MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə69/228
tarix30.12.2017
ölçüsü4,78 Mb.
#18712
1   ...   65   66   67   68   69   70   71   72   ...   228

 

122


 

Avtomobil  benzininin  keyfiyyətinin  artırılması 

Hazırda ekoloji vəziyyəti yaxşılaşdırmaq üçün avtomobil yanacağı kimi etilli benzindən istifadənin qadağan 

edilməsi böyük əhəmiyyət daşıyır. 

Kontinentin şimal ölkələrinin çoxunda praktiki olaraq  etilli  benzindən daha istifadə edilmir. Bununla yanaşı 

bütün yeni avtomobillər xüsusi katalizatorla təczhiz olunmuş və yalnız etilsiz yanacaqla doldurulur. Belə katali-

zatorlar daha köhnə nəqliyyat vasitələrində də qoyulur. 

Avropa İttifaqı bu ittifaqa daxil olan bütün ölkələrdən 2003-cü ilə qədər avtomobil yanacaqlarında qurğuşun-

dan istifadə olunmasını tamamilə dayandırmaq tələblərini irəli sürmüşdür. 

Moskvanın neftayırma müəssisəsində və Rusiyanın digər müəssisələrində etil  benzininin istehsalı dayandı-

rılmışdır. 

Hazırda avtobenzin doldurma istehsalçıları benzinə qurğuşunsuz xüsusi əlavə hazırlamışdır; bu, yanacağın 

effektivliyini aşağı salmır. 

Rusiya alimləri Niderland millitrans kompaniyası Ay-Su-Du  ilə birlikdə yüksək oktanlı  benzinə əlavə fe-

terol hazırlamışlar. Bu benzini ekoloji təmiz və demək olar ki, zərərsiz edərək xarici sanitar normalara tam ca-

vab verir. 

Belə benzin bir sıra Rusiya zavodlarında mənimsənilmişdir. Hazırda ildə 300 min ton  feterol   hazırlamağa 

imkan var. Onun əsasında 2-2,5 milyon ton ekoloji təmiz benzin hazırlamaq  olar. 

 «Omski kauçuk» aksioner cəmiyyəti Rusiyada benzinə  əlavə  metiltretiçnobutilen  efiri (MTBE) istehsal 

etmişdir. Bu əlavə benzinin keyfiyyətini yaxşılışdıraraq onu ekoloji təmiz edir.  

Oksigen tərkibli  əlavə kimi müxtəlif spirtlərdən, məsələn,  metil spirtindən və butilen izomerindən alınan 

MTBE-dən istifadə etmək olar. ABŞ-da oksigen tərkibli əlavə kimi 80% MTBE-dən, 20% etil spirtindən istifa-

də olunur.Bundan istifadə etməklə avtomobil qazlarında CO-nu –10-20%, yanmayan karbohidrogenləri 5-10% 

və uçucu zərərli birləşmələri 13-17% azaltmaq olar. 

Rusiyada MTBE Nijne-Novqorodda, Çaykovski şəhərində, həm də Tolyattidə hazırlanır. 

1996-cı ildə Novoufa neftayırma zavodu benzin doldurma stansiyalarına yeni «Evrosuper -95» markalı ben-

zin təqdim etmişdir.Bu digər markalı benzinlərdən, yalnız yüksək oktanlı olması ilə deyil, həm də tərkibində ol-

duqca az zərərli hidrogen-sulfid (H

2

S) olmasilə fərqlənir. «Evrosuper-95» markalı benzin müasir yüksək texno-



logiya əsasında hazırlanıb tərkibində ətraf mühit və insan üçün zərərli olan tetraetilqurğuşun və digər zərərli 

əlavələr yoxdur. 

 

Neytrallaşdırıcılar 

Avtomobillərin tullantı qaz yollarında qoyulan neytrallaşdırıcılar avtonəqliyyat tərəfindən buraxılan toksik 

maddələrin miqdarını azaldır. Məsələn, ABŞ-da neytrallaşdırıcılar 1980-cı ildəki 76 mln. tondan 1985-ci ildə 55 

mln. tona qədər azaltmışdır. Bu ölkədə 85% avtomobillər neytrallaşdırıcılarla təchiz edilmişdir. 

İsveçdə 48 müxtəlif avtomobil modellərinin, çıxan qazları neytrallaşdıran katalitik süzgəclərlə təchiz olun-

ması zərərli qazları xeyli azaltmışdır, o cümlədən karbon oksidi 34%, karbohidrogenlər – 36%, azot oksidləri – 

58% azalmışdır.  

Rusiyada hazırlanan katalitik katalizatorların sınaqdan keçirilməsi göstərdi ki, onlar işlənmiş qazlarda CO –

nu 80%, CH –70%, NO –nu 50% azaldır. Bu zaman tullantıların zərərlilik dərəcəsi cəmi 10 dəfə   azalır. 

Ən yaxşı katalizatorun PLATİNDƏN olması müəyyən edilmişdir. Lakin baha olması ondan geniş istifadə 

edilməsinə imkan verə bilməz. Digər ucuz  və  çox tapılan katalizatorların axtarışı göstərdi ki, platini palladi, 

ruteni, həmçinin mis oksidi, xrom oksidi, nikel oksidi, manqan-2-oksid əvəz edə bilər. 

Rusiyada neytrallaşdırıcı istehsalında  alüminium-oksiddən istifadə olunur. Termoreaktorda CO və CH-ın 

oksidləşməsi prosesində əlavə havanın verilməsi tələb olunur, azot oksidinin (NO) bərpa olunması prosesində 

isə hava tələb olunmur. Müasir katalitik neytrallaşdırıcılar iki kameralı reaktor şəklində yerinə yetirilir: kamera-

nın birində CO və CH-ın oksidləşməsi, digərində isə NO -nun bərpası gedir. Bu tip neytrallaşdırıcılardan benzin 

və dizel mühərriklərində istifadə olunur.  

Ural elektrokimyəvi kombinatında müxtəlif markalı avtomobillər üçün hər il 2 mln. katalitik blok istehsal 

olunur.  

1997-ci ildən Rusiya hökuməti Moskvada istismar olunan bütün avtonəqliyyat vasitələrinin işlənmiş qazların 

neytrallaşdırıcıları ilə təchiz olunmasına başlanmışdır.  



Dizel  yanacağı. Dizel yanacağını alman mühəndisi Rudolf Dizel (1858-1913) kəşf etmişdir. Benzin mühər-

riklərində işçi qarışığı (yanacaq-hava) kənar mənbədən yəni (elektrik qığılcımından) alovlanırsa, dizel mühərri-

yində isə alovlanma qarışığın sıxılması  nəticəsində yüksələn temperaturun təsirilə baş verir. Dizel mühərriyi 

benzin mühərriyinə nisbətən 20-30% az yanacaq işlədir.  

Son vaxtlar dünyada dizel mühərriklərinə qayıtmaq tendensiyası artmışdır. Dizel yanacağı ilə işləyən avto-

mobillərdə işlənmiş qazların zərərlilik dərəcəsi xeyli az olur. (yəni  komponentlərin cəminə görə benzin mühər-

riklərinə nisbətən təxminən üç dəfə az olur.) Dizel mühərrikləri də ekoloji baxımdan təhlükəsiz sayılmır, belə ki, 



 

123


iş zamanı onlar da havaya bərk hissəciklər: məsələn, his, yağ aerozolları və yanmamış yanacaq, kükürd anhidri-

di buraxır. Bu maddələr atmosfer havasına düşərək insan orqanizmində kanserogen birləşmələr toplanır ki, on-

lar da benzin mühərriklərindən çıxan karbon oksidindən az təhlükəli sayılmır.  

Çıxan qazların təmizlənməsi üçün dizel mühərriklərində oksidləşdirici neytrallaşdırıcılarla  yanaşı, həm də 

his süzgəcləri, resirkulyasiya sistemi qoyulur. 

Bəzi şəhərlərdə peyda olan «İkarus» maşınlarının üstündə iki ədəd tutumlu (iri həcmli) balon yerləşdirilir. Bu 

maşınlar xüsusi yanacaq növü ilə – dizel yanacağı və təbii  qazın qarışığı ilə işləyir. Bu avtobuslar  ekoloji təmiz 

olub, arxasınca tüstü müşahidə olunmur. Bu mühərriklərdə işlənmiş qazlar dörd dəfə az olur, dizel yanacağı iki 

dəfə az işlənir, mühərriyin gücü 10-12 % yüksək olur, təmir müddətləri arası isə 1,5 dəfə artır.  

 

Qazla  işləyən  avtomobillər 

Avtomobillərin qaz yanacağına keçməsi atmosferə kanserogen maddələrin atılmasını 100 dəfəyə qədər azal-

masına şərait yaradır. Neft məhsullarına çəkilən xərc də azalar: hər min ədəd qaz balonlu avtomobillər: yük da-

şıyanlar ildə 12 min ton, taksi mator avtomobilləri –6 min ton, sərnişin daşıyan   avtobuslar – 30 min ton neft 

qənaət edir.  

Təbii qaz maşınlar üçün əla yanacaq sayılır. Hava ilə yaxşı qarışaraq o, mühərrikdə tam yanır, bunun nəticə-

sində işlənmiş qazlarda zərərli maddələrin miqdarı azalır. Oktan ədədi rekord qazanıb, 105-110 vahid olur, yük-

sək çeşidli benzində isə bu ədəd 96 təşkil edir. Bununla yanaşı qaz yanacağı  avtomobil mühərriyinin ömrünü 

1,5 dəfəyə qədər uzadır. 

Hazırda dünyada 500 milyondan çox istismarda olan avtomaşının 1,3 milyonu təbii qazla- kükürd, qurğuşun 

və müxtəlif qarışığı olmayan metanla işləyir. Şübhəsiz onların sayı gələcəkdə daim artmaqda davam etməkdə-

dir, çünki ucuz qiyməti və ekoloji təmizliyi onun daha da geniş yayılmasına səbəb olacaqdır. 

Azad bazar şəraitində qaz mühərriyi yanacağının qiyməti ona ekvivalent enerşi tutumuna görə Aİ-76 benzi-

ninin 50%-ni təşkil edir.  

Rusiyada 1996-cı ildə 196 qazdolduran stansiya fəaliyyət  göstərərək , hər gün 80 min avtomobil və avtobusu 

təbii qazla təmin etməyə imkan verir. Bir qazdoldurma stansiyası 3 növbəli işdə sutka ərzində 500 avtomobili 

yola sala bilər. 

Qaz mühərriyi yanacağından istifadə olunması ətraf mühitin mühafizəsində mühüm rol oynayır.  



 

Hidrogen  -  XXI  əsrin  yanacağıdır 

Hidrogendən əsas yanacaq kimi istifadə olunması, işlədilməsi gələcək texniki sivilizasiyanı kökündən dəyişə 

bilər. Bununla da müasir dövrün mühüm problemi sayılan ətraf mühitin çirklənmədən mühafizəsi praktiki olaraq 

həll oluna bilər.  

 

Hidrogenin mühərrik yanacağı kimi xarakteristikası olduqca nadir sayılar, belə ki, onun yaxşı alovlanması, 



işlənmiş qazların zərərli olmaması, yüksək yanma intensivliyi  və  sürəti («benzin-hava» qarışığından 4 dəfə ar-

tıq) vardır. 

Dünyada ildə 50 milyon tona qədər hidrogen istehsal olunur. XXI əsrin ilk 25 ilində hidrogenin istehsalı və 

ondan istifadə bu  günə nisbətən bir neçə dəfə çox olması proqnozlaşdırılır. 

Hidrogenin qaz halında, hətta sıxılmış qaz halında saxlanması sərfəli deyil, çünki belə saxlanması üçün iri 

həcmli balonlar lazımdır. Ən real variant hidrogeni maye halında saxlamaqdır. Lakin bu halda xüsusi  termoi-

zolyasiyalı bahalı kriogen çənlərdən,( baklardan) istifadə etmək lazımdır. 

Hidrogeni metal soyuducu hidridlərin tərkibində bərk halda da saxlamaq olar, bu benzini çənlərdə (sisterna-

larda) saxlamaqdan təhlükəsiz sayılır. 

Hidrogen energetikası plazmatik texnologiya institutunda hidrogen avtomobilinin yeni sxemi hazırlanmış-

dır. Oksidləşmə daxili yanacaq mühərriyində deyil, elektrokiməyvi generatorda gedir və burada da elektrik ener-

jisi alınaraq mühərriyin əsas 7 valını fırladır.  

Hidrogen enerjisinin elektrokimyəvi generatorun köməyi ilə elektrik enerjisinə transformasiyası (çevrilməsi) 

polimer membranaya əsaslanır, bu isə prosesin suyun qaynama temperaturunda getməsinə imkan yaradır. Bu di-

gər sistemlərdə yüksək temperatur şəraitində baş verəcək  havadaki azot oksidinin sintezini kənar edir. 

Avtomobil konserni Daymler-Bens (Almaniya) və «Bellard-Pauer - sistem» (Kanada) energetik kompani-

yası istilik elementlərinin texnoloji inkişafı, istehsalı və marketinqi əməliyyatının keçirilməsinə razılığa gəlmiş-

lər və dünyada ilk dəfə olaraq  yüngül avtomobillər üçün istilik elementlərinin istehsalını qarşıya vəzifə kimi 

qoymuşlar. 

İstilik elementləri ekoloji təmiz avtomobil mühərrikləri hazırlamaq yolunda texnologiyada bir yenilik sayı-

lır.Burada əsas yanacaq hidrogendir; onu katalizatorlu polimer membrandan buraxırlar, o, hava oksigeni ilə kim-

yəvi reaksiyaya girir; hidrogen suya, kimyəvi enerji isə elektrik   enerjisinə  çevrilir. 

İstilik element mühərriyinin digər üstünlüyü – KPD-nin  yüksək olmasıdır. Benzin və dizel yanacağı ilə işlə-

yən adi mühərriklər üçün o, 25-45% təşkil edir, istilik elementlərdə isə KPD –70% və yüksək olur.  



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə