsədlər  üçün  

istifadə  olunur. 

Termal sulardan  xalq  təsərrüfatının  müxtəlif  sahələrində  dünyanın  bir  çox  ölkələrində, o cümlədən  

Gürcüstan  və  Dağıstanda  geniş  istifadə  olunur. 



Külək  enerjisi. Külək   enerjisindən  (KE)  istifadə  haqqında  məlumatları  N.Ş.Hüseynov  və  E.P.Yusifovun 

(2002)  tədqiqatlarının  nəticələrinə  əsaslanaraq  təqdim  edirik. 

Özünün  ekoloji  təmizliyi  və  tükənməzliyilə  seçilən  KE  başqa  alternativ  enerji  mənbələrindən  maya  

dəyərinə  və  effektiliyinə  görə  ən  sərfəli  hesab  olunur. 

İlk sadə külək mühərrikləri  qədim Misir və Çin dövrünə təsadüf  edir. İlk  qədim  yel  dəyirmanları  İranda  

eramızın  VII  əsrində  quraşdırılmışdır. XIII əsrdən etibarən KE gəmilərin  hərəkətində, quyulardan suyun  vu-

rulmasında  geniş  istifadə olunmuşdur. 

Avropanın  20- dən  artıq  ölkəsində  və  Türkiyədə  ümumi  gücü  18 Mw  olan  minlərlə  külək  Enerjisi  Qur-

ğuları (KEQ)  fəaliyyət  göstərir. Fransanın  şərq  sahillərində  hər  biri  1.3 Mw   olan  16  KEQ  illik  64  miliyon  

kvt/saat  enerji  ilə  25600  nəfəri  elektirik  enerjisi  ilə  təmin  etməklə, həmin  ildə  32000  ton  CO

– nin  atmos-



ferə  buraxılmasının  qarşısını  alır. 

 

Şəkil 8.6. Enerji mənbəyi 

K.E. ilə  bol  olan  Avstraliya  hazırda  100 Mw – lıq  külək  qurğularının  ümumi  gücünü  2010 – cu  ildə  

5 000 Mw – a  çatdırmağı  planlaşdırır. ABŞ – ın  Texas  ştatında  «Kinq  Mauntin»  ərazisində  214  külək  türbin-

ləri  silsiləsinin  ümumi  çıxış  gücü  277Mw – dir. 



 

117


Azərbaycan  özünün  coğrafi  mövqeyinə  və  təbii  şəraitinə  görə  800 MVT illik külək enerji ehtiyatına 

malikdir. Bu ehtiyat ildə 4  milyard  KVt/saat  elektirik  enerjisi  deməkdir, yaxud  ildə  1  milyon  ton  şərti  ya-

nacağa  qənaət  etməklə  3700  ton  karbon  qazının  atmosferə  atılmasının  qarşısı  alınır. 

Qeyd  etmək  lazımdır  ki, Abşeron  yarımadası, onun  sahil  zonası  və  ətrafdakı  adalar  külək  enerjisindən  

istifadə  üçün  əlverişli  sayılır.Bu  ərazilərdə  küləyin  orta  illik  sürəti  5.5 – 7.0 m/san  olduğundan    KEQ  

sistemləri  üçün  tam  yararlı  və  yüksək  rentabelli  hesab  olunur. 

KEQ  sistemləri  üçün  Şərur, Culfa  və  Gəncə – Daşkəsən  rayonları  da  əlverişlidir.Bu  ərazilərdə  küləyin  

orta  illik  sürəti  3-5 m/san olduğundan  orta  güclü KEQ sistemlərinin  qurulması  üçün  istifadə  edilə  bilər. 

Abşeron  arxipelaqlarında  neft  quyuları  elektrik  enerji  təminatında həm texniki, həm  də  iqtisadi  baxım-

dan  daha effektiv və  sərfəlidir. Danimarkanın  Şimal  dənizi  sularında  quraşdırılan hər  biri 2MVt  gücündə  

80  ədəd  turbinin  illik  elektirik  enerjisi  600 QVt  gücündədir. 

Dağ – mədən   işləri  zamanı  süxurların  toplandığı  ərazilər,  xüsusilə plansız,  pərakəndə  istismar  edilən  

daş,  qum,  çınqıl  karxanaları   atmosferi daim  çirkləndirən  mənbələrdir.    Avropa  ərazisinin 7 %-i lazımsız 

dağ – mədən tullantıları  ilə  zəbt  edilib. 

Azərbaycan  Respublikasında  neft  və  qazdan  başqa  450 – dən  artıq  qara, əlvan  metal  filizləri, qeyri – 

filiz  xammalı, tikinti  materialları, yeraltı  mineral, termal  və  yodlu – bromlu  sənaye  suları  və  s. yataqları  

vardır.Qara  metallurgiyanın  mineral – xammal  bazası  Daşkəsən  dəmir  filizi  yataqları, Daşsalahlı  betonit  

gilli və Xoşbulaq  flyuz  əhəngdaş  yataqları  olub dəyərlərinə  görə  respublikanın  potensial  ehtiyatının  10.4 

% - ni  təşkil  edir. (İsayeva, 2003). Əlvan  metallurgiyanın  mineral – xammal  bazası  əsasən  alunit, mis, qur-

ğuşun, sink, molibden, kobalt, civə, sürmə  və s.yataqları  kəşf  edilmiş  ümumi  ehtiyatların  dəyərinə  görə  res-

publikanın  mineral – xammal  bazasının  əsasını (43.7%)  təşkil  edir.(İsayeva,2003)  

1991 – ci  ildən  sonra  başqa  ölkələrlə  əlaqələr  zəiflədiyindən  republikamızda  filiz  üzrə  dağ – mədən  

sənayesi  tənəzzülə  uğramışdır.Lakin, yeni  sənaye  sahələrinin  yaranması  ilə  əlaqədar  mülki  və  sənaye  ob-

yektlərinin  tikintiləri üçün vacib  olan qeyri – filiz  və  inşaat  materiallarına  təlabat  artdığından  belə  yataqla-

rın  geniş  istismarına  başlanmışdır.Hazırda  bu  yataqlarda  300 – ə  yaxın  təşkilat  və  firmalar  istismar  işləri  

aparır. 

Əvvəllər  geniş  həcmli  istismar  işləri  aparılan  Daşkəsən  rayonunda  istismar  sahələrində  və  filiz  saflaş-

dırma  kombinatı  yerləşən  ərazidə, həmçinin  Zəylik  alunit  yatağının  istismarı  sahəsində  və  Gəncə  gil – 

torpaq  kombinatı  ərazilərində  100  mln.m

3

 – la  ölçülən  istehsalat  tullantılarının  ətraf  mühitə  neqativ  təsiri  



davam  etməkdədir.Abşeronda  və  Qobustanda  əhəng  daşı  yataqlarının, Xəzər  sahilində  qum  yataqlarının, 

çay  vadilərində  qum – çınqıl  yataqlarının  kortəbii  istismarı  nəticəsində  ekoloji  problemlər  artmaqdadır.Bu  

regionlarda  quraqlıq  iqlim  və  güclü  küləklər  şəraitində  son  illərdə  karxanaların  miqdarı  15 – 20  dəfə  art-

mışdır.Ona  görə  də  Abşeronun  atmosferində  toz  xassəli  aerozolun  miqdarı  da  son  illər  xeyli  çoxalmış-

dır. 

Dağ  -  mədən  sənayesinin  ətraf  mühitdə  problem  yaradan  istehsalat  prosesləri  və  faktorları  aşağıdakı-



lardır. (İsayeva,2003)   

- Faydalı  qazıntıların  açıq  və  yeraltı  üsulla  çıxarılması; 

- Ətraf  sahədə  istehsalat  strukturunun  yerləşdirilməsi  və  onların  fəaliyyəti; 

- Zənginləşdirmə  və  ya  saflaşdırma  qurğularının  yerləşdirilməsi və  fəaliyyəti

- İstehsalat  tullantılarının  yaranması, toplanması, təkrar  istehsalat  tullantıları; 

- Ağır  yüklərin  nəqli; Yarımfabrikat  məhsulların  hazırlanması  üzrə  qurğuların  yerləşdirilməsi  və  onla-

rın  fəaliyyəti. 

Yuxarıdakı  proseslərin  hər  bir  mərhələsində  çoxsaylı  problemlər  yaranır, bu  problemlərin  əsas  faktor-

ları  bunlardır:toz, səs, vibrasiya, istehsalat  tullantıları, texnogen  sular, ağır  metalların  çökməsi, zərərli  qarı-

şıqlar, zərərli  kimyəvi  reaksiya  məhsulları, toksiki  tullantılar, atmosferə  buraxılan  tullantılar, məişət  tullantı-

ları  və s. 

Dağ   -  mədən  sənayesinin  ətraf  mühitdə  yaratdığı  problemləri  aşağıdakı  kimi  qruplaşdırmaq  olar: 

a)  Ətraf  mühitdə  baş  verən  dəyişmələr: torpaq  və  bitki  deqradasiyası  və  çirklənməsi,  atmosfer  havası-

nın, səth  sularının, yeraltı  suların  çirklənməsi, əsaslı  landşaft  dəyişmələri. 

b)  Geoloji  mühitdə  baş  verən  dəyişmələr: təbii  -  texniki  şəraitin, hidroloji  rejimin  və  tektonik  rejimin  

pozulması, geokimyəvi  dəyişmələr. 

c) Törəmə  problmlər:tədrici  landşaft  dəyişiklikləri,  ekzogen  geoloji  proseslərin  aktivləşməsi, seysmik  ak-

tivləşmə  və  s. 

 

8.6. Atmosfer havasının radioaktiv  

maddələrlə çirklənməsi 

Atmosferə RM (radioaktiv maddələr) təbii radioaktiv proseslər vasitəsilə, uran filizləri çıxardıqda, reaktorla-

rın istismarı zamanı və atom partlayışı nəticəsində daxil olur.  



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə