MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə78/228
tarix30.12.2017
ölçüsü4,78 Mb.
#18712
1   ...   74   75   76   77   78   79   80   81   ...   228

 

141


Şə

kil 8.16. 

İl

lik ya

ğı

nt

ı n

ormalar

ın

ın d

əyi

şk

ənliyin

in stansiyalar üzr

ə paylanmas

ı (%

), (1961-

199

0, 

1881-

1965

 ill

ər) (X

əlilov, S

əf

əro

v, 2001)

 

 



 

142


1997 – ci il iyulun 3 – 6 – da Azərbaycan ərazisinin təqribən üçdə birini əhatə edən leysan yağışları, sel su-

basma hadisələri 15 nəfərin həlakı ilə nəticələnmiş , Nazirlər Kabinetinin məlumatına görə Respublikanın iqtisa-

diyyatına təqribən 50 mln.ABŞ dolları həcmində ziyan dəymişdir.Respublikanın ərazisində hər il insan ölümü 

və ziyanla nəticələnən, sel, daşqın, dolu, qasırğa və digər təhlükəli hadisələr baş verir və vaxtaşırı quraqlıq, me-

şə yanğınları, qar uçqunları müşahidə olunur. 

Azərbaycan Respublikası 1992 – ci ildə BMT – nin Rio – de – Jeneyro (Braziliya) şəhərində keçirilən «Ət-

raf mühit və inkişaf» konfransında «İqlim dəyişmələri üzrə çərçivə Konvensiyasını» imzalamış, 1995 – ci ildə 

Milli Məclis tərəfindən ratifikasiya etmiş, 2000 – ci ildə bu Konvensiyanın həyata keçirmə mexanizmini təyin 

edən  Kioto (Yaponiya) Protokolunu imzalamışdır.Konvensiyadan irəli gələn öhdəliklərin yerinə yetirilməsi 

üçün 1997 – ci ildə İqlim Dəyişmələri üzrə Dövlət Komissiyası yaradılmışdır. Konvensiyanın tələblərinə uyğun 

olaraq 1998 – 99 – cu illərdə «İqlim dəyişmələri üzrə birinci Milli məlumatlar» layihəsinin I- mərhələsi, 2000 – 

ci ildə II- mərhələsi yerinə yetirilmişdir. Layihənin I- mərhələsi çərçivəsində Respublika ərazisində müasir iqlim 

dəyişmələrinin tendensiyası müəyyən edilmiş, gözlənilən iqlim dəyişmələrinin ssenarisi (5 ssenari) hazırlanmış, 

iqlim dəyişmələrinin neqativ təsirləri nəticəsində baş verə biləcək itgilərin azadılması üçün Milli adaptasiya pla-

nı, qlobal istiləşməyə səbəb olan parnik qazlarının Milli kadastrı, parnik qazlarının tullantılarının azadılmasına 

dair Milli fəaliyyət planı hazırlanmışdır. Layihənin II mərhələsində Azərb. Respublikasında parnik qazlarının 

azaldılması üçün texnologiyalara Milli təlabat müəyyənləşdirilmiş, iqlim üzərində sistematik müşahidələrin 

hazırki vəziyyəti və potensialı qiymətləndirilmişdir. 

 Hazırda Azərbaycan iqlim dəyişmələri üzrə Şərqi Avropa və keçmiş SSRİ dövlətləri(12 ölkə) ilə birlikdə 

parnik qazlarının inventarlaşdırılmasının keyfiyyətinin təkmilləşdirilməsi üçün Milli potensialın yaradılması üz-

rə regional layihənin ilkin mərhələsində iştirak edir.Layihənin yerinə yetirilməsi 2002 – ci ilin iyunundan 2005 – 

ci ilin iyununadək planlaşdırılmışdır. 

 



 

143


8.12. Atmosferə atılan tullantıların təmizlənməsi 

Qaztəmizləyən və toztutan qurğular texnoloji və sanitar qurğulara bölünür. Texnoloji təmizləyici qurğular 



texnoloji prosesə qoşularaq tikinti və cihazlardır. Sanitar təmizləyici qurğular isə zərərli texnoloji və ventilyasi-

ya tullantılarının qarşısını alan tikinti qurğu və cihazlardır. 

Qazların texnolorji təmizlənməsi metodları onların maye və ya bərk uducularla qarşılıqlı əlaqə proseslərinə , 

həmçinin zəhərli qarışıqların yüksək temperatur şəraitində və ya katalizatorların təsirilə toksik olmayan birləşmələ-

rə çevirən kimyəvi proseslərə əsaslanır. 

Azot oksidlərinin bərpası katalitik metodu azot turşusu alınan bir neçə sistemdə istifadə olunur. Bu zaman 

palladili alüminium oksidi əsasında katalizatorlardan istifadə edilir. Sənaye tullantılarının kükürd anhidridindən 

təmizləmə metodlarından aşağıdakıları göstərmək olar. 

-

 

Amonyak metodu - bu metodla qazları SO2 – dən təmizləməklə amonium – sulfid və amonium – bisulfat 



alınır. Bunlardan da satış  məhsulu kimi istifadə olunur, yaxud turşu ilə parçalanaraq yüksək konsentrasiyalı 

SO2- və münasib duzlar əmələ gəlir. 

-

 

Kükürd anhidridini neytrallaşdırma metodu ilə eyni vaxtda sulfid və sulfatlar alınaraq qazlardan yüksək 



təmizlənmə dərəcəsini təmin edir. 

-

 



Katalitik metodlar - katalizatorların iştirakı ilə kükürd anhidridinin oksidləşməsinə əsaslanır, bu zaman duru 

sulfat turşusu alınır.  

 Göstərilən kükürd anhidridindən təmizləmə metodları yerli şərait, uducuların mövcudluğu və alınan məhsul-

lara olan tələbatı nəzərə alaraq seçilməlidir. 

 Qazlardan tozu təmizləmək üçün aşağıdakı üsullardan istifadə olunur: 

   - tozçökdürən kameralar və tsiklonlar  

-

 

qazları yaş halda təmizləyən cihazlar  



-

 

məsaməli süzgəclər  



-

 

elektrik sücgəcləri 



 Mərkəzdənqaçma tipli enersiya cihazlarından ən geniş yayılan tsiklonlardır. Praktikada müxtəlif tsiklonlar-

dan istifadə olunur. Çoxlu həcmdə qazların təmizlənməsi üçün nisbətən kiçik diametirli tsiklon qrupları, yəni 

batareyalı tsiklonlar qoyulur. Onlar bir korpusda birləşən çoxlu miqdarda paralel düzülən tsiklon elementlərin-

dən ibarət olub ümumi qazgətirmə - qazötürmə kollektoruna və tozları toplayan ümümi bunkerə malik olur. 

 Sənaye qazlarını asılı hissəciklərdən təmizləmək üçün yaş üsul ən sadə və effektiv üsullardan hesab olunur

son illər bu üsul dünyada ən geniş yayılmışdır. Qazların yaş təmizləmə cihazları yüksək effektli olmaqla yanaşı, 

həm də quru təmizləmə cihazlarına nisbətən ucuz başa gəlir. 

 Qazların yaş təmizləmə cihazlarında asılı hissəciklərlə yanaşı, həm də buxar və qazşəkilli komponentlər tu-

tulur. 

 

8.13. Tullantısız və aztullantılı istehsal 



Hazırda müasir geniş qaztəmizləmə texnikası olmasına baxmayaraq xammaldan tullantı olmadan kompleks 

istifadə edərək  ətraf mühiti çirkləndirməmək istiqamətində texnoloji proseslər yaratmaq ekologiyanın radikal 

həlledici məsələsi olmaqda qalır. 

Təbii resurslardan daha səmərəli istifadə etmək yolu ilə ətraf mühitin keyfiyyəti stabilləşdirilməsi və yaxşı-

laşdırılması tullantısız istehsalın yaradılması və onun inkişaf etdirilməsilə bağlıdır . 

Resursların qorunması xalq təsərrüfatının artmaqda olan tələbatını təmin etmək sahəsində həlledici mənbə-

dir. 

Tullantısız istehsal texnologiyasında istehsalın təşkili prinsipi belə anlaşılır: 



İlk xammal resursları – «istehsal» - «istifadə» - «təkrar xammal resursları» tsikli ekoloji tarazlığı pozmadan 

xammalın bütün komponentlərindən, bütün enerji növlərindən səmərəli istifadə olunması üzrə qurulmuşdur. Tul-

lantısız istehsal bir kombinat, sahə, region, nəticədə nəhayət bütün xalq təsərrüfatı üçün yaradıla bilər.  

Tullantısız istehsal uzunmüddətli və tədrici proses olub bir – birilə bağlı olan bir sıra texnoloji , iqtisadi , təş-

kilatı , psixoloji və digər məsələlərin həllini tələb edir. Praktikada tullantısız sənaye istehsalını yaratmaq üçün 

ilk növbədə prinsipcə yeni texnoloji proseslərə , cihazlara , avadanlıqlara əsaslanmalıdır. 

 Tullantısız texnologiya bütün sənaye və kənd təsərrüfatı istehsalının ekoloji strategiyası hesab olunur. Tul-

lantısız texnologiyanın əsas istiqamətləri aşağıdakılardır: 

-

 

tullantıların utilləşdirilməsi, xammal və materiallardan kompleks istifadə edilməsi, qapalı tsiklli istehsalın 



təşkili, çirkab sularının atılmaması, zərərli maddələrin atmosferə buraxılmaması. 

 İstehsal tullantılarından xammal, yarım fabrikat , yanacaq və s . kimi faydalı istifadə edilməsi utilizasiya ad-

lanır. Utilizasiyanın xalq təsərrüfatında əhəmiyyəti vardır. Bir sıra sahələrdə utulizasiya məqsədilə xüsusi sexlər 

və  hətta  utulizasiya zavodları yaradılır. Utulizasiya tullantılarının toplanması ilə xüsusi müəssisələr məşğul 

olur. 

«Tullantısız» texnologiya üzvü tullantıların təkrar emal edilməsində də tətbiq edilir. Bakıda üzvi tullantıların 



illik miqdarı 2,5 milyon tondan çoxdur. Bu, əsasən ağac emalı, şərab və pivə istehsalı, dəri emalı müəssisələrinin 


Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə