MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə74/228
tarix30.12.2017
ölçüsü4,78 Mb.
#18712
1   ...   70   71   72   73   74   75   76   77   ...   228

 

131


Bu metodla kimyəvi aktiv çirkləndiricilərə daha həssas olan 35-50 km yüksəklikdə ozonun miqdarı ölçül-

müşdür. Ozonun mövcudluğu 70 km yüksəkliyə qədər olan məsafədə də ölçülmüşdür. Hündürlük, vaxt və günəş 



qasırğasından asılı olaraq atmosferdə ozonun miqdarı haqda məlumatlar əldə edilmişdir. 

Müəyyən edilmişdir ki, həmin metodla millimetrlik şüalanmanın köməyilə atmosferdə olan digər qazları, o 

cümlədən xlor oksidini də təyin etmək olar. 

Ozonun miqdarı Dobson vahidi ilə ölçülür.Oturacağının sahəsi 1 sm

2

 olan şaquli sütundan normal təzyiq və 



temperaturda olan ozonun ümumi miqdarı Dobson vahidi adlanır.Yer kürəsində ozonun orta miqdarı təxminən 

300 Dobson vahididir.Müxtəlif coğrafi sahələrdə onun qiyməti 230 – 500 arasında dəyişir. 

Atmosferin tərkibini daim müşahidə etməklə orada gedən prosesləri yaxşı dərk etmək və hətta proqnozlaşdır-

maq olar, lakin bunun üçün yerdə müasir cihazlarla təchiz olunmuş stansiyaların olması tələb olunur. 

1996-cı ildə Moskva ətrafında «Dolqoprudnı»  şəhərində yerləşən Mərkəzi aeroloji rəsadxanası Rusiyanın 

Avropa hissəsi və bir sıra MDB dövlətləri üzərində ozonun konsentrasiyası xəritələrinin tərtibinə və müntəzəm 

nəşr edilməsinə başlamışdır. Bu xəritələr Günəşin kəskin zərərli şüalanmasını izləməyə kömək edir.  

Ölçü işləri Sankt – Peterburqda baş geofiziki rəsədxanasında konstruksiya olunmuş M-124 cihazı ilə BMT-

nin ərazisində yerləşən 40 meteostansiyada aparılır. (onlardan 30-u Rusiyadadır). 

  

8.9.3. Ozon qatının mühavizəsi üzrə  



Azərbaycan Respublikasının strategiyası 

 Azərbaycan Respublikası 1996-cı ildə ODM-in istifadəsindən mərhələlər üzrə  çıxarılmasına dair Vyana 

Konvensiyasını, Monreal pratokolunu və müvafiq düzəlişləri ratifikasiya etmişdir.Respublikanın Ekologiya və 

Təbii Sərvətlər Nazirliyinin nəzdində yaranmış işçi qrupunun və BMT ekspertlərinin 1997 – ci ildə apardıqları 

xüsusi araşdırmalarına görə, Respublikamız ODM – in istifadəsinə görə Cənubi Qafqaz respublikaları arasında 1 

– ci yerdə olmuşdur. 

Respublikamızda ODM ümumi miqdarı 965.7 tondur.Bundan 459.4 XFK; 501.1 ton halon; 0.1 ton metilbro-

mid; 5.1 ton HXFK; 0.05 ton metilxlorbromun payına düşmüşdür. 

BMT – nin Ətraf mühit və inkişaf proqramları Azərbaycan Respublikasında 6 layihə həyata keçirir. Bu layi-

hələrə əsasən Azərbaycana Qlobal Ekologiya Fondu tərəfindən 7 milyon ABŞ dolları dəyərində qrant ayrılmış-

dır.Bu vəsaitin 95% - ni Respublikaya BMT – nin İnkişaf Proqramı  xətti ilə göndərilən avadanlıqlar təşkil 

edir.Layihənin həyata keçirilməsinə nəzarət etmək üçün Azərbaycan Ozon Mərkəzi yaradılmışdır. Azərbaycan 

hökümətinin strategiyası aşağıdakı kimi müəyyən edilmişdir: 

- 2001 – ci ildən 2006 – cı ilə kimi XFK soyuducu agent kimi müstəsna hallarda istifadə olunmasına yol ve-

rilməklə 2002 – ci ilə kimi XFK və halonların idxalının dayandırılması; 

- Monreal protokolunun 2 – ci maddəsinə görə ölkələrə təyin olunmuş HXFK və metal – bromidin istifadəsi-

nin tədricən dayandırılması qrafikinə riayət etmək; 

- ODM olmayan texnologiyanın tətbiq edilməsi üçün Azərbaycan Respublikasının sanayesinə QEF və başqa 

beynəlxalq təşkilatlar (UNDP, UNEP, Dünya bankı və s.) tərəfindən yardım edilməsi; 

- ODM istifadəsinin dayandırılma prosesinin effektivliyinin və əhəmiyyətinin hazırlanması; 

- ODM idxalına nəzarət etmək üçün lazım olan lisenziyalaşdırma prosesinin işlənib hazırlanması. 

Azərbaycan Ozon Mərkəzinin fəaliyyəti BMT – nin Azərb. Respublikasında 2000 – ci il insan inkişafı haq-

qında hesabatında da öz əksini tapmışdır. BMT – nin Ətraf Mühit Proqramının Paris bürosunda Azərbaycan 

Respublikasının guşəsi açılmışdır və əldə olunan nailiyyətlər mütamadi olaraq orada nümayiş etdirilir. 

Çinar soyuducular zavodunda ODM istifadə edən sexlərin yenidən qurulması, kamera və şkafların izolyasi-

yasının hazırlanması zamanı istifadə olunan XFK – 11 – in əvəzinə yeni ODM olmayan tsiklopentanın istifadə 

üçün müasir avadanlıqların quraşdırılması, ODM olmayan HFK – 134a və HK – 600 ilə işləyəcək soyuducula-

rın istehsalı nəzərdə tutulmuşdur.Layihəyə əsasən İtaliyanın «Cannon» və «Galileo» firmaları lazım olan müasir 

avadanlıqları «Çinar» istehsalat Birliyində quraşdırmışlar, qurğular artıq istifadə üçün tam hazırdır. 

Soyuducu agentlərin bərpası və yenidən istifadəsi üçün Milli Proqramın həyata keçirilməsi (ABŞ – ın RTİ 

firması tərəfindən) layihəsinə əsasən 2000 – ci ilin fevral ayından başlayaraq Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, 

Mingəçevir,  Əli Bayramlı, Lənkəran,  Şəki, Xaçmaz, Şamaxı, Masallı, Göyçay, Qazax, Bərdə  şəhərlərində 32 

bərpa və yenidənistifadə Mərkəzləri yaradılmış və avadanlıqlarla təmin edilmişdir. Ozon Mərkəzi tərəfindən bu 

avadanlıqların bütün təlimatları azərbaycan dilinə çevrilmişdir.Layihə müddətində 31 tondan artıq XFK – 12 

bərpa ediləcək, təmizlənmiş və yenidən istifadə edilmişdir. 

Layihəyə əsasən Respublikamızın yanğınsöndürmə idarələrində istifadə olunan halonların bərpası və yenidə-

nistifadəsinin yerinə yetirilməsi üçün Avstraliyanın Chubb – Fire firması  tərəfindən gətirilmiş avadanlıqlar 

Azərb.Respublikası Daxili İşlər Nazirliyinin Yanğından Mühafizə Baş İdarəsinin proqramında yaradılmış Bərpa 

– Yenidən istifadə mərkəzində quraşdırılmışdır. 

Azərbaycan Respublikasının Halon Bankı yaradılmışdır.Bu layihə 2001 – ci ilin iyun ayında BMT – nin eks-

pertləri tərəfindən Azərb. Hökümətinə təhvil verilmişdir. 




 

132


Sumqayıtın kompressorlar zavodunun istehsal sexlərinin HFC – 134 A və HC – 600 A kompressorların is-

tehsal məqsədilə konvensiyası layihəsinə  əsasən Sumqayıt kompressorlar zavodunun ODM istifadə etməyən 

kompressorlar istehsal üçün yenidən qurulması nəzərdə tutulmuşdur. İtaliyanın Sicplant firması tərəfindən Sum-

qayıt kompressorlar zavoduna müasir avadanlıqlar gətirilmişdir. 

Artıq Azərbaycan Respublikasında ozondağıdıcı olmayan soyuducu agentlə işləyəcək kompressorlar hazırla-

maq üçün zavod tam hazırdır.Bu kompressorlar eyni zamanda «Çinar» İstnhsal Birliyində müasir soyuducuların 

hazırlanmasında istifadə ediləcəkdir. 

 

8.10. Turşulu (turş) yağışlar 

«Turşulu yağışlar» terminini 1872-ci ildə ingilis kimyagəri Robert Smit özünün «Hava və yağmur» əsərində 

irəli sürmüşdür. Turşulu yağışın əsas komponentləri azot və kükürd oksidlərinin (SO

2

 və NO) aerozolları sayılır. 



Onlar atmosfer, hidrosfer və ya torpaq rütubətliyi ilə qarşılıqlı əlaqədə olduqda sulfat, nitrat və digər turşular 

əmələ gətirir. 

Amonyak (NH

3

) da turşulu yağmurların əsas komponentlərindən biri hesab olunur. Turşulu yağışlar həm tə-



bii, həm də antropogen mənşəli olur. Turşulu yağışın əmələ gəlməsinə səbəb olan təbii mənbələrə vulkan püs-

kürmələri, şimşək çaxması və ildırım, meşə yanğınları, biogen ifrazatı, torpağın deflyasiyası və s. aiddir. Alim-

lərin məlumatlarına görə dünyada yalnız vulkan fəaliyyəti nəticəsində hər il 4-16 mln. ton kükürd birləşmələri 

ayrılır. Hər il atmosferə kükürd – 2 – oksid və azot oksidləri daxil olur. 

Antropogen turşulu yağışların mənbəyi qazıntı yanacaqlarının, xüsusilə daş kömürün İES-də, qazanxanalar-

da, metallurgiyada , neft-kimya sənayesində, nəqliyyatda və s. yandırılması prosesi sayılır. Neftin yandırılması 

və emalı zamanı da kükürd qazı əmələ gəlir. Onu aşağıdakı düsturla göstərmək olar. 

2SO


2

+O

2



 = 2SO

3

  



SO

3

 +H



2

O = H


2

 SO


Azot oksidinin havanın oksigeni ilə yüksək temperatur şəraitində birləşməsi zamanı, xüsusən daxili yanacaq 

mühəriklərində və qazanxana qurğularında yaranır.

 

Antropogen mənbələri azot oksidinin 93%-ni ayırır, bu isə 



su buxarı ilə birləşərək azot turşusunu əmələ gətirir.  

2NO+O


2

           2NO

2

  

3NO



2

+H

2



O            2HNO

3

 +NO 



Turşulu yağışların digər mənbəyi kənd təsərrüfatı sayılır. Kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını artır-

maq üçün azot gübrələrindən geniş istifadə olunur, həmçinin azot toplama qabiliyyətinə malik olan paxlalılar və 

çəltiyin əkin sahələri genişləndirilir. 

İlk dəfə turşulu yağışlar 1960-cı illərdə Şimali Amerika və Kanadada müşahidə edilmişdir. Hazırda turşulu 

yağışlar adi hal almış və dünya ictimaiyyətini daha çox narahat edir. 

Avropa və Şimali Amerikada qazıntı yanacaqlarından çox istifadə olunduğundan bu ərazidə dünyada atmos-

ferə buraxılan maddələrin 70%-i düşür və bu turşulu yağışın əmələ gəlməsinə səbəb olur. Turşulu yağışın əsas 

yayıldığı vilayətlər – sənaye rayonları sayılır. (Şimali Amerika, Qərbi Avropa, Yaponiya, Koreya, Çin, Rusiya-

nın sənaye rayonları.) 

Kükürd kimi azotun tsikli də insan tərəfindən yüksək dərəcədə dəyişilməyə məruz qalmışdır. İnsan fəaliyyə-

tilə azotun qlobal tsiklinə ildə 140 tereqramm (mln.ton) azot daxil edilir. Bu, təbii mənbələrdən gələn azotun cə-

mindən də çoxdur. Bu zaman 80 tq azot gübrələri sənayesi, 40tq paxlalıların və cəltiyin səpinindən, 20tq isə qa-

zıntı yanacaqlarıının yandırılması prosesi zamanı əmələ gəlir. Göstərilən miqdarın təxminən 80tq atmosferə bu-

raxılır. Atmosferə hər il buraxılan 80tq azotun 60tq –ı kontinentə, 20tq-yə qədəri isə okeanların səthinə düşür. 

Dəniz sahilləri hər il çay axınları vasitəsilə 40tq əlavə azot qəbul edir. 

Ümumiyyətlə turşuluğu (PH) 5,6-dan aşağı olan yağıntıların «Turşulu yağışlar» adlandırılması  qəbul edil-

mişdir. 

Maraqlıdır ki, indiyə qədər məlum olan ən turş yağış Kanadada (PH2,4) və ABŞ-ın Los-Anjeles şəhərində 

PH (2,3) qeydə alınmışdır. Başqa sözlə desək, bu cür yağışda turşuluq mətbəx sirkəsi tündlüyünə, yaxud da li-

mon şirəsi turşuluğuna bərabər olur. 

 

 



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə