MəMMƏdov qəRİb xəLİlov mahmud


Øÿêèë 8.8. Ìöõòÿëèô äþâð âàõòëàðûíäà Ô-11 (CFCI3) âÿ Ô-12



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə73/228
tarix30.12.2017
ölçüsü4,78 Mb.
#18712
1   ...   69   70   71   72   73   74   75   76   ...   228

 

129


 

Øÿêèë 8.8. Ìöõòÿëèô äþâð âàõòëàðûíäà Ô-11 (CFCI3) âÿ Ô-12 

(CF2CI2) òóëëàíòûëàðû. Äöç õÿòëÿð èëëèê àðòûìû óéüóí ýÿëèð 5, 10 

âÿ 20% 

 

Bu proseslər ozonun təbii yolla parçalanma və bərpaolunma intensivliyini dəyişdirir . Lakin parçalanma pro-



sesi üstünlük təşkil edən zaman mənfi balans yaranır və bərpa olunan ozon itirilən ozonun yerini doldura bilmir . 

Məhz hazırda strotosferdə baş verən mənfi ozon balansının əmələ gəlməsini dayandırmaq üçün müxtəlif yollar 

axtarılır. 

 

8.9.2. Ozon qatının mühafizəsi yolları 

1982 –ci ilin yanvarında UNEP (BMT – nin Ətraf mühit proqramı) ozon qatının qorunması haqqında Qlobal 

Konvensiyanın layihəsinin hazırlanması üçün xüsusi hüquqi və texniki ekspertlər qrupunun ilk müşavirəsini ça-

ğırdı.Bu müşavirə Konvensiya üçün prinsipal əsasları müəyyən etdi.UNEP – in himayəsi altında keçirilən üç il 

aktiv danışıqlardan sonra Konvensiya 1985 – ci ilin martında Vyana şəhərində (Avstriyanın raytaxtı) qəbul edil-

di.Konvensiyanın 21 – ci maddəsinə görə, tərəflər insan sağlamlığını və ətraf mühiti ozon qatının yeyilməsi ilə 

əlaqədar təsirlərdən qorumağa borcludur. 

1987-ci ildə 56 ölkənin hökümətləri Monreal (Kanada) protokolunu imzaladılar. Bu protokola əsasən yaxın 

onillikdə ozon qatını dağıdan flor üzvi birləşmələrin və digər ozon dağıdıcı maddələrin(ODM) istehsalını 2 dəfə 

azaltmağı öhdələrinə götürdülər. Sonrakı razılaşmalar, yəni 1990-cı ildə Londonda, 1992-ci ildə Kopenhagendə 

ODM-in istehsalının tədricən və 1997 – ci ildə Manrealda dayandırılması irəli sürüldü. 

1996-cı ildə sənaye cəhətdən inkişaf etmiş ölkələr freonların istehsalını tamamilə dayandırdı (həmçinin hal-

lonları, tetraxlorid - karbonu). İnkişaf etməkdə olan ölkələrə, o cümlədən Rusiyaya bu addımı 2010-cu ildə at-

mağı xahiş etdilər. 

Qeyd edək ki, Rusiya ozon dağıdıcı maddələrin (ODM) ən iri istehsalçısı və istifadəçisi olub, 1990-cı ildə 

205 min ton ODM buraxmışdır. Bu dünyada buraxılan ODM-in 20% - ni təşkil edir.  

Sonrakı mərhələdə metilbromidlərin



 

və hidrofreonların



 

istehsalının qadağan edilməsi olmalıdır. 1996-cı ildə 

metilbromidlərin istehsalı sənaye cəhətdən inkişaf etmiş ölkələrdə dondurulmuş, hidrofreonların istehsalının isə 

2030-cu ildə tamamilə dayandırılması nəzərdə tutulur. İnkişaf etməkdə olan ölkələr bu kimyəvi maddələr üzə-

rində nəzarət qoyulması haqda indiyə qədər öhdəçilik götürməmişlər. 

Qlobal ekoloji fond ODM-dən istifadə edilməsini mərhələ-mərhələ azaltmaq üçün Moskvaya əvəzsiz olaraq 



60 milyon dollar ayırmışdır. Bu pul aerozol və soyuducu texnika istehsal edən müəssisələrə verilmiş və onlara 

karbon Aerozol proplentə keçməyə imkan yaratmağa kömək etmişdir. İlk dəfə belə aerozolların istifadəsini Ne-



vinnomıssk aksioner cəmiyyəti tətbiq edərək ildə 40 milyon aerozol qablamaları buraxır. 

1990-1996-cı ildə Rusiyada ODM-in istehsalı 10 dəfə azaldılaraq 205 min tondan 13 min tona endirilmişdir. 

1997-ci ildə İsveç höküməti Ümumdünya bankından Rusiyanın 7 fabrikinə freonların istehsalının dayandırılması 

üçün 1 milyon dollar ayırmışdır. 

1997-ci ildə Monreal protokolunun təsdiqindən 10 il keçmişdir. Həmin dövr ərzində Yerin ozon təbəqəsi-

nin mühafizəsi üzrə geniş beynəlxalq əməkdaşlıq yerinə yetirilmişdir. Beynəlxalq cəmiyyətlərin razılaşdırılmış 

gücü ilə həmin illər ərzində ozon qatı üçün təhlükəli olan maddələrin istehsalı və istifadəsi 2 dəfədən çox azal-

mışdır. Atmosferdə ozonu dağıdan maddələrin miqdarının artması dayandırılmışdır. Alimlərin fikrincə bu iş da-




 

130


vam etdirilərsə yaxın illərdə ozon qatının bərpa olunması prosesi başlanacaq və 21 – ci əsrin ortalarına qədər öz 

təbii halına düşəcək. 1997-ci ildə Rusiya Federasiyası (RF) hökümətinin qərarı ilə ozon qatının mühafizəsi üzrə 

İdarələrarası komissiya təşkil olundu. Bu komissiya aşağıdakı qəbul edilən proqramın yerinə yetirilməsində ca-

vabdeh sayılır: 

-

 

İnsanın təsərrüfat fəaliyyəti və digər proseslərin təsirilə ozon qatının vəziyyətinin dəyişilməsinin uçotu və 



nəzarəti üzrə müşahidələrin aparılması; 

-

 



Ozon qatının vəziyyətinə təsir göstərən maddələrin atılmasının norma həddini müəyyənləşdirmək və ona 

riayət etmək; 

-

 

Ozon qatını dağıdan maddələrin istehsalı və istifadəsini nizama salmaq



-

 

Göstərilən tələbləri pozmağa cavabdeh şəxslərə qarşı tədbirlər görmək. 



Atmosferin ozon qatının vəziyyətinə zərərli təsir göstərən kimyəvi maddələrin və istehsal tullantılarının siyahısı RF-nın ət-

raf mühitin mühafizəsi sahəsində xüsusi təyin olunmuş dövlət təşkilatları tərəfindən təsdiq edilir. 

Sənayedə dövlət proqramının yerinə yetirilməsi üzrə kifayət qədər effektiv tədbirlər görülür. Məsələn, soyu-

ducu texnika istehsalçıları freonların ozon üçün zərərsiz maddələrlə əvəz olunmasına artıq başlanmışdır: pro-



pan – butan qarışığı, tsiklopentanlı köpükləndirici, soyuducu agent – QFU-134a 1996-cı ildən etibarən Rusi-

yanın «Biryusa» soyuducuları ozon qatına dağıdıcı təsir göstərməyən yeni soyuducu agentlərdən istifadə edərək 

buraxılır.  

Freonsuz yeni soyuducu qurğülar 1996-cı ildə Ümumrusiya yüngül əridicilər institutunda sınaqdan keçiril-

mişdir. Ekoloji təmiz soyuğun istehsalına fransız alimi Pelte effektindən istifadə olunması sayəsində nail olun-

muşdur. Pelte müəyyən etmişdir ki, elektrik cərəyanını yarımkeçiricilərdən buraxdıqda kristalın dövrə döşəmə-

sinin birində isti, digərində isə soyuq alınır. Bu zaman istilik nə qədər intensiv ayrılırsa, bir o qədər də soyuq ar-

tır. Bu effekt ilk dəfə hərbi texnikada raketlərin atılması sistemində və kosmonavtikada (Lazerin istifadəsində 

qurğunun soyudulmasında), sonralar isə böyük soyuducularda istifadə olunmuşdur. 

Göstərilən yeni aqreqatda elektrik mühərriki, kompressor yoxdur, bu isə elektrikdən istifadəyə 2 dəfə qənaət 

etməyə imkan yaradır, uzunömürlü yarımkeçirici elementlər isə onun etibarlılığını artırır. 

Dünyada analoqu olmayan bu qurğu Smolensk soyudücu maşınlar zavodunda sınaqdan keçirilmişdir. 

Rusiya EA ümumi fizika institutunun fizikləri atmosferin freonlardan qlobal təmizlənməsi üçün atmosferə 

mikrodalğalı boşaldıcılarla təsir göstərərək ozon qatını dağıdan mənbənin özünü ləğv etmək məsələsini irəli sür-

müşlər. Yaranan (əmələ gələn) plazma digər komponentlərə zərər yetirmədən, temperaturu artırmadan və yeni 

birləşmələrin əmələ gəlməsinə səbəb olmadan atmosferdə olan freonları seçərək təmizləyir. Hesablamalar göstə-

rir ki, freonları məhv etmək məqsədilə lazımi miqdarda plazmanın yaranması üçün nisbətən kiçik enerji tələb 

olunur, belə ki, plazma saniyənin cəmi milyardda bir hissəsi müddətindəki impulslarla yaranır, impulslar arasın-

da isə qurğu işləmir. 

Atmosferdə plazma yaratmaq üçün hazırda müdafiə sənayesi tərəfindən buraxılan böyük mikrodalğalı top-

lardan istifadə olunması iqtisadi və ekoloji baxımdan sərfəlidir. Tədqiqatçıların fikrincə mikrodalğalı mənbənin-

Yerdə bir-birindən müəyyən məsafədə 2 mənbəyi yerləşdirilir. Onların buraxdıqları impulslar atmosferdə toqqu-

şur, toqquşma zamanı plazma yaranır. Şüalandırıcıları hər dəfə müxtəlif bucaq altında çevirməklə geniş sahəni 

əhatə etmək olar. 

Hələlik bu metodun texnoloji sxemi hazırlanmayıb, lakin onun bir çox variantları var. Məsələn, mikrodalğalı 

şüalandırıcı mənbəni Yerdə deyil, süni peyklərdə quraraq həqiqətən «ozon deşiklərini» «gözəmək olar». 

Fiziklərin hesablamalarına görə atmosferdəki freonları  cəmi bir ilə  təmizləmək olar. Bu zaman 10 nəhəng 

gücündə olan AES-ın bir blokunun enerji mənbəyi kifayətdir. 

Məlum olduğu kimi Günəş 1 saniyə ərzində 5-6 ton ozon istehsal edir. Lakin onun dağılması prosesi daha tez 

olur. Bu qazı stratosferdə süni surətdə almaq mümkündür. «Enerozon» konsorsiumu stratosferdə ozonu süni al-

maq üçün orijinal layihə irəli sürmüşlər. Bu zaman Yer orbitinə lezerlə təchiz olunmuş 20-30 peyk çıxarılır. Hər 

peyk kütləsi 80-100 ton olan kosmik platforma sayılır.  

25-30 km yüksəklikdə lazer şüaları oksigen molekullarını hərəkətə gətirir, fəallaşdırır, sonra isə Günəşin kö-

məyi ilə ozonun hasil olması təbii yolla gedir. Bu yolla planetin normal mövcudluğunu 20 il müddətində təmin 

etmək olar. 

Ozon qatını mühafizə etmək üzrə fəaliyyətdə olan beynəlxalq proqramlardan birgə Rusiya-Amerika «Mete-

or-3-TOMS» layihəsini göstərmək olar. 



Plesetsk kosmodromundan Rusiyanın daşıyıcısı ilə orbitə «Meteor-4» meteoroloji peykə buraxıldı, orada el-

mi-tədqiqat cihazından başqa ABŞ (NASA) tərəfindən yaradılmış «TOMS» spektrometri də qoyuldu. Bu spek-

trometr planetimiz üzərindəki ozonun öyrənilməsi və paylanması, yayılması qlobal xəritəsini tərtib etmək, həm-

çinin ozonun paylanmasının dəyişməsini izləmək məqsədi daşıyır.  



REA-nın P.N.Lebedev adına fizika institutunda ozonosferin istənilən hava şəraitində və bütün sutka ərzində 

monitorinqi metodu hazırlanmışdır, bu ozonosferin istilik şüalanmasının millimetrlik dalğalarından istifadəsinə 

əsaslanır. 

Ozonometr (və spektroradiometr) bu dalğaları tutmaqda müvəffəqiyyətlə sınaqdan keçirilmişdir. 




Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə