MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə75/228
tarix30.12.2017
ölçüsü4,78 Mb.
#18712
1   ...   71   72   73   74   75   76   77   78   ...   228

 

133


 

Øÿêèë 8.9. 1950-1982-úè èëëÿðäÿ 

ãàçûíòû éàíàúàãëàðûíûí  éàíäû-

ðûëìàñû íÿòèúÿñèíäÿ ÑÎ2-íèí 

àòìîñôåðÿ èëëèê äàõèë îëìàñû. 1- 

ãàçûíòû éàíàúàãëàðû 

áöòþâëöêäÿ (èëäÿ 4,44%); 2-äàø 

êþìöð (èëäÿ 1,72%); 3- íåôò (èëäÿ 

7,11%); 

4- òÿáèè ãàç (èëäÿ 8,06%). 

Şəkil 8.10. 1880-1980-úè èëëÿð 

äþâðöíäÿ ÍÎ

2

-íèí àéðûëìà èíòåí-

ñèâëèéèíèí ãèéìÿòëÿíäèðèëìÿñè 

 

Turşulu yağışlar çox vaxt onları törədən mənbələrdən xeyli aralı yerlərə yağır.  



Turş yağışlar təbiətə, binalara və qurğulara böyük ziyan törədir, tarixi abidələri aşılayır, metal qurğuları kor-

roziyaya uğradır, torpağın, suların fiziki-kimyəvi xassəsini dəyişir, canlı aləmin fizioloji inkişafını pozur. 

Azotun və kükürdün antropogen birləşmələri atmosferin və ekosistemin turşuluq dərəcəsini olduqca artırır. 

Bu isə torpağın, meşələrin, yeraltı suların, göllərin və çayların vəziyyətini xeyli dəyişir. 

Turş mühitə malik olan meşə və bataqlıqlara düşən turş yağışlar turşuluq dərəcəsini bir qədər də yüksəldir və 

canlı aləmi pozur. 

Qeyd edək ki, iynəyarpaqlılar turş yağışlara daha çox həssasdır. 1990-cı illərdə Qərbi Almaniyada Bavariya-

nın 1500ha həmişəyaşıl (iynəyarpaqlı) meşələri turşulu yağışın təsirindən məhv olmuşdur. 

Qərbi Avropada meşələrin 30%-ə qədəri bu səbəbdən ziyan çəkmişdir. Turşu torpaqda alüminiumun hərəkə-

tini sürətləndirir, bu isə xırda köklər üçün zəhərli sayılır və ağacların yarpaqlarının və iynələrinin qurumasına 

səbəb olur. 

PH-ın dəyişməsi su orqanizmlərinə də mənfi təsir göstərir. Yalnız İsveçdə balıq yetişdirilən 4 min göl, Nor-

veçin cənub hissəsində gollərin 80%-i ya «ölüdür», ya da kritik vəziyyətdədir. Turşulu yağışın təsirindən Kana-

dada 4 min təbii göl «ölüdür», İtaliya, İsveçrə, Fransa kimi dövlətlərin alp (dağ) göllərinin çoxunda canlı aləm 

məhv edilmişdir. 

Ekosferdə antropogen kükürd və azotun toplanması asidifikasiya prosesini gücləndirməklə yanaşı, həm də 

Yerin artmaqda olan radiasiya balansına, qida maddələrinin qlobal balansına (biogenlərin) və troposferin oksid-

ləşmə qabiliyyətinə təsir göstərir. 

Turşulu yağışların ekoloji problemini həll etmək üçün aşağıdakı tədbirlərin həyata keçirilməsi vacibdir: 

-

 



kükürd və azot oksidlərin tullantıları, ilk növbədə kükürd qazının buraxılması kəskin azaldılmalıdır, belə 

ki, sulfat turşusu və onun duzları turşulu yağışın yaranmasının 70-80%-ni təşkil edir. 

-

 

Yeni texnologiya tətbiq edərək: a) yanacağa qənaət etmək; b) yanacaqdan kükürdü kənarlaşdırmaq; v) tüstü 



bacasından çıxan kükürd və azot oksidini tutmaq (200- ə yaxın belə texnologiya məlumdur ) üzrə tədbirlər həya-

ta keçirilməlidir.  

-

 

Turşulu yağışlar problemi qlobal problem olduğu üçün bu istiqamətdə beynəlxalq əməkdaşlıq aparılır . Bu-



na 1983-cü ildə qüvvəyə minən Avropa Konvensiyasının protokolu misal ola bilər. Həmin protokolda Avropa 

və Kanadanın 20 dövlətində kükürd oksidi tullantılarının 30% azaldılması irəli sürülmüşdür. 

 

8.11. Parnik (istilik) qazları və  

onların iqlim dəyişməsinə təsiri 

Məlum olduğu kimi atmosfer proseslərinin enerji mənbəyi günəş radiasiyası hesab olunur.  

Atmosferdə bəzi qazlar, o cümlədən su buxarı parnik effekti yaratmaqla fərqlənir, onlar yer səthinə yüksək 

dərəcədə Günəş radiyasiyası buraxmağa qabildirlər. Yer səthinin orta temperaturu +15 

0

 təşkil edir, parnik effek-



ti olmasa idi o ,(- 18

0

 ) olardı. Odur ki, parnik effekti Yerdə həyatın mövcudluğu üçün əsas mexanizmlərdən biri 



sayılır. 


 

134


Parnik effekti yaratmaqda atmosferdə olan su buxarı aparıcı rol oynayır. Bu baxımdan, atmosferdə yüksək 

konsentrasiyada olan qazlar da böyük rol oynayır. Əsas parnik qazları aşağıdakılardır: karbon 2 – oksid (CO

2

) , 


azot oksidləri , xüsusilə NO

2

 metan (CH



4

) və troposfer ozonu (O

3

). Sonuncu yüz illərdə bu təbii qazların miqdarı 



artmışdır. Atmosferə əlavə olaraq qlobal ekosistemin təbii komponenti olmayan digər qazlar da daxil olur. On-

lardan ən əsasları insan tərəfindən sintez edilən xlor – flüor üzvi birləşmələri, freonlar da bu katiqoriyaya aiddir.  

Son 200 ildə , xüsusilə 1950 – ci ildən sonra , hazırda da davam edən insan fəailiyyəti atmosferdə parnik ef-

fektli qazların konsentrasiyasının artmasına səbəb olur.Bu qaz qarışıqları radiasiyanı udur və süni əks etdirir. 

Odur ki, Yerin iqliminə təsir etmək qabilliyətinə malikdir. 

 

Bu qazların rolu aşağıdakı kimidir. 

Su buxarı - Ümumdünya miqyasında atmosferdə olan su buxarının parnik effekti daha yüksəkdir. İqlimin is-

tiləşməsi atmosferdə parnik qazlarının miqdarını artıraraq parnik effektinin yüksəlməsinə səbəb olacaqdır. 



Karbon qazı - hazırda parnik 

effektində payı 64 % - çatır. Bu 

miqdar ilbəil artmaqda davam 

edir.1860 – cı ildən 1984 il arası 

qazıntı yanacaqlarından istifadə 

nəticəsində atmosferə (183 

+



15) 



10

15

q karbon (C) daxil olmuş-



dur.1984 – cü ildə CO

– nin il 



ərzində miqdarı 5.2.10

15



(5.2.10

15

q C/il) olmuşdur.Bu 



dövr ərzində meşələrin qırılması 

və torpaqdan istifadə qaydasının 

dəyişməsi hesabına atmosferə 

daxil olan CO

2

 – nin miqdarı 



(150

+

-



 50)10

15

 q C, 1984 – cü il-



də isə (1.6

+



08) x 10

15

q C/il təş-



kil etmişdir. 

Hesablamalara görə qazıntı 

yanacaqlarından istifadə  nəticə-

sində 2025 – ci ilə CO

2

 – nin artma intensivliyi 2 – dən 20 Q t/il olması gözlənilir.1984 – cü ildə bu rəqəm 5 Q 



t/il olmuşdur.Atmosferdə onun konsentrasiyasını aşağı salmaq üçün tullantıların miqdarını azaltmaq vacibdir . 

Metan bataqlıq qazı - parnik effektində böyük rol oynayıb 19 % təşkil edir . Son 10 illərdə atmosferdə meta-

nın miqdarının artması müşahidə olunur. Onun konsentrasiyasının çoxalması mənbələri sənaye tərəfindən (nef-

tayırma sənayesi), bataqlıqların qurudulması və meliorasiya, çəltik tarlalarının sahəsinin genişləndirilməsi, mal-

darlığın artması və s. hesab olunur. Metanın SO

2

 - dən olduqca az olmasına baxmayaraq infraqırmızı şüaların 



udulmasında yüksək effektli uducu sayılır . Lakin onun konsentrasiyasının illik artımı SO

2

 – yə nisbətən 2 dəfə 



çoxdur . Əhalinin sayının artması ilə atmosferdə metanın çoxalması müşahidə olunur.Hazırda onun artma sürəti 

ildə 1.3 – 1.5 % təşkil edir. Belə ki , əhali artdıqca çəltik tarlalarının sahəsi genişlənir , iribuynuzlu mal – qara-

nın sayı çoxalır . Neft , daş kömür , təbii qazın istehsalı zamanı havaya uçan qazların çoxalması da müşahidə 

edilir. XXI əsrin ortalarında metanın konsentrasiyasının 2 – 2.5 dəfə artması gözlənilir .  



 Azot oksidləri - ümümi parnik effektinin 6 % - ni təşkil edir. Onun da konsentrasiyası (miqdarı) atmosferdə 

artmaqda davam edir. Kənd təsərrüfatında azot kübrələrinin tətbiqinin artması və üzvü yanacaqlardan kütləvi is-

tifadə edilməsi zamanı NO

2

 in miqdarı artır. Hər il NO



2

 – in miqdarının artımı 0,3 % təşkil edir. 2050 – ci ilə 

0.35 – 0.40 miliyon təşkil edəcəkdir. 

Xlor flüor üzvi karbonlar – bunlar tərkibində xlor, flor və brom olan maddələrdir . Bunlar yüksək effektli 

potensiala malik olub atmosferdə uzun müddət qalır. Onun miqdarı 7- % -ə çatır . 



Ozon (O

3

) – mühüm parnik qazı hesab olunur. O, həm stratosferdə , həm də troposferdə yerləşən qısadalğalı 

və uzundalğalı radiasiyaya təsir göstərir.  

   

 

 

 

 

 

 

Шякил 8.11. 1940-1980-

úè èëëÿð äþâðöíäÿ CH

4

-

öí àéðûëìàñû 

èíòåíñèâëèéèíèí 

ãèéìÿòëÿíäèðèëìÿñè. 



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə