MəMMƏdov qəRİb xəLİlov mahmud


Antropogen parnik effektinin



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə76/228
tarix30.12.2017
ölçüsü4,78 Mb.
#18712
1   ...   72   73   74   75   76   77   78   79   ...   228

 

135


8.11.1.Antropogen parnik effektinin 

hidroiqlim nəticələri 

Atmosferdə parnik qazlarının toplan-

ması  və onların parnik effektinin artması 

yerüstü hava və torpağın səthində t 

0

 – run 


yüksəlməsinə səbəb olur. Son 100 ildə dün-

yada orta t 

o

 - r təxminən 0,3-0,6 



artmış-


dır, 1980- cı ildən etibarən t 

0

 – un artması 



daha çox nəzərə çarpır. Havanın t 

– ru üz-



rə qlobal məlumatların təhlili göstərir ki, t 

– run artması həm iqlimin təbii dəyişməsi-



lə, həm də insan fəaliyyətilə bağlıdır. 

Antropogen amillərin güclənməsilə əla-

qədar atmosferdə parnik qazları artmaqla 

onların parnik effektiliyi də yüksələcəkdir . 

2100 - cü ilə qədər yerüstü havanın t 

– ru 



təxminən 2

0

 artması gözlənilir . Holosen 



dövründə, yəni son 1000 il ərzində iqlimin 

belə dəyişməsi müşahidə edilməmişdir . Bu 

isə bəşəriyyət qarşısında böyük bir problem 

yaratmışdır.  

Temperaturun artması atmosfer yağıntı-

larının artması ilə müşahidə ediləcəkdir.  

İqlimin orta göstəricilərinin belə  dəyiş-

məsi ayrı – ayrı katastrofik hadisələrin - 

tropik siklonların, fırtınaların, istilik quraq-

lıqların, havanın ekstremal temperaturu və 

s. ilə müşayiət olunacaqdır.  

Son 100 ildə dünya okeanının səviyyə-

sinin 10-25 sm qalxması müşahidə olun-

muşdur. Bunun səbəbi iqlimin istiləşməsilə 

əlaqədar suyun termik genişlənməsi, həm-

çinin dağ  və qütb buzlaqlarının azalmasilə 

izah edilir . Bu faktorlar davam etdikcə cə-

ləcəkdə Qrenlandiya və Antarktida buzlaq-

larının əriməsinə səbəb olacaqdır. Buna uy-

ğun olaraq Dünya okeanının səviyyəsi 

2100 ilə qədər 50 sm qalxması gözlənilir . 

Okeanın səviyyəsinin 2100 – cü ildən sonrakı dövrdə qalxmaqda davam etməsi gözlənilir.Bu isə okean və də-

nizlər ətrafı zonada olduqca ciddi təbii və sosial – iqtisadi problemlərin yaranmasına səbəb olacaqdır. 

 

8.11.2. İqlimin dəyişməsinin təbii və  



sosial - iqtisadi nəticələri. 

İqlimin dəyişməsinə başlanması həm təbii, həm də sosial – iqtisadi proseslərə ciddi təsir göstərəcəkdir. 



Quru landşaftlarının dəyişməsi - Orta enliklərdə temperaturun yaxın 100 illikdə 1- 3,5 

0

 qalxması ekvivalent 



surətdə qütblərə tərəf eninə 150-550 km , hündürlüyə görə isə 150-550 m izotermin qarışmasına səbəb olacaq-

dır.Buna uyğun surətdə isə bitki örtüyünün dəyişməsi baş verəcəkdir.  

Flora və fauna inkişaf edib uyğunlaşdığı iqlimdən yeni bir iqlim rejiminə qədəm qoyacaqdır. İqlimin dəyiş-

mə sürətindən asılı olaraq bəzi növlər yeni şəraitə uyğunlaşaraq qalacaq , bəzi növlər isə sıradan çıxa bilər . Bu-

nun nəticəsində növlərin yeni kombinasiyaları formalaşmağa başlayacaq və yeni ekosistemlər yaranacaqdır . 

Mülayim qurşağın meşələrində karbon qazının çoxalmasıilə əlaqədar bəzi ağac cinsləri də sıradan çıxacaqdır. 

Ekosistemin sahəcə yeni iqlim şəraitinə uyğunlaşması prosesi insan fəaliyyətinin maneəçiliyi tərəfindən daha 

da mürəkkəbləşəcəkdir.  

Ən çox dəyişiklik arktik və subarktik qurşaqlarda baş verəcəkdir: kriosferin komponentləri - dəniz buzlaqları 

, dağ və düzən buzlaqları , daimi və mövsümi donuşluqların sahəsi və dərinliyi , mövsümü qar örtüyünün sahəsi 

və müddəti dəyişəcəkdir. 

Landşaftlar dəyişkənliyə ( transformasiyaya) uğrayaraq qütbə doğru hərəkət edəcəkdir. 

Səhralar temperaturun yüksəlməsilə əlaqədar daha da aridləşməyə doğru gedəcəkdir.  

 

Øÿêèë 8.11. 



Àòìîñôåðäÿ ïàðíèê 

(èñòèëèê) 

ãàçëàðûíûí  кîí-

ñåíòðàñèéàñûíûí 

äÿéèøìÿñè âÿ Éåðèí 

ÿùàëèñè. 

(Êîòëéàêîï âÿ 

Ëîðèóñ,1992.) ïïáâ 

âÿ ïïìâ


 

136


Dəniz sahili sistemlər müxtəlif olduğu üçün temperaturun yüksəlməsinə və okeanın səviyyəsinin qalxmasına 

müxtəlif cür reaksiya göstərəcəkdir .  

Qeyd etmək lazımdır ki , sahilyanı zonada bəşəriyyətin yarıdan çoxu yaşayıır . Odur ki , iqlimin dəyişməsilə 

baş verən təzadlar, nəticələr bu zonada insanlar üçün faciəli problemlərlə qarşılaşa bilər. Dəniz və okeanların sə-

viyyəsinin sonrakı qalxması hündür olmayan ərazidə suyun basmasına , orada olan qurğuların, yaşayış məntəqə-

lərinin dağılması və bir sıra başqa təzadlı  nəticələr baş verəcəkdir.Bu zaman ən çox aşağı  səviyyədə yerləşən 

adaları və alçaq sahillərdə yerləşən iri şəhərləri su basacaq , burada yaşayan əhalinin miqrasiyasına və onunla 

əlaqədar ciddi iqtisadi və siyasi nəticələrə gətirib çıxaracaqdır .  

Hazırda 46 mln adam dəniz fırtınalarının basması qorxusu altındadır . Okean səviyyəsi 1 m qalxarsa bu miq-

dar 118 mln – a çata bilər. Banqladeşin hündürlüyü dəniz səviyyəsindən 7 m hündürdə yerləşir . Burada dənizin 

səviyyəsi 1 m qalxarsa ərazinin 17.5 % - ni su basaraq 70 mln əhalinin yaşadıqları ərazi su altında qalacaqdır. 

Bəzi ada ölkələri praktiki olaraq sıradan çıxacaqdır.  



 Okean: iqlimin dəyişməsi okean sularının sirkuliyasiyasının dəyişməsinə təsir göstərə bilər, bu da öz növbə-

sində qida maddələrinin bolluğuna , bioloji məhsuldarlığına, strukturuna və dəniz ekosistemlərinin funksiyasına 

təsir göstərir və bunun nəticəsində parnik qazlarının rejimi, bununla da iqlim dəyişir. 

İqlimin dəyişməsinin aqrosistemlərə təsiri müxtəlif və mürəkkəb olacaqdır. Karbon qazının konsentrasiyası-

nın artması nəticəsində fotosintezin ölçüsü də, olsun ki, məhsuldarlıq da artacaqdır. Əkinçilik istiliklə limitlənən 

ölkələrdə (məs. Rusiya, Kanada ) ehtimal ki, məhsuldarlıq yüksələcəkdir. 

Qeyd edək ki, karbon qazının ilkin fiksasiyası mexanizminin biokimyəvi müxtəlifliyinə uyğun olaraq foto-

sintezin xarakterinə görə bitkilər 3 qrupa bölünür.(C

3

,C

4



 və CAM).CAM qrupuna aid olan yeganə bitki – ananas 

CO



– nin artmasına nəzərə çarpacaq reaksiya göstərmir.Yerüstü bitkilərin 95% - i C

3

 qrupuna aid edilir, bura 



kənd təsərrüfatı bitkilərinin əksəriyyəti daxildir. CO

2

 – nin konsentirasiyasının ətraf mühitdə iki qat artması ək-



səriyyət ərzaq və lifli bitkilərin böyüməsi və məhsuldarlığına müsbət təsir göstərir.C

3

 qrupu bitkilərinin məhsul-



darlığının yüksəlməsi 10 – 50 % ,C

qrupu bitkilərininki(qarğıdalı, sorqo, şəkər qamışı, darı) isə 0 – 10 % təşkil 



edir.Yüksək en dairəsində təbii meşələrin hamısı və qismən boreal meşələr gələcəkdə temperaturun dəyişməsinə 

daha həssasdır.İsti şərait yəqin ki, boreal meşələrin azalmasına və onların sərhədlərinin şimala doğru irəliləməsi-

nə səbəb olacaqdır. 

Tropik və subtropik zonaların meşələri ehtimal ki, temperaturun dəyişməsindən yağıntıların dəyişməsinə da-

ha çox həssaslıq göstərəcəkdir. Arid və semiarid rayonlarda rütubətin çatışmaması ilə əlaqədar iqlimin dəyişmə-

si mənfi təsir göstərəcəkdir. Havanın yüksək temperaturu torpağın üzvi maddələrinin təbii parçalanmasını güc-

ləndirməklə torpağın münbitliyi aşağı düşəcək, ziyanfericilər və xəstəliklərin baş vermə ehtimalı artacaqdır.  

İnsanların sağlamlığı, energetika , nəqiliyyat, sənaye, və digər aspektlərin problemlərinə aid böyük dəyişkən-

liklərin baş verməsi gözlənilir. 

 

8.11.3. İqlimin istiləşməsinin qarşısının alınması tədbirləri  

Yerli dövlət tədbirləri beynəlxaq tədbirlərlə birgə həyata keçrilməlidir. Hər iki səviyyədə keçrilən tədbirlər 

sistemində aşağıdakılar nəzərə alınmalıdır: 

1)

 

mütərəqqi, qabaqcıl texnologiyadan istifadə  



2)

 

enerjiyə qənaət olunması  



3)

 

  kompleks iqtisadi, hüquqi və tərbiyəvi tədbirlərin həyata keçirilməsi. Bu tədbirlərin həyata keçrilməsin-



də əsas məqsəd atmosferə buraxılan parnik qazlarının miqdarının, ilk növbədə CO

2

 – nin azaldılması sayılır. 



Son zamanlar istehsalın müxtəlif sahələrində kabon qazından istifadə olunması üzrə yeni texnologiyalar ha-

zırlanır. Yalnız ABŞ – da 60-a qədər belə layihələr hazırlanmışdır. Bu layihələr içərisində artıq işi dayandırılmış 

quyulardan yenidən neft istehsalında CO

2

- dən istifadə olunması texnologiyası layihələrinə xüsusi qiymət veri-



lir. Bu texnologiyaya əsasən CO

2

 quruya daxil olunaraq neftdə həll edilir.Onun həcmini genişləndirərək özlülü-



yunü, suvaşqanlığını azaldır və bununla da neftin yuxarı qalxmasını təmin edir. Hesablamalar göstərir ki, bu me-

tod quruya qalan neftin 10 -15 % -ni çıxarmağa imkan verir. 

Bir sıra beynəlxalq sənədlərdə CO

2

-nin atmosferdə azaldılması göstərilmişdir: 



1)

 

Alternativ energetikanın inkişafı və İES – dən çıxan tüstü qazlarını və CO



2

 –ni tutub saxlamaq. 

2)

 

Enerjiyə qənaət edilməsi. Əgər bütün sənaye ölkələri öz istehsalı və məişətində enerji həcmini Yaponiya 



səviyyəsinə qədər endirsə enerjinin dünya təlabatı 36 % - ə qədər aşağı düşər. 

3)

 



Meşələrin qırılmasının və yanğınların qarşısını almaq və yeni meşəliklərin salınması.  

  Göstərilən tədbirlərlə yanaşı tullantıların azaldılması haqda beynəlxalq razılaşmalar da böyük əhəmiyyət daşıyır. 

Belə öhdəliklər 1988- ci ildə Toronto (Kanada) şəhərində keçirilmiş Beynəlxalq konfransda irəli sürülərək 2005-ci ilə-

dək 1988- ci ilə nisbətən atmosferə buraxılan CO

2

- in təxminən 20 % azaldılması nəzərdə tutulur.  



 Bu zaman Avstraliya, Danimarka, Fransa, Yeni Zelandiya, İsveçrə (dünya tullantılarının 4,1 % - ni təşkil 

edir ) 2005- ci ilə qədər CO

2

- ni 20 % azaltmağı, Belgiya, Kanada, Finlandiya, İrlandiya, İtaliya, Yaponiya,  Ni-



derland, Norvegiya, İsveç, (10,8 %), Böyük Britaniya, ( 2,8%) 2005- ci ilə qədər SO

2

 – nin miqdarını sabitləş-




Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə